Məhkəmə qərarları › İş №2-1(103)-1920/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1920/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1920/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb vahid çıxarışın verilməsi tələbinə dair » inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə verilmiş çıxarış (qeydiyyat nömrəsi – **********) əsasında İddiaçı mülkiyyətində olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin 365,9 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1) İddianın əsaslarına görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Ev 0.036590 ha torpaq sahəsində inşa edilmiş, hazırda da həmin torpaq sahəsi və fərdi yaşayış evi təyinatı üzrə iddiaçı tərəfindən istifadə olunur. Evin və həyətyanı 0.036590 ha torpaq sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına əsas olan bütün sənədlər cavabdehin arxivində var. İddiaçı evin həyətyanı və tikintialtı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, cavabdeh tərəfindən verilmiş texniki pasportda da evin həyətyanı və tikintialtı torpaq sahəsinin 0.036590 ha, yəni 365,9 kv.m olması qeyd olunmuş, evin və torpaq sahəsinin M1:200 miqyasda planı tərtib edilmiş, evin iki tərəfdən qonşularla, bir tərəfdən isə yol ilə əhatə olunması dəqiq müəyyən olunmuş, yaşayış evinin ölçüləri, həyətyanı torpaq sahəsinin hasarlanması və dəmir qapı qoyulması, hətta yaşayış evinin 1990cı ildə tikilməsi qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, iddiaçı tərəfindən evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini və elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcud olduğunu, bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlandığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 365,9 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (fərdi yaşayış evi və torpaq sahəsi) dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatını mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə inənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki sahəsiarasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur. Belə ki, torpaq sa ı« inin ölçüsü texniki pasporta əsasən 365,9 kv.m olsa da, faktiki ölçüsü 324 kv.m təş ki edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi vəkil R.Umudov isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan - Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin Texniki pasportda qeyd olunan 0,036590 ha (yəni, 365,9 kv.m) tikintialtı və həyətyanı sahə üzərində mülkiyyət hüququnun vahid əmlak kimi dövlət qeydiyyatına alınıb dövlət reyestrindən yeni çıxarışın verilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün aşağıdakı əsasları müəyyən olunmuşdur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...; https://e-qanun.az/framework/54568.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ...; İddiaçının mülkiyyət hüququ ilə onun adına qeydə alınmış fərdi yaşayış evinin reyestrdən çıxarışı və həmin evə dair “həyətyanı torpaq sahəsinin planı və ölçüsü də təsbit olunmuş texniki pasportunun mövcudluğu nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na diqqət yetirdikdə, sözügedən texniki pasport qeydiyyata əsas verən sənədlər sırasına aid edilməmiş, Siyahıya aid edilən aşağıdakı sənəddir: ...; -2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); ...; Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüqüqunun iddiaçının adına reyestrdə qeydə alınması aşağıdakı iki sənədin mövcudluğu tələb olunur:

1. Evin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən reyestrdən çıxarışı;

2. Həmin nvin yerləşdiyi torpaq sahəsinə münasibətdə - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Konkret halda, iddiaçı tərəfindən qanunvericiliyin müəyyən etdiyi birinci şərt ödənilsə də, ikinci şərti yerinə yetirilmir. Yəni, iddiaçı həm cavabdeh qeydiyyat orqanına, həm də məhkəməyə təqdim etdiyi sənəd evin mülkiyyət hüququ ilə onun adına qeydə alınmasını təsdiq edən çıxarış təqdim etsə də, onun adına olan texniki pasport texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dən sonra tərtib olunmuşdur. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Belə olan təqdirdə, iddiaçının adına bütövlükdə (yəni, həm evin tikintialtı, həm də həyətyanı) evin yerləşdiyi 0.036590 ha (365,9 kv.m) torpaq sahəsinin mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınması üçün əsas yaranmır. Bu halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının yalnız fərdi yaşayış evinin tikintialtı sahəsinə mülkiyyət hüqüqu qeydiyyata alınması mümkündür. İşə əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evinə dair xx.xx.2002- ci il tarixdə (reyestr 30/1278) tərtib edilmiş “Texniki pasport”da isə tikinti altında yerləşən torpaq sahəsi 167,9 kv.m təşkil edir ( cəmi 365,9 kv.m torpaq sahəsnin 198,0 kv m hisəsi həyətdir) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qeyd olunanlar baxımından, iddiaçının tələbi qismən, mübahisəli ünvanda yerləşən, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinin tikintialtı hissəsinə münasibətdə onun mülkiyyət hüququnun qeyd alınaraq həmin toppaq sahəsi ilə birgə vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması hissəsində əsaslıdır. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhəkəmə işdə olan sübutlara qanununvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və iddianın tam təmin olunması barədə gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 167,9 kv.m tikintialtı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 69, 73, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 167,9 kv.m tikintialtı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar