Məhkəmə qərarları › İş №2-1(103)-1935/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1935/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1935/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndələri X7 və X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “13.04.2020-ci il tarixli, **********198945 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 20.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli qərarına əsasən İddiaçı MMCyə 1234183,59 manat vergi hesablanmış və 272750,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən qanunvericiliyə müvafiq olaraq yuxarı instansiyaya şikayət verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 22.07.2020-ci il tarixli Qərarına əsasən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13.04.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (keçmiş Vergilər Nazirliyi) tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13.04 2020-ci il tarixli qərarı tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yoxlama dövrünün sonuna klinker və sement qalığı haqqında rəsmi məlumat Baş mühasib tərəfindən inzibati orqana verilmişdir. Həmin cədvələ əsasən yoxlama dövrünün əvvəlinə MMC tərəfindən məlumat verilməmişdir. Həmin cədvəldə yoxlama dövrünün sonuna 15170.66 ton klinker qalığı və 10433.79 ton sement qalığı Baş mühasibi tərəfindən təqdim edilmişdir. MMC-nin sənədlərinə əsasən nəzərinə çatdırılmışdır ki, yoxlama dövrünün əvvəlinə MMC-nin sement qalığı yoxdur, klinker qalığı 9342.5 ton olmuşdur. Yoxlama dövründə alınan 65522.18 ton klinker nəzərə alındıqda, ümumilikdə klinkerin həcmi 74864 68 ton təşkil etmişdir. Yoxlama dövründə 950 ton klinker satıldıqdan sonra, yoxlama dövrünün sonuna klinker qalığı 15170,66 ton olmuşdur. 74.864,68 – 15.170,66=59694,02-950=58.744,02 ton qalır. Ekspert 3 faiz itki silir 58744.02- 1763=56981,02 ton qalmışdır. MMC-nin mühasibat sənədlərinə əsasən 65.522,18- 56981,02=8.541,16 ton klinker ekspert tərəfindən artıq yazılmışdır. MMC-nin mühasibat sənədlərinə əsasən 8541,16 ton fərq yaranmışdır. Vergi yoxlayıcısı yoxlama dövründə Ekspert tərəfindən artıq yazılmış 8541,16 ton klinkeri 74864.68 ton klinkerdən çıxmış və nəticədə istehsal olunmuş 61331 ton sementdən yoxlama dövrünün sonuna olan 10598,80 ton sement qalığını çıxmamışdır. Azərekspertiza birliyinin məktubuna və MMC-nin mühasibat sənədlərinə əsasən 01.01.2016-cı ilə 12120 ton klinker qalığı və yoxlama dövrünün sonuna 15170,66 ton klinker və 10598,80 ton sement qalığı cədvəl şəkilində verilmişdir. Ekspert yoxlama dövrünün sonuna MMC-yə göndərdiyi cədvəldə 15170.66 ton klinkeri mal qalığından çıxmış, lakin 10598.80 ton sementi mal qalığından çıxmamışdır. Bu rəqəmləri MMC-nin balansı vergi bəyannamələri, qaimə fakturalar, verilən cədvəldə öz əksini tapmışdır. Ekspert yoxlama dövrünün sonuna qalan 10598.8 ton sementi ümumiyyətlə rəydə qeyd etməmişdir. Ekspert rəyində qeyd olunmuşdur ki, “AZSEMENT LTD" MMC tərəfindən 67934.03 ton M400, 2558.02 ton M300, 7743 57 ton M500, cəmi isə 78235.62 ton sement istehsalı olmuşdur. Bu rəqəmlər həqiqətə uyğun deyil. Çünki vergi yoxlaması dövründə M-500, M-300 markalı sement MMC tərəfindən istehsal olunmamış, 2015-ci ildə 4131 ton M-400 markalı sement QOST 10178-85 Rusiya Qostu ilə istehsal olunmuşdur. İş materiallarından aydın görünür ki, CEM-52.5-N. 42.5 N 42.5 R və P-32.5-N markalı sement AZS 411-2010(EN 197-1-2000) Avropa standartına əsasən MMC tərəfindən 525 (aktivliyi 550 marka) 425 N aktivliyi 480.510 marka 42.5 R aktivliyi 470.500 marka və 325 (aktivliyi 390 410 marka) marka sement istehsal olunmuşdur. Ekspert rəyində araşdırma və hesablama tam qərəzli və qeyrı-peşəkarcasına aparılmışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********758400 saylı 22.07.2020-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 21.08.2020-ci il tarixli apelyasiya şikayəti verilmiş, lakin həmin şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə bir cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya yazılı etirazı səyyar vergi yoxlamasının məzmununa uyğun qaydada təqdim edərək bildirmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 10.09.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMCdə səyyar vergi yoxlaması (yoxlanılan dövr - 01.08.2015-31.08.2018) tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına 11.09.2018-ci il tarixdə başlanmış, 20.02.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə 20.02.2020-ci il tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktın bir nüsxəsi ödəyicinin hüquqi ünvanına və elektron poçt ünvanına göndərilmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 13.04.2020-ci il tarixli Qərar çıxarılmışdır. Qeyd etmək lazımdır ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə 11.09.2018-ci il tarixli Tələbnamə verilmişdir. Lakin yoxlama üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Yoxlanılan dövrdə müəssisə sement istehsalı və satışı ilə məşğul olmuşdur.Yoxlanılan dövrdə müəssisə tərəfindən xidmət edən bank müəssisələrindən və müxtəlif firmalardan nağd şəkildə alınmış vəsaitlərin 1818988,4 manatı təsisçiyə verilmişdir. Lakin təsisçi ilə hesablaşmaların hərəkəti yoxlamaya təqdim olunmamışdır. Həmçinin bankdan nağd götürülən məbləğlər mal-material alınması və xidmətlərin göstərilməsi adı ilə götürülərək təsisçiyə verilmişdir. Vergi Məcəlləsinin müddəalarına əsaslanaraq müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu,Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” 04.04.2019-cu il tarixli Qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Alınmış 18.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə ümumilikdə sementin istehsal həcmi 77735,62 ton ( o cümlədən "M300” markalı 2558,02 ton; “M400" markalı 67434,03 ton; “M500” markalı 7743,57 ton) olmuşdur. Məcəllənin göstərilən maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyi üçün, müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu,Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş və satılmış məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş idarənin 04.04.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərarı çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Alınmış 30.10.2019cu il tarixli ekspert rəyinə əsasən İstehsal olunmuş “M300” markalı sementin 1 tonunun satış qiyməti 115,0 manat, “M400” markalı sementin 1 tonunun satış qiyməti 124,0 manat; “M500” markalı sementin 1 tonunun satış qiyməti 128,0 manat müəyyən olunmuşdur. Torpaq vergisi üzrə: Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti özünə məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15, 16-cı km ev 4 və Bakı -Astara yolunun 28-ci km ünvanlarında həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 05.07.2011-ci il tarixli (5300 kv.m) ********* qeydiyyat nömrəli, 24.02.2017-ci il tarixli ( 5299,6 kv.m) ********** qeydiyyat nömrəli çıxarışları və 16.04.2012-ci il tarixli akta əsasən 64954 kv. metr sahə qeydiyyatdadır. Müəssisə tərəfindən yoxlanılan dövrdə (2016-2017-2018-ci illər) torpaq vergisinin bəyannamələri təqdim olunmuş hər il üçün 70254 kv.metr torpaq sahəsi üçün 13050,8 manat olmaqla ümumilikdə 39152,4 manat torpaq vergisi hesablanmışdır. İlkin sənədlərlə və baza məlumatlarına əsasən yoxlama zamanı müəssisənin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin 75553,6 kv.metr olduğu müəyyən olunmuş və Vergi Məcəlləsinin 204- 205-206-cı maddələrinə əsasən 41272,24 manat torpaq vergisi hesablanmışdır. Həmin məbləğdən (41272,24-39152,4=2119,84) müəssisənin hesabladığı 39152,4 manat çıxılmaqla 2119,84 manat əlavə torpaq vergisi hesablanmışdır. Kənarlaşmaya səbəb 2017-ci ilin fevral ayında torpaq sahəsinin 5299,6 kv.metr artmasına baxmayaraq həmin sahənin 2017-2018-ci illərdə vergiyə cəlb edilməməsi olmuşdur. Mənfəət vergisi üzrə: Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində görülmüş iş və göstərilmiş xidmətlərə görə 1972077,64 manat gəlir, ümumi xərcləri 2817661,24 manat olmaqla 845583,6 manat zərər göstərilmişdir. Müəssisə tərəfindən 2010- cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən, fəaliyyətini 673700,21 manat zərərlə başa vurduğu göstərilmiş, 1762930,0 manat əvvəlki illərin çıxılmalı zərərinin olduğu göstərilmişdir. Təqdim olunmuş mənfəət vergisi bəyannamələrinə əsasən (səyyar vergi yoxlamaları ilə təsdiq olunmuşdur) müəssisə fəaliyyətini 2011-ci ili 357202,0 manat, 2012- ci ili 1711147,0 manat, 2013-cü ili 1058979,63 manat, 2014-cü ili isə 1971691,34 manat mənfəətlə başa vurmuşdur. Vergi Məcəlləsinin 121-1 -ci maddəsinə əsasən son 5 ilin zərəri manat (673700,21 + 1762930,0= 2436630,21) təşkil edir. Qeyd olunan zərər 2011- 2013-cü illərdə yaranmış (357202,0 + 1711147,0 + 1058979,63 = 3127328,63- 2436630,21= 690698,42) 3127328,63 manat mənfəətdən çıxılmalıdır. Müəssisəyə "Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 11.09.2018-ci il tarixli tələbnamə verilmiş, 04.10.2018-ci il tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılaraq ödəyiciyə təqdim edilmiş, təqdim olunmuş sənədlər qanunamüvafiq olaraq protokolla götürülmüş, lakin sement növləri üzrə kalkulyasiyanı, aylar üzrə materialların qəbulu və silinməsinin qeyd edildiyi materialların hesabatını , habelə xammal və materialların anbara mədaxili, istehsala verilməsi və istehsaldan hazır məhsul şəklində anbar verilməsinin uçotunun aparılmasını təsdiq edən hər hansı sənədi yoxlamaya təqdim etməmişdir. Müəssisənin 2015-ci il üçün vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 1634947,0 manat, xammal material xərcləri 24473,9 manat göstərilməsinə baxmayaraq, mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1113364,0 manat göstərilmişdir. 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 1545340,0 manat göstərilmiş lakin mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1710392,0 manat göstərilmiş, 2366880,88 manat sair ehtiyatların silinməsi, 1610034,0 manat hazır məhsullara silinmə göstərilməklə üümumilikdə 2016-cı il üçün 5687306,88 manat silinmişdir. 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 738180,63 manat, xammal material xərcləri 47783,97 manat göstərilmiş, lakin mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1268120,6 manat, sair ehtiyatların silinməsi 1183860,56 manat, ümumilikdə silinmə 2451981,16 manat göstərilmiş, müəssisənin rəhbərliyi qeyd olunanlarla bağlı əsaslı izahat verə bilməmişdir. Nəticədə müəssisə tərəfindən alınmış xammal və materialların istehsala silinməsini, habelə istehsal həcmini müəyyən etmək mümkün olmadığı üçün, mütəxəssis-ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən müəssisədə istehsal həcminin və satılan məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə "Mütəxəssisin dəvət edilməsi haqqında” 20.09.2018-ci il tarixli və “Ekspertizanın təyin edilməsi haqqında” 20.09.2018-ci il tarixli qərarlar çıxarılaraq vergi ödəyicisinə təqdim edilmiş, mütəxəssisin obyektə gələrək müvafiq ilkin işlərin görülməsi təmin edilmiş, müvafiq mütəxəssis və ekspert rəyləri alınaraq yoxlamada istifadə olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər, o cümlədən material və texniki hesabatlar üzrə məlumat təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001 -ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) 525805,61 man, gəliri 2494833,69 man, nənfəət vergisi isə 105161, 12 man hesablanmışdır. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş bəyannamədə ümumi gəliri 2634541,32 manat, xərcləri 2155403,14 manat göstərməklə 479138,18 manat mənfəət əldə etmiş, lakin 2015ci ilin zərəri çıxıldığı üçün mənfəətdən vergi hesablanmamışdır.Müəssisəyə “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 11.09.2018-ci il tarixli tələbnamə verilmiş, 04.10.2018-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılaraq ödəyiciyə təqdim edilmiş, təqdim olunmuş sənədlər qanunamüvafiq olaraq protokolla götürülmüş, lakin sement növləri üzrə kalkulyasiyanı, aylar üzrə materialların qəbulu və silinməsinin qeyd edildiyi materialların hesabatını , habelə xammal və materialların anbara mədaxili, istehsala verilməsi və istehsaldan hazır məhsul şəklində anbar verilməsinin uçotunun aparılmasını təsdiq edən hər hansı sənədi yoxlamaya təqdim etməmişdir. Qeyd olunanlara əsasən müəssisədə istehsal həcminin və satılan məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 20.09.2018-ci il tarixli və "Ekspertizanın təyin edilməsi haqqında” 20.09.2018-ci il tarixli qərarlar çıxarılaraq vergi ödəyicisinə təqdim edilmiş, mütəxəssisin obyektə gələrək müvafiq ilikn işlərin görülməsi təmin edilmiş, müvafiq mütəxəssis və ekspert rəyləri alınaraq yoxlamada istifadə olunmuş və Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər, o cümlədən material və texniki hesabatlar üzrə məlumat təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) 591653,36 manat hesablanmışdır. Qeyd olunanlardan əlavə 2016-cı ildə müəssisənin daşınmaz əmlakın icarəyə verilməsindən 300000,0 manat gəliri olmuş həmin gəlirin əldə olunması ilə bağlı xərclər (əsas vəsaitlərin aşınması və elektrik enerjisi, su və digər xərclər) müəssisənin ümumi xərclərində nəzərə alındığı üçün və həmin xərclər olduğu kimi qəbul edildiyindən müəssisənin ümumi mənfəəti (591653,36+300000,0=891653,36) 891653,36 manat müəyyən olunmuş və həmin mənfəət məbləğinə (891653,36x20%=178330,67) 178330,67 manat mənfəətdən vergi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üçün təqdim edilmiş bəyannamədə ümumi gəliri 1496963,15 manat, xərcləri 1404849,43 manat, mənfəəti 92113,72 manat göstərilmiş lakin 2015-ci ilin zərəri çıxıldığı üçün mənfəətdən vergi hesablanmamışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər, o cümlədən material və texniki hesabatlar üzrə məlumat təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında 434746,68 man əsasında gəliri 2608480,12 man müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə 2017-ci ildə müəssisənin daşınmaz əmlakın icarəyə verilməsindən 300000,0 manat gəliri olmuş həmin gəlirin əldə olunması ilə bağlı xərclər (əsas vəsaitlərin aşınması və elektrik enerjisi.su və digər xərclər) müəssisənin ümumi xərclərində nəzərə alındığı üçün və həmin xərclər olduğu kimi qəbul edildiyindən müəssisənin ümumi mənfəəti (434746,68+300000,0=734746,68) 734746,68 manat müəyyən olunmuş və həmin mənfəət məbləğinə (734746,68x20%=146949.34) 146949,34 manat mənfəətdən vergi hesablanmışdır. Son nəticədə yoxlanılan dövrdə müəssisəyə ümumilikdə 430441,13 manat mənfəətdən vergi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən istehsal olunan məhsulların kalkulyasiyası, xammal və materialların hərəkəti (mədaxil-məxaric=qalıq) barədə yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 23-cü, 44-45-ci maddələrinə əsasən müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu.Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi və istehsal olunmuş və satılmış məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 04.04.2019-cu il tarixli **********180067 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında”, “Mütəxəssisin dəvət edilməsi haqqında” 04.04.2019-cu il tarixli **********180066 nömrəli Qərarları çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi cəlb edilmişdir. Alınmış 18.10.2019-cu il tarixli mütəxəssis rəyinə və 30.10.2019-cu il tarixli ekspert rəyinə əsasən əlavə dəyər vergisinin yenidən hesablanması aparılmışdır. Nəticədə əlavə dəyər vergisinin 916836,28 manat az hesablanması, 115577,8 manat artıq hesablanması müəyyən olunmuşdur. Hesablanmış 916836,28 manat əlavə dəyər vergisinin 812344,75 manatı mütəxəssis rəyinə əsasən, 104491,53 manatı isə 01.02.2016-cı il tarixdə müəssisənin "Texnikabank” ASC-də olan hesablaşma hesabına “beton alınması üçün” adı ilə daxil olmuş 685000,0 (ƏDV daxil) manat məbləğə (685000:1,18=580508,48x18%=104491,53) hesablanmışdır. Daxil olmuş 685000,0 manat həmin gündə İddiaçı MMC-nin kredit borcuna silinmişdir. “Texnikabank" ASC-yə müəssisənin bank hesabında aparılan əməliyyatlar barədə 01.01.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üçün məlumat verilməsi üçün 11.09.2018-ci il tarixli **********941300 nömrəli bildiriş verilmiş, 28.06.2019-cu il tarixli **********827000 məktubla bank məlumat vermiş, lakin bank çıxarışı 01.02.2016-cı il tarixədək göndərilmişdir. Həmin daxil olmanın araşdırılması üçün 10.07.2019-cu il tarixli **********354700 nömrəli məktubla vergi ödəyicisinə müraciət olunaraq 685000,0 manat daxil olma ilə bağlı sənədləri yoxlamaya təqdim etmək xahiş olunmuşdur. Lakin yoxlamaya hər hansı sənəd və ya izahat təqdim edilməmişdir. Ona görə də həmin məbləğə ƏDV hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə: Cəmiyyət tərəfindən yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan verginin bəyannamələri təqdim olunmamış vergi hesablanmamışdır. İlkin sənədlərlə yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisənin bank hesablarından Türkiyə Respublikasının "X8 Turizm və Servis" şirkətinə nəqliyyat xidməti üçün 25.10.2017-ci il tarixdə 1250 ABŞ dolları, 08.05.2018-ci il tarixdə isə 2320 ABŞ dolları, ümumilikdə 3570 ABŞ dolları ödənilmişdir. Həmin məbləğlərin (3570x1,7=6069x6%=364,14) manat ekvivalenti 6069,0 manat təşkil etmiş və həmin məbləğə VM-nin 125.1.4-cü maddəsinə əsasən 6% dərəcəsi ilə 364, 14 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Vergi qanunvericiliyinin pozulmasına görə müəssisəyə VM-nin 58-ci maddəsinə əsasən 272670.24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli qərarı qismən, 2.119,84 manat torpaq və 364,14 manat ödəmə mənbəyindən tutulan vergilər və onlara tətbiq edilən maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə- mənfəət vergisi, əlavə dəyər vergisi və onlara tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. Cavabdeh həmin qərarın mənfəət, ƏDV və onlara tətbiq edilən maliyyə sanksiyası hissəsindən apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandır həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qərarının torpaq və ödəmə mənbəyində tutulan vergilər və onlara tətbiq edilən maliyyə sanksiyasına dair hissəsindən apellyasiya şikayəti verilməmişdir. İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətinə dair etiraz təqdim edərək göstərmişdir ki, təsisçi müəssisəsin dövriyyəsini artırmaq üçün öz vəsaitini müəssisəyə borc kimi verib, sonra geri götürmüşdür. Vergi orqanı səyyar vergi yoxlama aktında həmin vəsaitin müəssisəyə təsisçi tərəfindən qoyulub geri götürüldüyünü qeyd etsə də, hər hansı bir maliyyə sanksiyası tətbiq olunmamışdır. Həmçinin cavabdeh iddiaçının 2015-2017-ci illər üzrə mənfəət vergisi bəyənnaməsi üzrə göstəricilərini cədvəl şəklində apellyasiya şikayətində qeyd etmişdir. Həmin bəyənnamələrdən də görünür ki, yoxlama dövründə hər hansı bir kənarlaşma olmamışdır. Müəssisədə istehsal olunan sement məhsulunun adları CEM-İİ/AP52.5 N 42.5 N 32.5 N olmaqla, həmin məhsulların keyfiyyəti standartlara uyğun olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunan "xxxx" ASC-də olan hesablaşma hesabına “Beton alınması” üçün 685000 manat ( ƏDV daxil) məbləğin mədaxil olması ilə bağlı qeyd edilmişdir ki, müəssisə beton alınması üçün sözügedən məbləği alıcıdan qəbul etmiş, lakin tərəflər arasında alqı-satqı baş tutmadığı üçün həmin vəsait geri qaytarılmışdır. Bununla bağlı müvafiq sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı yoxlanılan dövr üzrə 48402,13 ton sement istehsalını bəyan etmiş, vergi orqanı müəyyən etmişdir ki, realda müəssisə 78235,62 ton sement istehsal etmiş, məhkəmənin təyin etdiyi ekspert isə müəssisənin 59811,82 ton sement istehsal etdiyini müəyyən etmişdir. Deməli, 01.03.2021 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş məhkəmə iddianı qismən təmin edə bilərdi, yəni 11409,69 ton (59811,82-48402,13) sementin bazar dəyərinə uyğun olaraq mənfəət vergisi və ƏDV-ni hesablayıb büdcəyə bərpa etməli idi. İddiacı bununla bağlı bildirmişdir ki, ekspert rəyinə uyğun olaraq sement istehsalı 59811,82 ton olmuş, onun 48402,13 tonu müəssisə tərəfindən istehsal olunaraq satılmışdır. Qalan 11409,69 ton sementə görə mənfəət vergisi və ƏDV ona görə hesablanmamışdır ki, vergi yoxlanması dövrünün sonunda müəssisədə 10500 ton mal qalığı qalmışdır, yəni cavabdehin vergi hesablanmasını tələb etdiyi hissə əslində müəssisədə qalan mal qalığı olmuşdur. Etirazda cavabdehin apellyasiya şikayətində göstərilən sement istehsalının əsas xammalını təşkil edən klinkerə gips və volkan külü əlavə edilməsi ilə bağlı qeyd edilmişdir ki, standartlara uyğun olaraq hər bir ton sement istehsalı zamanı 8 faiz itki ilə sement istehsal edilir. Əgər klinkerin keyfiyyəti 425-dirsə, 470-500 keyfiyyəti olan sement məhsullarına qatqının əlavə edilməsi yol verilməzdir. Etirazda müəssisənin sərf etdiyi enerji dəyərinin 453580,8 manat olduğu halda ekspert rəyində 439400,9 manat enerji sərf edilməsinə dair vergi orqanının dəlilinə cavab olaraq bildirilmişdir ki, həmin fərq müəssisəyə aid olan və icarədə olan obyektlərin enerji sərfiyyatı olmuşdur. Etirazda həmçinin göstərilmişdir ki, Azərekspertin mütəxəssis və eksperti yoxlama dövründə İddiaçı MMC-də olmadığı halda sement məhsulunun keyfiyyəti ilə bağlı rəy vermişlər ki, həmin rəylər mötəbər sübut kimi qəbul edilə bilməz, belə ki sement məhsulunun keyfiyyətini yalnız laboratoriyalar yoxlaya bilər və bununla bağlı müvafiq keyfiyyət sənədi verilməlidir. Göründüyü kimi son nəticədə ekspert və vergi yoxlayıcıları müəssisənin anbarında qalan 10598 ton sement qalığını, 9342 ton klinker qalığını, Səfəroğlu şirkətinə satılmış 950 ton klinkerin, beton istehsalını, sement məhsulu istehsalı zamanı itkiləri nəzərə almadan müəssisəyə qanunsuz olaraq vergi hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və ona uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək və iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 04 may 1995-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 3 ünvanında qeydiyyata alınmış və ona VÖEN verilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********164967 №-li, 04.10.2018-ci il tarixli qərarı əsasında İddiaçı MMC-dən yoxlamanın predmetinə aid olan və 01.01.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək vergilərin hesablanması üçün tələb olunan ilkin mühasibat sənədləri, etibarnamələr, ərizələr müqavilələr (o cümlədən kredit və xidmət müqavilələri), əsas vəsaitlərin alış sənədləri, yol nəqliyyat sənədləri, kalkulyasiyalar, əmrlər, protokolla, torpaq ayrılması və ya torpaq üzərində mülkiyyəti təsdiq edən sənədlər, qəbzlər, uçot jurnalları, vergi hesab-fakturaları, qaimə-fakturalar, electron qaimələr, təhvil-təslim aktları, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziyalar, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri, gömrük yük bəyannamələri, nəzarət kitabçası, NKAdan çıxarışları, istehsal avadanlıqlarının alış sənədləri, kompyuterlər, prosessorlar və digər electron informasiya daşıyıcılarının, vergilərin hesablanması və ödənilməsi ilə əlaqədar digər sənədlərin, habelə müəssisədə istehsal olunan məhsullardan nümunələrin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. - “Səyyar vergi yoxlaması” haqqında 20 fevral 2020-ci il tarixli aktın surətindən görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015- 2018 vergi dövrləri üzrə səyyar vergi yoxlanılması keçirilmiş və yoxlama zamanı iddiaçının vergidən yayınması aşkar olunmuşdur. Həmin akta əsasən, mənfəətdən vergisi üzrə 430.441,13 manat, torpaq vergisi üzrə 2.119,84 manat, əlavə dəyər vergisinin 916.836,28 manat, ödəmə mənbəyində tutulan vergisinin 364,14 manat azaldılmasına görə, 674.960,71 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2020-ci il tarixli, **********198945 №-li qərardan görünür ki, İddiaçı MMCyə 2015-cı il üçün 105.161,12 manat mənfəət vergisi, 2016- cı il üçün 178.330,67 manat mənfəət vergisi, 2017-ci il üçün 146.949,34 manat mənfəət vergisi və ona 73.474,67 manat maliyyə sanksiyası, 2015-cı il üçün 118.362,94 manat əlavə dəyər vergisi, 2016-cı il üçün 380.506,25 manat əlavə dəyər vergisi, 2017-ci il üçün 266.096,85 manat əlavə dəyər vergisi və 121.938,46 manat maliyyə sanksiyası, 2018-ci il üçün 151.870,24 manat əlavə dəyər vergisi və ona 75.935,12 manat maliyyə sanksiyası; 2017-ci il üçün 1.059,92 manat torpaq vergisi və 529,96 manat maliyyə sanksiyası, 2018- ci il üçün 1.059,92 manat torpaq vergisi və 529,96 manat maliyyə sanksiyası; 2017-ci il üçün 127,50 manat ödəmə mənbəyində tutulan vergi və 63,75 manat məbləğində maliyyə sanksiyası; 2018-ci il üçün 236,64 manat ödəmə mənbəyində tutulan vergi və 118,32 manat məbləğində maliyyə sanksiyası; 2017-2018-ci illər üçün 80 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 1.234.183,59 manat vergi borcu və 272.670,24 manat maliyyə sanksiyası tətbiq olunmuş, artıq hesablanmış 115577,8 manat ƏDV məbləği büdcə ilə hesablaşmalarda nəzərə alınaraq, cəmi 1349761,39 manat vergi məsuliyyətinə cəlb olunmuşdur. - İddiaçı MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bakıünvan 4 ünvanında yerləşən sement istehsalı sexində 01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş sementin real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 30 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında ekspert qarşısında qoyulmuş suallar üzrə araşdırılma aparılmış, ekspert tədqiqatı nəticəsində məlum olmuşdur ki, Baş İdarə tərəfindən sualla qoyulmuş müddət ərzində istehsal olunmuş sementin orta satış qiyməti M300 markalı sement məhsulu üçün 115 AZN, M400 sement məhsulu üçün 124AZN və M500 markalı sement məhsulu üçün 128 AZN olaraq müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya dörd növ vergi – ƏDV, mənfəət, torpaq və ödəmə mənbəyindən tutulan vergi üzrə əlavə vergi məbləğləri hesablayıb, maliyyə sanskiyaları tətbiq etmişdir. Tərəflər arasında yaranmış mübahisənin səbəbləri iddiaçı tərəfindən sement məhsullarının istehsalı həcmi, istehsal olunmuş sementə görə elektrik enerjisinin sərfiyyatı, sement markaları ilə bağlı uyğunsuzluq və yoxlama dövrünündə satılmış və yoxlama dövrünün sonuna qalmış klinker qalığı, ən əsası yoxlama dövrünün istehsal olmuş sementdən həmin dövrün sonuna qalmış olan sementin qalığının çıxılmaması olmuşdur. AR Vergilər Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir- malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına əsasən X5 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir- mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc– mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən İddiaçı MMC-nin 01.08.2015-cı il tarixdən 31.08.2018-ci ilə qədər yoxlama dövrünü əhatə edən səyyar vergi yoxlaması aktının mənfəət və ƏDV vergisinin azaldılması ilə bağlı hissəsindən narazı qalan İddiaçı MMC 2 halı mübahisələndirmişdir: 1-yoxlama dövrü ərzində İddiaçı MMC tərəfindən səyyar vergi yoxlaması aktında göstərilmiş M300 və M500 markalı sementin istehsal edilməməsi; 2-yoxlama dövrü ərzində İddiaçı MMC tərəfindən istehsal olunmuş sement məhsullarının həcminin, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatının düzgün müəyyən edilməməsi və yoxlama dövrünün sonuna qalmış sement məhsulunun mal qalığından çıxılmaması; Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktının mənfəət vergisi ilə bağlı hissəsindən görünür ki, müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində görülmüş iş və göstərilmiş xidmətlərə görə 1972077,64 manat gəlir, ümumi xərcləri 2817661,24 manat olmaqla 845583,6 manat zərər göstərilmişdir. Müəssisə tərəfindən 2010-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən, fəaliyyətini 673700,21 manat zərərlə başa vurduğu göstərilmiş, 1762930,0 manat əvvəlki illərin çıxılmalı zərərinin olduğu göstərilmişdir. Təqdim olunmuş mənfəət vergisi bəyannamələrinə əsasən (səyyar vergi yoxlamaları ilə təsdiq olunmuşdur) müəssisə fəaliyyətini 2011-ci ili 357202,0 manat, 2012-ci ili 1711147,0 manat, 2013-cü ili 1058979,63 manat, 2014-cü ili isə 1971691,34 manat mənfəətlə başa vurmuşdur. Vergi Məcəlləsinin 121-1-ci məddəsinə əsasən son 5 ilin zərəri 2436630,21 manat (673700,21 + 1762930,0= 2436630,21) təşkil edir. Qeyd olunan zərər 2011-2013-cü illərdə yaranmış (357202,0 + 1711147,0 + 1058979,63 = 3127328,63-2436630.21=690698,42) 3127328,63 manat mənfəətdən çıxılmalıdır. Müəssisəyə “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 11.09.2018-ci il tarixli **********162848 saylı tələbnamə verilmiş, 04.10.2018-ci il tarixli **********164967 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılaraq ödəyiciyə təqdim edilmiş, təqdim olunmuş sənədlər qanunamüvafiq olaraq protokolla götürülmüş, lakin sement növləri üzrə kalkulyasiyanı, aylar üzrə materialların qəbulu və silinməsinin qeyd edildiyi materialların hesabatını, habelə xammal və materialların anbara mədaxili, istehsala verilməsi və istehsaldan hazır məhsul şəklində anbar verilməsinin uçotunun aparılmasını təsdiq edən hər hansı sənədi yoxlamaya təqdim etməmişdir. Müəssisənin 2015-ci il üçün vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 1634947,0 manat, xammal material xərcləri 24473,9 manat göstərilməsinə baxmayaraq mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1113364,0 manat göstərilmişdir. 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 1545340,0 manat göstərilmiş lakin mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1710392,0 manat göstərilmiş, 2366880,88 manat sair ehtiyatların silinməsi, 1610034,0 manat hazır məhsullara silinmə göstərilməklə ümumilikdə 2016-cı il üçün 5687306,88 manat silinmişdir. 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərclərə aid olunmuş malın dəyəri 738180,63 manat, xammal material xərcləri 47783,97 manat göstərilmiş lakin mənfəət bəyannaməsinin 1 nömrəli əlavəsində malların dəyərinin silinməsi 1268120,6 manat, sair ehtiyatların silinməsi 1183860,56 manat, ümumilikdə silinmə 2451981,16 manat göstərilmiş, müəssisənin rəhbərliyi qeyd olunanlarla bağlı əsaslı izahat verə bilməmişdir. Nəticədə müəssisə tərəfindən alınmış xammal və materialların istehsala silinməsini, habelə istehsal həcmini müəyyən etmək mümkün olmadığı üçün, mütəxəssisekspert dəvət edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən müəssisədə istehsalat həcminin və satılan məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi “Mütəxəssisin dəvət edilməsi haqqında” 20.09.2018-ci il tarixli **********163568 saylı “Ekspertizanın təyin edilməsi haqqında” 20.09.2018-ci il tarixli **********163570 saylı qərarlar çıxarılaraq vergi ödəyicisinə təqdim edilmiş,müvafiq mütəxəssis və ekspert rəyləri alınar yoxlamada istifadə olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər, o cümlədən material və texniki hesabatlar üzrə məlumat təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 01 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır: G.1 M = ---- xR: 100 + R. Burada M - vergi ödəyicisinin mənfəəti, G1 - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik normasıdır. 2015-cı il üçün ümumi mənfəəti (415805,61+110000,0=525805,61) 525805,61 manat, 2016-ci il üçün ümumi mənfəəti (591653,36+300.000=891653,36) 891653,36 manat, 2017-ci il üçün ümumi mənfəəti (434746,68+300.000=734746,68) 734746,68 manat müəyyən olundu və həmin mənfəət məbləğinə 2015-cı ilə görə (525805,61x20%=105161,12) 105161,12 manat, 2016-ci ilə görə (891653,36x20%=178.330,67) 178.330,67 manat, 2017-ci ilə görə 146949,34 manat mənfəətdən vergi hesablanmışdır. Son nəticədə yoxlanılan dövrdə müəssisəyə ümumilikdə 430.441,13 manat mənfəətdən vergi hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktının ƏDV vergisi ilə bağlı hissəsindən görünür ki, yoxlanılan dövrdə müəssisə tərəfindən istehsal olunan məhsulların kalkulyasiyası, xammal və materialların hərəkəti (mədaxil-məxaric=qalıq) barədə yoxlamaya hər hansı sənəd təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 23-cü,44- 45-ci maddələrinə əsasən müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bakı-Astara yolunun 28 km ünvanda yerləşən sement istehsalı sexində 01.08.2015-ci il taixdən 01.08.2018-ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcminin müəyyən edilməsi və istehsal olunmuş və satışının məhsulların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin 04.04.2019-cu il tarixli, **********180067 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında”, “Mütəxəssisin dəvət edilməsi haqqında” 04.04.2019-cu il tarixli, **********180066 nömrəli Qərarları çıxarılaq yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekespertiza” Birliyinin ekspert-mütəxəssisi cəlb edilmişdir. Alınmış 18.10.2019-cu il tarixli mütəxəssis rəyinə və 30.10.2019-cu il tarixli ekspert rəyinə əsasən əlavə dəyər vergisinin yenidən hesablanması aparılmışdır. Nəticədə əlavə dəyər vergisinin 916836,28 manat az hesablanması, 115577,8 manat artıq hesablanması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıbhesablanmamasının, həmçinin iddiaçının yoxlama dövrünü əhatə edən zaman fəaliyyəti üzrə istehsal olunan sementin markasının və həcminin, həmçinin, istehsal etdiyi 1 ton sementə görə enerji sərfiyyatının, o cümlədən istehsal olunmuş və satılmış sementin ortabazar qiymətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2- 1(112)-6836/2020 saylı qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq, məhkəmə tikintitexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr üçün (01.08.2015-ci il tarixdən 01.08.2018ci il tarixədək) İddiaçı MMC tərəfindən istehsal edilmiş sement partiya məhsullarından qalmadığından, həmin sement məhsullardan nümunələr götürülməklə, müvafiq avadanlıqlarla təmin edilmiş yerdə (laboratoriyada) yoxlamaların aparılması mümkün deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş sənədlərə (qaimələrə, hesabatlara və hərəkət cədvəllərə və s) görə, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr ərzində (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən M-400 ( ГОСТ 10178-85) markalı sementin 4570,4 ton, CEM-İ 52.5N (AZS 411-2010(EN 197-1- 2000)) markalı sementin 5.369,02 ton, CEMİİ/A P-42.5R (AZS ***-**** (EN 197-1-2000)) markalı sementin 29734,71 ton, CEMİİ/A P-42.5 N (AZS 411-2010(EN 197-1-2000)) markalı sementin 8571,2 ton və CEMİİ/BP-32.5 N (AZS 411-2010(EN 197-1-2000)) markalı sementin 156,8 ton istehsal edilmişdir. 11 fevral 2021-ci il tarixdə ekspert, tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı İddiaçı MMC-nin sement zavodunda aparılmış yoxlamalarla hər sement markasına aid 1 saatlıq istehsal edilə bilən məhsulun miqdarını (çəkilərini) və buna sərf edilə bilən elektrik enerji sərfiyyatlarını nəzərə aldıqda,Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr ərzində müəssisədə istehsal edilmiş bir ton sementinə orta hesabla 75,67 kWh aktiv elektrik enerjisi sərf oluna bilər. Həmin sərfini nəzərə aldıqda Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 10 sentyabr 2018ci il tarixli, **********162471 saylı qərarı ilə yoxlanılan dövr ərzində İddiaçı MMC-nin sement zavodunda orta hesabla 58702 ton sement məhsulu istehsal edilmişdir. Həmin dövrdə İddiaçı MMC-nin sement zavodunda istehsal edilmiş sement markanısının (CEMİİ/A P- 42.5 R markalı sementin) tərkibini, istehsalat və texnoloji itkilərini və müəssisədə olmuş klinkerin miqdarını nəzərə aldıqda, İddiaçı MMC-nin sement zavodunda orta hesabla 59.811,824 ton sement məhsulu istehsal edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 430.441,13 manat məbləğində mənfəət vergisinin, 916.836,28 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması aktının torpaq vergisi və ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində göstərilənlərə əsasən isə müəssisə tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində aparılmış əməliyyatlara görə 2.119,84 manat məbləğində torpaq vergisi və 364,14 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmuşdur. Həmin rəyin birinci, ikinci və dördüncü (məhkəmə-mühasibat ekspertizası) suallarının tədqiqi hissəsində göstərildiyi kimi, yoxlama ilə mənfəət vergisi düzgün hesablanmamışdır. Göstərilən səbəblərdən də İddiaçı MMC-nin yoxlama dövrünü əhatə edən illərdə mənfəət vergisi üzrə kənarlaşmasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin bir qism xərc sənədləri öz əksini tapmışdır ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində isə iş materiallarında olan məlumatlara əsasən İddiaçı MMC tərəfindən 01.08.2015-01.08.2018-ci il tarixlərdə satılmış sementin markalar (M-400; CEM-İ 52.5 N; CEMİİ/A-P-42,5R; CEMİİ/A-P-42,5R; CEMİİ/B-P-32,5N) üzrə 1 tonunun kisə və qablaşdırılmamış (qalaq) şəklində topdansatış orta bazar qiyməti hər dövr üçün nəzəri qaydada müəyyən edildiyi göstərilmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən qərar qəbul edilərkən heç bir araşdırma aparmadan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2021ci il tarixli ekspert rəyinin sübut kimi qəbul edərək və həmin rəyin məzmununda qeyd olunanları qərara əks etdirməklə düzgün olmayan nəticəyə gəldiyini göstərmişdir. Halbuki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən ekspertiza tətqiqatlarını aparmış ekspert və mütəxəsislər məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilməklə tədqiq olunmuşdur. Məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Fərhad Mahmudov ifadə verərkən bildirmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr üçün (01.08.2015-ci il tarixdən 01.08.2018ci il tarixədək) İddiaçı MMC tərəfindən istehsal edilmiş sement partiya məhsullarından qalmadığından, həmin sement məhsullardan nümunələr götürülməklə, müvafiq avadanlıqlarla təmin edilmiş yerdə (laboratoriyada) yoxlamaların aparılması mümkün olmamışdır. Bu səbəbdən, İddiaçı MMC tərəfindən yoxlama dövrü ərzində istehsal olunmuş sementlər məhz ekspert vəsatəti əsasında təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir. İstehsalat və sement istehsal gücünə sərf oluna bilən elektrik enerjisinin müəyyən edilməsinə dair yoxlamalar aparılmışdır. Baxış zamanı, sement istehsalı texnoloji xəttinin operator otağında dəyirmanın texniki göstəricilərini əks etdirən panelin üzərindəki elektron monitorunda hər bir marka sementi üçün tərkib hissələrin texniki parametrlərin və çəkilərin göstərildiyi müşahidə edilmişdir. Hesablamalar aparılmaqla göstərilən hər sement markasına (4 dörd marka) aid 1 saatlıq istehsal edilə bilən məhsulun miqdarını (çəkilərini) və buna sərf edilə bilən elektrik enerji sərfiyyatlarını nəzərə aldıqda orta hesabla müəssisədə istehsal edilə bilən bir ton sementinə sərf edilə bilən elektrik enerjisi 75,67kW müəyyən edilmişdir. Həmin elektrik enerjisinin dəyəri 6,81 manat təşkil etmiş, aparılmış hesablamalar zamanı müəssisənin köməkçi avadanlıqlarına, ərazinin işıqlandırılmasına, ümumilikdə istehsalata aid olmayan elektrik enerji sərfləri nəzərə alınmamışdır. Müəssisənin istehsalatı dayandırdığı dövrdəki "xxxx" Asc tərəfindən verilmiş hesab ödəniş vərəqəsindəki 1 aylıq elektrik enerjisinə görə enerji sərfiyyatının dəyərini nəzərə alaraq, yoxlama dövründə "xxxx" ASC tərəfindən təqdim edilmiş elektron vergi hesab-fakturalarındakı göstəricilərlə müqayisədə yoxlama dövrü üçün istehsalata sərf olunan elektrik enerjisinin məbləği müəyyənləşdirilmişdir. Həmin elektrik enerjisinin dəyəri nəzərə alındıqda, İddiaçı MMC tərəfindən sement zavodundan orta hesabla 58702 ton sement məhsulu istehsal edilmişdir. Ekspert ifadəsini ümumiləşdirərək bildirmişdir ki, səyyar vergi yoxlaması aparılan zaman ümumiyyətlə hər sementin markası və mübahisə dövrünün axırına qalmış qalığı nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilov ifadə verərkən bildirmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr üçün (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən mənfəət və ƏDV vergisinin az hesablanması müşahidə olunmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; istehsal fəhlələrinin əlavə əmək haqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri. o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri. Lakin səyyar vergi yoxlaması zamanı verilmiş mütəxəssis rəyində MMC üzrə faktiki istehsal edilmiş sement məhsullarının faktiki maya dəyəri yalnız xammal klinkerin miqdarı və sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin, istehsala sərf edilmiş xammal klinkerinin bölgüsünün nəyin əsasında müəyyən olunaraq sement növlərinin müəyyən olunması göstərilməmişdir. Bundan başqa vergilərin hesablanması məqsədilə müəssisədə istehsal olunmuş sementin bazar qiymətinin nəzərə alınması üçün, bazar qiymətinin tətbiq edilməsi üçün qanunvericilikdə göstərilmiş hallarla bağlı iş materiallarında hər hansı bir sənəd , məlumat mövcud olmamışdır. Vergi orqanı tərəfindən istehsal həcminin, bazar qiymətinin nəzərə alınmaqla dövriyyənin müəyyən edilməsi qaydası düzgün olmamışdır. Bundan başqa, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş materiallar içərisində gəlirin əldə edilməsi ilə bağlı MMCnin xərc sənədləri də mövcud olmuşdur və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyə uyğundur. Bundan başqa, ekspert ifadəsində bildirmişdir ki, torpaq vergisi və ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində göstərilənlərə əsasən isə müəssisə tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində torpaq vergisi ilə bağlı bəyannamələr təqdim edilmiş, ödənmə mənbəyində tutulan vergi üzrə bəyannamələr təqdim edilməmiş, bununla da aparılmış əməliyyatlara görə 2.119,84 manat torpaq məbləğində torpaq vergisinin və 364,14 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Kamran Dünyamalıyev ifadə verərkən bildirmişdir ki, 01.08.2015-01.08.2018-ci il tarixlərdə satılmış sementin markalar üzrə 1 tonunun kisə və qablaşdırılmamış (qalaq) şəklində orta bazar qiyməti müəyyən edilmişdir. Həmin sementlərin qiymətləri İddiaçı MMC tərəfindən təqdm olunmuş qiymət cədvəli əsasında müəyyən edilmişdir. Məhkəmə iclasında dəvət edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi (eksperti) X10 ifadə verərkən bildirmişdir ki, yoxlama dövrü ərzində istehsal olunmuş məhsullar ilə bağlı. İstehsal həcminin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. İlkin araşdırma zamanı, hesabat elektrik enerjisinin sərfiyyatına uyğun aparılmışdır. Ekspert qeyd etmişdir ki, istehsal olunmuş sement məhsullarının həcmi elektrik enerjisinin sərfiyyatı əsasında müəyyənləşdirilərkən, sementə görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatını işlək vəziyyətdə olan kənar sərfiyyatçılardan ayırılması çətin olur. Bu səbəbdən dəqiqləşdirici ekspert rəyi verilmiş və hesabatlar xammal əsasında müəyyənləşdirilmişdir. Yoxlama dövrü ərzində İddiaçı MMC tərəfindən istehsal olunan sementin markaları sənədlər əsasında müəyyən edilmiş, anbar qalığı, hazır məhsulların qalığı və klinker haqqında məlumat inzibati orqanın əməkdaşı tərəfindən şifahi olaraq bildirilmişdir. Beləliklə, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərdən (qaimlərdən, hesabat və hərəkət cədvəllərdən və s.), İddiaçı MMCdə vergi yoxlama dövründə (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) 2015-ci il ərzində yalnız M-400 sement məhsulu, 2016-ci il ərzində M-400, CEM-İ 52.5 N, CEMİİ/A P-42.5 R, CEMı 42.5 N markalı sement məhsulu, 2017-ci il ərzində CEMİİ/A P- 42.5 R, CEMİİ/B P-32 markalı sement məhsulu, 2018-ci il ərzində isə CEMİİ/A P-42.5 R, CEMİİ/A P-42.5 İ CEMİİ/B P-32.5 N markalı sement məhsulu istehsal edilmişdir.Təqdim edilmiş sənədlərə (uyğunluq sertifikatlara, qaimələrə hesabat və hərəkət cədvəllərə və s.) görə, yoxlanılan dövr ərzində (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən M-400 (İ OCT 10178-85) markalı sementin 4570,4 ton, CEM-İ 52.51 (AZS ***-**** (EN 197-1-2000)) markalı sementin 5369,02 ton, CEMİİ/A P-42.5 R (AZİ ***-**** (EN 197-1-2000)) markalı sementin 29734,71 ton, CEMİİ/A P-42.5 N (AZS *** **** (EN 197-1-2000)) markalı sementin 8571,72 ton və CEMİİ/B P-32.5 N (AZS *** **** (EN 197-1- 2000)) markalı sementin 156,8 ton istehsal edilmişdir. Göründüyü kimi, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfinin 10 sentyabr 2018-ci il tarixli, **********162741 saylı qərarı ilə yoxlanılan dövr ərzində (01.08.2015-ci il tarixdən 01.08.2018-ci il tarixədək) İddiaçı MMC tərəfindən ümumiyyətlə M300 və M500 markalı sement istehsal olunmamışdır. İşin bu halları Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza Birliyinin mütəxəssisi (eksperti) X10 tərəfindən verilmiş izahatdan da aydın görünür. Belə ki, ekspert öz ifadəsində bildirmişdir ki, İddiaçı MMC tərəfindən istehsal olunmuş sement məhsulunun markası sənədlər əsasında müəyyən edilmişdir ki, bu barədə də vergi orqanının əməkdaşları ona məlumat vermişdilər. Həmçinin, anbar qalığı, hazır məhsulun qalığı, klinker haqqında məlumat Baş İdarənin baş dövlət vergi müfəttişi tərəfindən şifahi olaraq bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə ümumilkdə qiymət verərək hesab edir ki, yoxlanılan dövrdə M300 və M500 markalı sementlərinin İddiaçı MMC tərəfindən istehsal olunması öz təsdiqini tapmır. Ümumiyyətlə müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən M300 və M500 markalı sementlərin istehsalına icazəsi və sertifikatlaşdırılmasını təsdiq edən uyğunluq sertifikatı verilməmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının İddiaçı MMC tərəfindən istehsal olunmamış sement markalarının (M 400 istisna olmaqla) həcmini nəzərə alaraq iddiaçının gəliri üzrə mənfəət və ƏDV vergisinin hesablanması əsassız olmuşdur. İddiaçının digər bir dəlili onunla bağlıdır ki, İddiaçı MMC tərəfindən istehsal olunmuş sement məhsullarının həcmi, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatı düzgün müəyyən edilməməsi, yoxlama dövründə satılmış klinkerin və yoxlama dövrünün sonuna klinker qalığının, həmçinin yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsuldan yoxlama dövrünün sonuna olan sement qalığının çıxılmaması ilə bağlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.71-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi dedikdə,vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri nəzərə alınır. Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı elektrik enerjisinin sərfiyyatı əsasında yoxlanılan dövr ərzində orta hesabla 58702 ton sement məhsulunun istehsal edildiyi müəyyən olunmuşdur. Ekspert bu nəticəyə gələrkən, yoxlama dövrü üçün müəssisədə sement istehsalına sərf edilmiş aktiv elektrik enerjisinin dəyərini, bir ton sementə sərf edilə bilən elektrik enerjisinin dəyərinə nisbətdə almışdır. Belə ki, tədqiqat zamanı müəyyən olunmuşdur ki, hər sement markasına aid 1 saatlıq istehsal edilə bilən məhsulun miqdarını (çəkilərini) və buna sərf edilə bilən elektrik enerji nəzərə alınmaqla orta hesabla müəssisədə istehsal edilə bilən 1 ton sementinə sərf edilə bilən elektrik enerjisi 75,67 kWh təşkil edir. Həmin elektrik enerjisinin dəyəri isə 6,81 (75,67 kWhx0,09 man=6,81) manat təşkil edir. 17.08.2015-ci il tarixdən 18 iyul 2018-ci il tarixinə qədər "xxxx" ASC tərəfindən verilmiş “Elektron vergi hesab-faktura”larına əsasən, yoxlama dövrü üçün müəssisədə sərf edilmiş aktiv elektrik enerjisinə görə ödənilmiş ümumi pul məbləği 439.400,9 manat təşkil etmişdir. Qeyd olunan məbləğdən müəssisənin sement istehsalının dayandığı dövründə olan hesab-fakturada bir ay üçün hesablanmış elektrik enerjisinin sərfiyyatının miqdarı 12240 kWh (dəyəri isə 1.101,6 manat), yoxlama dövrünün isə 36 aydan ibarət olduğunu nəzərə aldıqda, ümumi sement istehsalına sərf edilməmiş enerji sərfiyyatı 39.636,9 kWh təşkil edir. Həmin elektrik enerji sərfiyyatının dəyərini nəzərə almaqla,yoxlama dövrü üçün müəssisədə sement istehsalına sərf edilmiş aktiv elektrik enerjisinin dəyərinin 399.764 manat (439.400,9- 39.636,9=399.764 manat) təşkil edildiyi müəyyən edilir. Bu rəqəmlərdən irəli çıxarıq, İddiaçı MMC tərəfindən yoxlama dövrü ərzində ümumilikdə 399.764 / 6,81 = 58.702 ton məhsul istehsal olunmuşdur. Eyni zamanda sözügedən ekspert rəyində yoxlama dövrü ərzində klinkerə görə istehsal olunmuş sement məhsulunun 59.811,824 ton təşkil etdiyi göstərilmişdir. Ekspert, hesabat cədvəllərində göstərilmiş (2015-ci il üçün 67,08 ton, 2016-cı il üçün 1104 ton, 2017-ci il üçün 352 ton və 2018-ci il üçün 420,56 ton) istehsal zamanı havaya sorularaq (əsasən gipsin) toz şəkildə əmələ gələn itkilərini (1.943,64 ton) və sementin daşınma, yükləmə və digər istehsal zamanı əmələ gələn itkilərini (63.015,754 tonun x 2%=1260,32 ton) nəzərə alaraq, klinkerə görə yoxlama dövründə müəssisədə orta hesabla 59811,824 ton (63.015,784 -1943,64-1260,32=59.811,824 ton) sement istehsal olunduğu nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi (eksperti) tərəfindən verilmiş ekspert rəyindən həmin dövrdə müəssisədə sərf edilmiş elektrik enerjisinin dəyərinin 453.560,8 manat təşkil etdiyini və müəssisədə həmin dövrdə olan sementin tərkib hissəsinə aid klinkerin həcminə (63.316,4 ton) bölünərək,istehsal edildiyi hər ton məhsuluna 7,16 manat dəyərində elektrik enerjisinin sərf edildiyini göstərmişdir. Bundan başqa həmin rəydə, yoxlama dövrü ərzində idxal edilmiş 27.825,66 ton və yerli bazardan alınmış 37.490,34 ton klinker xammaldan yoxlama dövrünün əvvəlinə İddiaçı MMC tərəfindən təsdiq edilmiş anbar qalıqları sənədinə uyğun olaraq yoxlama dövrünün əvvəlinə klinker xammal qalığı 15.171 ton əlavə edilərək və yoxlama dövrünün sonuna göstərilmiş klinker xammalının qalığı 15.170,7 çıxılaraq, yoxlama dövrü ərzində istehsala sərf olunmuş klinker xammalının həcminin 65.316,04 manat olduğu hesablanmışdır. Hesablanmış klinker xammalın miqdarından daşınma, yüklənmə, boşaltma, saxlama və qurutma prosesindən yaranan təbii itkilər nəzərə alınaraq (normativ sənədlərə uyğun) birbaşa istehsala sərf olunmuş xammal klinkerin həcminin 63.3653,52 ton olduğu müəyyən edilmişdir. İstehsalat prosesində yaranan itkilər nəzərə alınaraq müəyyən edilmiş xammal klinkerin miqdarı, yoxlama dövrü ərzində sərf edilmiş elektrik enerjisinin miqdarına bölünərək alınmış əmsal aylar üzrə sərfiyyat göstəricilərinə vurulmaqla aylar üzrə xammal klinkerin sərfiyyat göstəriciləri müəyyənləşdirilmişdir. İstehsala sərf olunmuş xammal klinkerin M300 markalı sement istehsalına sərf olunan hissəsi 3,23% olmaqla və 20% qatqı əlavə olunmaqla istehsal həcminin 2.558,02 ton, M400 markalı sement istehsalına sərf olunan hissəsi 85,78% olmaqla və 20% qatqı əlavə olunmaqla istehsal həcminin 67934,03 ton və M500 markalı sement istehsalına sərf olunan hissəsi 11% olmaqla və 10% qatqı əlavə olunmaqla istehsal həcminin 7.743,57 ton olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.03.2021-ci il tarixli, 10/4043-4187, 9/5988 saylı ekspert rəyini, həmçinin Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi (eksperti) tərəfindən verilmiş ekspert rəyi ilə birgə təhlil edərək belə nəticəyə gəlir ki, səyyar vergi yoxlaması zamanı keçirilmiş ekspertiza və onun əsasında verilmiş ekspert rəyində ziddiyyətli məqamlar çoxdur. İddiaçı MMC tərəfindən ümumiyyətlə istehsal olunmamış M300 və M500 sement məhsullarına görə gəlirdən vergi hesablaması, bundan başqa, sement məhsullarının həcminin, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatının düzgün müəyyən edilməməsi nəticəsində, yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsulunun həcmi səyyar yoxlama vergi aktında çox hesablanmışdır. Yoxlama dövrünün qalığına qalmış sement məhsulunun mal qalığından çıxılmaması ona əsas verir ki, cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri və iddiaçının mənfəət və ƏDV vergi borcuna cəlb edilməsi əsassız olmuşdur. Məhkəmə həmin rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ƏDV ilə bağlı dəlillərini araşdıraraq, aşağıdakıları bildirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən, əlavə dəyər vergisi dövlət vergilərinə aid edilmişdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən MMC-də yoxlama dövrü ərzində vergilərin hesablanması üçün istehsal edilmiş sementin bazar qiymətinin -alış qiymətinin müəyyən edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, b.q haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə kolegiyası qeyd edir ki, ekspert rəydə qeyd edilən məlumat mənbələrindəki informasiyaları əsas götürməklə malın bazar qiymətini müəyyən edə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti kimi malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, vergi orqanı 10.09.2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 04.04.2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək müəssisədə istehsal olunaraq satılmış sementin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə sementin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Səyyar vergi yoxlaması aktından göründüyü kimi cavabdeh tərəfindən istehsal olunmuş sementin bazar qiyməti əsasında ƏDV hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, AR Vergilər Məcəlləsinə əsasən vergi orqanı tərəfindən vergilərin hesablanması məqsədilə müəssisədə istehsal edilmiş sementin bazar qiymətinin (alış qiymətinin) müəyyən edilməsi düzgün deyildir. Belə ki, bazar qiymətinin tətbiq olunma halları qanunvericilikdə göstərilmişdir ki, həmin halın yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır. Göründüyü kimi İddiaçı MMC tərəfindən ümumiyyətlə istehsal olunmamış M300 və M500 sement məhsullarına görə gəlirdən vergi hesablaması, bundan başqa, sement məhsullarının həcminin, həmin istehsalata görə sərf edilmiş elektrik enerjisinin sərfiyyatının düzgün müəyyən edilməməsi nəticəsində, yoxlama dövrü ərzində ümumilikdə istehsal olunmuş sement məhsulunun çox təşkil olunması və yoxlama dövrünün qalığına qalmış sement məhsulunun mal qalığından çıxılmaması, səyyar vergi yoxlaması ilə müəyyən olunmuş dövriyyənin (istehsal həcmi və bazar qiyməti ilə bağlı) müəyyən edilməsinin düzgün olmamasına səbəb olmuşdur. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı 916.836,28 manat ƏDV və 430.441,13 manat mənfəət hissəsində əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı ilə İddiaçı MMC 2.119,84 manat məbləğində torpaq vergisi və 364,14 manat məbləğində ödəmə mənbəyindən tutulan vergiyə cəlb olunmuşdur. Həmin vergi borclarının mövcudluğu isə Məhkəmə Ekspertiza Mərkəzinin 01.03.2021-ci il tarixli ekspert rəyində öz əksini tapmış, həm səyyar vergi yoxlaması aktından, həm də məhkəmə ekspertiza rəyindən aydın olur ki, yoxlama dövründə torpaq vergisi ilə bağlı bəyannamələr təqdim edilmiş, ödəmə mənbəyində tutulan vergi üzrə isə bəyannamələr təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən torpaq vergisi və ödəmə mənbəyində verginin artıq hesablanmasına dair əsaslandırılmış dəlil irəli sürülməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə aparılmış araşdırma nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” “13.04.2020-ci il tarixli, **********198945 №-li qərarı 916.836,28 manat ƏDV və 430.441,13 manat mənfəət hissəsində əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilmişdir. AR Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qərarın qanunsuzluğunun nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1949/2021 saylı, 12 aprel 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar