Məhkəmə qərarları › İş №2-1(103)-1916/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1916/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1916/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14152/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə olan borc məbləğindən ödənilməmiş Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9000,00 manat məbləğində siyahıya alınmış əmlakın (2009-cu il buraxılışlı, gümüşü metallik rəngli, ban nömrə WF0HXXTTPH9R29103, “Ford Tourneo minik” markalı, **-MJ- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna yaranan 2449,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 9000 manat məbləğində 2009-cu il buraxılış olan “Ford Tourneo” minik markalı (gümüşü metallik rəngli, WF0HXXTTPH9R29103 kuzov nömrəli) **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 9000 manat məbləğində əmlakı siyahıya alınmış və bıı barədə xx.xx.2023-cü il tarixli **********5 və **********5 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-14152/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9000,00 (doqquz min) manat məbləğində siyahıya alınmış əmlakının (2009-cu il buraxılışlı, “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borcunun tutulması, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı ondan Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borc tələb etmişdir. Həmin iddia tələbinin ödənilməsi məqsədi ilə əlaqədar ona məxsus “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılmasını tələb etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1949,24 manat iddia tələbinə qarşı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 19758 №-li qəbzlə 200 manat, xx.xx.2023-cü il tarixdə 2363 №-li qəbzlə 100 manat, xx.xx.2023-cü il tarixdə 287113 №-li qəbzlə 100 manat, xx.xx.2023-cü il tarixdə 1512 №-lı qəbzlə 100 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 500 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 500 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 891 manat, xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 157 manat, cəmi 3248 manat nağd pul vəsaiti DSMF-yə ödənilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə 63 manat nağd pul vəsaitini İcbari Tibbi Sığorta Fonduna ödəmişdir. Qəbzlərin ödəmə tarixindən də görünür ki, son ödəmə xx.xx.2023-cü il tarixdə tamamlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ona məxsus “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borc tutulmuşdur. Qərarı aldıqdan sonra 05 fevral 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon vergilər idarəsinə müraciət etmiş, ona hər hansı bir vergi borcunun olmadığını və bu barədə xx.xx.2024-cü il tarixə qədər rəsmi məlumat verəcəklərini bildirmişlər. xx.xx.2023-cü il tarixli qərar əsassız və ədalətsizdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, qərarın qismən ləğv edildiyi hissədə də iddia təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən digər hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********5 nömrəli qərardan, xx.xx.2023-cü il tarixli **********5 nömrəli protokoldan, protokola əlavədən və xx.xx.2023-cü il tarixli **********5 nömrəli qərardan, xx.xx.2023-cü il tarixli **********5 nömrəli protokoldan, protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd, qiyməti 9000 manat dəyərində əmlakı siyahıya alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, 2009-cu il buraxılışlı, gümüşü metallik rəngli, ban nömrə WF0HXXTTPH9R29103, “X6 minik” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixə olan icraat vərəqəsinə əsasən Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat məbləğində borc məbləği ödənilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********5 nömrəli qərara, xx.xx.2023-cü il tarixli **********5 nömrəli protokola, protokola əlavəyə və xx.xx.2023-cü il tarixli **********5 nömrəli qərara, xx.xx.2023-cü il tarixli **********5 nömrəli protokola, protokola əlavəyə əsasən “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd, qiyməti 9000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Hazırda iddiaçı cavabdehin ödənilməmiş borclarına görə siyahıya alınmış həmin nəqliyyat vasitəsinin satılaraq büdcəyə olan borcun ödənilməsini mübahisələndirir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu vergi ödəyicisi Cavabdeh xx.xx.2023-cü il tarixə sosial sığorta ödənişinə 1049,24 manat və icbari tibbi sığortaya 59,65 manat borcu vardır. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9000,00 (doqquz min) manat məbləğində siyahıya alınmış əmlakının (2009-cu il buraxılışlı, “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borcunun tutulması, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddia tələbində qeyd olunan borc məbləğləri xx.xx.2023-cü ilədək cavabdeh tərəfindən tam ödənilmişdir (xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 400 manat, xx.xx.2023-cü ildə 100 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 300 manat, xx.xx.2023-cü ildə 900 manat, xx.xx.2023-cü ildə 157 manat (DSMF) və xx.xx.2023-cü ildə 63 manat (icbari tibbi sığorta)). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, iddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 1949,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat məbləğində borc məbləği ödənilmişdir. Göründüyü kimi, iddiaçının əmlakının siyahıya alınmasına əsas olmuş borc məbləği birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qəbul edilən zaman (xx.xx.2023-cü il) tam ödənilmişdir, tələb olunan borc məbləği mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “Cavabdeh xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9000,00 (doqquz min) manat məbləğində siyahıya alınmış əmlakı (2009-cu il buraxılışlı, “Ford Tourneo minik” markalı **- MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) satılsın, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borcu tutulsun, satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın” hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı digər hissədə (“iddia qalan hissədə təmin edilməsin” hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14152/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı qismən - “Cavabdeh xx.xx.2023-cü il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9000,00 (doqquz min) manat məbləğində siyahıya alınmış əmlakı (2009-cu il buraxılışlı, “Ford Tourneo minik” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) satılsın, əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1049,24 manat və İcbari Tibbi Sığorta Fonduna 59,65 manat borcu tutulsun, satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın” hissəsində ləğv edilsin, həmin hissədə də iddia təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14152/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı digər hissədə (“iddia qalan hissədə təmin edilməsin” hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar