Məhkəmə qərarları › İş №2-1(103)-1921/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1921/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1921/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10 fevral 2022-ci ildən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X15 onun həyat yoldaşı idi. Həyat yoldaşına 19 sentyabr 2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək əmək pensiyası təyin edilmiş, sonuncu 10 fevral 2022-ci ildə vəfat etmişdir. Onun ərinin vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mərhum əri 19 sentyabr 2005-ci il tarixindən vəfatına qədər dövlət qulluqçusu kimi yaşa görə əmək əmək pensiyası almışdır. 2017-ci ildə hətta mərhum əri dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması barədə 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinə müraciət etmiş, həmin müraciət məhkəmə tərəfindən təmin edilmiş və ərinin pensiyası yenidən hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X13 qanunvericiliyə zidd olaraq 19 sentyabr 2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. X1qçusu kimi əmək pensiyası almaq hüququ olmadığından ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur. - Ermənistan SSR Kalinin rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli İ-ZJ seriyalı 275420 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X4 xx.xx.1970-ci ildə nikaha daxil olmuşlar. Nikah balğlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, AZ-İİ seriyalı 220559 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm səbəbi: COVİD-19. Həmin akt qeydinin təsdiq edilmiş surəti Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. - Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1957-ci ildə Qara-qala kənd klubunun müdiri təyin edilmişdir, xx.xx.1960-cı ildə işdən azad edilmiş, xx.xx.1960-cı ildə Qaraqala kəndi 37 nömrəli mağazanın müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə işdən azad edilmişdir. xx.xx.1964-cü ildə müvəqqəti kənd dəmirçilər mağazasının müdiri təyin edilmiş, xx.xx.1964-cü ildə işdən azad edilmiş, xx.xx.1965-ci ildə Kalinin adına Kalinin Sovxozu 2 nömrəli sahə briqadasına briqadir müavini təyin edilmiş, xx.xx.1965-ci ildə sahə mühasibi keçirilmiş, xx.xx.1967-ci ildə işdəən azad edilmişdir. xx.xx.1967-ci ildə Kalinin rayon dövlət gəlirləri idarəsinə böyük iqtisadçı təyin edilmiş, xx.xx.1970-ci ildə Rayon MŞ dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə “maliyyə işi əlaçısı” nişanı ilə təltif olunmuş, xx.xx.1989-cu ildə Lenin rayon Maliyyə şöbəsi iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə dövlət gəlirləri müfəttişliyinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Dövlət müəssisə və təşkilatlarının mənfəətinin vergiyə cəlb edilməsi şöbəsinə rəis təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir xx.xx.1991-ci ildə Lenin rayonu üzrə dövlət vergi müfəttişliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.1991-ci il tarixli K-264 nömrəli əmrinə əsasən Dövlət müəssisələri, təşkilatları və birliklərinin mənfəətinin (gəlirinin) vergiyə cəlb edilməsi şöbəsinə dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə “Turan” EİKŞ iqtisadiyyat üzrə prezidentin köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1992- ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Aqşin” firmasına iqtisad məsələləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə “MMM” firmasına baş mühasib qismində işə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. - X12 məxsus pensiya işində olan sənədlərdən görünür ki, X12 19 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının mərhum həyat yoldaşı X12 19 sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mərhum həyat yoldaşı xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçı ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina əsası o olmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X10 dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarının surətindən görünür ki, iddiaçı X12 pensiyanın hesablanması üçün əsas götürülən vəzifə maaşına uyğun üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinətin hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq və dövlət qulluğundakı ixtisas dərəcəsinin pensiya hesablanarkən nəzərə alınaraq dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin pensiya işində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2688/2017 saylı qərardadının surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilmiş, cavabdeh tərəfindən 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4341/2017 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət geri götürülmüş hesab edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının əri X10 dövlət qulluqçusu kimi tələb olunan iş stajının olması faktı öz təsdiqini tapmış, ona dövlət qulluqçusu kimi təyin edilmiş pensiya məbləği yenidən hesablanmışdır. Eyni zamanda işin obyektiv araşdırılması məqsədi ilə X10 1967-1988-ci illərdə müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməsini müəyyən etmək üçün X9 sorğu verilmiş, sorğura cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-2068/2023 nömrəli məktubda aşağıdakılar qeyd edilmişdir: -Tərəfinizdən təqdim edilmiş sənədlərə əsasən Ə.H.Əliyevin 1967-1970-ci illərdə Ermənistan SSR Kalinin rayon maliyyə şöbəsi dövlət gəlirləri idarəsində, 1970-1988-ci illərdə Ermənistan SSR Kalinin rayon maliyyə şöbəsi dövlət gəlirləri müfəttişliyində işlədiyi müəyyən edilmişdir. “Zəhmətkeş deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri (idarələri) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 17 may tarixli 149 nömrəli Qərarına əsasən rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin maliyyə şöbəsi Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin maliyyə şöbəsi Azərbaycan SSR Maiiyyə Nazirliyinə, X14 Vilayəti ərazisində isə X14 X2 Soveti İcraiyyə Komitəsinin maliyyə şöbəşinə tabe olmuşdur. Əlavə olaraq bildiririk ki, yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndinə əsasən Azərbaycan SSR rayon (şəhər) X5 icraiyyə komitələrinin idarə və şöbələrində mövcud olmuş analoji vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Göründüyü kimi iddiaçının mərhum həyat yoldaşı X10 işlədiyi vəzifələr dövlət qulluğunda qulluq stajına daxil edilir. “X8” Azərbaycan Respublikası Qanununun:

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur; 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla). Kollegiya qeyd edir ki, iş materiallarından iddiaçının xx.xx.2023-cü il tarixdə doğulduğu müəyyən edilir. Buda onu göstərir ki, iddiaçı “X8 Qanunun” 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çataraq, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu əldə etmişdir. Beləliklə qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı X12 xx.xx.2005-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və daha sonra rəhmətə getdiyindən hazırkı iş üzrə iddiaçı olan mərhumun həyat yoldaşı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar