Məhkəmə qərarları › İş №2-1(103)-1920/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1920/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1920/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: X9 “iddiaçı və uşaqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)-3314/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, uşaqları X4, X5 və X12 oğlunun ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə 29.11.2018-ci il tarixli qərarla iddianı təmin etmişdir. Daha sonra iş üzrə maraqlarına toxunan şəxs Həsənov Ülvi Namət oğlu məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qəbul edilmiş 29.11.2018-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 18.07.2019-cu il tarixli qərardadla Həsənov Ülvi Namət oğlunun ərizəsini təmin etmiş, məhkəmənin 29.11.2018-ci il tarixli qərarını ləğv edilərək iş üzrə icraatı təzələmiş və Həsənov Ülvi Namət oğlunu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində işə cəlb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)- 3314/2019 saylı qərarı ilə rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.07.2019-cu il tarixli qərardadının qanunsuz hesab edilərək ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2019-cu il tarixli 2-1(81)3314/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz olaraq iddiaçının keçmiş əri Ü.Həsənovu üçüncü şəxs qismində cəlb etmiş və öz qərarını ləğv etmişdir. Ü.Həsənovun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması bəlli deyil. Məhkəmə Ü.Həsənovun pozulmuş hüquqlarının nədən ibarət olmasını qeyd etməmişdir. Ü.Həsənovun təqdim etdiyi sənədlər iddiaçının qeydiyyata düşdüyü binaya (tikiliyə) deyil, torpaq sahəsinədir. Tikiliyə və torpağa çıxarış verilməyib. İddiaçının həmin tikiliyə qeydiyyata alınması Ü.Həsənovun heç bir (rəsmi, qeydə alınmış) hüquqlarını pozmur. Buna görə də Ü.Həsənovun cəlb olunması və daha sonra ilkin qərarın ləğv olunması qanunsuzdur. Nəzərə alınmalıdır ki, Ü.Həsənova məxsus əmlak nikah dövründə əldə edilmiş əmlakdır. Binəqədi rayon Məhkəməsi iddiaçının evə köçürülmə barədə iddiasını təmin edib və onun həmin evə köçürülməsi barədə qərar qəbul edib. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının mübahisəli əraziyə qeydiyyata düşməsi üçün Ü.Həsənovun razılığı alınmalı idi. Lakin məhkəmə bu mövqeyini əsaslandırmamışdır. Ü.Həsənovun qeydə alınmış hüququ olmadığından onun icazəsinə ehtiyac yox idi. Həmçinin məhkəmə gedişi zamanı iddiaçı vəsatət verərək, xahiş etmişdir ki, evə köçürülmə barədə iddiaya baxılana kimi iş üzrə icraat dayandırılsın, lakin məhkəmə icraatı dayandırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli, 2-1(103)-2654/19 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)-3314/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(102)-6/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli, 2-1(103)-2654/19 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarına istinad edərək, belə hesab etmişdir ki, iddiaçının mübahisəli evə qeydiyyata alınması üçüncü şəxs Ü.N.Həsənovun razılığı olmalıdır. İddiaçıya belə razılıq verilməyibsə, onun mübahisəli evə qeydiyyata alınması barədə iddiası əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normasını, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Hazırki işə baxmış Ali Məhkəmənin qərarına görə, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir, apelyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən Binəqədi rayon Məhkəməsinin 2(008)- 6017/2019 saylı işi tələb edilərək öyrənilməli, bunun əsasında da hazırkı iş üzrə qanuni və əsaslı qərar qəbul edilməli, kassasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin göstərişinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iş üzrə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildə Ağdarə rayonu, Narıştar kəndində doğulmuş və bu barədə (1 saylı Asan Xidmət Mərkəzi tərəfindən AZE seriyalı ******** №-li vətəndaşın şəxsiyyət vəsiqəsi verilmişdir). İddiaçı İddiaçı ilə üçüncü şəxs X6 birgə nikahdan 09.05.2006-cı il tarixdə Nərmin, 02.02.2008-ci il tarixdə Şəfiqə və 27.10.2010-cu il tarixdə Teymur adlı uşaqları doğulmuş, bu barədə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 180739 №-li, AZ-İİ seriyalı 625838 №-li və AZ-İİ seriyalı 081614 №-li doğum haqqında şəhadətnamələr verilmişdir. İddiaçı İddiaçı ilə üçüncü şəxs X6 arasında olan nikah ləğv edilmiş və bununla bağlı 02.10.2017-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 65 nömrəli qeyd aparılmış, bu barədə Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 02.10.2017-ci il tarixdə AZ-İ seriyalı 262755 №-li Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2012-ci il tarixli qərarına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 566 saylı qərarı ilə Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən vətəndaş X2 adına rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsinin X6 adına sənədləşdirilməsinin cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10.12.2012-ci il tarixli 51 №-li qərarına əsasən Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində vətəndaş X3 fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinə dair bələdiyyənin 29.12.2006-cı il tarixli 566 saylı qərarı X6 adına dəyişdirilmişdir. Həmin qərara əsasən X9 ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 10.12.2012-ci il tarixli 06 №-li müqavilə bağanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağ Park küçəsi, 67 №-li evə dair elektrik enerjisi və qaz təhcizatı ilə təmin olunması barədə X9 ilə müvafiq müqavilələr bağlanmışdır. İddiaçının uşaqları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşamaları barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 15.11.2018-ci il tarixli 3324 saylı Arayış verilmişdir. Yeni apellyasiya baxışı zamanı elektron məhkəmə sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X7 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin cavabdeh X7 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Səadət Arif qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 372.047,72 manat məbləğində xərclərin ½ hissəsinə onun, ½ hissəsinə İddiaçı payı müəyyən edilməklə, 372.047,72 manat məbləğində xərcin ½ hissəsini təşkil edən 186.023,86 pulun ondan tutularaq İddiaçı ödənilməklə, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə pay hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)-6017/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı qızının iddia tələbi təmin edilərək onun ünvan 3 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin cavabdeh X7 qadağan edilməsi qət olunmuş, X6 İddiaçı qarşı birgə nikah dövründə daşınmaz əmlakın tikintisinə çəkilən xərclərdə payın müəyyən edilməsi və tərəflər arasında bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə cavabdeh Ü.Həsənov apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(103)-1690/2020 nömrəli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(102)4130/2020 saylı qərarı ilə cavabdeh X9 və Vəkil3 verdiyi kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1690/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh X9 tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması barədə ilkin iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Yeni apelyasiya baxışı zamanı cavabdeh X9 ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini və apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2(103)-7985/2020 nömrəli qərardadı ilə cavabdeh X6 apelyasiya şikayətindən imtinası qəbul edilmiş, baxılan iş üzrə cavabdeh X6 apelyasiya şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilmişdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd edilənlərdən görünüdüyü kimi, həmin prosessual mərhələyə görə, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Ü.Həsənov tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması barədə ilkin iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Hazırki vəziyyətdə iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, onun yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2- 1(81)-3314/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)- 3314/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı, uşaqları X4, X5 və X12 oğlunun ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar