Məhkəmə qərarları › İş №2-1(103)-1930/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1930/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1930/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR DİN Bakı şəhər Baş Polis İdarəsi Bakı Metropoliteninin Polis Şöbəsinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli № Ə103ş/h-054-18 əmri ilə olan inzibati aktın ləğv edilməsi və xidmətə bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edərək, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən səhhətində yaranmış vəziyyətlə əlaqədar bir müddət bulitenində olmaqla ambulator və stasionar şəraitində xəstəxanalarda müalicə olunmuşdur. xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə göndərilmişdi. Həmin idarədə müayinələrin nəticələri: Rentgen ETACXİ (xx.xx.2018)-hər iki ağ ciyərdə fibroz fonunda bərk ocaqlar görünür. Diaqnoz: (XBT-10) A16.0 “Sol ağ ciyərin ocaqlı vərəmi, sorulma mərhələsində”. Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır. XHK-nın xidmətə yararlılığ haqqında qərarı: DİN-in 25 saylı xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 2b maddəsinəəsaəsn DİO-da xidmətə yararsızdır. Bunu əsas tutan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən daxili işlər orqanlarından xaric edilmişdir.Əmək qabiliyyətimin itirilməsinin müəyyən edilməsi barədə sənədlərlə Azərbyacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin DİO-da xidmətkeçmə dövründə qazandığı xəstəliyin əmək qabiliyyətinin itirilməsi və əlillik qrupunun təyin edilməsinə əsas olmadığını müəyyən etmişdir. Bu əsasla iddiaçı xx xxxxxx 2018-ci il tarixli № Ə103ş/h-054-18 əmri ilə olan inzibati aktın ləğv edilməsi və xidmətə bərpa edilməsi tələbi ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə müraciət etmiş, lakin orqan xx xxxxx 2020-ci il tarixli məktubu ilə müraciətə imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli əmrindən xəbərsiz olmuşdur. Əmrin surətini və əmək kitabçasını alan kimi əmrin ləğv edilib, xidmətə bərpa edilməsi barədə Bakı Metropolitenində Polis Şöbəsinə müraciət etmişdir. İmtina aldıqdan sonra isə dərhal məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də əmri mübahisələndirmək hüququnun qanunvericilikdə nəzərdə tutulan müddətini ötürməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadının ləğv olunması, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 73.2-ci maddələrini, İPM-nin 24.4, 32.1, 38.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, həmçinin iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququnu da itirdiyindən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmasa da,iddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı mübahisə predmetini təşkil edən əmrdən 2018-ci ildən məlumatlı olmuş, hətta xx.xx.2018-ci il tarixli raportla səhhəti ilə əlaqədar xidmətdən azad edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddiaçı mübahisə predmeti olan xx xxxxxx 2018-ci il tarixli əmrdən xəbərsiz olması faktını əsaslandırmamış, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4654/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar