Məhkəmə qərarları › İş №2-1(103)-1926/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1926/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1926/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4946/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs “xxxx” QSC-nin X5 Donanması) məhkəməyə müraciət edərək, ona 51 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 14 nömrəli Dövlət Texniki Peşə məktəbində təhsil almış, 31.09.79-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X5 X3 emalatxanasında gəmi təmiri çilingəri vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən indiyədək X5 Donanmasında (hal-hazırda “xxxx” QSC-nin X5 Donanması adlandırılır) çilingər və takelajçı vəzifələrində işləmişdir. Ümumilikdə 40 ildən çox ümumi, 13 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin, cavabdeh cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi “dülgər, gəmi xarratı” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında mövcud deyil. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-936/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1836/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi peşə “dülgər, gəmi xarratı” peşələri yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. İddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümumiyyətlə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarmı Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsaslıdır. Belə ki, iddiaçıya aid WT-İ seriyalı ******* nömrəli əmək kitabçasında iddiaçının həqiqətən də xx.xx.1994-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə (xx.xx.1994-cü il tarixli, 66/şh nömrəli əmr) keçirildiyi və xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması)əməkmüqaviləsinə xitam verildiyi halı müəyyən edilmişdir. Həmin hal apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsası olan və iş üzrə sübut qismində çıxış edən “xxxx” QSC X5 Donanması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EN01/02-508 saylı arxiv arayışında da öz əsasını tapmışdır. Apelyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığının dəlili olaraq “iddiaçının xx.xx.1994-cü il tarixdən işlədiyi “dülgər, gəmi xarratı” peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməməsi” halı olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəf narazı qaldığı məhkəmə aktından şikayət ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etdiyi halda, həmin məhkəmədən tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar, şikayətdə qeyd edilən dəlillərlə birlikdə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsinin yoxlanmasını gözləyir və bu halda şikayət əsasında işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsinin yoxlamaqla yanaşı, şikayət ilə müraciət etmiş tərəfin şikayətinin dəlillərini və şikayətdə istinad edilmiş sübutları da araşdırmalıdır, o səbəbdən ki, tərəfin fikrincə birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan nəticəyə gəlmənin səbəbi, məhz şikayətində sadaladığı dəlil və sübutların məhkəmə tərəfindən nəzərə almaması və ya həmin dəlil və sübutlara düzgün hüquqi qiymət verilməmə olmuşdur. ... Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində qeyd olunmuş dəlilləri qiymət verməməklə tərəfin əsaslandırılmış qərar almaq hüququndan məhrum etmiş, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə olan halda apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin vəgöstəricilərin” 1 nömrəli siyahısında olub-olmaması, olduğu halda isə həmin peşənin adı və kodu tam göstərilməklə müəyyən edilməlidir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, işdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubuna görə, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1987xx.xx.1989-cu il tarixlərdə işlədiyi quraşdırıcı takelajçı vəsifəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığından onun xx.xx.2006-cı il tarixə güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus İT-İ ******* nömrəli xx.xx.1979-cu il tarixli əmək kitabçasına görə, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 14 nömrəli Dövlət Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək X5 X3 emalatxanasında gəmi təmiri çilingəri vəzifəsində işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən indiyədək X5 Donanmasında (hazl-hazırda “xxxx” QSC-nin X5 Donanması) çilingər və takelajçı vəzifələrində işləmişdir. “xxxx” QSC X5 Donanması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EN01/02-508 nömrəli Arxiv arayışına görə, iddiaçı 14 nömrəli Dövlət Texniki Peşə məktəbini bitirdikdən sonra (təhsil müddəti: xx.xx.1978-xx.xx.1979-cu il) xx.xx.1979-cu ildə X5 X3 emalatxanasında (GTE) 2-ci dərəcəli gəmi təmiri çilingəri peşəsinə işə qəbul edilmiş (xx.xx.1979-cy il tarixli 89/şh nömrəli əmr), xx.xx.1980-ci ildə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir (xx.xx.1980-ci il tarixli 29/şh nömrəli əmr). Hərbi xidmət müddəti: xx.xx.1980-xx.xx.1982-ci il. xx.xx.1982-ci ildə Zığ GTE-na 2-ci dərəcəli gəmi təmiri çilingəri vəzifəsinə işə qəbul edilmiş (xx.xx.1982-ci il tarixli 83/şh nömrəli əmr), xx.xx.1983-cü ildə 3-cü dərəcəli gəmi gövdə takelajçısı vəzifəsinə keçirilmiş (xx.xx.1983-cü il tarixli 45/ şh nömrəli əmr), xx.xx.1987-ci ildə 6-cı dərəcəli gəmi quraşdırıcı takelajçısı (xx.xx.1987-ci il tarixli 171/ş nömrəli əmr), xx.xx.1989-cu ildə 4-cü dərəcəli quraşdırıcı çilingər (xx.xx.1989cu il tarixli 02/şh nömrəli əmr) peşəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə Donanmanın Texniki xidmət və təmiri idarəsinə köçürülməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (xx.xx.1993-cü il tarixli 24/şh nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.1993-cü ildə 5-ci dərəcəli gəmi takelajçısı vəzifəsinə (xx.xx.1993-cü il tarixli 05/kş nömrəli əmr) işə qəbul edilmiş, xx.xx.1994-cü ildə 4-cü dərəcəli dülgər vəzifəsinə (xx.xx.1994-cü il tarixli 66/şh nömrəli əmr) keçirilmiş, xx.xx.2012-ci ildə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2012-ci il tarixli 261-k nömrəli əmr). xx.xx.2012-ci ildə GTE-nin gəmi gövdə takelajçısı sahəsinə 5-ci dərəcəli gəmi xarratı vəzifəsinə (xx.xx.2012-ci il tarixli 170-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda GTE-da gəmi xarratı vəzifəsində çalışır. Əsas: şəxsi iş № 1023;

389. Gəmi takelajçıları və çilingərlər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi takelajçıları və çilingərlər” güzəştli peşə olaraq AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən X5 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X2 və X5 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” QSC yaradılmışdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 51 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.1999-cu il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən məlum olur ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı kimi cavabdehə təqdim etdiyi “xxxx” QSC X5 Donanmasının xx.xx.2019-cu il tarixli arayışı Arxiv arayışıdır. Bundan əlavə, həmin arayışda iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışdığı peşələr kimi gəmi takelajçıları və çilingərlər “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metal emalı” bölməsinə uyğunlaşdırılmışdır ki, iddiaçı da metal emalı sahəsində işləməmişdir. Həmçinin, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara nəzər saldıqda müəyyən olunur ki, “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” 2150300a-18451 kod altında 1 nömrəli Siyahıda deyil, yalnız 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Bu da o deməkdir ki, iddiaçının 51 yaşdan, yəni 1 nömrəli Siyahıya istinadən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ, hər bir halda, yaranmamışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən digər xarrat və dülgər peşələri də (2030000a-16671, 2040200a-16671, 2050000a-16671, 2150800a-19160, 2180400a-19161, 2290100a-16671) 2 nömrəli Siyahıda təsbit olunsa da, həmin iş yerləri də iddiaçının işlədiyi yerlərdən fərqlidir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair mötəbər sənədləri cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddi şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanun və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4946/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 51 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar