Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1918/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı 21 iyul 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı 21 iyul 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(112)-5010/2020 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və Sumqayıt Dövlət Universitetində təhsil alır. Onun Gədəbəy rayonu ilə heç bir əlaqəsi yoxdur. Məcəllədə göstərilmiş şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşayış yeri və olduğu yer anlayışları fərqləndirilmişdir. İddiaçının yaşayış yeri qanunla müəyyən edilmiş qaydada ya Sumqayıt, ya da Bakı şəhəri kimi qəbul edilməlidir. Ümumilikdə götürdükdə isə məhkəmə qərarı ədalətli və əsaslı olmalıdır, əsaslı olmadığı kimi qeyd edilən qərardad həm də ədalətli deyil. Belə ki, 190 manatın ehtiyacını çəkən, işsiz, ödənişli əsaslarla təhsil alan tələbə iddiaçı bu iş üzrə məhkəmə iclaslarında iştirak etmək üçün heç bir əlaqəsi olmayan Gəncə şəhərinə yol və yemək, eləcə də qalmaq xərci çəkməklə dəfələrlə gedib-gəlməlidir. Bakı Apelyasiya Məhkəməsi inzibati kollegiyasının 14 oktyabr 2020-ci il tarixli 2- 1(103)-1663/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, şikayətin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının 04 may 2021-ci il tarixli 2-1(102)-821/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(103)- 1663/2020 nömrəli qərardadı ləğv olunmuş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi inzibati kollegiyasının 27 iyul 2021-ci il tarixli 2-1(103)- 1918/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətində qeyd etdiklərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işi mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hazırki inzibati işə baxmaqda özünü səlahiyyətli saymamış, İPM-in 8.1.2-ci maddəsinə istinad edərək hazırki iddianı mübahisələndirmə iddia növü kimi qiymətləndirərək qeyd etmişdir ki, iddiaçının qeydiyyat ünvanı Gədəbəy rayonu, Daryurd ərazi Dairəsi, Cəfərli kəndindidir. Gədəbəy rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşir. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı ünvan 4ütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən, 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən və 8.1.4-cü maddəsinə əsasən isə, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi ona birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən, yəni öhdəliyin icrası haqqında iddia tələbindən ibarətdir. Qeyd edilən normaların məzmunundan aydın olunur ki, öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, inzibati prosessual qanunvericiliyinin tələbi baxımından, hazırki mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İşin materiallarından görünür ki, cavabdeh inzibati orqan-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı ünvan 5-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən öhdəliyin icrası haqqında iddia qaldırıldığından və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində yerləşdiyindən, ərazi aidiyyətinə görə mübahisəyə baxılması cavabdehin olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14.11.2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının qaldırdığı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğu halda birinci instansiya məhkəməsi iddianı mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirərək inzibati işi baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5010/2020 saylı 21 iyul 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1918/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1918/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver