Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1920/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair **********193980 saylı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193980 saylı xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Vergi X1 Baş İdarəsinə qarşı inzibati aktın mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********193980 saylı xx.xx.2019-cu il tarixli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və müəyyən edilmiş vergilər vaxtı-vaxtında ödənilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193980 saylı xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Cəmiyyət qərarla razılaşmır, həmin qərar qanunsuz və əsassızdır. Çünki səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hesablanmış vergi borcları tamamilə qanunsuzdur və həmin inzibati akt ləğv edilməlidir. Belə ki, həmin vergi borcları ilə bağlı əsasların izah edilməsi, dəlil və sübutların təqdim edilməsi üçün cavabdeh inzibati orqana dəfələrlə müraciət edilməsinə baxmayaraq, MMC-yə hər hansı əsaslı və qənaətbəxş cavab bildirilməmişdir. Qərardad 330212.17 manat məbləğində əlavə hesablanmış vergi məbləği və buna uyğun 165106.1 manat maliyyə sanksiyasının hesablanması heç bir mötəbər sübütla öz təsdiqini tapmamış və qərarda göstərilənləri isbat edən heç bir hal mövcud deyildir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, səyyar vergi yoxlaması ilə müəssisəyə 3.571,31 manat mənfəət vergisi, 326640,81 manat əlavə dəyər vergisi olmaqla, cəmi 330212,12 manat əlavə dəyər vergisi hesablanmış, müvafiq olaraq 165106.1 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşkar edilmiş faktlarla əlaqədar hal-hazırda Vergi X1 Baş İdarəsində ********* saylı cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Həmçinin cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 9/1707 saylı 8.08.2020-ci il tarixli rəyi ilə səyyar vergi yoxlaması zamanı hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır. Buna görə də cinayət işi üzrə icraat başa çatanadək hazırki iş üzrə icraat dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehtərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iş üzrə icraatın dayandırılması barədə vəsatətə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cinayət işi üzrə cinayət təqibinin hazırki mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyrimümkündür. Həmçinin qeyd olunan məsələ ilə bağlı analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi bir mübahisə üzrə iki paralel icraatın aparılmasına şərait yaratmışdır. Ali Məhkəmə həmin qərarda inzibati iş üzrə icraatın dayandırılmalı olması qənaətinə gələrkən aşağıdakıları bildirmişdir: “Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallarına və apellyasiya şikayətinin dəlillərinə düzgün və müfəssəl qiymət verməməklə, bir mübahisə üzrə iki paralel icraatların aparılmasına şərait yaratmışdır. İnzibati qaydada aparılan icraat və cinayət icraatı vaxt və mahiyyət baxımından əlaqəli və yaxın olmalıdır. Yəni, eyni faktlara əsaslanmalı, paralel olaraq aparılmalıdır. Bununla yanaşı, vergi ödəyicisindən alınmış izahatlar, təyin edilmiş ekspertizalar hər icraatda ayrıca qaydada aparılmamalıdır. Başqa sözlə, inzibati orqan və istintaq orqanı özünün müstəqil təhqiqatını aparmamalıdır. Biri tərəfindən əldə edilmiş məlumatlar digəri üçün sübut əhəmiyyətli olmalı və şübhə altına alınmamalıdır. Həmçinin, hər iki icraat nəticəsində vahid yekun akt qəbul edilməlidir." Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı MMC–nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan **********187251 sylı xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MMC üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri haqqında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair **********193980 saylı xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Hazırki işdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə qarşı tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193980 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi” ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müvafiq cinayət işinin aidiyyəti məhkəmənin icraatına göndərilməməsinə və həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasının İPM-nin 7.2-ci maddəsi ilə uzlaşmadığına istinad edərək iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi İddiaçı MMC ilə bağlı tərtib edilmiş inzibati akt həmin müəssisədə aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halı ilə əlaqədar qaldırılmış cinayət işinin araşdırma əsaslarından biri kimi çıxış etdiyi üçün həmin cinayət təqibinin hazırki inzibati mübahisənin həllinə təsiri deyil, əksinə, inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının cinayət təqbinə təsir edəcəyi müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə icraatın dayandırılması üçün yuxarıda qeyd olunan normada göstərilən əsaslar mövcud olmadığından bu barədə vəsatətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1920/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1920/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver