Məhkəmə qərarları › İş №2-1(103)-1917/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1917/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1917/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4319/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4319/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın hesablanmasında keçmiş müddət üçün alınamamış məbləğin müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X8 idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə əlavə ərizə təqdim etmiş və iddia tələbinin “iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, x xxxxxxx 1956-cı il tarixdə anadan olmuş, müxtəlif işlərdə işləmiş, 2006-cı ildən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində izolyasiyaçı peşəsinə qəbul edilmişdir. Hazırda da həmin idarədə işləyir. Sonralar qeyd olunan idarənin və işlədiyi peşənin adı dəyişdirilmiş və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Onun işlədiyi peşə (hidroizolyasiya işlərində izoləedici peşəsi) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədir. Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 57 yaş tələbi ilə yanaşı, 12 il 6 ay əmək stajı tələb olunur. Onun 57 yaşı 2013-cü ildə tamam olsa da, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün tələb olunan stajı 2019-cu ilin aprel ayında toplanmışdır. O, həmin hüququnun yarandığı vaxt, yəni 2019-cu ilin aprel ayında cavabdehə müraciət etmiş, lakin cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina məktubunda qeyd edilir ki, əmək şəraiti xüsusilə ağır işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir və ərizəçi tərəfindən təqdim edilmiş əmək kitabçasında göstərilən işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş siyahıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının ilkin iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili X9 bildirmişdir ki, iddiaçı x xxxxx 2000-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixindən bugünədək “Aznefit” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) izolyasiyaçı və hidroizolyasiya işlərində izoləedici peşələrində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahf’mn 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası vş təmiri) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı “ƏPQ" ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X8 üzrə Mərkəzi filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin x xxxxxxx 2019-cu il tarixli SOCAR**********80020123X00316 nömrıli arayışında aşağıdakılar qeyd olunmuşdur: - 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx xxxxxxx 2006-cı il tarixdə “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsinə izolyasiyaçı peşəsinə işə qəbul edilmişdir (71/k nömrəli xx xxxxxxx 2006-cı il tarixli əmr), x xxxxxxxx 2015-ci il tarixdən 1 saylı X2 bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (510-k nömrəli x xxxxxxxx 2015-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2007-ci il tarixli 51 saylı əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” Tresti “Azneft” İB-nin tərkibindən SOCAR-ın tabeliyinə verilmiş və “Neftqaztikinti” Tresti adlandırılmışdır. xx xxx 2008-ci il tarixdən izolyasiyaçı peşəsi hidroizolyasiya üzrə izolyasiyaçı adlandırılmışdır (141 nömrəli xx xxx 2008-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2014-cü il tarixli 89 nömrəli əmrinə əsasən “Neftqaztikinti” X3 Tikinti və 1 saylı Tikinti Quraşdırma idarələri birləşdirilərək 1 saylı X7 adlandırılmışdır. SOCAR-ın x xxx 2015-ci il tarixli SOCAR/15- 1000/01/SM-04-000051 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Trestinin tərkibində X4 bölümü yaradılmışdır. İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə (SOCAR/15-2500/xx-xx-000424 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli əmr) “Neftqaztikinti” X3 Tikinti bölümünə hidroizolyasiya işlərində izoləedici peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Həmin peşədə onun əmək stajı 12 il 11 ay 25 gün təşkil edir. İş materiallarında olan DSMF X8 İdarəısinin ərizəçi İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın bina, qurğu və obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən x xxxxx 2000-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx xxxxxxx 2006-cı il tarixdən başlayaraq bu günədək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) izolyasiyaçı və hidroizolyasiyaçı peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr Siyahıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı x xxxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 2 il hərbi xidmət keçdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda çalışmış və 2006-cı ildən hal-hazıradək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” X3 Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) hidroizolyasiya işlərində izoləedici peşəsində işləyir. O, 2020-ci ilin yanvar ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF X8 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi hidroizolyasiyaçı peşələrində işlədiyi qeyd olunmuşdur, işlədiyi sahə və vəzifələr Siyahıda qeyd olunan sahə və vəzifəyə uyğun olmaması, bu səbəbdən də güzəştli iş stajın 12 il 6 aydan az təşkil etdiyi əsas gətirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçının 25 ildən çox ümumi iş stajına malik olması işin mübahisələdirilən hallarına aid deyil. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 2006-cı ildın başlayaraq 12 il 6 aydan çox işlədiyi “hidroizolyasiya işlərində izolyasiyaçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qənaətinə görə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə olaraq 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Belə olan halda, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və hesab edir ki, inzibati orqanın iddiaçının işlədiyi vəzifənin müvafiq Siyahıya aid olmaması əsası ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillərini qəbul etmir. Belə ki, iddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” X3-tikinti İdarəsinə izolyasiya və borubetonlama sexinə 6-cı dərəcəli “izolyasiyaçı” peşəsinə qəbul edilmişdir; xx.xx.2008-ci il tarixli, 14e saylı əmri ilə “İzolyasiyaçı” - “hidroizolyasiya üzrə izolyasiyaçı” adlandırılıb. Yuxarıda adı çəkilən Siyahının 29-cu bölməsində “izolyasiyaçılar”, həm də “hidroizolyasiya izolyasiyaçılar” peşələr nəzərdə tutulmuşdur. İddianın ikinci tələbi il bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş müddət üçün alınmamış məbləğin ödənilməsini «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələri tənzimləyir və bununla bağlı həmin normalar müvafiq qayda da müəyyən edir və iddia tələbi həmin hissədə təmin olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili C.Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4319/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar