Məhkəmə qərarları › İş №2-1(103)-1924/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1924/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1924/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi, hüquq idarəsinin zabiti X4 iştirakları ilə, İddiaçı (xx.xx.N63-cü il tarixdə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, faktiki yaşadığı ünvan-ünvan 2 28A, ADPİ-nin 4 saylı yataqxanası) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Hüseynov (iddia ərizəsinə əsasən Hüseyinov qeyd edilmişdir) Rafiq Qaraş oğlu xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N90-cı illərdə erməni silahlı birləşmələrinin ölkəyə silahlı hücumları zamanı yaşadığı Füzuli rayonunda yaradılmış Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı özünümüdafiə batalyonuna könüllü olaraq qeydiyyata düşmüşdür və hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin edilərək, xidmətə başlamışdır. Xidməti rayonun sərhəd kəndlərində davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü düşməndən qorumuşdur. Həmin illərdə onunla eyni hərbi hissədə xidmətdə olan döyüşçü yoldaşları Qarabağ Müharibəsi veteranları X1, X5, X6 və digər hərbiçi yoldaşları olmuşdur. Xidmətlə əlaqədar uzun illər keçməsinə baxmayaraq Müdafiə Nazirliyinin veteranlar komissiyasına veteran adının və vəsiqəsinin verilməsi üçün müraciət etsə də, xx.xx.20N-cu il tarixində komissiya tərəfindən ona verilmiş imtina məktubunda qeyd edilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Lakin xidməti dövründə döyüş əməliyyatı zamanı hər bir hadisə baş verə bilərdi. Bunlara baxmayaraq qeyd edilən tarixdən döyüş əməliyyatında xidməti olmuş, ancaq Müdafiə Nazirliyinin Veteranlar Komissiyasının qərarında göstərilən hallar hal-hazırda qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, hərbi qanunvericiliyə görə, hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda olan xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində mümkündür. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək (apellyasiya şikayətində ünvan ünvan 3 mənzil 513 göstərilmişdir), Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarı ləğv olunmalıdır. Hakim N.Abıyev heç bir araşdırma aparmadan döyüş yoldaşlarını şahid kimi dindirmədən sadəcə arxiv arayışını əsas tutaraq qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.N63-cü ildə doğulmuşdur ( AA******* №li şəxsiyyət vəsiqəsi). -İddiaçıya məxsus Füzuli rayon Hərbi komissarlığı tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AO seriyalı ******* №li hərbi biletində (yeni hərbi bilet, itirilmiş NZ № ******* saylı hərbi biletin əvəzinə verilmişdir) aparılmış qeydlərə əsasən iddiaçı xx.xx.N81-ci il tarixdən xx.xx.N83-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş. xx.xx.2006-cı ildə Füzuli hərbi prokurorluğu tərəfindən şəraitin dəyişməsi nəticəsində barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. (Əsası Füzuli hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli 17/14-106 saylı məktubu və qərarı) 848(702) saylı hərbi hissə komandirinin xx xxxxx N92-ci il tarixli 8 saylı əmri ilə İddiaçı hərbi hissəyə döyüşçü təyin olunub. Onun N saylı hərbi hissədən xx.xx.N93-cü il tarixdə xaric edilməsi barədə məlumat yoxdur. N saylı hərbi hissə komandirinin aprel N93-cü il tarixdən sonrakı əmrləri MN-nin arxivinə daxil olmamışdır. (Əsas: Azərbaycan Respublikası MN Mərkəzi Arxivinin xx xxxx 2005-ci il tarixli 26/2-1085 saylı məktubu). -Müdafiə Nazirliyinin İşlər X8 xx.xx.2018-ci il tarixli 9/2-16261 №li arxiv arayışında göstərilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 8 №li nizami hissə üzrə əmrilə döyüşçü kimi qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-xx.xx.N93-cü il tarixli əmrlər kitabında şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki,əmrin verilmə tarixi və məzmunu qeyd edilməmişdir, ondan əvvəlki əmr xx.xx.N92-ci il tarixli 6N №-li əmrdir. N №-li hərbi hissə komandirinin N91-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Füzuli hərbi prokurorunun böyük köməkçisi ədliyyə mayoru Şünasi Qasımovun 17/14-106 №li material üzrə qəbul etdiyi xx.xx.2006-cı il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış materiallar üzrə şəraitin dəyişməsi nəticəsində cinayət işinin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi) başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, İddiaçı N93-cü ilin aprel ayında ailə vəziyyəti ilə əlaqədar hərbi hissəni özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamışdır. İş materiallarında qərarın ləğv edilməsi barədə sənəd əlavə edilməmişdir. Hazırda qərar qüvvədədir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.20N-cu il tarixli 1/H10142 №li məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrini”verilməsi üzrə komissiya"nın xx.xx.20N-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/2-16261 nömrəli arayışına əsasən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına malik deyil. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Füzuli hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli qərarı ilə N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı barəsində toplanmış materiallar üzrə cinayət işinin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi) başlanması şəraitin dəyişməsi ilə əlaqədar rədd edilmişdir. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən N88-ci il fevralın 1-dən N91-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında ( 7. sıra nömrəsi ilə) Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)-114/2011 saylı qətnaməsinin surətini qeyd etsə də, qətnamənin surəti iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən elektron məhkəmə sistemi vasitəsilə həmin qətnamənin surəti əldə edilmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)- 114/2011 saylı qətnaməsinin (hakim-Rauf Əhmədov) surətinə əsasən qeyd edilmişdir ki, iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səbail rayon Hərbi Komissarlığına qarşı N92-ci ilin may ayından həmin ilin sentyabr ayınadək döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə iddianın təmin edilməsi, X2 N92-ci ilin may ayından sentyabr ayınadək “Laçın” batalyonunun tərkibində və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsi, X3 müharibə veteranı statusunun verilməsinin Səbail rayon Hərbi Komissarlığının öhdəsinə qoyulması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilmiş qətnamənin hazırkı işin mahiyyəti ilə əlaqəsi olmadığından və fərqli mahiyyətli olduğundan hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut edə bilməmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 №-li Qərarına xx xxxxxxxx 2018-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. Məhkəmə kollegiyası iddiaçının döyüş yoldaşlarını şahid kimi dindirməməsi və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-3008/2020 nömrəli qərarı ləğv olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında bu barədə məhkəməyə vəsatətlə müraciət etməsi və xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolunda bu barədə hər hansı qeydin olduğu görünmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3008/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1N3-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar