Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1916/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınıb çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 66/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən ediməsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazsində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, onun tərəfindən göstərilən əraziyə mütəxəsis tərəfindən texniki baxış keçirilərkən məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sisteminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1240/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının həmin tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinin koordinatlarının və sərhədlərinin müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh qeydiyyat orqanı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1074/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində işin təkrar icraatı zamanı məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə torpaq kadastrı mütəxəssisi cəlb edilməklə, iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli digər bir qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ekspertiza təyinatı haqqında sözügedən qərardadı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə və Tədqiqat Mərkəzi” MMC icra olunaraq mütəxəssis rəyi xx.xx.2022-ci il tarixli məktubla, xx.xx.2022-ci il tarixdə, həmin rəyə əsaslanaraq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3845 nömrəli 28 iyun 2022-ci il tarixli ekspert rəyi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Ekspert rəyi alındıqdan sonra iddiaçı İPM-in 54-cü maddəsinə əsasən iddia tələbini aşağıdakı kimi dəqiqləşdirərək: - Bakı şəhər İcra Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı ilə ona Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağ massivi ərazisində yerləşən, sahəsi 0,12 ha olan 1486 nömrəli bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddia tələbi təmin edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1486 saylı bağ sahəsinə dair planölçünün tərtib edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırılmalar zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş sənədlərin bağ nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, orderdə bağ nömrəsi “1487” kimi, orderin arxiv arayışında isə “1486” kimi qeyd olunub. Elektron baza məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan və kənardan göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir və həmin ərazi ilkin olaraq “1476” nömrəli bağ sahəsi kimi X10 adına **********03 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-830/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X10 ərizəsi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 dekabr 1997-ci il tarixli, 1364 saylı sərəncamı əsasında Bakı şəhər İcra hakimiyyəti X3 İnkişafı və İstismarı Birliyi tərəfindən 31 saylı orderə əsasən X13 verilmiş Bakı şəhəri, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperavtivinin tərkibində sahəsi 0,12 ha olan 1476 saylı bağ sahəsi sahəsi 0,12 ha olan bağın ölçülərinin uzunluğu 40 metr, eni 30 metr olması faktı müəyyən edilmişdir. Həmin qətnamə, 1476 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alıanması zamanı Bakı şəhər Ərazi İdarəsi tərəfindən nəzərə alınmşdır. Daha sonra, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyata alınmış və halhazırda onun mülkiyyətindədir. Həmin bağ sahəsinin faktiki ölçüsü 1194 kv.m təşkil edir...” Məhkəmə kollegiasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil2 isə onunla razılaşmamış, 1486 saylı bağ sahəsinin qauni əsaslarla iddiaçının istifadəsinə verildiyini qeyd edərək izahatında hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyaının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs T.Abbasova bağ sahəsinin alqı-satqı müqaviləsi əsasında aldığını və orada tikinti işləri aparıdığını və hal-hazırda faktiki olaraq onun istifadəsində oduğunu bildirərək iddiaçının tələbini əsassız hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesaba gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri və tərəflərin və üçüncü şəxsin məhkəmə iclaslarında verdikləri izahatlarına və işdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi orderdə “1487” kimi, həmin orderin verilməsinə əsas olan arxiv arayışı üzrə Bakı şəhər İHB-nın xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamında isə “1486” kimi göstərilən mübahisəli bağ sahəsi - ilkin olaraq “1476” nömrəli saylı bağ sahəsi kimi X10 adına **********03 reyestr nömrəsi ilə 03.12.2-15-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra həmin bağ sahəsi alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs Tamilla Abbasovanın adına mülkiyyət hüqüqu ilə reyestrdə qeydiyyatdan keçmişdir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı ilk öncə, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamı ilə ona 51 saylı BTK nəzdində ayrılmış və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1486 saylı bağ sahəsinin sərhədlərinin və koordinatlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun həmin tələbi ilə bağlı məhkəməyə qədər cavabdehə ünvanlanmış müraciəti isə sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, ərizəçi “tərəfindən göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatları və sərhədlərini təyin etmək mümkün olmamışıdr.”(1-ci cild, i.v. 4, 60-61). Qeyd olunmalıdır ki, iddiaçıya verilmiş orderdə bağ sahəsinin nömrəsi X6 və İstimarı Birliyi tərəfindən iddiaçıya verilmiş 33 saylı orderdə bağ sahəsinin nömrəsi 1487 qeyd olunmuş, Bakı şəhər İcra Hakimiyyti Başçısının xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamında isə bağın nömrəsi “1486” göstərilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsinin 1487 saylı bağ sahəsinə dair iddiaçının adına orderin surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə sorğusuna cavabdeh orqan xx.xx.2019-cu il tarixli cavab məktunda bildirmişdir ki, 1487 saylı bağ müvafiq sahəsinə dair iddiaçının adına order aşkar edilməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, 51 saylı BTK-nın üzvlərinin Siyahısının və sxematik xəritəsinin təqdim olunması ilə bağlı birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda sxematik xəritənin aşkar olunmadığını bildirmiş, eyni zamanda, həmin məktubla idarənin arxivində mövcud olan xx.xx.1989-cu il tarixdə təsdiq olunmuş 51 saylı BTK üzvlərinin Siyahısı məhkəməyə təqdim olunmuşdur ki, həmin Siyahıda da iddiaçının adı mövcud deyil, mövcud ola da bilməzdi, çünki, sərəncamla ona bağ sahəsi 1997-ci ildə ayrıldığı halda, adının mövcud olması istisna olunur. İş üzrə iddiaçının 1486 nömrəli bağ sahəsinin naturada sərhədlərinin və koordinatlarının müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə və Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi və həmin rəy əsasında hazırlanmış Məhkəmə Ekspertizası Mərkəzinin 10/3845 nömrəli 28 iyun 2022-ci il tarixli ekspert rəyi ilə aşağıdakı nəticələr əldə olunmuşdur: “ 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatlarına əsasən idarənin arxivində 51 saylı BTK-nın bölgü sxemi mövcud olmaması səbəbindən sxematik xəritəyə uyğun olaraq Bakı şəhər, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi olan 1486 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin İddiaçı nümayəndəsinin göstərdiyi faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir (döngə koordinatlarının göstəriciləri rəyə əlavə olunmuşdur). İddiaçı nümayəndəsinin göstərdiyi faktiki torpaq sahəsi Şüvəlan qəsəbəsi, 1476 saylı bağ sahəsi olaraq **********603 reyestrn nömərsi ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.” Rəyədə istinad olunan, işə əlavə olunmuş 1476 saylı bağ sahəsinə dair arxiv məlumatları isə aşağıdakılardan ibarətdir: “ 1476 nömrəli bağ sahəsi, ilk öncə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 saylı sərəncamına əsasən X6 və İstimarı Birliyi tərəfindən verilmiş 31 saylı orderə əsasən X14 ayrılmışdır. M.Yevdayev həmin bağ sahəsinə dair plan-sxemin verilməsi ilə əlaqədar ilk öncə cavabdehə məhkəmədə qaldırmış olduğu iddia tələbi - son nəticədə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasnın 05 mart 2014-cü il tarixli 2-2(102)-180/14 saylı qərarı ilə, müvafiq səlahiyyət AR DTXK-nın səlahiyyətlərinə aid olduğu nəzərə alınmaqla, mümkün sayılmamışdır (1-cild, i.v.148-152, 144-145). Bundan sonra, M.Yevdayevin “1476 saylı bağ sahəsinin ölçüləri barədə faktın müəyyən edilməsi barədə” ərizəsi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə təmin edilərək, həmin bağ sahəsinin uzunluğunun 40 metr, eninin 30 metr olması faktı müəyyən edilmişdir. Cavabdeh tərəfindən nəzərə alınmış həmin qətnamə ilə müəyyən olunmuşdur ki, “ərizəçi ayrılmış bağ sahəsinə tikinti işlərinin ayrılması üçün Bakı şəhər İcra Hakimiyyəti X3 İnkişafı və İstimarı Birliyinə müraciət etmiş, müracitəinə 26 yanvar 1998-ci il tarixli 20 saylı məktubla cavab veriərək bağ sahəssində ev, hasar və köməkçi tikintilər tikməyə icazə verilmişdir. Həmin tarixdən indiyədək bağ sahəsi və tikililər ərizçinn sahibliyində və istifadəsindədir. 1476 saylı bağın faktiki ölçüləri –uzunluğu 40 metr, eni 30 metr olmaqla başqa torpaq sahəsindən ayrılımışdır (2-ci cild, i.v.22). Bundan sonra, xx.xx.2015-ci il tarixdə cavabdeh idarə tərəfindən 1476 saylı bağ sahəsinin planı tərtib olunmuş və M.Yevdayevin həmin bağ sahəsnə mülkiyyət hüququ reyestrdə qeydə alınaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində cavabdeh orqan tərəfindən xx.xx.2015-ci il tarixdə qeydə alınaraq ona reyestrdən çıxarış verilmiş və plan-ölçü tərtib edilmişdir. Daha sonra, M.Yevdayev həmin bağ sahəsini xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında hazırkı iş üzrə üçüncü şəxs - X1 və sonuncunun xx.xx.2016-cı il tarixdə 1476 saylı bağ sahəsinə mülkiyyət hüququ reyestrdə qeydə alınaraq, reyestrdən çıxarış verilmiş və plan-ölçü tərtib olunmuşudur. Tədqiq olunan mütəxəssis rəyinə əlavə olunmuş (1-ci cild i.v.232), İddiaçı nümayəndəsinin göstərdiyi 1486 nömrəli bağ sahəsinin torpaq kadastrı mütəxəssisi (mühəndis İsgəndərov) tərəfindən tərtib olunmuş “ faktiki yerləşmə vəziyyətinə görə yerquruluşu planı ilə üçüncü şəxs T.Abbasovanın və bundan əvvəlki mülkiyyətçi M.Yevdayevin mülkiyyətində olan 1476 saylı bağ sahəsinn plan-ölçüləri ilə müqayisə edildikdə müəyyən olunur ki, iddiaçının 1486 nömrəli bağ sahəsi kimi göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yuvarlaq götürüldükdə, 1476 nömrəli bağ sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşür və iddiaçının nümayəndəsi tərəfindən göstərilən bağ sahəsinin 1203 kv.m faktiki sahəsində, plan-ölçü üzrə üçüncü şəxsə məxsus 1476 saylı 1194 kv.m bağ sahəsi naturada tam oturur, yəni əhatə olunur (Kosmik görüntü, i.v.127-də təsbit olunmuşdur). Qeyd olunmalıdır ki, iddiaçının iş materiallarına əlavə olunmuş, cavabdeh idarəyə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizəsinə və həmin idarənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1486 saylı bağ sahəsinin yüklü olub-olmadığı barədə sorğusuna ünvanldığı xx.xx.2017-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunur ki, iddiaçı daha əvvəl 2017-ci ildə 1486 saylı bağ sahəsini öz adına özəlləşdirmək üçün cavabdeh idarəyə müraciət edərkən də göstərdiyi sahənin - 1487 b nömrəli bağ sahəsi kimi X8 adına dövlət reyestrində qeydiyyata alındığı və özgəninkiləşdirildiyi müəyyən olunmuşdur (2-ci cild, i.v.38-59). Beləliklə də, iş materiallarına əsasən müəyyən edilən hallardan göründüyü kimi, konkret halda iddiaçının göstərdiyi 1486 saylı bağ sahəsinin döngə koordinatlarının üçüncü şəxsin adına mülkiyyət hüququ ilə dpaşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hal-hazırda onun faktiki olaraq istifadə etdiyi 1476 saylı bağ sahəsinin döngə koordinatları ilə üst-üstə düşdüyü və həmin bağ sahəsi ilə tam əhtə ounduğu sübuta yetirilir. Belə olan halda, mübahisənin xarakteri artıq dəyişir. Belə ki, iddiaçı üçüncü şəxsin adına tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünü və reyestrdən çıxarışı mübahisələndirmədiyi halda, yəni üçüncü şəxsin adına mövcud olan həmin hüquqmuüəyyənedici sənədlər qüvvədə olmuş ikən, eyni koordinat göstəriciliəri ilə 1486 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydə alınıb ona planölçü tərtib olunmaqla, reyestrdən çıxarış verilməsi mükünsüzdür. Bu baxımdan da məhz, iddiaçının hazırkı iddia tələbinin əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Başqa sözlə, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmır. İPM-in 35.1-ci maddəsi isə nəzərə də tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia – əsaslandırıldığı halda məhkəmə icraatı mümkün sayılır. Əks təqdirdə, İPMin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. İşin sübutlarla müəyyən olunan halları isə tam olaraq onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdıdılrmamış, gəldiyi nəticə işdə olan sübutlara uyğun olmamış, ümumiyyətlə, sübutlara səthi yanşılmış, onlara düzgün hüquqi qiymət verilməmiş iddianın mümkünlüyünə dəlalət edən faktiki hallar diqqətdən kənarda qalmış və əhəmiyyət verilməmiş, bütün bunların nəticəsi olaraq da məhkəmə iddianın təmin olunması barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin, qərar qəbul edilərkən işin əhəmiyyətli hallarının araşdırılmadığını, prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmamaması barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1916/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1916/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver