Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1927/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə qarşı “yazılı informasiyanın təqdim edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 34 saylı Mənzil-Kommunal İstismarı Sahəsinə («MKİS») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi, onun üzərinə ərizəsinin baxılması və 100 manat cərimənin qoyulması, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi haqqında yazılı informasiyanın təqdim edilməsi öhdəliyinin ona həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçılar İddiaçı1 və İddiaçı2a Xətai Rayon Məhkəməsinin 8(011)-732/2021 və 2(011)-5230/2021 saylı icra sənədinə əsasən mənəvi və maddi zərərin ödənilməsi haqqında mülki iş üzrə borclu Elçin Abbasov əmlakı üzərinə həbsin qoyulması məqsədilə xx.xx.2021-ci il tarixdə 34 saylı MKİS-in rəisinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi haqqında yazılı informasiya verilməsini xahiş etmiş, ərizə ərizəçilərin nümayəndəsi Nümayəndə tərəfindən rus dilində təqdim olunmuş, lakin 34 saylı MKİS-in rəisi onların rus dilində ərizəsinin qəbulundan, təhqiramiz şəkildə ifadələr işlətməklə, kobud surətdə imtina etmiş işdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və 34 saylı MKİS-ə iddiaçılara E.Q.Abbasovun mülkiyyəti barədə RX ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın təqdim edilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir Apellyasiya şikayəti üzrə icraat Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələbləri baxımından mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin təmin olunması üçün borclunun əmlakına həbs qoydura bilmirlər. Başqa mülki işlərdə yaranmıh yeni zərurətlə əlaqədar E.Abbasovun mülkiyyətinə həbs qoyulması məsələsi ilə əbağlı iddiaçılar tərəfindən ərizə təqdim olunmalıdır. İddiaçılar məhkəmənin qərardadı ilə razı deyil. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçılar və cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İPM-in inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia müddətlərini tənzimləyən 39-cu maddəsinin tələbinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçılar mübahisələndirilən məsələ ilə bağlı cavabdeh 34 saylı MKİS-ə ərizə poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə ünvanlamış, eyni tarixli iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişlər (İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur). Göründüyü kimi, iddia ərizəsi prosessual qanunvericiliyi ilə müəyyən olunan iddia müddətləri qaydasında verilməmişdir. Yəni, iddia müddətinə riayət edilmədən, vaxtından əvvəl məhkəmədə iddia qaldırılmışdır. İkincisi, işə əlavə olunmuş Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin «icraata başlamaq haqqında» xx.xx.2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarına əsasən müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin 8(011)-732/2021 və 2(011)-5230/2021 saylı icra sənədi (qətnaməsi) üzrə borclu X1 2000 manat məbləğində pul vəsaiti və 251 manat məbəlğində faiz borcu tutularaq tələbkar (hazırkı iddiaçılar) İddiaçı1 və İddiaçı2 ödənilməli və borclunun üzərinə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 7 saylı evin 99 saylı mənzilindən 2 ədəd qəhvəyi «kreslo», sair əşyaların götürülməsi vəzifəsi qoyulmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçılar tərəfindən konkret halda, həmin icra sənədinin icrasına nail olmaq məqsədilə, icra sənədi üzrə borclu E.Abbasovun daşıınmaz əmlakına dair RX ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın onlara təqdim edilməsi ilə bağlı cavabdehə müraciət ünvanlamışlar. Halbuki, icra sənədinin icrası ilə əlaqədar zəruri olan qərarların qəbul edilməsi və hərəktələrin yerinə yetirilməsi, o cümlədən, borclunun əmlakı barədə müvafiq məlumatların əldə olunması, icra qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhz, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərədə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Cavabdeh 34 saylı MKİS qanunvericiliklə onun əhatə dairəsində yaşayan fiziki şəxslərin mülkiyyətində olan əmlakları barədə üçüncü şəxslərə məlumat vermək səlahiyyəti müəyyən olunmamışdır. Belə ki, 34 saylı MKİS-in struktur tərkibi oluduğu - Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında" 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında yaradılmış Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin funksiyaları aşağıdakılardan ibarətdir: - «əhalinin mənzil kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzilkommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyriyaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirmək.» Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçıların tələb etdiyi məlumat daşınmaz əmlakın dövlət reyestrinə aid olan bir məlumatdır ki, belə məlumatların daşıyıcısı daşınmaz əmlakı qeydiyyatını həyata keçirən orqanlara aid olan funksiya olmaqla, həmin reyestr məlumatları qeydiyyat orqanına mürajiət etməklə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun tələbləri qaydasında əldə edilir. Beləliklə də, hazırkı iddianın inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından iddiaçıların hazırkı öhdəliyin icrası haqqında iddia ərizəsi - əsaslandırılmış iddia ərizəsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, onların iddiasının inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qəbul edir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə razlaşmadıqlarını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2904/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1927/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1927/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver