Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1935/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydin ləğv edilməsi, həmin ünvana onun mülkiyyət hüququnın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydin ləğv edilməsi, həmin ünvana onun mülkiyyət hüququnın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 0105833 saylı xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,5 kv.m (45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsudur. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021- ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 1192/2016 saylı icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə Əliyev Sahib Usub oğlu ilə X9 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilmiş və tərəflərindən müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən Bakı şəhəri Binəqədi rayonu İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi icra edilmişdir və xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş İddiaçı və X9 arasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin xitam verilməsi barədə reyestr jurnalında və müqavilə üzərində müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 2(001)-1192/2016 saylı məktubda qeyd olunur: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş e-2-1(112)- 5265/2022 saylı xx.xx.2022ci il tarixli sorgunuza əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 saylı qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 saylı qərarının surətini Sizə göndərərək bildirirəm ki, qeyd olunan milki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış, həmin məhkəmə aktı əsasında verilmiş icra sənədi icra edildiyindən Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, icra icraatına xitam verilmişdir. Qeyd olunan məhkəmə aktlarının və Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 4/30 saylı və 48 saylı, ünvan 7 ünvanlarda yerləşən fərdi yaşayış evləri və ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2015-ci il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilir ki, qeyd olunan daşınmaz əmlaklara dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5781/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinə X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi, sözügedən ünvana onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 9 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.mdən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmış və bununla bağlı müvafiq icra vərəqəsi verilmişdir. Bununla bağlı Notariat kontoruna müraciət olunmuş və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məktub, müvafiq olaraq əmlaklar üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli əmlakların dövlət qeydiyyatına alınmasından imtina barədə məktub göndərilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, həmin əmlaklar məhkəmə prosesi vaxtı əvvəlki iş üzrə cavabdehlər tərəfindən Bank VTB Azərbaycan qarşısında girovla yüklü edilmişdir. Lakin nəzərə almamışdır ki, ilkin alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən əmlaklar üzrə bütün əməliyyatlar etibarsız hesab olunur və əmlaklar əvvəlki vəziyyətinə qaytarılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən cavabdeh orqan iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsi Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2015-cı il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5781/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı daxil olmuşdur. Ali Məhkəmənin həmin qərarına əsasən İddiaçı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, təəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmə mübahisəsi üzrə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 190/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Müvafiq işlə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı 1 saylı Bakı Ərazi İdarəsinə daxıl olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya **********68 saylı 26.11 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv m olan qeyriyaşayış sahəsi ilkin olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixli, 4Ə-250 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 306336 nömrəli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında ipoteka ilə yüklü edilmişdir. İddia tələbində qeyd olunan fərdi yaşayış evi ilə bağlı İdarəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 1192/2016 saylı icra vərəqəsi daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli 2(001)1192/2016 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri 12 saylı Notariat Kontorunda 18 mart 2015-ci il tarixli Əliyev Sahib Usub oğlu ilə X10 arasında və 29 mart 2015-ci il tarixli X14 ilə Əliyev Sahib Usub oğlu arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Müvafiq icra vərəqəsi ilə İdarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 306336 №-li “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi” qüvvədədir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra İddiaçı cavabdehlər Əliyev Sahib Usub oğluna, “Bank VTB (Azərbycan) ASC-yə və qeyrisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-28/2018 nömrəli qətnaməsi ilə İddiaçı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması” hissəsində təmin olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində olan birinci icraat üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-190/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində olan birinci icraatı üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 5781/2019 nömrəli qərarı ilə Bank tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində olan ikinci icraatı üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 nömrəli qətnaməsi ilə Bankın apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və müstəqil tələb irəli sürən X3 ilə birgə digərlərinin iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3970/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 561/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbinin əsası “ilkin alqı-satqı müqavilələlərinin etibarsız hesab olunması səbəbi ilə əmlakların əvvəlki vəziyyətə qaytarılması” olsa da, yuxarıda qeyd etdiyi həqiqi hallardan göründüyü kimi, İddiaçı Banka və qeyrilərinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması” barədə tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3970/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılaraq qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ipoteka müqaviləsi etibarlı sayılmış və tərəflərin ilkin vəziyyətə qaytarılması istisna edilmişdir. Həmçinin, həmin məhkəmə qərarları ilə Bankın vicdanlı sahib olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3970/2021 nömrəli qərarı ilə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-561/2021 nömrəli qətnaməsində (yəni Bankın hüququnun Mülki Məcəllənin 140 və 182-ci maddələri ilə təmin edilməsi) əksini tapıb və qanunvericilikdə vicdanlı sahibin mülkiyyətçiyə nisbətdə üstünlük hüququ olduğu xüsusi ilə vurğulanmışdır. Bankın vicdanlı əldə edən olması ilə bağlı qeyd edilməlidir ki, mübahisəli əmlaklar ipoteka ilə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydin səhv ola bilməməsinə, eləcə də, mübahisələri əmlaklara dair qeydin Daşınmaz Əmlakın Dövlət Reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olaraq aparılmasına hüquqi qiymət verilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tələbində və məhkəmədəki izahatında mübahisəli əmlak üzərində Bankın ipoteka hüququnun saxlanılması ilə razılaşmadığını bildirmiş və həmin əmlak üzərində Bankın ipoteka hüququ ilə yüklü edilməsinin nəzərə alınmadan mülkiyyət hüququnun qeydiyyata alınmasını və müvafiq dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki qərar qəbul edilərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən etibarlı hesabı edilən ipoteka müqaviləsinə əsasən mübahisəli daşınmaz əmlak üzərində yaranmış olan Bankın ipoteka hüququ (əmlak hüququ) pozulmuşdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Beləliklə, ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Bank ilə “İpoteka qoyan” X10 və “Kredit alan” X7 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 306336 №-li “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Y.S.Abdullayevin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə “İpoteka qoyan” X4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 11 ünvanında yerləşən 59.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsi qeydiyyata alınmışdır - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********01-05101-083001). Kredit alan tərəfindən üzərinə götürülmüş kredit öhdəlikləri lazımınca icra edilmədiyindən Bank tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və işə məhkəmədə baxılarkən tərəflər arasında yaranmış mübahisənin həllinə dair razılıq əldə olunmuş, barışıq sazişi bağlanmış və həmin barışıq sazişi məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla təsdiq edilmişdir. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən saziş üzrə cavabdehlər tərəfindən öz üzərinə götürülən öhdəliklər lazımınca icra edilmədiyi təqdirdə borcun tutulması sözügedən mübahisəli əmlak da olmaqla yanaşı digər ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hazırki qərar ipoteka saxlayan və kreditor olan Bankın bu hüququnu istisna edir. Belə ki, hazırki qərara əsasən heç bir məhdudiyyət olmadan, yəni Bankın ipoteka hüququ saxlanılmamaqla iddiaçının mülkiyyət hüququnun müvafiq dövlət reyestrində qeydiyyata alınmasını nəzərdə tutur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, həmçinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nüməyəndəsi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edilərək, hazırki iş ilə əlaqədar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə xx.xx.2023-cü il tarixli 2327 nömrəli müraciət göndərilmişdir. Bununla əlaqədar olaraq, müraciətə cavab alınana kimi məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün digər 3-cü şəxs X8 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə iddiaçının və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, 3-cü şəxslər “Bank VTB (Azərbaycan)” ASC-nin nüməyəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinə X1 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi, sözügedən ünvana onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 18 mart 2015-ci il tarixdə (Reyestr 4Ə-250) Əliyev Sahib Usub oğlu ilə (İddiaçı nümayəndəsi) X10 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 ünvanında yerləşən (1ci mərtəbə, ümumi sahəsi 59.5 kv.m) qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin məhkəmə tərəfindən etibarsız hesab edilməsinə, həmin qərarın qanuni qüvvəyə minərək icra edilməsinə, əmlakın ipoteka ilə yüklü olmasının alqı-satqı müqaviləsinin etibarsız hesab edildikdən sonra həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsasların olmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri 12 saylı Notariat kontorunda 18 mart 2015-ci il tarixdə Əliyev Sahib Usub oğlu ilə X10 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin, ünvan 9 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213.98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112.91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri 12 saylı Dövlət Notariat kontorunda X14 ilə Əliyev Sahib Usub oğlu arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Əliyev Sahib Usub oğlunun və X1 İddiaçı qarşı «fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 saylı qətnaməsinə əsasən Əliyev Sahib Usub oğlu və X10 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-1192/2016 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılması qət edilmşidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 saylı qərarına əsasən X10 və Əliyev Sahib Usub oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-1192/2016 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “sözügedən qeyri-yaşayış sahəsinin Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, həmçinin qeyd olunan daşınmaz əmlaka dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5781/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı daxil olsa da, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmaması” ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, alqı-satqı müqaviləsi məhkəmələr tərəfindən etibarsız hesab edildiyindən, bu barədə qərar qanuni qüvvəyə minərək icra edildiyindən bu hal həmin alqı-satqı müqaviləsi üzrə reyestrdə aparılmış qeydin ləğv edilməsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10.2.1-ci maddələrinə əsasən qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. O ki qaldı mübahisəli əmlakın ipoteka ilə yüklü olmasına, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əmlakı özəlləşdirməyə haqqı çatan şəxsə münasibətdə ipoteka ilə yüklülük həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün heç bir maneə ola bilməz və buna görə də cavabdeh qurumun həmin əsasla iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsassız və qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1935/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1935/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver