Məhkəmə qərarları › İş №2-1(103)-193/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-193/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-193/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı ("xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) iş üzrə QƏRAR İş № 2-1(103)-193/2023 (Açar sözlər: “maliyyə sanksiyalarının ləğv olunması”) Bakı şəhəri 23 yanvar 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “CROCODİLE” mağazasının “PAUL & SHARK” və “HUGO BOSS” brendlərinin əmtəə nişanlarını qanunsuz olaraq vitrin şüşəsinə əlavə etdiyini, halbuki həmin brendlərin əmtəə nişanlarının aşağıda göstərilən Əqli Mülkiyyət Agentliyinin verdiyi bildirişlərə və WİPO qeydiyyatına əsasən (WİPO qeydiyyat nömrələri -496286 saylı “PAUL & SHARK yachtinq”; 754225 saylı “HUGO BOSS”) Azərbaycan Respublikasında qorunduğunu və müvafiq müqavilələr əsasında onların rəsmi idxal və təmsil etmək hüququ ilə "xxxx" MMC-yə məxsus olduğunu bildirərək, “CROCODİLE” mağazasının vitrin şüşələrində yuxarıda göstərilən brendin əmtəə nişanlarının yığışdırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

2. "xxxx" MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir.

3. "xxxx" MMC xx.xx.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim emişdir.

4. Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən “DAMA S.P.A” (ünvan: VİA Piemonte 174, 1-21100 VARESE (İT) adına qeydiyyata alınan 496286 saylı “PAUL & SHARK yachting” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 05, 09, 14, 16, 18, 21, 22, 23, 24, 25, 28, 30, 34 və 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 2 avqust 2025-ci il tarixinə qədər qüvvədədir.

5. Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən 754225 saylı “HUGO BOSS” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18 , 24 , 25 , 28 , 35 və 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 8 fevral 2021 -ci il tarixinə qədər qüvvədədir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli AİBNDX-05/01- 5/2080 №li və xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-5/33 №li məktublarla “CROCODİLE” adlı mağazanın sahibi X5 müraciət olunaraq, müvafiq olaraq “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur.

7. X7 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktublarla (daxiloma qeydiyyatları: 5/74, xx.xx.2021-ci il və 5/125, xx.xx.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam şəkildə Xidmətə təqdim edilməmişdir.

8. "xxxx" MMC yenidən 005 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyini bildirmişdir. Məktuba əlavə edilmiş kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X4 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 15 mart 2021-ci il tarixli qərarı ilə qeydiyyat ünvanı AZ 1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 60 olan fiziki şəxs X7 (VÖEN: **********) barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X5 (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin beşinci abzasına əsasən 2021-ci ilin martmay ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 5 faizi miqdarında, yəni 2.818,77 manat maliyyə sansksiyası tətbiq edilməsi, qərara alınmışdır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 11 iyun 2021-ci il tarixli Göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 09 iyun 2021- ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş 2818,77 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq, təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi və işə baxılmasının dayandırılması haqqında” 25 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən verilmiş icrası məcburi olan xx.xx.2021-ci il tarixli Göstərişi (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) yerinə yetirmədiyi üçün qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X5 (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 10 faizi miqdarında, yəni 5637,55 manat maliyyə sansksiyası tətbiq edilməsi, qərara alınmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 29 iyun 2021-ci il tarixli Göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 25 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş 5637,55 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq, təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021- ci il tarixli FA- 07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021-ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, xx.xx.2021-ci il tarixli qərarla tətbiq olunan, xx.xx.2021 tarixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyasiyalarının ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə sasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarların ləğv olunması, hüquqi nəticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021 tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021-ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, xx.xx.2021-ci il tarixli qərarla tətbiq olunan, xx.xx.2021-ci il tarixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyalarnın ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv olunması, hüquqi nəticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021 tarixli FA07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021 tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021 tarixli göstərişlə tələb olunan 2 818,77 manat, xx.xx.2021 tarixli qərarla tətbiq olunan, xx.xx.2021 tarixli göstərişlə tələb olunan 5 637,55 manat maliyyə sanksiyasiyalarının ləğv olunması (geri çağırılması) və Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barəsində aparılmış araşdırmaya xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur.

16. İddiaçı iddia ərizəsində (və ona əlavələrdə) göstərmişdir ki, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) xx.xx.2021-ci il tarixli qərarla tələb olunan sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq etmiş və tələb etdiyi sənədləri sadalamışdır. xx.xx.2021-ci il tarixli göstəriş ilə tətbiq olunmuş 2.818,77 manat maliyyə sanksiyasının ödənilməsi və qərarda sadalanan sənədlərin 3 gün ərzində təqdim edilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarla qurum xx.xx.2021-ci il tarixli göstəriş (çıxış nömrəsi: G00059, xx.xx.2021-ci il) yerinə yetirmədiyi üçün 5.637,55 manat maliyyə sanksiyası tətbiq etmiş və xx.xx.2021-ci il tarixli göstəriş ilə bu məbləğin göstərilən hesaba köçürülməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixli qərar xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli göstəriş xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli qərar xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli göstəriş xx.xx.2021-ci il tarixində ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) "xxxx" MMC-nin onlara olan müraciəti əsasında barəsində iş qaldırmışlar. Bundan sonra araşdırmalar üçün müxtəlif tarixlərdə iclaslar keçirilmiş, iclaslarda təmsilçisi iştirak etmiş, iş qaldırılması üçün qanuni əsasların olmadığı, qəbul edilən qərarlar üçün qurumun səlahiyyətli olmadığı, tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunmuş, mövqelərinin hər bi məqamı müvafiq qanunvericilik aktları ilə birlikdə təqdim olunmuşdur. Qərarlarda tələblər iclaslardakı çıxışlarından, müraciətlərindən sonra dəfələrlə dəyişdirilmiş, qurum tərəfindən faktiki olaraq yanlışlığı qəbul edilmiş, lakin buna baxmayaraq onlara maliyyə sanksiyası tətbiq olunmuşdur

17. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ünvan 6 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixli 305 №li müraciəti (daxiloma qeydiyyatı: xx.xx.2020, 5/1626) daxil olmuşdur. Müraciətdə “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "xxxx" MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar “CROCODİLE” adlı mağazanın sahibi X3 Xidmətin xx.xx.2020-ci il tarixli AİBNDX- 05/01-5/2080 nömrəli məktubu ilə “PAUL & SHARK” və xx.xx.2021-ci il tarixli AİBNDX- 05/01-5/33 nömrəli məktubu ilə isə “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. X7 tərəfindən daxil olmuş məktublarla (daxiloma qeydiyyatları: 5/74, xx.xx.2021-ci il və 5/125, xx.xx.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "xxxx" MMCnin 005 nömrəli xx.xx.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/155, xx.xx.2021-ci il) ilə ünvan 2 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X4 (VÖEN: **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "xxxx" MMC xx.xx.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim emişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla X4 fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləi üzrə iş qaldırılmış, işə baxılması xx.xx.2021-ci il tarixinə təyin edilərək, müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. X7 lazımı sənədləri təqdim etməmiş və bu səbəbdən Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli Qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə fiziki şəxsə xx.xx.2021-ci il tarixli Göstəriş verilmişdir. Lakin Göstəriş icra edilməyərək, tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Xidmətə təqdim olunmamışdır.Cavabdeh qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

18. İddiaçı X4 nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə (ona edilmiş dəyişikliklərə) uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

19. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlardan görünür ki, "xxxx" MMC-nin iddiaçının fəaliyyət göstərdiyi “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən “CROCODİLE” adlı mağazanın sahibi X3 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X7 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir.

22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na, “Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunununa istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati aktlar qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərarlar səlahiyyətli orqan tərəfindən qəbui edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur.” Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, Xidmət iddiaçıya müraciət edərək ’’Hugo Boss” və “Paul & Shark” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlrin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq bu barədə xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X8 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından onun barəsində qərarlar çıxarılmış və maliyyə sanksiyaları tətbiq olunmuş və baş verənlər qanunvericilik çərçivəsində olmuşdur.Məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Bu nəticədən belə çıxır ki, iddiaçının göstərilən əmtəə nişanınlarından qanunsuz istifadə müəyyən və təsdiq olunmuş, əmtəə nişanından istifadə üçün tələb olunan sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuşdur.Halbuki heç cavabdehin özü belə bu nəticəyə gəlməmiş, araşdırmasını sonlandırmamış, araşdırmanın sonlandırılması, yekun qərar verilməsi üçün əmtəə nişanlarından istifadəni təsdiq edən sənəd və ya bu barədə izahat, həmçinin konkret əmtəə nişanlı malların mücərrəd tarixlərlə bağlı istifadəsi, alışları, qalıqları, satışları, bu satışlardan əldə olunan gəlirlər barədə hesabat xarakterli sənədlərin tərəfindən tərtib olunması tələbi etmişdir ki, məhkəmənin işin halları ilə bağlı gəldiyi qənaət ilə cavabdeh ilə iddiaçının hal hazırdakı mübahisəsi tamamilə fərqlidir.Bildirir ki, hal hazırda cavabdeh araşdırmanı özünün xx.xx.2021-ci il tarixli qərarı ilə məhkəməyə müraciət edəcəyindən dayandırılmış, tələblərin məcburi icra edilməsi haqqında məhkəmə iddiası vermiş, qərarında işin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra iş üzrə icraatın təzələnərək davam ediləcəyi bildirilmişdir.İddiaçı öz növbəsində tələblərin qanunvericilikdə olmadığını və tərtib olunmasının, icrasının mümkün olmadığını bildirərək, çıxarılan qərar və tətbiq olunan maliyyə sanksiyalarını mübahisələndirmişdir.Məhkəmə gəldiyi nəticədə iddiaçı ilə cavabdehin hal hazırda xidmətdə qaldırılan iş üzrə yalnız araşdırma mərhələsində »olduqlarını, hər hansı bir yekun qərarın çıxarılmadığını nəzərə almamış, qanunvericilikdə göstərilən cavabdeh qurumun apardığı araşdırmalar və bunların sonunda qəbul etdiyi qərarlar, bu qərarlarada göstərilən tələblərin yerinə yetirilmsi və yerinə yetiri lməməsinə görə tətbiq olunan maliyyə sanksiyaları ilə eyniləşdirmişdir.Məhkəmə NK -nin 29 may İ998-ci il tarixli 120 №-li “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”mn 2.16 bəndinə istinad etmişdir. Halbuki daha öncəki hüquqi qüvvəsinə minmiş məhkəmə proseslərində cavabdehin iddiaçıdan xx.xx.2021-ci tarixli göstərişinin məcburi icrasını tələb etdiyi iddia (Bakı inzibati Məhkəməsi xx.xx.2021 tarixli 2-1(112)-8116/2021 №-li iş, X13 və 04.04.22 tarixli 2-l(103)-508/2022 №-İi iş, sədrlik edən Elmira Nağıyeva) cavabdehin tətbiq etdiyi maliyyə sanksiyasının ödənilməsi haqda xx.xx.2021-ci il tarixli göstərişinin adı “antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi” haqda olsa da həmin göstərişin bu qaydaların 2.16 və 2.21 bəndlərində nəzərdə tutulmuş göstərş mahiyyətində olmadığı, göstərişin adından fərqli olaraq məzmununda və nəticəsində cavabdehdən qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi tələb olunmadığı qənaətinə gəlinmiş və iddia mümkün sayılmamışdlr.Nəticədə qeyd olunmuşdur ki, cavabdehim xx.xx.2021 tarixli göstərişində T. Nağıyevdən müvafiq sənəd və məlumatların Xidmətə təqdim olunması tələb olunmuşdur. İşə baxarkən müvafiq sənəd və məlumatların tərəfdən tələb etmək qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkət və ya tələb deyildir. Bu əsasdan xx.xx.2021 tarixli göstərişin icrası cavabdehin əsasnaməsinin təsir dairəsinə düşmür.Cavabdehin fəaliyyəti üçün əsas olan qanunvericilik normaları onu bazar subyektlərindən daxil olan şikayətlərə baxması ilə və bazar subyektlərinə yönəlik tədbirlərin görülməsi ilə məsul edir və məhdudlaşdırır. Bununla birgə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi konkret və birmənalı şəkildə cavabdehin yalnız bazar subyektlərinə aid olan əmtəə markalarından istifadə halları ilə bağlı məsələlərə qarışa biləcəyi, araşdırma və s. tədbirlər görə biləcəyi göstərilməkdədir. Bazarın subyekti olmayan hüquq sahibləri ilə bazar subyektləri arasındakı münasibətlərin tənzimlənməsi başqa müstəvidə həll olunmalıdır ki, cavabdehin belə səlahiyyətləri mövcud deyildir .Ölkə qanunvericiliyinə görə bazar subyektlərinə aid olmayan, xarici ölkələrdə qeydiyatda olan, dövlətimizin iştirakçısı olduğu beynəlxalq sazişlərlə, öhdəliklərlə qorunan əmtəə nişanları üzrə mübahisələr “Haqsız rəqabət haqqında” qanunla tənzimlənmyərək məhkəmələrdə baxılır.Nə üzərlərində əmtəə nişanları olan malların satışı, bu malların hər hansı xassələri cavabdeh tərəfindən heç bir şəkildə müəyyən edilməmişdir. Satdıqları malların orjinallığı ilə bağlı cavabdehin mövqeyini verdiyi suallara rəğmən öyrənə bilməmişdir.Bildiri ki, satdığı mallar orjinaldır, mənşəyi məlumdur, şəffaf şəkildə dəyəri ödənilməklə əldə edilərək qanuni yollarla ölkəmizə idxal olunmuşdur.Əmtəə nişanlarının, markalarının sahibləri tərəfindən və ya onların razılığı ilə üzərlərinə yerləşdirilən əmtəə nişanlı, markalı (qısa olaraq orjinal mallar) digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan malların ölkəmizə idxal olunmasında heç bir məhdudiyyət yoxdur, bunu qadağan edən qanunvericilik aktları mövcud deyildir, əksinə belə bir halda istisna kimi məhudlaşdılmaması müddəası (Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 34 maddəsi) mövcuddur.İş materiallarından görünür ki, cavabdehin iş qaldırılması yalnız onlara şikayət edən MMC- nin təqdim etdiyi 2019-cu ildə toplanmış materiallara əsasən olmuşdur ki, iddiaçı fəaliyyətə 2020ci ilin iyun ayında başlamışdır. Şikayətçinin Əqli Mülkiyyət Agentliyindən aldığı sənədlər 2019-cu ilə aiddir. Təqdim etdiyi fotoşəkilin hansı tarixdə, kimlərin iştirakı, hansı texniki vasitələrlə çəkildiyi qətiyyən müəyyən olunmur.Şikayətçi ekspertiza orqanı deyil.Əvəzində iddiaçı hazırda işlədiyi ünvanda yerləşən mağazanın ondan əvvəlki sahibinə içərisində vitrin şüşələrinin fotoşəkilləri olan Bakı şəhəri Reklam İdarəsinin möhür və imza ilə təsdiq olunaraq verdiyi xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi İ**********001 olan “Açıq məkanda reklam yerləşdirilməsinə İCAZƏ " adlı sənədi xx.xx.2022-ci ildə məhkəməyə təqdim edərək vitrin şüşəsindəki fotoşəkillərin xx.xx.2019 - xx.xx.2020 tarixlərində olduğu haqda sübutu təqdim etmişdir.İddiaçının fəaliyyət göstərdiyi dövrdə mağazanın vitrin şüşələrinin heç bir fotoşəkli iş materallarında yoxdur. Cavabdeh belə bir tələb qoymaqla tərəfindən tarixi göstərilməklə, konkret şəxslərin iştirakı və imzaları ilə təsdiq olunan fotoları ala bilərdi və bütün anlaşılmazlıqlara bununla son qoyula bilərdi. Təəssüf ki, icrası bu qədər sadə ola biləcək tələb tərəfiinə yönəldilməmiş, şikayət mətni də ona göstərilmədiyindən problemin nədən ibarət olduğunu bilmədiyindən öz təşəbbüsündə də bu işi görməmişdir.Heyrətləndirici hal odur ki, nə şikayətçinin təqdim etdiyi fotolarda, nə də iddiaçının təqdim etdyi icazə sənədindəki fotolarda adı çəkilən “Paul&Shark” əmtəə nişanından istifadə qətiyyən müşahidə olunmur, ama cavabdeh ona bu barədə müraciət edir. “Hugo Boss” əmtəə nişanından vitrində istifadəsi haqqında ümumiyyətlə ona müraciət olunmayıb.Məhkəmənin diqqətini bu məqama xüsusilə diqqət yeriməsini xahiş edir.İş materiallarından görünür ki, “Hugo Boss” əmtəə nişanı Luxenburq firması Dennemeyer & Associates S.A. (ünvan 55, rue des Bruyeres 1274 Howald, Luxembourg) tərəfindən “X14 Manegemenf’ GmbH adma qeydiyyata alınmışdır.Qurum isə bizə müraciətində birincini yanlış olaraq hüquq sahibi kimi göstərmişdir.Françayzinq müqaviləsi “Sinteks 501 Co” (ünvanı Zeynalabdin Tağıyev küç. ev 2, mənzil 17) ilə Almaniyanın “Hugo Boss AG” arasındadır.Etibarnamə “X14 Manegement GmbH” adından Sintex MMC-yə (faktiki ünvanı Zərifə Əliyeva küç. 21, hüquqi ünvan Neftçilər pr. 83) verilib.Göründüyü kimi, Hugo Boss nişanı ilə bağlı 5 hüququ şəxs iş materiallarında keçir, bunların arasındakı hüquq münasibətləri bu barədə quruma məlumat verilməsinə rəğmən araşdırılmamışdır. Etibarnaməni verən hüquq sahibi onların bazara mal satışı həyata keçirmir.Bazara mal ixracını “Hugo Boss AG”, bazarda satışının isə “Sinteks 501 Co” tərəfindən aparıldığı iş materialları ilə müəyyən olunur. "xxxx" MMC isə özünü zərərçəkən kimi göstərmişdir.Halbuki, "xxxx" MMC bazar subyektidir.Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv, həmin iş üzrə iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə etiraz xarakterli, həmçinin şikayətin müddət ötürülməklə verilməsi barədə vəsatət daxil olmuşdur.Lakin Məhkəmə Kollegiyası apellyasiya şikayətinin İPM-də nəzərdə tutulmuş müddətdə (xx.xx.2022-ci il tarixdə (iv-139) ) verildiyini nəzərə alaraq apellyasiya şikayətini mümkün hesab etmişdir.

c) Proses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (əvvəlki iclasda iddiaçı özü də) apellyasiya şikayətinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, iş materiallarından sənədlərin çıxarılması (istinad edilməməsi) və audit rəyi alınması barədə vəsatət vermidir.Məhkəmə Kollegiyası vəsatətdə göstərilən məsələlərin hüquqi müstəvidə qiymətləndirilməli olmasına əsasən vəsatəti təmin etməmişdir.

27. Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsinə verdiyi suallara cavab olaraq nümayəndə “Paul&Shark” və “Hugo Boss” əmtəə nişanına aid məhsulların satışını həyata keçirdiyini, satdıqları malların isə orijinal olduğunu bildirmişdir.Lakin məhkəmə Kollegiyasının adıçəkilən məhsulların idxalına və istifadəsinə hüquq verən mənşə sertifikatları və digər sənədlərin təqdim edilməsini təkrar təklif etməsinə baxmayaraq iddiaçının nümayəndəsi yalnız Gömrük rəsmiləşdirilməsinə istinad etməyə əsas vermiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “İNVOYS”ları Kollegiyaya təqdim etmişdir.

28. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxs "xxxx" MMC məhkəmə prosessində iştirak etməmişdir.(Sonuncu iclasda həmçinin cavabdehin nümayəndəsi də iştirak etməmişdir).

30. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

31. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

32. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 33.İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

“ Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun:

34. 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.

35. 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. 36.12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun :

37. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.

38. həmin Qanunun 25-ci maddəsinə sasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

39. 32-cü maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 40.Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti.

41. 34-cü maddəsinə əsasən: -Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. 42.əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. 43.Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”

44. Qaydalara əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər.

45. 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. 46.“Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativhüquqi aktlardan ibarətdir. 47.Həmin Qanunun: 3-cü maddəsinə görə İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilatiidarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

48.İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

49. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

50. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 51.Maddə 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 52.Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 53.Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 54.Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 55.Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 56.Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

57. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; 58.Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

59.Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir . Apellyasiya baxışının hədləri 60.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

61.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir. 63.Həmçinin, iddiaçının iddiası və apellyasiya şikayəti mümkünlük şərtlərinə cavab verir. 64.Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir. 65.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilməmişdir. 66.Kollegiya qeyd edir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). 67.Bununla əlaqədar məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq olunan qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. 68.İşin faktiki hallarına görə "xxxx" MMC xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “CROCODİLE” mağazasının “PAUL & SHARK” və “HUGO BOSS” brendlərinin əmtəə nişanlarını qanunsuz olaraq vitrin şüşəsinə əlavə etdiyini, halbuki həmin brendlərin əmtəə nişanlarının Əqli Mülkiyyət Agentliyinin verdiyi bildirişlərə və WİPO qeydiyyatına əsasən (WİPO qeydiyyat nömrələri -496286 saylı “PAUL & SHARK yachtinq”; 754225 saylı “HUGO BOSS”) Azərbaycan Respublikasında qorunduğunu və müvafiq müqavilələr əsasında onların rəsmi idxal və təmsil etmək hüququ ilə "xxxx" MMC-yə məxsus olduğunu bildirərək, “CROCODİLE” mağazasının vitrin şüşələrində yuxarıda göstərilən brendin əmtəə nişanlarının yığışdırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 69.Beləliklə, "xxxx" MMC-nin həmçinin, bazar subyekti olması da işin mübahisə edilməyən halıdır. 70.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli AİBNDX-05/01- 5/2080 №li və xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-5/33 №li məktublarla “CROCODİLE” adlı mağazanın sahibi X5 müraciət olunaraq, müvafiq olaraq “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. 71.X7 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktublarla (daxiloma qeydiyyatları: 5/74, xx.xx.2021-ci il və 5/125, xx.xx.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam şəkildə Xidmətə təqdim edilməmişdir.

72.Belə ki, mübahisələndirilən qərarlardan görünür ki, "xxxx" MMC-nin iddiaçının fəaliyyət göstərdiyi “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən “CROCODİLE” adlı mağazanın sahibi X3 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X7 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. 73.İddiaçı inzibati orqana qarşı hazırkı iddia ilə müraciət etmiş, yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. 74.Apellyasiya şikayətində iddiaçı cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırması, bundan sonra araşdırmalar üçün müxtəlif tarixlərdə iclaslar keçirilməsi, iclaslarda təmsilçisi iştirak etməsi, iş qaldırılması üçün qanuni əsasların olmadığı, qəbul edilən qərarlar üçün qurumun səlahiyyətli olmadığı, tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunması, Qərarlarda tələblər iclaslardakı çıxışlarından, müraciətlərindən sonra dəfələrlə dəyişdirilməsi, qurum tərəfindən faktiki olaraq yanlışlıq qəbul edilməsi, lakin buna baxmayaraq onlara maliyyə sanksiyası tətbiq olunması kimi dəlillər irəli sürmüşdür. 75.Məhkəmə Kollegiyası həmin dəlillərə münasibət bildirərək qeyd edir ki, iddiaçının özünün apellyasiya şikayətindən və həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. "xxxx" MMC xx.xx.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor online məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim emişdir. 76.Beləliklə, iddiaçının özü də apellyasiya şikayətində (i/v-122) "xxxx" MMC-nin bazar subyekti olduğunu qəbul etmişdir,(iddiaçı qeyd etmişdir ki, lakin "xxxx" MMC yuxarıda qeyd edilən əmttə nişanlarının sahibi deyil.). 77.Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "xxxx" MMC-nin müraciəti əsasında iddiaçı barəsində iş qaldırmasının əsassız olmasına dair dəlili tətbiq edilən hüquq normaları baxımından da təsdiqini tapmır. 78.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. 79.Həmin Qaydaların:1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. 80.Beləliklə, yuxarıda adıçəkilən Qaydaların 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin müraciətləri əsasında baxır. 81.İş materiallarından və mübahisələndirilən Qərarlardan da aydın olur ki, cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də yuxarıda adı çəkilən Qaydaların 1.1-ci bəndinə uyğun olaraq bazar subyekti olan "xxxx" MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırmışdır. 82.Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin fəaliyyəti üçün əsas olan qanunvericilik normaları onu bazar subyektlərindən daxil olan şikayətlərə baxması ilə və bazar subyektlərinə yönəlik tədbirlərin görülməsi ilə məsul edir və məhdudlaşdırır. Bununla birgə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi konkret və birmənalı şəkildə cavabdehin yalnız bazar subyektlərinə aid olan əmtəə markalarından istifadə halları ilə bağlı məsələlərə qarışa biləcəyi, araşdırma və s. tədbirlər görə biləcəyi göstərilməkdədir.Bazarın subyekti olmayan hüquq sahibləri ilə bazar subyektləri arasındakı münasibətlərin tənzimlənməsi başqa müstəvidə həll olunmalıdır ki, cavabdehin belə səlahiyyətləri mövcud deyildir.Ölkə qanunvericiliyinə görə bazar subyektlərinə aid olmayan, xarici ölkələrdə qeydiyatda olan, dövlətimizin iştirakçısı olduğu beynəlxalq sazişlərlə, öhdəliklərlə qorunan əmtəə nişanları üzrə mübahisələr “Haqsız rəqabət haqqında” qanunla tənzimlənmyərək məhkəmələrdə baxılır. 83.Bunla bağlı məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından da göründüyü kimi, "xxxx" MMC “PAUL & SHARK” və “HUGO BOSS əmtəə nişanları sahiblərinin maraqlarının müdafiəsi üçün lazımı səlahiyyətə malik olmaqla bazar subyektidir və cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.1-ci bəndinə uyğun olaraq bazar subyekti olan "xxxx" MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırmışdır. 84.Bundan başqa iddiaçının apellyasiya şikayətində cavabdehin tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunması kimi dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, inzibati orqanın tələb etdiyi “PAUL & SHARK” və “HUGO BOSS əmtəə nişanlarına dair sənədlərin mövcud olduğu təqdirdə təqdim edilməsi, mövcud olmadığı təqdirdə həmin əmtəə nişanlarına dair mal və xidmətlərdən istifadəni dayandırması iddiaçıya təklif olunmasına baxmayaraq iddiaçı həmin sənədləri nə inzibati orqana, nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. 85.Cavabdeh sənədlərin təqdim edilməsi barədə göstərişlərin icrasını məhkəmə qaydasında tələb etmiş, lakin iddia (Bakı inzibati Məhkəməsinin xx.xx.2021 tarixli, 2- 1(112)-8116/2021 №-li Qərarı ilə mümkün sayılmamış, həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin 04.04.22 tarixli 2-l(103)-508/2022 №-İi Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-l(102)-1037/2022 №-İi Qərarları ilə dəyişdirilmədən saxlanmışdır.) 86.Lakin həmin iddianın mümkün sayılmaması iddiaçının hazırkı tələbinin haqlı olmasından irəli gəlməmişdir. 87.Belə ki, Bakı inzibati Məhkəməsinin xx.xx.2021 tarixli, 2-1(112)-8116/2021 №-li Qərarındakı hüquqi mövqeyi (və yuxarı instansiya məhkəmələrinin) ondan ibarət olmuşdur ki, “Qanunverici antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması işlərinə baxarkən antiinhisar qanunvericiliyinə əsasən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd ve məlumatların təqdim edilməsi barədə göstəriş vermek, həmin göstərişləri yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etmək, cərimə və ya maliyyə sanksiyasının yerinə yetirilməsi barədə göstəriş vermək, cərimə və ya maliyyə sanksiyasının ödənilmədiyi və ya qismən ödənildiyi halda, məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək icra məmuruna göndərmək səlahiyyəti tanımışdır.Cərimə və ya maliyyə sanksiyasını ödəməklə yanaşı bazar subyektləri eyni zamanda müvafiq sənəd və məlumatları antiinhisar orqanına təqdim etməyə borcludurlar.Əks halda, qanunverici antiinhisar orqanına təkrar göstəriş vermək və yenidən cərimə tatbiq edilməsi məsələsinə baxmaq imkanı tanımışdır.İddiaçının cavabdehdən tələb etdiyi müvafiq sənəd ve məlumatların təqdim edilməsinə dair göstərişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə tələb olunan sanədlərin cavabdehden macburi götürülməsi ilə bağlı iddia qaldırmağının normativ hüquqi əsası yoxdur.” 88.Bundan başqa iddiaçının nümayəndəsi bildirir ki, satdığı mallar orjinaldır, mənşəyi məlumdur, şəffaf şəkildə dəyəri ödənilməklə əldə edilərək qanuni yollarla ölkəmizə idxal olunmuşdur.Əmtəə nişanlarının, markalarının sahibləri tərəfindən və ya onların razılığı ilə üzərlərinə yerləşdirilən əmtəə nişanlı, markalı (qısa olaraq orjinal mallar) digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan malların ölkəmizə idxal olunmasında heç bir məhdudiyyət yoxdur, bunu qadağan edən qanunvericilik aktları mövcud deyildir, əksinə belə bir halda istisna kimi məhudlaşdılmaması müddəası (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsi) mövcuddur.

89.Qeyd edilən dəlilərə münasibətdə nəzərə alınmalıdır ki, Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsinə verdiyi suallara cavab olaraq nümayəndə “Paul&Shark” və “Hugo Boss” əmtəə nişanına aid məhsulların satışını həyata keçirdiyini, satdıqları malların isə orijinal olduğunu bildirmişdir.Lakin məhkəmə Kollegiyasının adıçəkilən məhsulların idxalına və istifadəsinə hüquq verən mənşə sertifikatları və digər sənədlərin təqdim edilməsini təkrar təklif etməsinə baxmayaraq iddiaçının nümayəndəsi yalnız Gömrük rəsmiləşdirilməsinə istinad etməyə əsas vermiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “İNVOYS”ları Kollegiyaya təqdim etmişdir. 90.Məhkəmə Kollegiyası qeyd etməyi vacib sayır ki, həmin “İNVOYS”larda “Paul&Shark” və “Hugo Boss” əmtəə nişanına aid məhsulların adları və onlar barədə məlumatlar mövcud deyildir.Qeyd edilən “İNVOYS”larda yalnız iddiaçının göğmrükdən keçirdiyi müxtəlif məhsulların adları, məsələn, şalvar, sviter və.sair, həmçinin pambıq, yun materialdan olması ( %-i), istehsal olunan ölkənin adı-Türkiyə, Çin və sair sadalanmışdır ki, bu siyahıdan əmtəələrin hansı nişana aid olduğu müəyyən olunmur. 91.Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin bu dəlilləri də “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinin təsir dairəsinə düşmür. 92.Belə ki, iddiaçının istinad etdiyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən:Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. 93.”Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 32-cü maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti. 94.Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən “DAMA S.P.A” (ünvan: VİA Piemonte 174, 1-21100 VARESE (İT) adına qeydiyyata alınan 496286 saylı “PAUL & SHARK yachting” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 05, 09, 14, 16, 18, 21, 22, 23, 24, 25, 28, 30, 34 və 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 2 avqust 2025-ci il tarixinə qədər qüvvədədir. 95.Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən 754225 saylı “HUGO BOSS” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18 , 24 , 25 , 28 , 35 və 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 8 fevral 2021 -ci il tarixinə qədər qüvvədədir.

96. "xxxx" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra-Xidmət) daxil olmuş 305 nömrəli xx.xx.2020ci il tarixli müraciətində (daxilolma qeydiyyatı: 5/1626, xx.xx.2020-ci il) “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından ünvan 6 ünvanında fəaliyyət göstərən “CROCODİLE” adlı mağazada qeyri- qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. 97.Müəyyən olunduğu kimi, “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanları Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin bildirişinə əsasən qeydə alınaraq qorunur və "xxxx" MMC isə yuxarıda qeyd edildiyi kimi nişan sahiblərinin səlahiyyət verdiyi şəxs olmaqla bazar subyektidir. 98.“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. 99.Həmin Qanunun 25-ci maddəsinə sasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

100. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. 101.Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. 102.Mübahisələndirilən qərarlardan görünür ki, "xxxx" MMC-nin iddiaçının fəaliyyət göstərdiyi “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X10 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən “CROCODİLE” adlı mağazanın sahibi X3 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X7 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. 103.Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati aktlar qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərarlar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. 104.Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. 105.Apellyasiya şikayətinin dəlilləri ziddiyyətli olmaqla formal mülahizələrdən ibarətdir.Həmçinin, Apellyasiya şikayətində istinad olunan hüquq normaları işin faktiki halları ilə uzlaşmır. 106.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1631/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar