Məhkəmə qərarları › İş №2-1(103)-1939/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1939/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1939/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, tərcüməçi X1, cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı (üçüncü şəxs: Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikinti zavodu) “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarından cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə, Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikinti zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən 61 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi və vurulan maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfinən təqdim olunmuş pensiya kapitalının olmasını təsdiq edən arayışda möhür və ya imza yoxdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-cı ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 325 saylı, xx xxx 2019-cu il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri, İ.Həbibov küçəsi, 60 saylı evin 7-ci mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Xətai rayon Şöbəsinin əmək pensiyasının təyin edilməsi barədə xx xxx 2019-cu il tarixli bildirişindən görünür ki, İddiaçı pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, onun tələb olunan iş stajı olmadığı üçün ərizənin təmin edilməsi mümkün deyildir. Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatdan görünür ki, X3 2006-cı ilin iyun, iyul, avqust və sentyabr ayı üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları 159,67 manat təşkil etmişdir. Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RM01/03/Z-121-36 saylı məktubdan görünür ki, iddiaçının sığorta ödənilməsi barədə tələb etdiyi arayışda göstərilən məbləğ barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna İri Sığortaedənlərə iş üzrə İdarəsinə məlumat verilmişdir. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1976-cı il tarixdən Bakı Qazan-mexaniki zavodu “İstilikenerjiavadanlıq” trtinə 1№-li sexə naryad vəzifəsinə, xx.xx.1977-ci il tarixdə alət paylayan vəzifəsinə keçirilmiş və xx.xx.7978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1978-ci il tarixdən Bakı radiozavodunda “radio qovşaqların yığılması 6 saylı sexə radio aparatlarının montajçı şagird” vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə texnik-texnoloq vəzifəsinə keçirilmiş və xx.xx.1980-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı baş tikinti istehsalat müəssisələri idarəsində kuryer vəzifəsində fəaliyyət göstərmiş; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azneftkimzavodtəmir” tresti 1 №-li Təmirtikinti idarəsində istehsalat şöbəsində mühəndis vəzifəsində; xx.xx.1984-cü il tarixdən MənzilKommunal İdarəsində MTTŞ agentekspeditor vəzifəsində, xx.xx.1986-cı ildə köçürmə yolu ilə işdən azad edilmiş; xx.xx.1986cı il tarixdən Azneftkimzavodtəmir tresti RRM No 1-də AzSSR NKSN MKİ köçürmə qaydasında katib-makinaçı vəzifəsində, xx.xx.1987-ci il tarixdə SİB mühəndiz vəzifəsinə, xx.xx.1988-ci ildə xüsusi sahəyə 1-ci dərəcəli temoizolyasiya istilikizoltyatorçu vəzifəsi, xx.xx.1988-ci ildə TİŞ 2 kateqoriyalı mühəndis vəzifəsinə fəaliyyət göstərmiş və xx.xx.1998-ci il tarixdə “Səlim” firmasına köçürmə yolu ilə işdən azad edilmiş; xx.xx.1998ci il tarixdən xx xxxxxxx 2000-ci il tarixə kimi mühasib vəzifəsində; xx xxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2006-cı il tarixədək “Xəzərdənizgəmitəmiri” İB-yi Zaqtederasiya a-na X5rderobçu vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-ci il tarixli, **********8 saylı məktubunda qeyd olunmuşdur ki, sığortaedən “Zakfederasiya adına gəmi təmiri zavodu” (SUN **********7) tərəfindən təqdim edilmiş 2006-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı sosial sığorta şəhadətnaməsinin nömrəsi qeyd edilmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnfornmasiya Sisteminin “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmüş” hesablar bölməsinə düşmüş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, vətəndaş İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda deyil və sığortaedən tərəfindən uçot dövründə daimi, dəyişilməz sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmamışdır. Həmçinin, bildirilmişdir ki, vətəndaş İddiaçı sığortaolunan kimi “Zakfederasiya adına gəmi təmiri zavodu”nun hüquqi varisi Cavabdeh3 QSC (SUN **********7) tərəfindən qeydiyyata alındıqdan və “Elektron Hökümət Portalında” (e-gov.az) Nazirliyin təqdim etdiyi elektron xidmətlər bölməsində verilmiş müvafiq funksionallıqdan istifadə edərək 2006-cı il üzrə “MEİS”-in “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmiş” hesablar bölümünə düşmüş məlumatlarında düzəlişlər edildikdən sonra məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunacaqdır. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 31.1, 22-1-2-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı 61 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay 21 gün; xx xxxxxx 2006-cı il tarixdən sonra isə sosial sığorta stajı 03 ay 11 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçının xx xxxxxx 2006cı il tarixədək yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilik ilə nəzərdə tutulmuş 25 il sığorta stajı tamam olmamışdır. Lakin, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sığorta stajı tamamlanmasa belə, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğu halda (kapital - 159, 67 manat), qüvvədə olan qanunvericiliyin tələbləri əsasında onun xx xxxx 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcuddur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətinə baxılarkən qüvvədə olan qanunvericiliyin bu norması nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının müraciətinə imtina edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, İddiaçı sığortaolunan kimi qeydiyyata düşməməsində, həmçinin məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, o cümlədən, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabında əks olunmamasında, iddiaçının hər hansı bir təqsirkar hərəkəti olmamışdır. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatları bir ay müddətində, eləcə də sığortaolunanlar haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Göründüyü kimi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi sığortaolunanın deyildə, sığortaedənin vəzifəsinə aid edilir. Hazırki, iddia tələbi üzrə İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların onun fərdi şəxsi hesabında əks olunmaması, həmçinin onun Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda olmaması, iddiaçının sığortaolunan kimi çıxış etməsini, həmçinin onun pensiya kapitalının mövcud olmasını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh tərəfindən arayışın imza və möhürlə təsdiq olunmaması qeyd olunsa da, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, təqdim olunan arayış zavodun direktoru R.Q.Mikayılov, baş mühasibi E.Ş.Namazov və arxiv müdiri E.H.Həsənova tərəfindən imzalanmış, arayış zavodun möhürü ilə təsdiq olunmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar