Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1920/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ("xxxx" MMC adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13852/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, **********463800 nömrəli qərarı ləğv edərək, iddiaçıya 16961,63 (on altı min doqquz yüz altmış bir manat altmış üç qəpik) manat əlavə dəyər vergisinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən xx.xx.2024- cü il tarixli, **********463800 nömrəli qərarın ləğv edilməsi və "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli müqaviləsinə əsasən “X4 and Residences” adlı istirahət kompleksin ərazisində Lighthouse çoxmənzilli yaşayış kompleksin 4-cü binasının 8-ci mərtəbəsində yerləşən 76.5 kv.m sahəsi olan 707 nömrəli mənzilinə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın (yəni 16961.63 manat) müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli alqı-satqı müqaviləsini bağlayaraq “X4 and Residences” adlı istirahət kompleksin ərazisində Lighthouse çoxmənzilli yaşayış kompleksin 4-cü binasının 8-ci mərtəbəsində yerləşən 76.5 kv.m sahəsi olan 707 nömrəli mənzili əlavə dəyər vergisi daxil olmaqla 370643 (üç yüz yetmiş min altı yüz qırx üç) manata almışdır. Qeyd olunan mənzili alanda iddiaçı mənzilin dəyərinin 314104,24 manatı "xxxx" MMC hesabına, 56538,76 manatı isə ədv geri qaytarılması üçün nəzərdə tutulan hesaba ödəmişdir. Ödənilmiş məbləğlərə əsasən iddiaçıya 16961.63 manat ƏDV qaytarılmalıdır. İddiaçı yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisini (ƏDV) qaytarılması ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə rəsmi qaydada müraciət etmiş, cavabdeh orqan müraciətə baxaraq xx.xx.2024- cü il tarixli, **********463800 nömrəli qərar qəbul edərək ƏDV qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərarda imtina əsası olaraq qeyd edilmişdir ki, yaşayış sahələrinə görə ödənilmiş ƏDV qaytarılması üçün elektron qaiməfakturanın formasında 707 nömrəli mənzil üzrə 7-ci mərtəbə, 2 otaqlı mənzil qeyd edilməsinə baxmayaraq, alqı-satqı müqaviləsində həmin mənzil üzrə 8-ci mərtəbə göstərildiyi və otaq sayının qeyd olunmadığı müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası əsasızdır və qanunsuzdur. İddiaçı tərəfindən AR Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində qeyd olunan bütün sənədləri elektron qaydada cavabdeh orqana təqdim etmişdir. Alqı-satqı müqaviləsi və təqdim edilən ƏDV qaytarılması üçün elektron qaimə-fakturanın forması arasında uyğunsuzluq yoxdur. Elektron qaimə-fakturada ümumiyyətlə 7-ci mərtəbə qeyd edilməmiş, satılmış malların adı qrafasında yalnız binanın nömrəsi, mənzilin nömrəsi və otaq sayı qeyd edilmişdir. "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli alqısatqı müqaviləsinin 1.2-ci bəndinə əsasən mənzilin sxem-layihəsi müqavilənin ayrılmaz və tərkib hissəsi hesab olunur. Cavabdeh orqana təqdim edilən "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli alqı-satqı müqaviləsinin ayrılmaz və tərkib hissəsi hesab olunan 1 nömrəli əlavədə (mənzilin sxem-layihəsi) faktiki olaraq mənzilin mərtəbəsi, sahəsi, otaq sayı, nömrəsi və digər məlumatlar göstərilmişdir.
4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 19 yanvar 2024-cü il tarixli müqavilə, 4 aprel 2024-cü il tarixli bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********463800 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş Tatyana Vladimirovnaya göndərlimişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli, 4-707 saylı alqısatqı müqaviləsinin 1-ci əlavəsinin 2-ci bəndinə əsasən mənzilin təsvir sxemi göstərilmişdir. Burada göstərilmişdir ki, 707 saylı mənzil yaşayış kompleksinin 8-ci mərtəbəsində yerləşir və ümümi sahəsi 76,5 kv.m. olan mənzilin müqavilədə otaq sayı göstərilməmişdir. Lakin təqdim edilən elektron qaimə fakturada mənzilin sadəcə 2 otaqdan ibarət və 707 saylı olması qeyd edilmişdir. Baxmayaraq ki, iddiaçının təqdim etdiyi müqavilə və elektron qaimə fakturada mənzilin təsviri hissəsi üst-üstə düşmür, iddiaçı tərəfindən verilən iddia ərizəsində qeyd edilmişdir ki, ƏDV qaytarılması üçün elektron qaimə-fakturanın forması ilə alqı-satqı müqaviləsi arasında heç bir uyğunsuzluq yoxdur. Halbuki yuxarıda qeyd edildiyi kimi elektron qaimə fakturada qeyd edilən mənzilin təsviri ilə müqavilədə qeyd edilən təsviri sxem arasında qeyri-müəyyənlik vardır. Həmçinin qeyd etmək lazımdır ki, alıcının portalda yaratdığı elektron kabinetə yuxarıda qeyd edilən uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli **********152400 nömrəli bildirişin göndərilməsinə baxmayaraq alıcı Tatyana Kolejnikovanın bildirişi aldığı tarixdən 10 iş günü ərzində uyğunsuzluq aradan qaldırılmamışdır.
5. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-13852/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********463800 nömrəli qərarı ləğv edilmiş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli müqaviləyə əsasən “X4 and Residences” adlı istirahət kompleksin ərazisində Lighthouse çoxmənzilli yaşayış kompleksin 4-cü binasının 8-ci mərtəbəsində yerləşən 76.5 kv.m sahəsi olan 707 nömrəli mənzilinə görə iddiaçıya qaytarılacaq olan 16961.63 manat ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1920/2025 nömrəli qərardadı ilə hazırki iş üzrə "xxxx" MMC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır və qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır.Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsi uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. ƏDV-nin qaytarılması və bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər əsas məqsədi “kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatları” daha da stimullaşdırılmasıdır. Lakin təəssüflər olsun ki, belə uğurlu bir layihənin həyata keçirilməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələbləri pozularaq, onlara edilmiş güzəştdən sui-istifadə edirlər.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
13. xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "X4 and Residences" adlı istirahət kompleksinin ərazisində Lighthouse çoxmənzilli yaşayış kompleksinin 4-cü binasında yerləşən, ətraflı təsviri və spesifikasiyaları Müqavilənin 1 saylı Əlavəsi ilə nəzərdə tutulmuş 707 nömrəli mənzilin tikintisini, Müqavilədə nəzərdə tutulan təminatını, onun istismara verilməsi və Müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması və Müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər.
14. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli LHT 4-707 nömrəli müqavilənin 1 №-li Əlavəsindən görünür ki, Lighthouse çoxmənzilli yaşayış kompleksinin 4-cü binasının 8 mərtəbəsində, xarici divarların perimetri üzrə ümumi sahəsi (bundan sonra - "ümumi sahə") 76,5 kv.m. olan və həmin ümumi sahənin 11,3 kv.m hissəsi eyvan təşkil edən 707 nömrəli mənzil müqavilənin predmetini təşkil edir.
15. '”Nardaran İnvest” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli LHT 4-707 nömrəli müqavilənin 3 №-li əlavəsindən görünür ki, mənzil icraçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada təhvil verildikdən sonra, sifarişçi mənzildən istifadə edilib-edilməməsindən asılı olmayaraq, icraçıya və ya onun təyin etdiyi şəxsə, hər ay mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 1.50 (bir manat əlli qəpik) müəyyən edilməklə, buna və eyni zamanda “X4 and Residences” adlı istirahət kompleksinin ərazisində və binada davranış qaydalarına dair, İcraçı və ya onun təyin etdiyi şəxslə müvafiq müqavilə bağlanmasını (bundan sonra bu Əlavədə “Əsas müqavilə” adlanacaq) öhdəsinə götürüb, həmin müqaviləni bağlamaqla, xidmət haqqı ödəyir.
16. "xxxx" MMC tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında olan LHT 4-707, 19 yanvar 2024- cü il tarixli müqaviləyə əsasən ödənişləri tam olaraq həyata keçirib və həmin müqavilə üzrə onun "xxxx" MMC-yə borcu yoxdur.
17. YT**********79 nömrəli xx.xx.2024-cü il tarixli Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın formasından görünür ki, qaytarılacaq ƏDV-nin məbləği 16961,63 manatdır.
18. Cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 23 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə İddiaçı xx.xx.2024-cü il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərarda qeyd olunmuşdur ki:
19. -“Təqdim edilmiş sənədlərin araşdırılması zamanı “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın forması”nda 707 nömrəli mənzil üzrə 7-ci mərtəbə, 2 otaqlı mənzil qeyd edilməsinə baxmayaraq, alqı-satqı müqaviləsində həmin mənzil üzrə 8-ci mərtəbə göstərildiyi və otaq sayının qeyd olunmadığı müəyyən edilmiş və sənədlərdə uyğunsuzluqla bağlı xx.xx.2024-cü il tarixli **********152400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı Vladimirovna qızı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində uyğunsuzluq aradan qaldırılmamışdır.
20. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 iyun 2025-ci il tarixli məktubda qeyd edilir: “"xxxx" MMC tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış kompleksinin 1-ci mərtəbəsi layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş və faktiki olaraq orada “Krokus Fitness” idman zalı yerləşir. Bu sahə yaşayış üçün istifadə olunmur və buna uyğun şəkildə texniki sənədlərdə qeyri-yaşayış sahəsi kimi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə əsasən: “Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin.” Bu norma onu göstərir ki, çoxmənzilli binanın 1-ci mərtəbəsi qeyri-yaşayış məqsədi ilə istifadə oluna bilər və bu hal qanunla açıq şəkildə nəzərdə tutulmuşdur. Müvafiq olaraq, yaşayış sahələrinin mərtəbə nömrələnməsi bu qeyri-yaşayış sahəsi nəzərə alınmadan 2-ci mərtəbədən başlayaraq aparılır. Bu səbəbdən, fiziki olaraq binanın yeddinci yaşayış mərtəbəsində yerləşən mənzil sənədlərdə 8-ci mərtəbə kimi göstərilmişdir. Bu, texniki və ya hüquqi səhv deyil, mövcud qanunvericiliyə və təsdiq olunmuş layihəyə tam uyğundur. Xahiş edirik ki, binanın mərtəbələrinin müəyyən olunması zamanı birinci mərtəbənin qeyri-yaşayış sahəsi kimi nəzərə alınmasının və buna uyğun olaraq mənzilin sənədlərdə “8-ci mərtəbə” kimi göstərilməsinin mövcud qanunvericiliyə tam uyğun olduğunu tanıyasınız”.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilən həmin qərarın ləğv edilməsini, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LHT 4-707 nömrəli müqaviləsinə əsasən ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
24. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.metr və qeyri-yaşayış sahəsinin 500 kv.metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
25. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - Bənd 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - Bənd 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.metrdən və qeyriyaşayış sahəsinin 500 kv.metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kv.metrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kv.metrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kv.metr hissə müəyyən edilərkən bir kv.metrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. - Bənd 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. - Bənd 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır; - bənd 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır; - bənd 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir; - bənd 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. - bənd 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. - bənd 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). - bənd 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. - bənd 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. - bənd 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. - bənd 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. - bənd 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. - bənd 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
26. İstinad olunan normalardan görünür ki, qanunverici nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin alıcıya qaytarılmasını müəyyən etmiş, bu zaman bir sıra tələblər qoymuşdur: alıcının ödəniş etdikdən 90 gündən gec olmayaraq müraciət etməsi, müəyyən məlumatların göstərildiyi bank ödəniş sənədinin təqdim edilməsi və sair.
27. İşdən görünür ki, iddiaçı Qaydaların tələblərinə əməl etmiş, xx.xx.2024-cü il tarixdə onunla "xxxx" MMC arasında bağlanmış 707 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 314104,24 manat, ƏDV 56538,76 manat olmaqla, cəmi 370643 manat ödəniş etmiş və həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması üçün cavabdehə müraciət etmişdir.
28. Cavabdeh isə iddiaçıya ƏDV-nin geri qaytarılmasından imtina edərkən yalnız bir əsas – mənzilin ölçüləri ilə bağlı uyğunsuzluq – əsasında qərar qəbul etmişdir. Bununla belə, iddiaçı mənzilə dair mülkiyyət hüququna malik olduğunu, ödənişi elektron qaiməfaktura əsasında həyata keçirdiyini və onun borcunun olmaması ilə bağlı müvafiq arayışı təqdim etdiyini bildirmişdir. Qeyd olunan sənədlərdə isə mənzilin texniki parametrləri ilə bağlı hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının mülkiyyətində olan mənzilin təsviri və texniki xüsusiyyətləri müqavilənin 1 №-li əlavəsi ilə dəqiq şəkildə təsbit edilmişdir. Bu faktlar cavabdeh tərəfindən irəli sürülən dəlillərin formallığının göstəricisidir.
29. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi digər hala münasibətdə (məbləğin ƏDV depozit hesabına ödənilməli olduğu halda tam şəkildə bank hesabına ödənilməsi) isə qeyd edir ki, hazırkı iş üzrə belə bir hal olmamış, cavabdehin nümayəndəsi iddiaya yazılı etirazda texniki səhv olaraq həmin dəlilin qeyd edildiyini məhkəmə iclasında qəbul etmişdir. Buna görə də məhkəmə həmin dəlilə münasibət bildirilməsinə zərurət görmür.
30. Məhkəmə göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
33. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-13852/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev