Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1939/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyinə qarşı “müayinə göndərişinin verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi” tələbinə dair ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6848/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «müayinəyə göndərişin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1966-ci il təvəllüdlüdür. O, 1992-ci ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində işləmişdir. Orada işlədiyi dövrdə –1992-ci ilin sentyabr ayının 8-də 15 günlük Ağdam rayonunun Əliağalı kəndinə göndərilmiş və həmin ərazidə gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək 17 sentyabr 1992-ci il tarixdə ağır yaralanmışdır. Ona “müharibə veteranı” vəsiqəsi verilmişdir. Hal-hazırda səhhətində ciddi problemlər var və ağırlaşır, ağrıları dözülməz hala gəlib çıxmışdır. Buna baxmayaraq, haıhazıradək ona əlillik təyin olunmamışdır. Səhhətində olan problemləri nəzərə alaraq, iddiaçının həkim komissiyasından keçməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – TSEK) göndəriş verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Fövqəldə Hallar Nazirliyinə müraciət etsə də, sözügedən qurumdan müraciətinə bugünədək cavab verilməmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 34.1-ci maddələrinə əsaslanaraq, həkim komissiyasından keçməsi üçün TSEK-ə göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmin Qərarın 1.3-cü bəndinə görə isə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilmişdir. Cavabdeh Tibb Xidməti və onun struktur bölmələri qeyd olunan tibb müəssisələrinin siyahısında olmadığından, habelə Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərmədiyindən, iddiaçının tələb etdiyi “göndərişin verilməsi Cavabdeh səlahiyyətində deyil. Azərbaycan Rüspublikasının Cavabdeh 2005-ci ildə yaradılmışdır və iddiaçının ərizədə bildirdiyi döyüş əməliyyatlarında yaralandığı dövr onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq xidmət keçdiyi dövrə təsadüf edir və bunun Cavabdehnə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçının xidmətkeçməsinə öz arzusu ilə 2008-ci ildə xitam verilmişdir və o, ərizəsində təqaüdə çıxmaq məqsədilə işdən çıxmaq istədiyini bildirmişdir, səhhəti ilə əlaqədar isə, həkim müayinəsindən keçməyə və ya şəhadətləndirilməyə ehtiyacının olması barədə müraciət etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6848/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı həkim komissiyasından keçməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iddia təlləbinin məzmunundan görünür ki, həkim komissiyasından keçməsi üçün TSEK-ə göndəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilməsini arzulayır. Lakin cavabdeh tələbin təmin edilməsindən imtina edir və bu halı onunla əsaslandırır ki, Nazirliyin Tibb Xidməti və onun struktur bölmələri təsdiq olunmuş tibb müəssisələrinin siyahısında olmamış, eyni zamanda Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “doğrudur ki, Cavabdeh nəzdində olan Tibb Xidməti və onun struktur bölmələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda əks olunan tibb müəssisələrinin sırasında göstərilməmişdir. Baxmayaraq ki, cavabdeh orqanın nəzdində olan tibb müəssisəsi həmin sırada yer almasa da, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə hərbihəkim komissiyasının yaradılması nəzərdə tutulur ki, bu zaman cavabdeh orqan da həmin komissiyanın təşkilində çıxış edən mərkəzi icra hakimiyyəti orqanlarından biridir. Hazırda Nazirlikdə hərbi-həkim komissiyası fəaliyyət göstərilməməsi imtina əsası qismində çıxış edə bilməz. Çünki bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Başqa sözlə desək Cavabdeh tərəfindən hərbi-həkim komissiyasının yaradılması mümkün olduğundan, hazırda həmin orqanda bu komissiyanın fəaliyyət göstərməməsi, bu səbəbdən də iddiaçıya göndərişin verilməməsi bilavasitə onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1- ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Cavabdeh, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi şəxsin əlilliyinin qiymətləndirilməsi imperativ qaydada göndərişin mövcudluğu ilə şərtləndirilir. Nəzərə alınmalıdır ki qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə görə əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsi aşağıdaki komissiyalar tərəfindən həyata keçirilir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Cavabdeh nəzdində olan Tibb Xidməti və onun struktur bölmələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda əks olunan tibb müəssisələrinin sırasında göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi əsassız olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6848/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6848/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyinə qarşı “müayinə göndərişinin verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı X3 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1939/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1939/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver