Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1923/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2101/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli **********192364 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi məhkəməyə “iş üzrə icraatın dayandırılması barədə” vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, İddiaçı MMCdə (Vöen:**********) cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisəyə 15301,7 manat mənfəət vergisi, 46284,8 manat olmaqla, cəmi 61586,5 manat əlavə vergi hesablanmış, müvafiq olaraq 49296,21 manat maliyyə sanksiyası tətbiq edilmiş və hazırda cinayət işinin icraatı davam etdirilir. Həmin cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə məhkəmə icraatının dayandırılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2101/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2101/2020 saylı qərardadının ləğv edilməsi, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət vəsatətin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2101/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, İPM-in 7.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İPM-in 50-ci maddəsinə görə sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icıasında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir və bununla bağlı müvafiq qərardad çıxarır. Məhkəmənin mövqeyinə görə, nə qədər ki, müvafiq cinayət işi aidiyyəti məhkəmənin icraatına göndərilməmişdir, həmin cinayət işi (cinayət təqibi) üzrə yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması İPM-in 7.2-ci maddəsi ilə uzlaşmır. Bu səbəbdən, cavabdehin vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Şikayətinin dəlilləri vəsatətin dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya şikayətin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2101/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1923/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1923/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver