Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1933/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin tarixinin göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar “Kəskin disseminə olunmuş ensefalit, kəskin disseminə olunmuş ensefalit. Dəqiqləşdirilməmiş epileptik status, dəqiqləşdirilmiş epleptik status. Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Xüsusi epileptik sindromlar” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı Bakı Baş Səhiyyə İdarəsinin U00157051THY nömrəli xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilmiş və göndərişin natamam doldurulması (İTSDA tərəfindən göndərilən F 88 məlumatlarında seçilmiş diaqnozlar üzrə amillər təqdim edilməmişdir”) əsası ilə göndəriş tibb müəssisəsinə geri qaytarılmışdır.
3. Həmin göndərişdə, diaqnozun mətni: Baş beynin ocaqlı travması. Baş beynin QKBT ağır dərəcədə əzilməsi. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Baş beynin üzvi xəstəliyi nəticəsində affektiv pozuntu. Depressiv emzodlar; Mərkəzə göndərilmənin- İmtina edilmənin səbəbi: İddiaçı Agentlikdə əyani müayinə olunmuş və xx.xx.2024-cü il tarixli qərarla ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmiş, lakin həmin qərar altsistemə əlavə edilməmiş, iddiaçının əlilliyin dərəcəsi və müddəti dəyişdirilməmişdir.
4. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı yenidən V00207268TJG nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2024cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir.
5. İddiaçı ona təyin edilmiş İ qrup əlilliyin ödənişlərinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş və cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarla iddiçıya bildirmişdir ki, İ dərəcə əlilliyi xx.xx.2024-cü il tarixdən təyin edildiyinə görə, ödənişlər də, həmin tarixdən ediləcəkdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2024-cü il tarixdən təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin təyin tarixinin 21 dekabr 2023-cü il tarixli göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı DİN daxili qoşunların Ali Hərbi Məktəbində 2020 sentyabr tarixindən 2021 iyun tarixinədək kursant kimi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu dövrdə xx.xx.2021-cil tarixində növbədə olarkən baş ağrıları ilə tibb məntəqəsinə gətirilmiş, sonra 1.06.2021-ci il tarixində Daxili qoşunların hərbi hospitalına gətirilmişdir. Ayın 14-nə qədər müalicədən sonra komaya düşmüşdür. 3 ay komada yatmışdır. İnfeksiyon mənşəli kəskin ensafalit diaqnozu ilə hərbi hospitala yerləşdirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kəskin ensafalit və kəskin psixoloji durumu ilə əlaqəli diaqnoz əsasında İİ dərəcəli əlilliyi müəyyən olunmuşdur. Bundan sonra, xx.xx.2021-ci tarixində qəfil epilepsiya və kəskin psixoloji vəziyyətinə düşərək Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14-ün 3 mərtəbəsində yerləşən 98 nömrəli mənzilin eyvanından (balkonundan) epilepsiya tutması nəticəsində yerə yıxılmış və kəllə beyin sümüyünün sınığı, kəllə beyin əzilməsi və sol budun diz qapağının qırılması, qəlpə halında dağılması, sol budunun dizdən ombaya qədər 5 yerdən qırılması travmalarına məruz qalmışdır. Həmin gün Sabunçu xəstəxanasına yerləşdirilmiş və kəllə beyin tibbi əməliyyatlar keçirmişdir və sol budunu müvəqqəti gipsə qoydular. Sonra xx.xx.2021 tarixində məni travmatoloji xəstəxanaya sol budunun əməliyyat olunması üçün ora aparmışdılar. 1 ay orada qaldıqdan sonra xx.xx.2022 tarixində evə buraxılmışdır. Yuxarıda qeyd olunan hadisədən sonra əmək qabiliyyətini tam itirmişdir. Əmək qabiliyyətini tam itirdiyinə görə sağlamlığının yenidən qiymətləndirilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına yenidən müraciət etməyə məcbur olmuşdur. Bu məqsədlə ilk növbədə 6 nömrəli şəhər poliklinikadan xx.xx.2023-cü il tarixli 0063003AADRX nömrəli "Forma-88" arayışını sistemə köçürdülər. Arayışı digər sənədlərlə birlikdə cavabdehə təqdim etmişdir. Müraciəti cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırıldığı dövrdə (xx.xx.2024 tarixində) müəyyən olunmuşdur ki, poliklinikanın 0063003AADRX nömrəli Forma-88 arayışında məruz qaldığı travmalar natamam əks olunmuş və bu səbəbdən diaqnoz natamam və yanlış göstərilmişdir. Belə olan halda Forma - 88 arayışına zəruri düzəlişlər olunması üçün yenidən həmin poliklinikaya müraciət etmişdir. xx.xx.2024 tarixində mənə yeni Forma - 88 arayışı verildi və onu xx.xx.2024 tarixində cavabdehə təqdim etmişdir. Bundan sonra Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə sağlamlığımın 90% itirilməsi diaqnozu əsasında İ dərəcəli əlilliyi müəyyən olunmuşdur. Kəllə beyin sınığının Forma-88də qeyd etməmişlər. Cavabdehin imtinası onun İ dərəcəli əlilliyini müəyyən edərkən biləbilə süründürməçiliyə yol vermiş, müayinə tarixini uzatmaqla onu əlillik pensiyası hüququndan xx.xx.2023 müddətində məhrum etmiş və bununla ona 1500 manat məbləğində maddi ziyan vurmuşdur.
8. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli Şəhər Polikinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2023- cü il tarixli göndərişi ilə əsasında baxılaraq Göndərişin natamam doldurulması - Səbəb: İTSDA tərəfindən göndərilən F 88 məlumatlarında seçilmiş diaqnozlar üzrə amillər təqdim edilməmişdir-əsası ilə tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Hərbi xidmət dövrü ilə əlaqədar OFP 90 faiz olmaqla müddətsiz əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı imtina ilə bağlı qərarın verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək 7 ay ərzində heç bir müraciəti olmamışdır. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci göndəriş (xx.xx.2023) əsasında cavabdehin imtinasını mübahisələndirməli deyil. Belə ki, qeyd olunduğu kimi, cavabdeh həmin gödərişin natamam doldurulmasını bildirsə də, iddiaçını əyani müayinəyə dəvət etmiş və ona həmin göndəriş əsasında İ dərəcə əlillik təyin etmişdir. Belə olan halda, cavabdeh göndərişin natamamlığının aradan qaldırılmasına yönəlik hərəkət etmişdir. İddiaçı da həmin göndəriş əsasında ona əlilliyin təyin edilməsinə ümid etmişdir. Odur ki, iddiaçının cavabdehin göndərişin natamam doldurulması əsası ilə imtinasını mübabisələndirməsinə zərurət olmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tamsərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Məhkəmə qeyd edir ki, iddiaçı birinci göndəriş (xx.xx.2023) əsasında cavabdehin imtinasını mübahisələndirməli deyil. Belə ki, qeyd olunduğu kimi, cavabdeh həmin gödərişin natamam doldurulmasını bildirsə də, iddiaçını əyani müayinəyə dəvət etmiş və ona həmin göndəriş əsasında İ dərəcə əlillik təyin etmişdir. Belə olan halda, cavabdeh göndərişin natamamlığının aradan qaldırılmasına yönəlik hərəkət etmişdir. İddiaçı da həmin göndəriş əsasında ona əlilliyin təyin edilməsinə ümid etmişdir. Odur ki, iddiaçının cavabdehin göndərişin natamam doldurulması əsası ilə imtinasını mübabisələndirməsinə zərurət olmamışdır. İddiaçının hüuqunun pozulmasını, yəni ona birinci göndəriş (xx.xx.2023) əsasında deyil, ikinci gönəriş (xx.xx.2024) əsasında əlilliyin təyin edilməsini, yalnız ona İ dərəcə əlilliyin görə ödənişlərinin xx.xx.2024-cü il tarixdən sonra ödəniləcəyi barədə cavabdehin məktublarından sonra məlumatlı olmuşdur. Yuxarıda qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki, iddiaçının cavabdehin imtinasını mübahisələndirmə zərurəti olmasına baxmayaraq məhkəmə əsaslandırmasında hansı səbəbdən bu zərurətin olmaması qənaətinə gəlməsi anlaşılan deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi- Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Həmçinin, əlillik təyinatı üçün tibb müəssisələri tərəfindən verilmiş göndərişdə (Forma-088) şəxsin diaqnozu ilə bağlı məlumatlarda ziddiyyət və uyğunsuzluqlar aşkar olunduqda, müayinələr əsas diaqnozu təsdiq etmədikdə, şəxsin stasionar və ambulator müalicələri yetərli olmadıqda və yaxud ziddiyyət təşkil etdikdə, göndəriş düzgün tərtib olunmadıqda, natamamdoldurulduqda və s. hallarda həmin göndəriş üzrə məlumatların dəqiqləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisəsinə geri qaytarılır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, X1 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (2022-ci il iyulun 1-dək olan redaksiya) 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”:
1. Ümumi müddəalar (-) 1.2. bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Əvvəla Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin təyin tarixinin 21 dekabr 2023-cü il tarixli göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.
28. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar “Kəskin disseminə olunmuş ensefalit, kəskin disseminə olunmuş ensefalit. Dəqiqləşdirilməmiş epileptik status, dəqiqləşdirilmiş epleptik status. Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Xüsusi epileptik sindromlar” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir.
29. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı Bakı Baş Səhiyyə İdarəsinin U00157051THY nömrəli xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilmiş və göndərişin natamam doldurulması (İTSDA tərəfindən göndərilən F88 məlumatlarında seçilmiş diaqnozlar üzrə amillər təqdim edilməmişdir”) əsası ilə göndəriş tibb müəssisəsinə geri qaytarılmışdır. 30.Həmin göndərişdə, diaqnozun mətni: Baş beynin ocaqlı travması. Baş beynin QKBT ağır dərəcədə əzilməsi. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Baş beynin üzvi xəstəliyi nəticəsində affektiv pozuntu. Depressiv emzodlar; Mərkəzə göndərilmənin- İmtina edilmənin səbəbi: İddiaçı Agentlikdə əyani müayinə olunmuş və xx.xx.2024-cü il tarixli qərarla ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmiş, lakin həmin qərar altsistemə əlavə edilməmiş, iddiaçının əlilliyin dərəcəsi və müddəti dəyişdirilməmişdir.
31. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı yenidən V00207268TJG nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2024cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir.
32. İddiaçı ona təyin edilmiş İ qrup əlilliyin ödənişlərinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) müraciət etmiş və cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarla iddiçıya bildirmişdir ki, İ dərəcə əlilliyi xx.xx.2024-cü il tarixdən təyin edildiyinə görə, ödənişlər də, həmin tarixdən ediləcəkdir.
33. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır.
34. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır.
35. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1) Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir.
37. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır.
38. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (Qaydanın 2.1, 2.4-ci, 2.9-cu bəndləri).
39. İşin hallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ağırlaşdığına görə, əlilliyin dərəcəsinin artırılması ilə bağlı Bakı Baş Səhiyyə İdarəsinin U00157051THY nömrəli xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilərək TSEK-ə göndərilmiş, həmin göndəriş natamam doldurulma əsası ilə tibb müəssəsinə geri qaytarılmışdır. Göndəriş tibb müəssisəsinə geri qaytarılsa da, iddiaçı Agentlikdə əyani müayinə olunmuş və xx.xx.2024-cü il tarixli qərarla ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə İ dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Lakin əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilməsi barədə həmin qərar altsistemə əlavə edilməmiş, iddiaçının əlilliyin dərəcəsi və müddəti dəyişdirilməmişdir. Bundan sonra iddiaçının barəsində yeni göndəriş, yəni V00207268TJG nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir.
40. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan əyani müayinənin nəticələrinə dair cavabdehin xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi, cavabdeh iddiaçının əyani müayinəsini həyata keçirərərkən iddiaçının barəsində ikinci göndəriş, yəni xx.xx.2024-cü il tarixli göndəriş mövcud deyildi. Cavabdeh iddiaçının əyani müayinəsini birinci göndəriş, yəni xx.xx.2023-cü il tarxli göndəriş əsasında aparmış və ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması ilə İ dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh pozuntuya yol verərək əyani müayinənin nəticələrinə dair qəbul etdiyi qərarla iddiaçıya təyin etdiyi İ dərəcə müddətsiz əlillik barədə məlumatları altsistemə əlavə etməmişdir. İddiaçı birinci göndəriş (xx.xx.2023) əsasında cavabdehin imtinasını mübahisələndirməli deyil. Belə ki, qeyd olunduğu kimi, cavabdeh həmin gödərişin natamam doldurulmasını bildirsə də, iddiaçını əyani müayinəyə dəvət etmiş və ona həmin göndəriş əsasında İ dərəcə əlillik təyin etmişdir. Belə olan halda, cavabdeh göndərişin natamamlığının aradan qaldırılmasına yönəlik hərəkət etmişdir. İddiaçı da həmin göndəriş əsasında ona əlilliyin təyin edilməsinə ümid etmişdir. Odur ki, iddiaçının cavabdehin göndərişin natamam doldurulması əsası ilə imtinasını mübabisələndirməsinə zərurət olmamışdır.
41. Səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bundan başqa, cavabdeh orqan iddiaçıya təkrar göndəriş zamanı iddiaçının əlilliyini müəyyən edərkən iddiaçının tibb müəssisəsinə müraciətinin tarixini, tibb müəssisəsi tərəfindən verilmiş göndərişin natamam olmasını və qanunun yuxarıda istinad edilən normasını nəzərə alaraq iddiaçının əlilliyini müəyyən edərkən ilkin göndəriş tarixindən, yəni xx.xx.2023-ci il tarixdən müəyyən edə bilərdi.
42. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
43. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir.
44. Həmçinin, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
45. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
46. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
47. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
48. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
49. Odur ki, yuxarıda qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
50. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
51. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2837/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.