Məhkəmə qərarları › İş №2-1(103)-193/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-193/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-193/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “kvalifikasiyanın tanınması barədə şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(112)-4491/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən adına verilmiş B 20 seriyalı 269673 nömrəli xx.xx.2020-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmaması əsası ilə diplomun tanınmasından imtina edilməsi əsassızdır. İddiaçı hesab edir ki, rus dilini tam sərbəst bilir. Belə ki, orta təhsilini rus dilində başa vurmuşdur. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından qanuni və əsaslıdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2-1(112)-4491/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı aralıq qərardad nəticəsində keçirilən yenidən müsahibədə cavabdeh tərəfin dilbilmə səviyyəsinə qane olduğunu və tərəflər arasında mübahisənin olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı 2-1(103)-2218/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadla İddiaçı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi”nə dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yenidən baxılması üçün 2 (iki) ay müddət təyin edilmiş, cavabdeh inzibati orqan tərəfindən qərardad icra edilərək, İddiaçı Ukraynanın Milli Universitet X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 269673 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsinə baxılmış və ona müvafiq şəhadətnamələr verilmişdir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən İddiaçı X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 269673 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni İddiaçı X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 269673 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması haqqında şəhadətnamə verildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “kvalifikasiyanın tanınması barədə şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar