Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-192/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1543/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. PB seriyalı 231993 saylı xx.xx.1991-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1984-cü ildə X1 daxil olmuş, xx.xx.1991-ci il tarixdə bitirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 86 nömrəli arayışında göstərilmişdir ki, verilir 1967-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, həqiqətən o, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. xx.xx.1996-cı ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, xx.xx.2017-ci ildə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır. Tərtər rayon Dövlət Arxivinin 13 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Sabiq “İnqilab” adına kolxozun əmək haqqı kitablarına əsasən 1983-cü ildə faktiki adam günü 161 gün, minimum adam günü 220 gün, 1984-cü ildə faktiki adam günü 113 gün, minimum adam günü 280 gün işləmişdir. "xxxx" QSC-nin İddiaçı ümumi iş (sosial sığorta) stajı barədə təsdiq etdiyi xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları Bakı distansiyasına operator köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə “Azalavia” Bakı Nəqliyyat Aviakompaniyasında təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə "xxxx" Aaviasiya Şirkətində sərnişinlərə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Aviasiya Şirkətinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə təyin edilmiş, xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2014-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin təyyarə bələdçisi vəzifəsində hesab edilmiş, xx.xx.2017-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və «BUTA AİRWAYS» Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəzifəsinə 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020-ci ildə tutduğu vəzifəsindən azad edilmiş və "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsinə keçirilmiş, hal-hazırda həmin vəzifədə çalışır. Yekun: «BUTA AİRWAYS» təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 66 təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3cü maddəsinə əsasən güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RSTŞ-yə verilir. "xxxx" 85 saylı QSC-nin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" Aviasiya şirkətində «BUTA AİRWAYS» təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: xx.xx.1996-xx.xx.1996 373 saat 23 dəqiqə (üç yüz yetmiş üç saat iyirmi üç dəqiqə) xx.xx.1997-xx.xx.1997 367 saat 47 dəqiqə (üç yüz altmış yeddi saat qırx yeddi dəqiqə) xx.xx.1998-xx.xx.1998 289 saat 14 dəqiqə (iki yüz səksən doqquz saat on dörd dəqiqə) xx.xx.1999-xx.xx.1999 179 saat 17 dəqiqə (yüz yetmiş doqquz saat on yeddi dəqiqə) xx.xx.2000-xx.xx.2000 245 saat 5 dəqiqə (iki yüz qırx beş saat beş dəqiqə) xx.xx.2001-xx.xx.2001 425 saat 8 dəqiqə (dörd yüz iyirmi beş saat səkkiz dəqiqə) xx.xx.2002-xx.xx.2002 555 saat (beş yüz əlli beş saat) xx.xx.2003-xx.xx.2003 659 saat 9 dəqiqə (altı yüz əlli doqquz saat doqquz dəqiqə) xx.xx.2004-xx.xx.2004 718 saat 10 dəqiqə (yeddi yüz on səkkiz saat on dəqiqə) xx.xx.2005-xx.xx.2005 659 saat 38 dəqiqə (altı yüz əlli doqquz saat otuz səkkiz dəqiqə) xx.xx.2006-xx.xx.2006 513 saat 29 dəqiqə (beş yüz on üç saat iyirmi doqquz dəqiqə) xx.xx.2007-xx.xx.2007 499 saat (dörd yüz doxsan doqquz saat) xx.xx.2008-xx.xx.2008 502 saat 43 dəqiqə (beş yüz iki saat qırx üç dəqiqə) xx.xx.2009-xx.xx.2009 516 saat 5 dəqiqə (beş yüz on altı saat beş dəqiqə) xx.xx.2010-xx.xx.2010 606 saat (altı yüz altı saat) xx.xx.2011-xx.xx.2011 681 saat 15 dəqiqə (altı yüz səksən bir saat on beş dəqiqə) xx.xx.2012-xx.xx.2012 878 saat (səkkiz yüz yetmiş səkkiz saat) xx.xx.2013-xx.xx.2013 809 saat (səkkiz yüz doqquz saat) xx.xx.2014-xx.xx.2014 862 saat 30 dəqiqə (səkkiz yüz altmış iki saat otuz dəqiqə) xx.xx.2015-xx.xx.2015 723 saat (yeddi yüz iyirmi üç saat) xx.xx.2016-xx.xx.2016 745 saat (yeddi yüz qırx beş saat) xx.xx.2017-xx.xx.2017 778 saat 21 dəqiqə (yeddi yüz yetmiş səkkiz saat iyirmi bir dəqiqə) xx.xx.2018-xx.xx.2018 680 saat (altı yüz səksən saat) xx.xx.2019-xx.xx.2019 799 saat 15 dəqiqə (yeddi yüz doxsan doqquz saat on beş dəqiqə) xx.xx.2020-xx.xx.2020 135 saat 53 dəqiqə (yüz otuz beş saat əlli üç dəqiqə) xx.xx.2021xx.xx.2021 23 saat 38 dəqiqə (iyirmi üç saat otuz səkkiz dəqiqə) CƏMİ: 14257 saat 8 dəqiqə (on dörd min iki yüz əlli yeddi saat səkkiz dəqiqə). "xxxx" QSC-nin 163 saylı xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, onun gəliri (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 28 322 160 (iyirmi səkkiz milyon üç yüz iyirmi iki min yüz altmış manat) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) ödənilmişdir. "xxxx" QSC-nin 164 saylı xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, onun gəlir (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 1041.25 (bir min qırx bir manat, 25 qəp.) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) üçün ödənilmişdir. "xxxx" QSC-nin 165 saylı xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, onun gəlir (normadan artıq işə görə və birdəfəlik xarakter daşıyan ödənişlər istisna olmaqla) təşkil etmişdir: 10 360 997.08 (on milyon üç yüz altmış min doqquz yüz doxsan yeddi manat 08 qəp) zərərli şərtlər üçün ödəniş aylıq mükafatlar və əlavə ödəmələr daxil olmaqla (rüblük, yarımillik, illik və s.) üçün ödənilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********9 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 16 aprel 2021-ci il tarixli 85 nömrəli arayışında qeyd olunmuş xx.xx.1996-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyiniz təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 1967-ci təvəllüdlüdür və xx.xx.1985-ci ildən xx.xx.1987-ci il tarixinədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü il tarixdən 1984-cü il tarixədək Tərtər rayonunda yerləşən sabiq “İnqilab” adına kolxozda işləmişdir. 1991-ci ildə X2 bitirmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Azalavia” şirkətində Təyyarə bələdçisi xx.xx.2005-ci il tarixdən "xxxx" Milli Aviasiya Şirkətində “sərnişinlərlə xidmət şöbəsinə təyyarə bələdçisi vəzifəsində, xx.xx.2008-ci il tarixdə həmin şirkətin adı dəyişilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti olmuş, xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilərək “BUTA AİRWAYS” Sərnişin Aviaşirkətinin təyyarə bələdçisi vəsifəsində 4-cü dərəcə ilə keçirilmiş, xx.xx.2020ci il tarixdə tutduğu vəzifədən azad edilərək "xxxx" Sərnişin Aviasiya Şirkəti Uçuşların İstehsalı İdarəsinin Təyyarə bələdçiləri xidmətinin “BUTA AİRWAYS” təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə çalışır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı Qərarının 21.3-cü maddəsinə əsasən iddiaçıya güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün arayış RSTŞ-yə təqdim edilmişdir. İşlədiyi illərin iş stajına hesablanaraq güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktubla müraciətinə, sözügedən idarə tərəfindən 11 iyun 2021-ci il tarixli məktubla cavab verilmişdir ki, Nazirlər Kabinetinin nə 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Təqdim etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 85 saylı arayışından görünür ki, ümumilikdə xx.xx.1996-cı ildən hazırkı dövrədək 14.257 saat 8 dəqiqə təyyarə bələdçisi kimi uçuş saatlarına malikdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərğə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 16 aprel 2021-ci il tarixli 85 nömrəli arayışında qeyd olunmuş xx.xx.1996- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1543/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xx.xx.1996-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Aviasiya şirkətində işlədiyiniz təyyarə bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin nə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahısında, nə də 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab olunsa da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşına çatmamasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbindən çıxış edərək qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının işlədiyi vəzifənin həmin dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda (1 və 2 nömrəli) nəzərdə tutulan vəzifələrdən birinə uyğun gəlməsi tələb olunur. Hazırki işdə iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi adıçəkilən 1 nömrəli Siyahıda 12003000 mülki aviasiya bölməsində nəzərdə tutulmuş vəzifələr sırasında, eləcə də həmin siyahının sonuna əlavə edilmiş “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda sadalanan vəzifələr arasında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən olunur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun tələbləri baxımından qiymətləndirmə apardıqda isə müəyyən olunur ki, həmin Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 il ümumi, 12 il 6 ay xüsusi stajı olmalı, bununla yanaşı iddiaçı 60 yaşa çatmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3. Mülki aviasiya bölməsində hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifəsi güzəştli pensiya təyinatına imkan verən zərərli peşə kimi nəzərdə tutulmuşdur. İşəgötürən "xxxx" QSC tərəfindən iddiaçı barəsində verilən güzəştli arayışda da iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1- ci maddəsinə əsasən adıçəkilən 2007-ci il siyahısının 21.3-cü bəndinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyininə imkan verdiyi göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.3-cü bəndinə əsasən zərərli iş hesab edilir. Lakin hazırkı halda həmin vəzifəyə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə - 60 yaşa çatması tələb olunur ki, iddiaçı 55 yaşında olmaqla 60 yaşına çatmamışdır. Beləliklə, hazırkı halda iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə görə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın tələbindən görünür ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə işləyən kişilərin 25 il ümumi iş stajı olduqda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya sahəsində yaş senzi olmadan, yəni müvafiq yaş həddinə çatması tələb olunmadan işləyən kişilərin güzəştli şərtlərlə pensiya təyinatı üçün aşağıdakı şərtlər tələb olunur: - şəxs uçuş və uçuş-sınaq heyətində olmalı; - 25 il ümumi iş stajı olmalı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın: -1-ci bədinə görə bu Qaydalar ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bədinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Uçuş və uçuş-sınaq heyətinin üzvlərinə pensiya təyin edilərkən 3.1-ci və 3.2-ci yarımbəndlərdə nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası yaş məhdudiyyəti nəzərə alınmadan kişilərə ən azı 25 il, qadınlara isə azı 20 il sığorta stajı, uçuş işindən səhhətinə görə azad olmuş kişilərə isə azı 20 il, qadınlara - azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə tətbiq olunur. Beləliklə, göründüyü kimi, adıçəkilən Qaydalara əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin, təyyarədə çalışan sıravi ekipaj üzvlərinin ümumi sığorta stajı işə qəbul - işdən çıxma dövləri arasında olan fərq əsasında deyil, xüsusi qaydada uçuş saatlarına uyğun olaraq hesablanır. Həmin Qaydaların 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edildiyi kimi 9.3-cü maddəsinin tələbinə müvafıq olaraq yaş məhdudiyyəti olmadan güzəştli şərtlərlə pensiya almaq hüququna malik mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətinə aid vəzifələrin adları sadalanmışdır. Birinci instansiya məhkəmənin sorğularına cavab olaraq məhkəməyə təqdim edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12/5039 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1996-cı ildən hal-hazıradək Azərbaycan Respublikasının mülki aviasiya sistemində (“AZALAVİA” Bakı Nəqliyyat Aviaşirkəti, "xxxx" Milli Aviaşirkəti, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) təyyarə bələdçisi vəzifəsində çalışır. Azərbaycanın Aviasiya Qaydalarının (“İşçi heyətə şəhadətnamələrin verilməsi”) “Anlayışlar və İxtisarlar” adlı 1-ci fəslinin “Anlayışlar” adlı 10001(a) saylı bölməsinə əsasən təyyarə bələdçisi kabinə heyətinin üzvüdür. Xüsusilə, bu anlayışda aşağıdakılar nəzərdə tutulmuşdur: “kabinə heyətinin üzvü - hava gəmisində müəyyən vəzifə öhdəliklərinin (hava gəmisinə və ya sərnişinlərə xidmət göstərilməsi) yerinə yetirilməsi üçün istismarçı tərəfindən müəyyən olunmuş qaydada təyin edilmiş, xüsusi hazırlıq keçmiş, lakin uçuş heyətinin üzvü olmayan şəxsdir”. Beləliklə, təyyarə bələdçisi vəzifəsi hava gəmisinin və digər uçuş aparatlarının uçuş heyəti üzvləri, uçuş-təlimatçı və komanda-uçuş heyəti üzvləri, uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən müfəttişlər və ya digər uçuş xidməti mütəxəssisləri vəzifələrinə aid deyildir və Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun 9.3-cü maddəsinə əsasən pensiyaya çıxmaq hüququ vermir. Təyyarə bələdçisinin vəzifə öhdəliklərinə aşağıdakı funksiyalar daxildir: qəza-xilasetmə vasitələrinin tətbiq edilməsi qaydalarını işləyir, həmin qaydaları sərnişinlərə nümayiş etdirir və məlumat verir; hava gəmisi salonunun, mətbəxin və tualet otaqlarının sanitar vəziyyətini yoxlayır və uçuş zamanı daim nəzarətdə saxlayır; fövqəladə hallar, o cümlədən hava gəmisinin zəbt edilməsi zamanı tədbirlər görülməsi üçün təlim keçir (şərti işarələrin ötürülməsi); hava gəmisinə yüklənən qidanın miqdarına nəzarət edir, sərnişinlərin qida ilə təmin edilməsi üzrə sanitar qaydalar pozulduqda, qidanı qəbul etməkdən imtina edir; geyim formasının daşınması qaydalarına riayət edir; hava gəmisində sərnişinlərin vaxtında xəbərdar edilməsinə və onların davranış qaydalarına nəzarət edir; sərnişinlər hava gəmisinin salonunu tərk etdikdən sonra salonda unudulmuş əşyaların olub-olmamasını yoxlayır; təsdiq edilmiş plana uyğun olaraq qəzaxilasetmə vasitələrinə, sərnişinlərə xidmət göstərilməsi, qəza cədvəlinin icrası, sərnişinlərin, yüklərin, poçtun daşınması texnologiyasını yerinə yetirir; özləri və ətrafdakılar üçün təhlükə mənbəyi olan xəstə və sərxoş vəziyyətdə olan sərnişinləri hava gəmisinə qəbul etməkdən imtina edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12/880 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1996-cı ildən hal-hazıra kimi təyyarə bələdçisi vəzifəsində çalışır. 7 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində “Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi” qəbul edilərək sentyabr 1949-cu ildə qüvvəyə minmişdir. 1948-ci il aprelin 13-də Şura, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltdiyi qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına “Rəsmiyyətlərin sadələşdirilməsi” adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: “Uçuş heyətinin üzvü. Xidməti uçuş müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü”. “Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri yerinə yetirmək üçün istismarçı tərəfindən təyin edilmiş şəxs”. Beləliklə, Azərbaycan Respublikasının tamhüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni təyyarə bələdçiləri sərnişinləri qarşılamaq və yerləşdirmək, uçuş zamanı qidanın təqdim edilməsini təşkil etmək, sərnişinlərin və təyyarənin təhlükəsizliyini təmin etmək, ilk tibbi yardım göstərmək vəzifələri həvalə edilmiş heyət üzvləridir, olmaqla yanaşı eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İşəgötürən "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi arayışlarda iddiaçının işlədiyi təyyarə bələdçisi vəzifəsinin uçuş heyətinin üzvü olmayan şəxs olmaqla Qaydaların 2-ci bəndində sadalanan vəzifələrə aid olmadığını və bununla da Qanunun 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli pensiya hüququna əsas verən vəzifə sayılmadığını qeyd etmişdir. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusudur. Həmin Qanunun 1.0.13-cü maddəsinə görə hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparatdır. Həmin Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi, aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Hava gəmisinin ekipajına uçuş vaxtı hava gəmisinin idarə edilməsi və ya bu idarəetməyə bilavasitə xidmət göstərilməsi üzrə təyin olunan şəxslərdən ibarət olan heyət daxildir. Beləliklə, iddiaçının işlədiyi “təyyarə bələdçisi” vəzifəsi onun yaş məhdudiyyəti olmadan ƏPQ-nin 9.3-cü maddəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna əsas vermədiyindən cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı dəlilinə, qeyd olunur ki, həmin dəyişiklik də hazırki vəziyyətdə iddiaçının tələbinin təmin olunması üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1543/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1543/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-192/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-192/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver