Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1937/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara əsasən Ərizəçinin müraciətinə baxılaraq onun alı təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ılı ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.
2. “R.Həmzətov adına X7 universiteti” Ali Təhsil üzrə X9 müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 100518 ******* nömrəli Bakavlar Diplomu (Qeydiyyat nömrəsi 23019) ilə təsdiq edilmişdir ki, İddiaçı 44.03.01 pedaqoji təhsil hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və uğurla dövlət yekun attestasiyadan keçmişdir. Dövlət imtahan komissiyasının qərar ilə ona 44.03.01 Pedaqoji təhsil bakalavr dərəcəsi verilmişdir.
3. “R.Həmzətov adına X7 universiteti” Ali Təhsil üzrə X9 müəssisəsi tərəfindən verilmiş 100518 ******* nömrəli bakalavr diplomuna əlavəyə əsasən İddiaçı Dövlət İmtahan Komissiyasının qərarı ilə 44.03.01 pedaqoji təhsil istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir (19 dekabr 2023-cü il tarixli 2 saylı protokol) Təhsil proqramı istiqaməti (profili): ibtidai təhsil Təhsil haqqında və ya təhsil və ixtisas haqqında əvvəlki sənəd: Orta peşə təhsili haqqında diplom, Azərbaycan Respublikası, 1992-ci il.
4. YB 003639 nömrəli X4 Diploma əsasən İddiaçı Azərbaycan Müəllimlər İnstitutuna xx.xx.2004-cü il tarixdə daxil olmuş və 22 iyun 2005-ci il tarixdə “ibtidai təhsil” ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 22 iyun 2005-ci il tarixli qərarı ilə ona “ibtidai təhsil” ixtisası verilmişdir.
5. 235 №-li tam orta məktəbin direktoru tərəfindən verilmiş “Bakı şəhəri Pirallahı rayonu Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı (1972-ci il təvəllüdlü, azərbaycanlı, orta-ixtisas təhsilli) dair Xasiyyətnamə”də qeyd edilmişdir ki, İddiaçı 1972-ci il noyabr ayının 01-də Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildən Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəllimi kimi işləyir.
6. 235 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı Bakı şəhəri Yavər Əliyev adına 235 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Diaqnostik qiymətləndirmədə istisas balı 37 və metodika balı 16 cəmi 53 bal, sertifikasiya imtahanından 52 bal toplamışdır.
7. İddiaçı dair Sertifikatlaşdırma məlumatlarına əsasən: İmtahan balı: 52 Keçirilmə tarixi: xx.xx.2022 Müsahibə balı: 35 Keçirilmə tarixi: xx.xx.2022
8. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixindən etibarən 235 №-li tam orta məktəbdə işləyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək TKTA-nın 29 iyul 2024- cü il tarixli NA00031100 saylı qərarının ləğv edilməsi və “R.Həmzətov adına X7 Universiteti” tərəfindən verilmiş ali təhsilə dair kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə “R.Həmzətov adına X7 Universiteti”nə daxil olmuşdur. İddiaçı 2023- cü il tarixində həmin universitetdən məzun olmuşdur. İddiaçı xarici ölkədə aldığı təhsil üzrə kvalifikasiyasının tanınması barədə ərizə ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən AR DSX-nin məlumatına əsas alınaraq, 29 iyul 2024-cü il tarixli NA00031100 saylı Qərar qəbul edilərək, xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. 29 iyul 2024-cü il tarixli NA00031100 saylı Qərar aşağıdakı səbəblərlə qanunsuz və əsassızdır: 1. Mübahisələndirilən Qərarda "Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə istinad edilmişdir. Cavabdehin bu qaydada əsaslandırması qanunsuzdur. Çünki iddiaçı, xarici Ali Təhsil müəssisəsinə 2019-cu il tarixində daxil olmuşdur və O, xarici dövlətin ali təhsil kvalifikasiyasının tanınması qaydalarını dəyişdiriləcəyi barədə qabaqcadan məlumatlı ola bilməzdi. Bununla əlaqədar İnzibati icraat haqqında qanunun 13-cü maddəsində (Etimad hüququnun qorunması prinsipi) qeyd edilmişdir. 2. Mübahisələndirilən Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə istinad edilmişdir. Həmin bənddə deyilir: "Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur." Bu əsaslandırma ilə əlaqədar bildirilir ki, inzibati orqan ona tanınmış səlahiyyəti düzgün tətbiq etməmiş, COVİD 19 pandemiyası ilə əlaqədar Azərbaycanda və Rusiya Federasiyasında qəbul edilmiş məhdudlaşdırın qaydaları, o cümlədən pandemiya ilə əlaqədar Online təhsilə keçildiyini nəzərə almamışdır. Məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada insanların hərəkətlərini məhdudlaşdıran qadağalar tətbiq edilməkdədir. Bu qadağalar bir hissəsi Azərbaycan Respublikasında hələ də qüvvədədir. Cavabdeh həmçinin 2022-ci ilin fevral ayının 24ündə Rusiya Federasiyasının Ukraynaya hücum etməsi nəticəsində başlanmış müharibənin iddiaçının həyat və sağlamlığına yaratdığı riskləri və bu səbəbdən də iddiaçının bəzi riskli və təhlükəli hallarda təhsil aldığı müəssisənin də məlumatı və icazəsi daxilində və tələbi ilə online təhsil almağa məcbur olduğunu nəzərə almamışdır. Belə ki, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq məqsədi ilə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının ərazisindəki hərbi və hərbi məqsədlər üçün istifadə olunması mümkün obyektləri (hava limanları, körpüləri, vağzalları, sair infrastruktur obyektlərini) hədəf alan hücumlar həyata keçirilməkdədir. Bu hücumlar zamanı, Çeçenistan, İnquşetiya, Dağıstan və s. cənub bölgələri, Moskva, Sankt- Peterburq və s. böyük şəhərlərin hava limanlarını Ukrayna Silahlı Qüvvələri tərəfindən hədəf alınaraq vurulmuşdur (bu hücumlar hələ də davam edir). Bu səbəbdən də, Moskva və digər böyük şəhərlərdə hava limanları və s. obyektlər bağlanmış, təyyarə səfərləri ləğv edilmişdir. Buna baxmayaraq iddiaçı təhsilini davam etdirmişdir. İddiaçının ağır şərtlərlə olsa da, təhsil almaq əzminə baxmayaraq, TKTA onun əməyini məhv etmiş, xarici ali təhsil üzrə kvalifikasiyasını obyektiv faktlara baxmayaraq, qanunsuz olaraq tanımamışdır.
11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası R.Həmzətov adına X7 Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, № 100518 ******* nömrəli diplom üzrə əldə etdiyi “Pedoqoji təhsil” ixtisasının tanınması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2024-cü il tarixli qərarla imtina edilmişdir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqut tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonraQaydarlar) təsdiq edilmişdir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin erazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azerbaycan Respublikasının Konstitusiyası, Azerbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında" Azerbaycan Respublikasının Qanunu, Azerbaycan Respublikasının diger qanunları, Azerbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azerbaycan Respublikası Nazirlər Kabinetinin diger qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının diger normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla heyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı'Yıın 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Azərbaycan Respublikas! Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin en azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X2 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 17 gün; İİ il – getməyib; İİİ il – getməyib; İV il – getməyib; V il – 8 gün. İddiaçının tədris müddəti 5 ildir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin on azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. Bunun səbəbi olaraq ilk öncə COVİD-19 pandemiyasını, daha sonrakı illərdə isə Rusiya Federasiyasının Ukrayna ilə bağlı müharibəsini göstərmişdir. Bildiririk ki, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsi müharibə zonasından kənarda yerləşməkdədir. Bununla yanaşı Rusiya Federasiyası ərazisindəki hava limanları daimi olaraq fəaliyyətdə olmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: 1. əyani; 2. qiyabi; 3. distant (məsafədən); 4. sərbəst (eksternat); Sözügedən Qanunda təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Eyni qərarın 31-ci bəndində qeyd olunur ki: “Kollegiya iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir, iddiaçının halında sözügedən tələbə riayət olunmamışdır”. Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2546/2023 saylı qərarının 24-cü bəndində qeyd olunmuşur ki: “Hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır”. Ali Məhkəmənin mövqeyini nəzərə alaraq bildiririk ki, iddiaçı distant texnologiyalar vasitəsi ilə təhsil alması ilə bağlı müvafiq əmr və ya müqavilə təqdim etməmişdir. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin en azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında telim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Preidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir.“Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara əsasən Ərizəçinin müraciətinə baxılaraq onun alı təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ılı ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvaİifikasiyasının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 apıel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2- o bəndinə əsasən qiyabi forma üzrə tələbələım audito ra dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlər o ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-cı bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması uçun MıQ Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə iksində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı müddətin bir hissəsi pandemiya dövrünə, bir hissəsi isə Rusiya-Ukrayna arasında məlum hadisələrin baş verdiyi dövrə təsadüf edir. İddiaçı ali təhsil müəssisəsinə həmin hallar baş verəndən əvvəl daxil olmuşdur və iddiaçının Dağıstana gedə bilməməsinin mümkünsüzlüyü təhlükəsizlik səbəblərindən və obyektiv hallarla bağlı olmuşdur. Məhkəmə iddiaçının dəlillərinə şübhə ilə yanaşmağa əsas görmür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmədə vəsatətlə çıxış edərək həmin dövrdə Mahaçkalaya birbaşa reyslərin təşkili ilə bağlı Azərbaycan Hava Yollarına sorğu verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq sorğuların inzibati icraat zamanı verilməsinin mümkünsüzlüyü cavabdeh tərəfindən əsaslandırılmamış (belə ki, inzibati məhkəmə icraatı inzibati icraatı əvəz etməməli, yalnız onu tamamlamalıdır), digər tərəfdən isə aşağıda qeyd edilən əsaslarla həmin halların araşdırılması zərurəti yoxdur.
14. İddiaçı xx.xx.1990-cı il tarixdən etibarən (təqribən 34 ildir) “R.Həmzətov adına X7 universiteti” Ali Təhsil üzrə X9 müəssisəsində təhsil aldığı və diplomun tanınmasını tələb etdiyi “pedaqoji təhsil” ixtisası üzrə əmək fəaliyyəti ilə məşğuldur, Bakı şəhəri Pirallahı rayonu Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləyir. İşlədiyi peşə üzrə keçirilən Təhsilverənlərin sertifikatlaşdırılması üzrə imtahandan müvəffəqiyyətlə keçərək yüksək nəticə əldə etmişdir (sertifikatlaşdırma məlumatlarına əsasən 52 imtahan balı və 35 müsahibə balı müəyyən edilmişdir).
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Həmçinin, apellyasiya baxışı zamanı İddiaçı Rusiya Federasiyası R.Həmzətov adına X7 Universitetində təhsil almasına dair fotoşəkillər də iş materiallarına əlavə olunmaqla diplomun akademik tanınması məsələsinə yenidən baxılması ilə bağlı qərardad qəbul olunmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1937/2025 saylı qeyd olunan qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyası R.Həmzətov adına X7 Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 100518 ******* nömrəli diplom üzrə ali təhsilə aid kvalifikasiyasının tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. Aparılmış icraatın yekunları üzrə çıxarılmış xx.xx.2025-ci il tarixli, NA00043951 saylı inzibati akt məhkəməyə təqdim olunmuşdur. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” sözügedən Qərara əsasən:” Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.”
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
25. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərfrıanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”Qaydaları: 1.3-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavrlat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: bakalavr təhsili üzrə qiyabi təhsllalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını, habelə hər il üzrə 2 həftə imtahan sessiyalarında iştirakını zəruri edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “All təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın: 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
33. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq aşağıdakıları qeyd edir:
34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş və R.Həmzətov adına X7 Universiteti tərəfindən verilmiş «Pedaqoji təhsil» ixtisası üzrə 100518 ******* nömrəli, xx.xx.2023-cü il tarixli bakalavr diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
35. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmır və aşağıdakı səbəblərdən ləğv edilməli olduğunu hesab edir:
36. İşin faktiki hallarına görə İddiaçı xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə xarici diplomun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli elektron akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Belə ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ il-17 gün, İİ il- getməyib (pandemiya dövrü), İİİ il- getməyib (pandemiya dövrü), İV il- getməyib, V il- 8 gün.
37. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Belə olan halda iddiaçının qiyabi tehsilaima forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü İİ 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvaiifikasiyaları tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
39. Qaydalarıa əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.( 1.3-cü bəndinə).
40. Nəzərə alınmalıdır kİ, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavrlat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsllalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180- 240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını, habelə hər il üzrə 2 həftə imtahan sessiyalarında iştirakını zəruri edir.
41. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “All təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili QaydalarTnın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
42. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı’*mn 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
43. Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarrnın 4.1.4-cü yarımbəndində əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yarımbənddə əks olunmuş bakalavriat və magistraiura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələbləri ilə onun sərhədkeçmə məlumatları arasında uyğunsuzluq müəyyən olunmuşdur.
44. Beləliklə, bu Qaydaların 3.10.1-cl yarımbəndinə əsasən 4.1.-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadığı üçün kvalifikasiyanın tanınmasından imtina üçün hüquqi əsas yaranmışdır.
45. Bakı İnzibati Məhkəməsinin qərarında məhkəmə iddiaçının təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına münasibətdə qeyd edilir ki: " Məhkəmə hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız Ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz.”
46. Lakin iddiaçı tərəfindən təhsil müddətindən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda təhsil proqramları üzrə tədris olunan fənlərə hazırlaşaraq tədris yükünü yerinə yetirməsi İle bağlı inzibati orqana və ya məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
47. Bundan əlavə məhkəmə qərarında iddiaçıya xx.xx.2023-cü il tarixli, 100518 ******* nömrəli Bakavlar Diplomu (qeydiyyat nömrəsi 23019) verildiyini, həmin diplom səlahiyyətli orqan - Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2024- cü il tarixdə, 728317 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edildiyini bildirmişdir.
48. Kollegiya qeyd edir ki, cavabhdeh orqan iddiaçının əldə etdiyi diplomun həqiqiliyini yox, əldə etdiyi xarici təhsilin keyfiyyətini mübahisələndirir. İnzibati icraat zamanı sənədin apostili yoxlanılmışdır və sənədin həqiqiliyi iş üzrə mübahisə predmeti deyildir. Həmçinin, oxşar mövqe ilə anoloji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 (102)-1829/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının 29-cu bəndində Ali Məhkəmə qeyd edir ki: “İddiaçının diplomuna xarici ölkədə apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və apostil bu diplomların başqa ölkərdə, o cümlədən Azərbaycan Respublikasında tanınması məcburiliyi nəticələrini doğurmur”.
49. Məhkəmə qərarında həmçinin, qeyd olunur ki, iddiaçının təhsil aldığı müddət Rusiya- Ukrayna arasında məlum hadisələrin baş verdiyi dövrə təsadüf edir və iddiaçının Dağıstana gedə bilməməsinin mümkünsüzlüyü təhlükəsizlik səbəblərindən və obyektiv hallarla bağlı olmuşdur.
50. Lakin iddiaçı ilə eyni İllərdə Dağıstanda qiyabi təhsil almış vətəndaşların müvafiq tədris illərinə uyğun sərhədkeçmə məlumatlarını cavabdeh təqdim edərək həmin illərdə Rusiya Federasiyası ərazisinə gediş-gəlişin mümkün olduğunu bildirmişdir.(Sərhəd Xidmətinin sorğulanması cavabı iş materiallarına əlavə olunmuşdur).
51. Görünüyü kimi, İddiaçı fərqli olaraq şəhadətnamə əldə etmiş digər vətəndaşlar xüsusilə də 2022-2023-cü tədris illərində yuxarıda qeyd olunan Qaydaların müəyyən etdiyi normativə riayət etmiş və buna görə də ali təhsilə dair kvalifikasiyalarının tanınmasına nail olmuşdurlar.
52. Belə ki, nəzərə alınmalıdır ki, "inzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü bəndinə əsasən İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə əyni cür qərarların qəbul edilməsi qadağandır.
53. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)-1776/2024 saylı, xx.xx.2024-cü İİ tarixli qərarının 29-cu bəndində qeyd edilmişdir ki, "ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır”.
54. Azərbaycan Respublikası Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1306/2024 nömrəli Qərarının 32-ci bəndində isə qeyd olunur ki, "İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr" ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin İmtinasını əsaslı sayır".
55. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 (102)-1659/2024, 2-1(102)- 959/2024, 2-1 (102)-1275/2024, 2-1(102J-779/2024 saylı digər Qərarlarında da Məhkəmə Kollegiyası xaricdə alınmış təhsil üzrə ixtisasın tanınmasının məhz Azərbaycanda təhsilinin müvafiq formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılı olduğunu vurğulamışdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci İİ tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasında cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulanmışdır.
57. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
58. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirməyərək əsassız nəticəyə gəlinmişdir.
59. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və odur ki, təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12925/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.