Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1919/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Ağayev Valeh Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı (üçüncü şəxs: AR Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1837/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, X3 yanında X9 və Dövlət Xidməti Akademiyası tərəfindən verilmiş (xx xxxx 2017-ci il tarixli, 1 nömrəli protokola əsasən 107724 ******* nömrəli) bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci il tarixdə Rusiya Federasiyasında yerləşən “X3 yanında X9 və Dövlət Xidməti Akademiyası”nın hüquq fakültəsinə daxil olmuş, 2017-ci il tarixdə universiteti bitirmiş, xx xxxx 2017-ci il tarixli, 1 nömrəli protokola əsasən adına 107724 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, “X3 yanında X9 və Dövlət Xidməti Akademiyası” tərəfindən verilmiş diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixli, N-650/03-ANİ seriyalı məktubla xahişi təmin edilməyərək bildirmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-ci il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78B8672F871784 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi imtinaya əsas kimi aldığı ixtisasın mənimsənilməsi üçün iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığını göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndində dilbilmə səviyyəsi ilə bağlı heç bir müddəa qeyd olunmamışdır. O da qeyd edilir ki, iddiaçı qiyabi formada təshil almaqla bütün dərslərdə iştirak etmiş və Təhsil Nazirliyi tərəfindən Rusiya Federasiyasına, “X3 yanında X9 və Dövlət Xidməti Akademiyası”na və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğular verilmiş, bütün sorğulara müsbət cavab əldə olunmuşdur. Bundan sonra iddiaçı müsahibəyə dəvət edilmiş və müsahibədə ona verilmiş sualların böyük əksəriyyətinə cavab vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, müsahibədə suallara qənaətbəxş cavab verməmişdir. İddiaçı hesab edir ki, o, rus dilini bilmədiyi təqdirdə imtahanlardan müvəffəq qiymət ala və universiteti bitirə bilməzdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-1837/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X7 Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1837/2020 saylı qərarı ilə İddia qismən təmin edilmiş, X3 yanında X9 və Dövlət Xidməti Akademiyası tərəfindən xx xxxx 2017-ci il tarixli, 1 nömrəli protokola əsasən verilmiş 107724 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə X7 Agentliyinin üzərinə öhdəliyin qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın tam ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının inzibati orqana müraciət edərək diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etməsini və inzibati orqanın xx.xx.2019-cu il tarixli, N-650/03-ANİ seriyalı məktubu ilə iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasını əsası ilə müraciətinin müsbət həllindən imtina etməsini nəzərə almayıb. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1837/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-1837/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İşdə olan sənədlərin surətlərindən məlum olur ki, iddiaçı 2017-ci ildə X3 yanında X9 və Dövlət Xidməti Akademiyasında tam kursu bitirmiş, “hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş və yekun dövlət attestasiyasını uğurla başa vurmuşdur. Dövlət İmtahan Komissiyasının qərarı ilə (protokol №1, xx xxxx 2017-ci il) ona bakalavr dərəcəsi verilmişdir. X8 Voronej vilayəti Təhsil, elm və gənclər siyasəti Departamenti tərəfindən xx.xx.2017-ci ildə 214865 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. 107724 ******* nömrəli diploma əlavəyə əsasən iddiaçı X3 yanında X9 və Dövlət Xidməti Akademiyasında təhsil aldığı müddətdə hüquqşünaslıq ixtisası üzrə 50 fənndən yaxşı, məqbul və kafi qiymətlər alımış, tədris və istehsalat təcrübəsi keçmiş, 04 kurs işi və layihəsindən yaxşı və kafi qiymətlər almış, buraxılış – ixtisas işini (bakalavr işi) müdafiə etmiş və kafi qiymət almışdırş. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli nömrəli məktubuna əsasən iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx xxxxx 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 3.7-ci maddəsinə əsasən A78B8672F871784 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkəərazisində tanınması mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından hazırkı vəziyyətdə X3 yanında X9 və Dövlət Xidməti Akademiyası tərəfindən xx xxxx 2017-ci il tarixli, 1 nömrəli protokola əsasən verilmiş 107724 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün sadalanan hallardan hər hansı birinə istinad edilməmişdir. İmtinanın əsası iddiaçının təhsil aldığı dili bilməməsi göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçının artıq inzibati orqana müraciət etməsi iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmasını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1837/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1919/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1919/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver