Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1934/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 7 nömrəli Birləşmiş Xəstəxana) “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı İİ dərəcə əlilliyin bərpa edilməsi, əlilliyə görə pensiya ödənişlərinin verilməsi və buraxılmış aylar üzrə, yəni xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ikinci dərəcə əlillik müəyyən olunmaqla 2014-cü il tarixdən etibarən əlilliyə görə pensiya təyin olunmuşdur. Hərbi xidmətdə olan zaman 2012-ci ilin iyun ayından qida rejiminin pozulması ilə əlaqədar qarın nahiyyələrində ağrılar baş vermiş və həkimə müraciət etmişdir. 2013-cü ilin əvvəllərindən başlayaraq başgicəllənmə və soyuq tərbasma yaranmışdır. xx.xx.2013- cü il- xx.xx.2013cü il tarixdə tibb məntəqəsində müalicə olunmuş və N saylı hərbi hissəyə göndərilmişdir. xx.xx.2013-xx.xx.2013-cü il tarixdə N saylı hərbi hissədə müalicə olunmuş, daha sonra Hospitala köçürülmüşdür. Hərbi Həkim Komissiyasının 14 fevral 2013-cü il tarixli 843 nömrəli Xəstəlik haqıında Şəhadətnaməsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. 25 dekabr 2014-cü il tarixdə ona ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bundan sonra hər il davamlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında təkrar müayinələrdən keçmiş və əlillik müəyyən edilmişdir. Sonuncu dəfə qara rəngli nəcis ifrazı və qusma səbəbindən xx.xx.2020- xx.xx.2021-ci il tarixdə 3 nömrəli şəhər Klinik Xəstəxanasında 12 barmaq bağırsaq xorası klinik diaqnozu ilə müalicə olunmuşdur. Bildirmək istəyir ki, İİ dərəcə ilə müəyyən olunmuş əlilliyinin yenidən təyinatı ilə əlaqədar olaraq bütün xəstəlik kağızları, keçirilmiş həkim müayinəsinə dair və xəstəliyilə əlaqədar müalicə alması barədə bütün epikrizlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə olunduqdan sonra ona Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlavə ixtisaslaşmış müalicə təyin edilmiş, bütün lazımi sənədlər təqdim olunmasına baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciətin icrasından imtina etmişdir. Cavabdeh orqanın tələb etdiyi bütün epikrizlər, o cümlədən müayinəyə dair bütün sənədlərin təqdim olunmasına baxmayaraq. Dövlət Tibbi-Sosial Ekspertiza və Rehabilitasiya Agentliyi tərəfindən əsassız və qanunsuz olaraq müraciətə imtina edilmişdir. Yuxarıda qeyd olunanlardan aydındır ki, cavabdeh orqan əsassız olaraq süründürməçiliyə yol vermiş və əsassız olaraq ona İİ dərəcə əlilliyin təyin olunmasından imtina edilmişdir. Nəticədə artıq 6 aydan çoxdur ki, ona pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Cavabdeh orqan tərəfindən keçirilməsi tövsiyə olunan bütün müayinələrdən keçmiş və həmin müayinələrə dair epikrizlərdə xəstəliyi ilə bağlı lazım olan bütün məlumatlar, əlavə müayinə ilə bağlı məlumatlar həmin epikrizlərdə qeyd olunmuşdur. Həmin məlumatların qeyd olunduğu bütün sənədlərin təqdim olunmasına baxmayaraq, bu sənədlər ona əlilliyin yenidən təyinatı üçün cavabdeh orqanı qane etmir. Ona bildirilir ki, yenidən müayinədən keçməlidir, halbuki cavabdeh orqana hər hansı məlumat lazımdırsa ona təqdim olunmuş ən yeni müayinəyə dair epikrizlərə baxa bilər. Hesab edir ki, cavabdeh orqana təqdim olunmuş müayinəyə dair sənədlərdə xəstəliyi barədə bütün məlumatlar öz əksini tapır, lakin cavabdeh orqanın sözü gedən əsasla imtina verməsi süründürməçilik etməsindən və lüzumsuz olaraq onu hüquqlarından məhrum etməkdən başqa bir şey deyildir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh inzibati orqanın müvafiq imtinaları əsassız və qanunsuz olmaqla onu lüzumsuz yerə maddi və prosessual hüquqlarından, o cümlədən pensiya ödənişlərinin həyata keçirilməsindən məhrum etmiş, süründürməçiliyə yol vermişdir. Daha sonra iddiaçı tərəfin “İddiaçı əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 7 saylı Birləşidirilmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası, Diaqnozun mətni: 12 barmaq bağırsağın xora xəstəliyi, tez-tez kəskinləşmələrlə: Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7 Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Birləşidirlmiş Şəhər Xəstəxanasının 04.02 2015-ci il tarixli 2736003AAA7B saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20- K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının resıdıvlı gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaqbağırsağın xorası; Meyar: 2.2. İkinci dərəcə elillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci İİ tarixli 2736003AADYT saylı göndərişi əsasında baxılmış və "X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K2G-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, ON İKİ BARMAQ BAĞİRSAĞİNİN XORA XƏSTƏLİYİ. Həzm orqanlarının digər xəstəlikləri. MƏDƏ BAĞİRSAQ QANAXMASİ Dəqiqləşdirilməmiş anemiya, 12 BARMAQ BAĞİRSAĞİN STENOZU İKİNCİLİ ANEMİYA.: Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehliyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il larixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasrmn 1.4-cü bəndinə əsasen əlilliyin qiyməlləndirilmasi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azerbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin hekimməsləhat komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”’ ilə müəyyən edilmiş hərbi həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında apardır. Göndərişin forması Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yan m bənd ində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bilməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə örnək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrfnə daxil edildikdən sonra altslstemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifriənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna ziddi hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə 7 nömrəli Birləşmiş Xəstəxananın hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Kollegiya qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1 -ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-nin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPMnin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1. –ci maddəsində göstərilir: ” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K63 - Bağırsağın digər xəstəlikləri => K63.3 - Bağırsaq xorası, Diaqnozun mətni: 12 barmaq bağırsağın xora xəstəliyi, tez-tez kəskinləşmələrlə: Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7 Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının 04.02 2015- ci il tarixli 2736003AAA7B saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının resıdıvlı gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaqbağırsağın xorası; Meyar: 2.2. İkinci dərəcə elillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. , 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2736003AADYT saylı göndərişi əsasında baxılmış və "X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K2G- K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, ON İKİ BARMAQ BAĞİRSAĞİNİN XORA XƏSTƏLİYİ. Həzm orqanlarının digər xəstəlikləri. MƏDƏ BAĞİRSAQ QANAXMASİ Dəqiqləşdirilməmiş anemiya, 12 BARMAQ BAĞİRSAĞİN STENOZU İKİNCİLİ ANEMİYA.: Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehliyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin T 174/2022 nömrəli Ekspert Rəyinə əsasən Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2736003AADYT N-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “Əsas diaqnoz: K26-onikibarmaq bağırsağın xorası, onikibarmaq bağırsağın xora xəstəliyi. Ağırlaşma: həzm orqanlarının digər xəstəlikləri, mədə qanaxması, D64.9dəqiqləşdirilməmiş anemiya, onikibarmaq bağırsağın stenozu, ikincili anemiya” əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində hər hansı patomorfoloji dəyişikliklər aşkar edilmədiyindən diaqnoz əlilik əlamətləri təyin etmir və buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin 714 nömrəli Ekspert Rəyinə əsasən qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 2736003AADYT N-li, TQS 088 saylı formada şəxsin səhhətini əks etdirən “Əsas diaqnoz: K26-onikibarmaq bağırsağın xorası, onikibarmaq bağırsağın xora xəstəliyi. Ağırlaşma: həzm orqanlarının digər xəstəlikləri, mədə qanaxması, D64.9dəqiqləşdirilməmiş anemiya, onikibarmaq bağırsağın stenozu, ikincili anemiya” əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində hər hansı patomorfoloji dəyişikliklər aşkar edilmədiyindən diaqnoz əlillik əlamətləri təyin etmir və buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə aid etmək mümkün olmadı. Apellyasiya instansiya məhkəməsində icraat zamanı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanaraq İddiaçı barəsində olan 7 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli rəyində qeyd edilən diaqnozun (iş materiallarında olan sənədlərin və ekspertiza rəyindəki diaqnoz barədə məlumatlar nəzərə alınmaqla) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hansı qrup əlilliyin təyin edilməsi üçün əsas verdiyinə dair rəy təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi qaydası"na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmur- vətəndaş ünsiyyəti olmadan, adsızlaşdırılmış sənədlər üzərindən elektron qaydada həyata keçirilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasına əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XBT-10 təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir, məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı ildə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemi tərəfindən 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra İddiaçı əlillik vəziyyəti 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2736003AADYT nömrəli göndərişi əsasında (Diaqnoz: Onikibarmaq bağırsağın xora xəstəliyi.) xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Belə ki, 2736003AADYT nömrəli göndərişdə şəxsə dair stasionar müalicə günlərinin sayı yetərsiz olduğundan, müalicə potensialı tükənmədiyindən, əsaslı və düzgün olaraq müalicənin davam etdirilməsi qərarı qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşın müraciəti və ya tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır, qeyd edək ki, xx.xx.2022-ci ildən etibarən vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi əsasında aparılır, bildiririk ki, xx.xx.2021-ci il tarixli 2736003AADYT nömrəli göndərişdə göstərilən əsas diaqnoz və ağırlaşmalar (Onikibarmaq bağırsağın xorası, ikincili anemiya) qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirildikdən sonra anamnestik, diaqnostik-laborator müayinələrlə təsdiqini tapacağı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"nın 3.2.4. bəndinə (xəstəliyin orta ağır forması, xroniki təkrarlanan, 1 ildən az müddətdə residivləşən xora, 2ci dərəcə ((BKİ 16.0-17.5) qidalanma çatışmazlığı ilə) uyğundur. Vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarına uyğun olaraq tibbi göstəriş olarsa yeni göndərişin (Forma-088) tərtib edilərək rəsmiləşdirilməsi və sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün Tibbi-sosial ekspert komissiyasına müraciət etməsi tövsiyə olunur. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqanın sorğuya cavab məktubunu nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1934/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı xx.xx.2021-ci il tarixli 2736003AADYT nömrəli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-18096/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2736003AADYT nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir, vətəndaş 3-17-4/2-Q-25789/2023 nömrəli məktub əsasında əyani komissiyaya dəvət olunmuşdur, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (103)-1934/2023 nömrəli qərardadı əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 843 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə “Xora xəstəliyi, natamam remissiya mərhələsində. Qanaxma ilə fəsadlaşmış onikibarmaq bağırsaq soğanağının çapıqlaşmış xorasından sonrakı cüzi çapıq deformasiyası, təxliyə funksiyasının pozulmaması ilə. Yüngül dərəcəli posthemorragik anemiyadan sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı mədə xorasından əziyyət çəkdiyini, daimi ağrıları olduğunu qeyd etmişdir, müayinə zamanı boyu 173 sm, çəkisi 53 kq, BÇİ 18, dili nəm, təmiz, selikli qişalar çəhrayı, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur, təqdim etdiyi tibbi sənəddə “Hemoglobin 15.2 q/l, leykosit 7,75, ALT 10,2, Eritrosit 5,2, AST 17,8” qeyd olunmuşdur, X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4739 nömrəli Çıxarışında diaqnoz “On iki barmaq bağırsaq xorası. Xora xəstəliyi. Kəskinləşmə mərhələsində" kimi qeyd edilmişdir, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli X9 müayinəsinin nəticəsi “Öd kisəsinin lateral divarından mənfəzə doqru qabaran 5 mm ölçüdə hiperexogen əlavə (polip)" kimi qeyd edilmişdir, anamnestik və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçının 7 nömrəli Birləşmiş Xəstəxanasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz ilə xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi (özəl) tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (K26) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin T 174/2022 nömrəli ekspert rəyinə istinad edərək iddianın təmin olunmamasını xahiş etsə də, ekspert rəyində də qeyd olunduğu kimi əsas diaqnoz K26-onikibarmaq bağırsağın xorası xəstəliyidir, həmin diaqnoz qeyd olunduğu kimi xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə müəyyən edilən diaqnozlarla eynilik təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1934/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1934/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver