Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1936/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********405100 nömrəli qərarına əsasən 2023-cü il üzrə iddiaçıya vergi orqanı tərəfindən 4844,46 manat vergi və sığorta haqqı hesablanmışdır, bunun səbəbi kimi təqdim edilmiş bəyannamənin “Xammal və materiallar", “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri", "Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, "Reklam xərcləri", “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər", “Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər", "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Sığorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 24222,3 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi qeyd edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-168240/2024 nömrəli qərarına əsasən əlavə dəyər vergisi üzrə 2024-cü il yanvar bəyannaməsi və hesabat dövrü üzrə iddiaçıya vergi orqanı tərəfindən 577,08 manat vergi və sığorta haqqı hesablanmışdır, bunun səbəbi kimi təqdim edilmiş ƏDV bəyannaməsində (10.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı, 963983 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə imkan verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 271,8 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətirində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 271,8 manat kənarlaşma yaranması, iddiaçının ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı, 719828 nömrəli elektron qaimə üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə faktura üzrə 305,28 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətirində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 305.28 manat kənarlaşmanın yaranması göstərilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-181069/2024 nömrəli qərarına əsasən əlavə dəyər vergisi üzrə 2024-cü il fevral bəyannaməsi və hesabat dövrü üzrə iddiaçıya vergi orqanı tərəfindən 1512,0 manat vergi və sığorta haqqı hesablanmışdır, bunun səbəbi kimi iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 186262 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 1512,0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üşün təqdim edimiş bəyannamənin 324-cü sətirində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 1512,0 manat kənarlaşmanın yaranması göstərilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********491300 nömrəli qərarına əsasən 2024-cü ilin mart dövrü üzrə iddiaçıya vergi orqanı tərəfindən 4659,30 manat vergi (ƏDV) və sığorta haqqı hesablanmışdır, bunun səbəbi kimi iddiaçı tərəfindən ƏDV bəyannaməsinin (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 870897 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 544.5 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 544.5 manat kənarlaşma yaranması, ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 578498 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 261.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbbğinin 0.0 manat olması nəticəsində 261.0 manat kənarlaşma yaranması, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 327113 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi, qeyd edilən elektron qaiməfaktura üzrə 1431.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1431.0 manat kənarlaşma yaranması, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilən EBDİ seriyalı, 513372 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 882.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 882.0 manat kənarlaşma yaranması göstərilmişdir.
5. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla vergi orqanı iddiaçıdan iddiaçının təqdim etdiyi ƏDV bəyannamələrində (10.2023, 07.2023, 12.2023, 08.2023, 06.2023) EBDP seriyalı 963983 nömrəli, EBDJ seriyalı, 186262 nömrəli, EBDV seriyalı, 719828 nömrəli, EBDJ seriyalı, 870897 nömrəli, EBDM seriyalı, 578498 nömrəli, EBDJ seriyalı, 217852 nömrəli, EBDJ seriyalı, 327113 nömrəli, EBDİ seriyalı, 513372 nömrəli elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas olmaması göstərilərək əsaslandırılmış yazılı izahatların və zəruri olan sənədlərin tədim edilməsini tələb etmişdir.
6. 11.07.2024-cü il tarixli akta əsasən "xxxx" MMC və "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları yeri müəyyən etmək üçün vergi orqanının ünvanda müşahidə baxışı zamanı həmin hüquqi şəxslərin ünvanda olmadıqları, həmin obyekti keçmişdə icarəyə vermiş fiziki şəxslə əlaqə saxlandıqda həmin şəxs obyekti 5 il əvvəl satdığını, qeyd olunan ödəyicilərin saxta imza vasitəsilə obyekti vergi orqanında uçota qoyduqlarını, bununla bağlı vergi orqanına məktub yazdığını bildirmişdir, hüquqi şəxslərin uçot baza məlumatlarında olan telefon nömrələrinə zəng edildikdə qeyd edilən nömrələrin işləmədiyi müəyyən olunmuşdur.
7. Fiziki şəxs T.S.Süleymanovun cavabdehə ünvanlanmış məktubuna sasən "xxxx" MMC , "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 159 da fəaliyyət göstərmirlər.
8. 08.01.2024-cü il tarixli arayışa əsasən "xxxx" MMC-nin aktiv obyektləri olmadığından və baza məlumatlarına əsasən əlaqə saxlamaq mümkün olmadığından müşahidənin aparılması mümkün olmamışdır, hüquqi ünvanının yaşayış evi olması müəyyən olunmuşdur.
9. 01.06.2023-cü il tarixli, 01 nömrəli müqaviləyə əsasən "xxxx" MMC iddiaçını dərman, bioloji fəallığa malik qida əlavələri, gigiyena vasitələri və aptek təşkilatlarında satılan digər vasitələrlə təchiz etməyi, iddiaçı həmin malların dəyərini ödəməyi öhsədinə götürmüşdür.
10. EBDİ 513372 nömrəli elektron qaiməyə əsasən 5782 manat (o cümlədən 882 manat ƏDV) məbləğinə mal "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmişdir.
11. 23/03 nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturaya və həmin tarixli satış qaiməsinə əsasən 500 kq hippoxlorid, 30 litr lizofomin, 40 litr alphafend 100EC məhsulu, cəmi 5782,0 manat (o cümlədən 882 manat ƏDV) dəyərində mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir.
12. EBDJ 217852 nömrəli elektron qaiməyə əsasən 10100,80 manat (o cümlədən 1540 manat ƏDV) məbləğinə mal "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmişdir.
13. 04/0702 nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturaya və həmin tarixli satış qaiməsinə əsasən 1000 kq hippoxlorid, 68 litr lizofomin, cəmi 10100,80 manat (o cümlədən 1540,80 manat ƏDV) məbləğində mal "xxxx" MMC tərəfindən "xxxx" MMCyə təqdim edilmişdir.
14. EBDJ 327113 nömrəli elektron qaiməyə əsasən 9381 manat (o cümlədən 1431,0 manat ƏDV) məbləğində mal "xxxx" MMC tərfindən iddiaçıya təqdim edilmişdir.
15. 06/07-02 nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturaya və həmin tarixli satış qaiməsinə əsasən 150 litr Akethrin Pro EW 1 L, 150 litr TİTAN MAX SC 1 L məhsulu, cəmi 9381,0 manat (o cümlədən 1431,0 manat ƏDV) dəyərində mal "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
16. .İddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 24-cü il tarixli qərarların ləğv edilməsini xahiş etmişdir.
17. Sonradan iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli, 3-21-2-3/2- 168240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-21-2-3/2-181069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən MMC olmuşdur.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsasında iddiaçıya 2023-cü il mənfəət vergisi üzrə 9383,72 manat məbləğındə əsassız əlavə vergi hesablanmışdır.Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirər Baş İdarəsinin **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsasında iddiaçıya 2024-cü il tarixə əlavə dəyər vergisi üzrə 4659.30 manat məbləğində əsassız əlavə vergi hesablanmışdır.Hesablanmaya əsas riskli hesab edilmiş qaimələrlə bağlı olmuşdur.Belə ki. **********405100 nğmrəli, 03 iyun 2024-cü il tarixli qərar üzrə vergi orqanı hesab edir ki, təqdim edilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri", “Hüquqi şəxslər üzrə icarə”, “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri", “Rabitə xərcləri”, "Mühafizə xərcləri” , “Reklam xərcləri” , “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmitədqiqat, layihə- axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, “Nəqliyyat xərcləri”, “Digər xərclər”, “Royalti xərcləri”, “Sığorta xərcləri” bəyannamənin l nömrəli əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlərin dövr ərzində daxil olması məbləğlərinin cəmi ilə hesabat dövrünün əvvəlinə, Ehtiyatların, qalıq dəyərinin, cari il ərzində əldə edilmiş eqaimə fakturaların (riskli eqaimə fakturalarının məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 24223,2 manat məbbğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Eyni zamanda, **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli qərar üzrə vergi orqanı hesab edir ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsinin (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı, 870897 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 544.5 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 544.5 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (08.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 578498 nömrəli elektron qaimə-faktura üzrə aparılın əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 261.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 261.0 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (07.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 327113 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1431.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1431.0 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilən EBDİ seriyalı 513372 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 882.0 manat ƏDV məbbğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 882.0 manat kənarlaşma yaranmışdır.Bununla bağlı diqqətə çatdırırıq ki, EBDM seriyalı 578498 nömrəli elektron qaimə xx.xx.2023-cü il və EBDJ seriyalı 870897 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən göndərilmişdir. Həmin qaimələrin vergi tərəfindən ƏDV-nin əvəzləşməməsi əsası isə həmin qaiməni təqdim edən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, **********427000 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunması ılə bağlı olmuşdur. Həmçinin EBDJ seriyalı, 327113 nömrəli elektron qaimə xx.xx.2023-cü il, EBDİ seriyalı 513372 nömrəli elektron qaimə xx.xx.2023-cü il və EBDJ seriyalı 217852 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən göndərilmişdir. Həmin qaimələrin vergi orqanı tərəfindən ƏDV-nin əvəzləşməməsi əsası isə həmin qaiməni təqdim edən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, **********345900 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunması ilə bağlı olmuşdur.Eyni zamanda, EBDP seriyalı, 963983 nömrəli elektron qaimə xx.xx.2023-cü il və EBDV seriyalı 719828 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixində “MT-SİSTEM" MMC tərəfindən göndərilmişdir. Həmin qaimələrin vergi orqanı tərəfindən ƏDV-nin əvəzləşməməsinin əsası isə həmin qaiməni təqdim edən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, **********415700 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunması ib bağlı olmuşdur. Bildiririk ki, EBDJ seriyalı 186262 nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən göndərilmişdir. Həmin qaimənin vergi orqanı tərəfindən ƏDV-nin əvəzləşməməsinin əsası isə həmin qaiməni təqdim edən "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli, **********506900 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunması ilə bağlı olmuşdur. "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********427000 nömrəli Qərarla, "xxxx" MMC 30.04 2024-cü il tarixli, **********345900 nömrəli Qərarla, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********415700 nömrəli Qərarla və “JERTMONEKS GROUP" MMC xx.xx.2024-cü il tarixli, **********506900 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçıların həmin MMC-lər ilə həyata keçirilən xidmət tarixi müvafiq olaraq xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan öncəki ilə, yəni 2023-cü il tarixə təsadüf edir. Belə ki, təqdim edilən elektron qaimələrdən də göründüyü kimi iddiaçı ilə həmin şirkətlər arasında 2023-cü ildə əməkdaşlıq edilmiş və xidmət göstərilmişdir. Həmin zaman isə həmin MMC-lər riskli vergi ödəyicisi olmamışdır."xxxx" MMC tərəfindən hər hansı bir hüquq pozuntusu törədilməmiş, qanunvericiliklə müəyyən edilmiş vergilərin hesablanması və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilmişdir. "xxxx" MMC üçüncü şirkətlərin hüquq pozuntularına məsuliyyət daşımır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
19. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, uçot baza məlumatlarına əsasən iddiaçı xx.xx.2016-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “sair Sanitar, dərman və oxşar xidmətlər” olmuşdur.İddiaçı "xxxx" MMC tərəfindən 2023-cü il üçün təqdim edilmiş bəyannamələr araşdırılarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməmişdir. Belə ki, “Xammal və materiallar", “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri", "Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, "Reklam xərcləri", “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər", “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Sığorta xərcləri", bəyannamənin 1 №- li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli eqaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 24222,3 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Qeyd olunan uyğunsuzluqla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********160800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin iddiaçı “San Prof’ MMC tərəfindən uyğunsuzluq aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlərlə birgə izahat məktubu təqdim edilmədiyi səbəbindən, hesablama aparılmışdır.Eyni zamanda bildiririk ki, bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2024cü il tarixli **********496200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan təsdiqedici sənədlər (məlumatlar) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən xx.xx.2024-cü il tarixli, **********491300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablaması barədə” Qərar la vergi orqanı tərəfindən əlavə vergi məbləği hesablanmışdır.Həmçinin baza məlumatlarına əsasən vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı vergi ödəyiciləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN; **********), “Green Steel" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən olunmuşdur və baza məlumatlarına əsasən aktiv obyekti olmadığı müəyyən edilmiş, hüquqi ünvanına baxış keçirilirkən yaşayış evi olduğu müəyyən edilmişdir.İddiaçı ərizəsində qeyd etmişdir ki, göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "Jertmoneks Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) MMC əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barədə DVX-nin İnternet Vergi İdarəsi portalında əks edilməmişdir.Bildiririk ki, qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görürük ki, risk vergi ödəyiciləri arasında əməliyyat baş tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə almaması təsdiq edilmişdir. Qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir.Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı "xxxx" MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli, 3-21-2-3/2-168240/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli və 3-21-2-3/2-181069/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi qərara alınmışdır.
21. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
24. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin rədd edilərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 25-28-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
33. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli, 3-21-2-3/2- 168240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-21-2- 3/2-181069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini tələb edir.
34. Cavabdeh orqan isə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilmiş şirkətlərlə əməliyyatların aparılmasını əsas gətirərək həmin şirkətlərlə aparılan əməliyyatlar üzrə sənədləri xərc sənədləri kimi qəbul etmir.
35. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
36. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.
37. Təqdim edilmiş sənədlər məlum olmuşdur ki, dəqiqləşdirilmiş bəyannaməyə görə iddiaçı işlərin görülməsindən 340,651 manat gəlirin olmasını,müəyyən xərclərin qəbul edilməsindən sonra mənfəət vergisi üzrə 22,696 manat vergiyə cəlb edilən məbləğin 20% olaraq 9383,72 manat vergi borcunun olmasını bildirmişdir.
38. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçıdan təqdim etdiyi EBDP seriyalı, 963983 nömrəli, EBDV seriyalı, 719828 nömrəli, EBDJ seriyalı, 186262 nömrəli, EBDJ seriyalı 870897 nömrəli, EBDJ seriyalı, 327113 nömrəli. EBDİ seriyalı, 513372 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatları riskli hesab etmiş və əvəzləşdirməyə əsas olmamasını göstərərək kənarlaşma yaranması əsası ilə iddiaçıya əlavə vergi məbləğlərinin hesablanması barədə **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 24-cü il tarixli, 3-21-2-3/2- 168240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-21-2-3/2-181069/2024 nömrəli, 10.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul etmişdir.
39. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı “"xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********427000 nömrəli Qərarla, "xxxx" MMC 30.04 2024-cü il tarixli, **********345900 nömrəli Qərarla, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********415700 nömrəli Qərarla və “JERTMONEKS GROUP" MMC xx.xx.2024-cü il tarixli, **********506900 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin, iddiaçıların həmin MMC-lər ilə həyata keçirilən əməliyyatları onların riskli vergi ödəyicisi sayıldığı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan öncəki ilə, yəni 2023-cü il tarixə təsadüf edir. Yəni iddiaçı həmin müəssisələrlə əməliyyat apararkən həmin müəssisələr riskli vergi ödəyicisi olmamışdır.
40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın xx.xx.2024-cü ildən əvvəl verilən redaksiyanda əmtəəsiz və riskli əməliyyatların aparılması ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsinə və adının müvafiq siyahıya salınmasına səbəb olur ki, həmin Meyarların 3-cü hissəsinə nəzərə yetirdikdə riskli əməliyyat deyilərkən: 1) alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi; 2) alınan və ya idxal edilən malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halının aşkar edilməsi qeyd edilmişdir.
41. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması onun riskli olmasına dəlalət edə bilməz. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçı tərəfindən əmtəəsiz əməliyyatların aparılması ilə bağlı araşdımanın aparmadığı müəyyən edilmişdir. Belə ki, vergi orqanı iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyatın həyata keçirilməsinə istinad edərək onun əmtəəsiz əməliyyat aparması ehtimalının olması kimi yanaşması Meyarların tələblərinə ziddir.
42. Odur ki, qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxslər ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.
43. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
44. Odur ki, Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
45. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, **********405100 nömrəli, 03 iyun 2024-cü il tarixli, **********491300 nömrəli, 03 iyun 2024-cü il tarixli, 3-21-2-3/2- 168240/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-21-2-3/2-181069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
47. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10709/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.