Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1918/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayədəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3086/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və 133251,52 manat ödənilmiş artıq vəsaitin geri qaytarılması, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” 3-17-1/3-3-17904/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və 133.251.52 manat artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-F-210761/1 saylı qərar qəbul edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 29 sentyabr 2023-cü il tarixli, 3-17-1/2,-F-226111/20 saylı qərar qəbul edilmişdir. Cavabdehin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı xx.xx.1972-xx.xx.1972, xx.xx.1974-xx.xx.1984-cü il dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” (əvvəlki 26 Bakı Komissarı adına) NQÇİ-də İstehsalat avtomatlaşdırma sexində nəzarət ölçü cihazların təmiri üzrə çilingər, nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər, xx.xx.1984xx.xx.1986-cı il dövrü ərzində neft qazçıxarma üzrə usta, xx.xx.1986-xx.xx.1989-cu il dövrü ərzində quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il dövrü ərzində “28 May” NQÇİ (“İliç Buxtası” X6 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini, xx.xx.1995-xx.xx.2011-ci il dövrü ərzində Dənizdə NQÇ İB-də mühəndis və mühəndis xidmət rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərildiyi kimi, iddiaçı 11 il 3 ay nəzarət-ölçü cihazların təmiri üzrə çilingər, nəzarət-ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər vəzifəsində işləmiş, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına uyğun olaraq mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (1100000a-18494) və (2130200a—18494), neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər (1100000a- 18559) və (2130200a—18559), nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (2130302a—18494) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bundan başqa, 4 il 1 ay 8 gün usta vəzifəsində işləmiş, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına uyğun olaraq neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar (1100000b—23187) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bundan əlavə, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nın 10.2-ci maddəsinin “a” bəndinə əsasən mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (2130200a—18494), neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər (2130200a—18559) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması. Hazırki iş üzrə iddiaçının ən azı 15 il 4 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradan iş stajı var, ümumi iş stajı isə xx.xx.2006-cı il tarixinə 20 ildən çoxdur, belə olan halda isə iddiaçının 52 yaşında əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. İddiaçı həmin hüququndan ancaq 2008-ci ildə, yəni 56 yaşında yararlana bilmişdir. Cavabdeh əssasız olaraq iddiaçının pensiyasını dayandırmış, 133251.52 manat artıq ödənilmiş pul tələb etmiş, habelə xx.xx.2020-ci il tarixindən (iddiaçının 68 il 5 ay yaşı olduqda) 431.64 manat məbləğində ümumi əsaslara görə əmək pensiyası təyin edilmişdir. Halbuki iddiaçı “Əmək pensiyaları haqqında” Qanununun 9.1.-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların,peşələrin,vəzifələrin vəgöstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sonrakı vaxtlarda kişilər üçün yaş həddi müvafiq olaraq 58 (2010 ildə) və 60 (2012 ildə) olaraq müəyyən edilmişdir Göründüyü kimi, iddiaçının həm 52 (2004-cü ildə), həm 57 (2009-cu ildə), həm 58 (2010-cu ildə), həm də 60 (2012-ci ildə) yaşında əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ən pis halda isə yaşa görə pensiya hüququ 2015-ci ildə yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) e-2-1(112)-3086/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli və “Əmək pensiyasının dayandırılması haqqında” 3- 17-1/3-3-17904/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları ləğv edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, onun barəsində qəbul edilmiş 8 sentyabr 2023-cü il tarixli 3-17-1/3-3-17903/2023 nömrəli və 8 sentyabr 2023-cü il tarixli 3-17-1/3-3-17904/2023 nömrəli qərarların ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndində (a) 1100000a—18494 kodu üzrə nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) avadanlıqların xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar nəzərdə tutulmuşdur, harada ki, qeyd edilən sahədə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Araşdırma zamanı, iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də İstehsalat avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə neft qazçıxarma üzrə usta, xx.xx.1986xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Ə.C.Əmirov” adına NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-də (“İliç Buxtası” X6 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini və xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dənizdə Neft və Qazçıxarma İB-də mühəndis və mühəndis xidməti rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi nəzarət ölçü cihazları üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla iddiaçıya son üç il üzrə ümumilikdə 133251,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçıya ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün onun pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 7 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan iddianı təmin etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə verilmiş etirazla eynilik təşkil etməklə ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də İstehsalat avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə neft qazçıxarma üzrə usta, xx.xx.1986xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Ə.C.Əmirov” adma NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-də (“İliç Buxtası” X6 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini və xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dənizdə Neft və Qazçıxarma İB-də mühəndis və mühəndis xidməti rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi nəzarət ölçü cihazları üzrə çilingər vəzifəsi qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığı üçün onun 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Göründüyü kimi, cavabdeh 20 ilə yaxın vaxt keçdikdən sonra iddiaçıya təyin edilmiş inzibati aktı ləğv etməklə, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini də pozmuşdur. Həmin Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılması onun sənədlərinin araşdırılması zamanı aşkar olunan uyğunsuzluqla bağlı olmuşdur. Lakin həmin araşdırma aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu vaxt kimi qiymətləndirilə bilməz, çünki bu araşdırma ilə yeni sübut əldə edilməmiş, əvvəllər də mövcud olmuş sənədlər yenidən qiymətləndirilmişdir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonra dəfələrlə pensiyanı yenidən hesablama barədə qərar qəbul etmiş və həmin vaxt iddiaçıya təyin edilmiş pensiya işini tədqiq etmək və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu müəyyən etmək imkanına sahib olmuş, buna baxmayaraq, sənədlərdə hər hansı uyğunsuzluq aşkar etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh mübahisəli qərarı Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. O da qeyd edilməlidir ki, işdə olan “Bibiheybət” NQÇİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-xx.xx.1983-cü il dövrü ərzində 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində dəniz şəraitində işləmişdir. xx.xx.1974-xx.xx.1975-ci il və xx.xx.1983xx.xx.1984-cü il dövrləri ərzində X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində quru şəraitində işləmişdir. İddiaçının işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft” NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarına əsasən müəyyən edilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin gördüyü işlər, vəzifənin adı və vəzifə təlimatı fərqlidir. SOCAR-ın strukturuna daxil olan qurumlarda əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısından çıxarışa əsasən “Bibiheybətneft” NQÇİ-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə əmək şəraitininə görə vəzifə (tarif) maaşına 4 % artım əmsalı ödənilir. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə qısaldılmış iş vaxtı tətbiq olunmur və əlavə məzuniyyət verilmir. İddiaçının işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft" NQÇİ- nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət Ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin, qazın, qaz kondesatımn emalı (dəniz neftçilərdən başqa) kömürün və şistin emalı yarımbölməsinin “a” bəndində göstərilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin “Bibiheybətneft” NQÇİ-nin neft mədən ərazisində kükürdlü hidrogen olmadığı üçün, qərarda qeyd edilən peşə ilə fərqlidir. Eyni zamanda “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı X2 1972-1984-cü illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilən siyahıdakı hansı koda uyğun gəlməsi barədə məlumatın qısa müddətdə (5 iş günü) məhkəməyə təqdim edilməsi ilə bağlı təkrar olaraq bildirilir ki, İddiaçı "26 Bakı komissarı” adma NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində 01,02.1972-ci i tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1984-cü tarixədək işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazm və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində və 33-cü “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə uyğunluq təşkil etmir. Lakin işdə olan “Azneft” İB-nin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Birliyin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən (NQÇİ) verilmiş xx.xx.2024-cü il tarixli RŞ02-09/217 nömrəli arxiv arayışında X2 “26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən 01,07.1972-ci il tarixədək, İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1974-cü il tarixdən 11.01,1976-cı il tarixədək nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsində işlədiyi qeyd olunur. İddiaçının “26 Bakı komissarı” adma NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək (05 ay 01 gün), xx.xx.1974- cü il tarixdən xx.xx.1984-cü il tarixədək (10 il 09 ay 28 gün) işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. Göründüyü kimi, səlahiyyətli müəssisə iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərar ilə təsdiq edilmiş siyahılara uyğun gəlmədiyini qəbul etsə də, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun gəlməsini qəbul etmişdir. Belə olan halda, iddiaçının 10 ildən çox dəniz şəraitində işləməsini, habelə işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil etməsini, yəni güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olduğundan cavabdeh onun əmək pensiyasını dayandırmaqda haqlı olmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş '‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma bəndinin (1) fəhlələr yarımbəndində (a) 1100000a— 18494 kodu üzrə nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) avadanlıqların xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar nəzərdə tutulmuşdur, harada ki, qeyd edilən sahədə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Araşdırma zamanı, Sizə pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə xx.xx.1974xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də İstehsalat avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə neft qazçıxarma üzrə usta, xx.xx.1986-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Ə.C.Əmirov” adına NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-də (“İliç Buxtası” X6 İdarəsi) texnoloq, dispetçer, mühəndis və rəis müavini və xx.xx.1995- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dənizdə Neft və Qazçıxarma İB-də mühəndis və mühəndis xidməti rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. xx.xx.1974-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində işlədiyiniz nəzarət ölçü cihazları üzrə çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan vəzifəyə aid deyil. Bu səbəbdən də həmin dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün Sizin 1 nömrəli Siyahı üzrə güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, Sizə xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri də nəzərə alınmaqla Sizə son üç il üzrə ümumilikdə 133251,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunur. İş materiallarında olan “Azneft” İB-nin “Bibiheybət” NQÇİ (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-xx.xx.1983-cü il dövrü ərzində 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində dəniz şəraitində işləmişdir (Əsas: T-2 formalı şəxsi vərəqə). xx.xx.1974-xx.xx.1975-ci il və xx.xx.1983-xx.xx.1984-cü il dövrləri ərzində X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsində quru şəraitində işləmişdi. İddiaçı işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft” NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 saylı Qərarına əsasən müəyyən edilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin gördüyü işlər, vəzifənin adı və vəzifə təlimatı fərqlidi. SOCAR-ın strukturuna daxil olan qurumlarda əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısı”ndan çıxarışa əsasən “Bibiheybətneft” NQÇİ-də nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə əmək şəraitininə görə vəzifə (tarif) maaşına 4 % artım əmsalı ödənilir. Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə qısaldılmış iş vaxtı tətbiq olunmur və əlavə məzuniyyət verilmir. İddiaçı işlədiyi 26 Bakı Komissarları adına NQÇİ-nin (indiki “Bibiheybətneft" NQÇİ-nin) X1 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinin nəzarət ölçü cihazları və avtomatlaşdırılması üzrə çilingər peşəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının neftin, qazın, qaz kondesatının emalı (dəniz neftçilərdən başqa) kömürün və şistin emalı yarımbölməsinin “a” bəndində göstərilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər peşəsinin “Bibiheybətneft" NQÇİ-nin neft mədən ərazisində kükürdlü hidrogen olmadığı üçün, qərarda qeyd edilən peşə ilə fərqlidir. İş materiallarında olan “Azneft” İB (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: İddiaçı 1972-1984-cü illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilən siyahıdakı hansı koda uyğun gəlməsi barədə məlumatın qısa müddətdə (5 iş günü) məhkəməyə təqdim edilməsi ilə bağlı təkrar olaraq bildirilir ki, İddiaçı "26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1984-cü tarixədək işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında’’ Qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində və 33-cü “Ümumi peşələr” bölməsində qeyd edilən peşələrlə uyğunluq təşkil etmir. İş materiallarında olan “Azneft” İB (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Birliyin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən (NQÇİ) verilmiş xx.xx.2024-cü il tarixli RŞ02-09/217 nömrəli arxiv arayışında İddiaçı “26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər, xx.xx.1976-cı il tarixdən xx.xx.1984-cü il tarixədək nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsində işlədiyi qeyd olunur. İddiaçı “26 Bakı komissarı” adına NQÇİ-nin İstehsalata Xidmət bazasının İstehsalat proseslərinin avtomatlaşdırılması sexində və İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək (05 ay 01 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (10 il 09 ay 28 gün) işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17904/2023 nömrəli qərarından görünür ki, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən xx.xx.2006-cı ildə İddiaçı təyin edilmiş 4223,74 manat güzəştli şərtlərlə yaşa görə pensiyası xidməti araşdırma nəticəsində dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17903/2023 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görülməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci ilədək olan redaksiyası). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı iddiaçıya münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Məhkəmə araşdırması zamanı qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir, habelə cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, yuxarıda istinad olunan normalardan aydın olur ki, inzibati orqan qanunsuz inzibati aktı ləğv edə bilər, lakin əgər həmin inzibati aktın qəbul edilməsinə rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə nail olunmamışsa, inzibati orqan qanunsuz inzibati aktın ləğv edilməsini şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində həmin inzibati aktı ləğv etmək hüququna malikdir. İşdən görünür ki, cavabdeh 20 ilə yaxın vaxt keçdikdən sonra iddiaçıya təyin edilmiş inzibati aktı ləğv etməklə, Qanunun 67.12-ci maddəsinin tələbini də pozmuşdur. Qanunun 67.12-ci maddəsində 1 illik müddətin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən hesablanması nəzərdə tutulur. İşdən görünür ki, iddiaçıya təyin olunmuş əmək pensiyasının dayandırılması onun sənədlərinin araşdırılması zamanı aşkar olunan uyğunsuzluqla bağlı olmuşdur. Lakin həmin araşdırma aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu vaxt kimi qiymətləndirilə bilməz, çünki bu araşdırma ilə yeni sübut əldə edilməmiş, əvvəllər də mövcud olmuş sənədlər yenidən qiymətləndirilmişdir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin olunduğu tarixdən sonra dəfələrlə pensiyanı yenidən hesablama barədə qərar qəbul etmiş və həmin vaxt iddiaçıya təyin edilmiş pensiya işini tədqiq etmək və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu müəyyən etmək imkanına sahib olmuş, buna baxmayaraq, sənədlərdə hər hansı uyğunsuzluq aşkar etməmişdir. Buna görə də cavabdeh mübahisəli qərarı Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddəti ötürməklə qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azneft” İB (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1984-cü il tarixədək işlədiyi nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər və nəzarət ölçü cihazları və avtomatlaşdırma üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi sahə və peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahə və peşəyə uyğunluğu işəgötürənin arayışı ilə də öz təsdiqini tapır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3086/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1918/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1918/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver