Məhkəmə qərarları › İş №2-1(103)-192/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-192/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-192/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1987-xx.xx.1988-ci illər ərzində Yevlax rayon 57 №-li X4 işlədiyi dövrün ümumi sosial sığorta stajına əlavə edilməklə hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı xx.xx.1987-xx.xx.1988-ci illər ərzində Yevlax rayon 57 №-li X8 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-01.088.1988-ci illər ərzində Yevlax rayon 57 №-li X4 fəhlə işləmişdir. Həmin müddət onun əmək kitabçasında qeyd olunsa da, cavabdeh işlədiyi həmin müddəti sosial sığorta stajı kimi ümumi əmək stajına əlavə etməmişdir. Bu barədə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, yuxarıda qeyd etdiyi dövrün əmək stajı kimi qəbul edilməməsini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüquqlarının pozulmasıdır. Ona görə də, hazırda bu iddiası ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-xx.xx.1988-ci illər ərzində Yevlax rayon 57 №-li X8 işlədiyi dövrün sosial sığorta stajına əlavə edilməsinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür, 52 yaşı xx.xx.2006-cı il tarixindən sonra tamamlanmışdır. Buna görə də, iddiaçıya 9.8-ci maddəyə əsasən 52 yaşdan pensiya təyin edilə bilməsi üçün o, xx.xx.2006-cı il tarixindək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçı isə xx.xx.2006-cı il tarixinədək ondan tələb olunan 20 il ümumi iş stajına malik deyil. Belə ki, iddiaçının təqdim etdiyi arxiv sənədlərində qeyd olunanlara əsasən, Yevlax rayon 57 nömrəli X5 xx.xx.1987-xx.xx.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. “Əmək pensiayları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasnda təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən də, həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamış, nəticədə iddiaçının xx.xx.2006-cı ilə qədərki stajı 20 ilə çatmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-5058/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1967ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. O, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSR SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətiə əsasən iddiaçı xx.xx.1987-ci il tarixdən, xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək, xx.xx.1996cı il tarixdən halhazıradək müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Yevlax Aviasiya Şirkəti tərəfindən verilmiş 12/10-14 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı 1988-ci il avqustun 23-dən (əmr № 169/İ-xx.xx.1988-ci il) 1990-cı il aprel ayının 06-sı daxil olmaqla – daşımaların təşkili qrupunda anbardar, 1990-cı il aprel ayının 06-dan (əmr № 55/İ – xx.xx.1990-cı il) 1991-ci il iyul ayının 29-u daxil olmaqla – hava nəqliyyatın hərəkətini idarə edən dispetçer-operatoru, 1991-ci iyul ayını 29-dan (əmr №47/İxx.xx.1991-ci il) 1996-cı il iyun ayının 01-i daxil olmaqla – hava nəqliyyatın hərəkətini idarə edən dispetçer, 1996-cı il iyun ayının 01-dən (əmr № 58/İ – xx.xx.1996-cı il) “Aeronaviqasiya” İdarəsinə keçdiyi üçün tutduğu vəzifədən azad edilib. Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 65 nömrəli arayışa əsasən iddiaçı Yevlax aeroportunda, “xxxx” Aviaşirkətində, “xxxx” müəssisəsində və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” X10 “Yevlaxaeronaviqasiya” Hava hərəkətinin idarə edilməsi HHİ dispetçeri vəzifəsində böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilmsəini yerinə yetirir: Yevlax aeroportunda və “xxxx” Aviaşirkəti – xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli, 2/ş saylı əmr) xx.xx.1996-cı il tarixə kimi (xx.xx.1996-cı il tarixli, 58/ş saylı əmr). “xxxx” Müəssisəsi – Yevlax aeroportunda və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” X10 “Yevlaxaeronaviqasiya” Hava Hərəkətinin idarə edilməsi – xx.xx.1996-cı il tarixdən (xx.xx.1996-ci il tarixli, 13/ş saylı əmr) xx.xx.2020-ci il tarixinədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında təsdiq edilmiş XXİ. Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri və böyük dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 27 il 09 ay 19 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 35 nömrəli arxiv arayışından görünür ki, Yevlax rayon 57 №-li X5 əmr kitabları və əmək haqqı sənədləri Yevlax Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi xx xxxxxx 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla xx xxxxxx 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilərək xx.xx.1987-xx.xx.1988-ci illər ərzində Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakı Registrində qeydiyyata alınmamışdır. Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yenidən sorğu göndərilərək xx.xx.1987xx.xx.1988-ci illər ərzində Dövlət Aqrar Sənaye Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin Dövlət Aqrar Sənaye Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakı Registrində qeydiyyata alınmamışdır. Göründüyü kimi nə iş materiallarına, nə də ki, məhkəmə tərəfindən əldə olunmuş sübutlara əsasən iddiaçı xx.xx.2006-cı il tarixinədək tələb olunan 20 il ümumi iş stajına malik olması təsdiq olunmamışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X9 İdarsinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar