Məhkəmə qərarları › İş №2-1(103)-1936/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1936/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1936/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)- 1413/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.1982-ci il tarixdən 10.09.2003-cü il tarixədək müxtəlif adlarda motorçu və maşinist vəzifələrində, habelə 29.09.2004-cü il tarixdən 10.02.2009-cu ilədək növbə mexaniki vəzifələrində işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa, 08.02.1987-10.02.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Dəniz Limanında (hazırki "xxxx" QSC) işlədiyi motorçu-matros, pompa maşinisti-matros, növbə mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısında nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2- 1(112)-1413/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş: – Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Neftçala rayonunda doğulmuşdur. – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 10 sentyabr 2019-cu il tarixli **********7 saylı, 17 dekabr 2019-cu il tarixli **********4 saylı, 08 yanvar 2020-ci il tarixli **********4 saylı iddiaçının müraciətlərinə baxılaraq ünvanladığı eyniməzmunlu məktublarında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndinin (21.2) üzən heyəti (b) (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İdarəyə təqdim edilmiş 23 avqust 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa 08.02.1987-10.02.2009-cu il tarixləri arasındakı dövr ərzində Bakı Dəniz Limanında (hazırki "xxxx" QSC) işlədiyi motorçu-matros, pompa maşinisti-matros, növbə mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. – "xxxx" QSC-nin iddiaçıya verdiyi 09.08.2019-cu il tarixli İRD 090 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakineç” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə işə qəbul edilmişdir. 286/n saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtovıy” gəmisində 1 dərəcəli motorçu matros; 1079/л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 1494/л saylı 21.09.1990cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 484/л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 776/11 saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 881/л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu matros; 52 k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 167/k saylı 16.08.1994 cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 43/k saylı 22.04.1998-ci il tarixli əmrə asasan “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 178/k saylı 03.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu matros; 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 100/k saylı 10.09.2003 cü il tarixli əmrə əsasən “Kür” gəmisində bosman; 117/k saylı 29.09.2004-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 19/k saylı 10.02.2009-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində növbə kapitan köməkçisi; 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisində kapitan; 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 02.05.2016-ci il tarixli ştat cədvəlinə əsasən həmin vəzifə ilə Donanma xidmətində sayılmışdır. 1/027 saylı 24.01.2017ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidməti, “Kür” gəmisində kapitan; hal-hazırda Dəniz xidmətləri departamentində Donanma xidmətində “Kür” gəmisində kapitan vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “duru yanacaqla işləyən gəmi ocaqçıları bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. – İddiaçıya məxsus 11 may 1980-ci il tarixdə tərtib edilmiş HЭ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11 may 1980-ci il tarixdən 13 iyun 1982-ci il tarixə qədər SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. – "xxxx" tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli pensiya üçün iş stajı 13 il 7 ay təşkil edir. – İddiaçıya məxsus olmaqla 23.10.1982-ci ildə doldurulmuş ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı 16.08.1982-ci il tarixdən 25.10.1982-ci il tarixə qədər 64/k nömrəli 16.08.1982-ci il tarixli əmrlə Bakı İimanının Kür sahəsində “Sabirabad” teploxodunda baş motorçu-sükançı şagirdi kimi, 25.10.1982-ci il tarixdən 12.07.1985-ci il tarixə qədər 04.07.1985-ci il tarixli 26 saylı əmrlə həmin gəmiyə baş motorçu-sükançı vəzifəsində, 12.07.1985-ci il tarixdən 06.01.1987-ci il tarixə qədər isə 26/k saylı 04.07.1985-ci il tarixli əmrlə “Əli-Bayramlı” teploxoduna baş motorçu-sükançı vəzifələrində işləmiş, 06.01.1987-ci il tarixdə 06.01.1987-ci il tarixli əmrlə isə həmin işdən azad edilmişdir. 03.02.1987-ci il tarixdən Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakinets” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində, 10.02.1987-ci il tarixdən 01.03.1989-cu il tarixədək 286/л saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 01.03.1989-cu il tarixdən 18.07.1990-cu il tarixədək 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtovıy” gəmisində 1 dərəcəli motorçu - matros; 18.07.1990-cu il tarixdən 21.09.1990-cı il tarixədək 1079/ л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti - matrosu; 21.09.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək 1494/ л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.04.1991-ci il tarixdən 16.05.1991-ci il tarixə qədər 484/ л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 16.05.1991-ci il tarixdən 01.06.1991-ci il tarixədək 776/л saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.06.1991-ci il tarixdən 15.09.1993-cü il tarixədək 881/ л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 15.09.1993-cü il tarixdən 10.04.1994-cü il tarixədək 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu - matros; 10.04.1994-cü il tarixdən 16.08.1994cü il tarixədək 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 16.08.1994-cü il tarixdən 22.04.1998-ci il tarixədək 167/k saylı 16.08.1994cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 22.04.1998-ci il tarixdən 01.01.2000-ci il tarixədək 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu-matros; 01.01.2000-ci il tarixdən 03.03.2000-ci il tarixədək 178/k saylı 01.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində İİ dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixdən 15.08.2000-ci il tarixədək 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 15.08.2000-ci il tarixdən 10.09.2003-cü il tarixədək 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1ci dərəcəli motorçu matros; 10.09.2003-cü il tarixdən 01.10.2004-cü il tarixədək 100/k saylı 10.09.2003-cü il tarixli əmrə əsasən “Kür” gəmisində bosman; 01.10.2004-cü il tarixdən 02.11.2004-cü il tarixədək 117/k saylı 20.09.2004-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 03.11.2004-cü il tarixdən 10.02.2009-cu il tarixədək 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 10.02.2009-cu il tarixdən 10.02.2010-cu il tarixədək 19/k saylı 10.02.2009-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 10.02.2010-cu il tarixdən 08.04.2010-cu il tarixədək 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində növbə kapitan köməkçisi; 08.04.2010-cü il tarixdən 01.04.2013-cü il tarixədək 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan; 01.04.2013-cü il tarixdən 01.02.2014-cü il tarixədək 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən “S.Əsgərova” gəmisində kapitan; 01.02.2014-cü il tarixədək 02.05.2016-cı il tarixədək 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən “Kür” gəmisində kapitan vəzifələrində işləmişdir. 02.05.2016-cı il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 02.05.2016-ci il tarixədək 24.01.2017-ci il tarixədək 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidmətinin “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 24.01.2017-ci il tarixdən 10.06.2019-cu il tarixədək Struktur dəyişikliyi ilə əlaqədar olaraq Dəniz Xidmətləri Departamenti, Donanma və dəniz xidmətinin “Kür” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 19 noyabr 2020-ci il tarixli 2/02-09/1031 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci il tarixindən 18.07.1990-cı il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 18.07.1990-ci il tarixindən 21.09.1990-cı il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 21.09.1990-cı il tarixindən 01.04.1991-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 01.04.1991-ci il tarixindən 16.05.1991-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 16.05.1991-ci il tarixindən 04.06.1991-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 04.06.1991-ci il tarixindən 15.09.1993cü il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros, 15.09.1993-cü il tarixindən 16.08.1994-cü il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350), 16.08.1994-cü il tarixindən 22.04.1998-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 22.04.1998-ci il tarixindən 03.01.2000-ci il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 03.01.2000ci il tarixindən 03.03.2000-ci il tarixinədək 2 dərəcəli pompa maşinisti-matros; 03.03.2000ci il tarixindən 10.09.2003-cü il tarixinədək 1 dərəcəli motorçu-matros (kod 8350); 10.09.2003-cü il tarixindən 29.09.2004-cü il tarixinədək bosman (kod 8350); 29.09.2004cü il tarixindən 10.02.2009-cu il tarixinədək növbə mexaniki; 10.02.2009-cu il tarixindən 09.02.2010-ci il tarixinədək kapitan (kod 3152); 09.02.2010-ci il tarixindən 06.04.2010-ci il tarixinədək növbə kapitan köməkçisi; 06.04.2010-ci il tarixindən bu günə kimi kapitan (kod 3152). Hazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Kür” gəmisində kapitan vəzifəsində çalışır. – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22.02.2021-ci il tarixli İRD 011 saylı arayışdan görünür ki, iddiaçı 03.02.1987-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakineç” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə işə qəbul edilmişdir. 286/n saylı 13.02.1987 ci il tarixli əmrə əsasən “Sputnik" gəmisində 1 dərəcəli motorçu matros; 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu matros; 1079/л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 1494/л saylı 21.09.1990cı il tarixli əmrə əsasən “Vosxod" gəmisində İ dərəcəli motorçu matros; 484/л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 776/11 saylı 16.05.1991-ci il tarixli əmrə əsasən "Vosxod" gəmisində İ dərəcəli motorçu matros; 881/л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən "Vosxod" gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 1280/m saylı 15.09.1993-cü il tarixli əmrə əsasən "Ulduz" gəmisində 1 dərəcəli motorçu matros; 52 k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən "Kür" gəmisində İ dərəcəli motorçu matros; 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən "Kür" gəmisində 2-ci dərəcəli pompa maşinisti-matros; 43/k saylı 22.04.1998-ci il tarixli əmrə asasan "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 178/k saylı 03.01.2000ci il tarixli əmrinə əsasən "Şəfəq" gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən "Kür" gəmisində 1-ci dərəcəli motorçu matros; 100/k saylı 10.09.2003-cü il tarixli əmrə əsasən "Kür" gəmisində bosman; 117/k saylı 29.09.2004-cü il tarixli əmrə asasan "Kür" gəmisində 3 aylıq sınaq müddəti ilə növbə mexaniki; 325/ş saylı 02.11.2004-cü il tarixli əmrə əsasən sınaq müddəti bitməmiş həmin gəmidə daimi növbə mexaniki; 19/k saylı 10.02.2009-cu il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 10/k saylı 09.02.2010-cu il tarixli əmrə əsasən "Kür" gəmisində növbə kapitan köməkçisi; 21/k saylı 06.04.2010-cu il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 38/k saylı 01.04.2013-cü il tarixli əmrə əsasən "S.Əsgərova" gəmisində kapitan; 09/k saylı 30.01.2014-cü il tarixli əmrə əsasən "Kür" gəmisində kapitan; 02.05.2016ci il tarixli ştat cədvəlinə əsasən həmin vəzifəylə Donanma xidmətində sayılmışdır. 1/027 saylı 24.01.2017-ci il tarixli əmrə əsasən struktur dəyişikliyi ilə əlaqədar olaraq Donanma və dəniz xidməti, "Kür" gəmisində kapitan; hal-hazırda Dəniz xidmətləri departamentində Donanma xidmətində "Kür" gəmisində kapitan vəzifəsində çalışır. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında 28 saylı (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin 1 yarımbəndinə (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020—13502), bütün adlarda motorçular (kod 23003020—14706)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün stajı 16 il 7 ay təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarına 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ. Nəqliyyat (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin (Dəniz və çay donanması) 1 yarımbəndini, “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.11-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 06.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni iddiaçının bu qanun qüvvəyə minənədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Bu şərtlər olduğu təqdirdə iddiaçının 57 yaşı tamam olduqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ. Nəqliyyat (kod ********) bölmənin 3-cü (kod ********) bəndinin (Dəniz və çay donanması) 1 yarımbəndində (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) (kod ********) əlavə edilən “üzən heyətə məxsus bütün adlarda maşinistlər (kod 23003020— 13502), bütün adlarda motorçular (kod 23003020—14706) mexaniklər, (23003020— 23484) onların köməkçiləri, baş və böyük mexaniklər” peşələri təsbit olunmuşdur. İddiaçı da məhz 03.02.1987-ci il tarixdən Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 210/л saylı 03.02.1987-ci il tarixli əmrə əsasən “Bakinets” gəmisinə 1 dərəcəli motorçumatros vəzifəsində, 10.02.1987-ci il tarixdən 01.03.1989-cu il tarixədək 286/л saylı 13.02.1987-ci il tarixli əmrə əsasən “Sputnik” gəmisində 1 dərəcəli motorçu matros; 01.03.1989-cu il tarixdən 18.07.1990-cu il tarixədək 429/л saylı 01.03.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisində 1 dərəcəli motorçu - matros; 18.07.1990-cu il tarixdən 21.09.1990-cı il tarixədək 1079/ л saylı 18.07.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti - matrosu; 21.09.1990-cı il tarixdən 01.04.1991-ci il tarixədək 1494/ л saylı 21.09.1990-cı il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.04.1991-ci il tarixdən 16.05.1991-ci il tarixə qədər 484/ л saylı 01.04.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti matros; 16.05.1991-ci il tarixdən 01.06.1991-ci il tarixədək 776/л saylı 16.05.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində İ dərəcəli motorçu matros; 01.06.1991-ci il tarixdən 15.09.1993cü il tarixədək 881/ л saylı 04.06.1991-ci il tarixli əmrə əsasən “Vosxod” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 15.09.1993-cü il tarixdən 10.04.1994-cü il tarixədək 1280/m saylı 15.09.1993 cü il tarixli əmrə əsasən “Ulduz” gəmisində 1 dərəcəli motorçu - matros; 10.04.1994-cü il tarixdən 16.08.1994-cü il tarixədək 52/k saylı 10.04.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində İ dərəcəli motorçu matros; 16.08.1994-cü il tarixdən 22.04.1998-ci il tarixədək 167/k saylı 16.08.1994-cü il tarixli əmrə əsasən “Kür” gəmisində 2-ci dərəcəli pompa maşinistimatros; 22.04.1998-ci il tarixdən 01.01.2000-ci il tarixədək 43/k saylı 22.04.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisində İ dərəcəli motorçu-matros; 01.01.2000-ci il tarixdən 03.03.2000-ci il tarixədək 178/k saylı 01.01.2000-ci il tarixli əmrinə əsasən “Şəfəq” gəmisində 2 dərəcəli pompa maşinisti-matros; 03.03.2000-ci il tarixdən 15.08.2000-ci il tarixədək 21/k saylı 03.03.2000-ci il tarixli əmrə əsasən "Şəfəq" gəmisində İ dərəcəli motorçu matros; 15.08.2000-ci il tarixdən 10.09.2003-cü il tarixədək 95/k saylı 15.08.2000-ci il tarixli əmrinə əsasən “Kür” gəmisində 1-ci dərəcəli motorçu matros peşələrində işləmiş, bu barədə işlədiyi müəssisə tərəfindən ona güzəştli staja dair arayış verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Ona gör də, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" QSCyə sorğu ünvanlanaraq iddiaçının QSC-dəki fəaliyyətinin dəniz, çay donanmasının üzən heyətinə, yaxud, daim liman akvatoriyasında işləyən heyətin, yardımçı-xidmət gəmiləri, xidməti, şəhərətrafı və şəhərdaxili yol gəmiləri heyətinə aid olmasına dair məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq QSC bildirmişdir ki, İddiaçı Cəmiyyətdə işlədiyi 1987-2006-cı illər ərzində “Bakineç”, “Sputnik”, “Buxtovıy”, “Vosxod”, “Ulduz", “Kür” “Şəfəq”, “S.Əsgərova” gəmilərində müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilmişdir: 1) “Bakineç”- gəzinti gəmisi 2) “Sputnik”- yedək gəmisi 3) “Buxtovıy”- yedək gəmisi 4) “Vosxod”- Neft məhsullarının, çirkab döşəməaltı suların və zibillərin qəbulu 5) “Ulduz”-kran gəmisi 6) “Kür”- Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu 7) “Şəfəq”- Neft məhsullarının çirkab döşəməaltı suların, zibillərin qəbulu 8) “S.Əsgərova”-gəzinti gəmisi Beləliklə, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olması və 57 yaşının 06.04.2019-cu ildə tamam olması iş materiallarına əsasən təsbit olunur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. B Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-1413/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar