Məhkəmə qərarları › İş №2-1(103)-194/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-194/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-194/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)- 809/2020 saylı qərarından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-809/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 09.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 30 noyabr 2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 30 noyabr 2018-ci il tarixindən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri (1-ci siyahı üzrə - 52 yaş) nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 20 il 22 gün ümumi, 13 il 1 ay 15 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin ona məhz həmin yaşda pensiyaya çıxmaq hüququ verdiyi üçün, hüququnun yarandığı tarixdən, 30 noyabr 2018-ci ildən, 52 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 20 avqust 2019-cu il tarixli **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya onun 01 yanvar 2006-cı il tarixinə qədər 20 il ümumi əmək stajı toplanmadığı üçün güzəştli əmək pensiyası hüququ yaranmır. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuşdr, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 1984-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş (sonradan Azərbaycan Dövlət Neft Akademiyası adlandırılmışdır) və 07 iyun 1992-ci ildə oradan məzun olmuşdur. Təhsil müddətində 14 dekabr 1984-1986-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. Əmək fəaliyyətinə Nəriman Nərimanov adma NQÇİ-də başlamışdır. 14 sentyabr 1992 - 03 iyul 1995-ci illərdə həmin idarədə neft-qaz hasilatı üzrə operator, 03 iyul 1995 - 11 oktyabr 1995-ci il tarixində neft-qaz hasilatı ustası, 11 oktyabr 1995 - 01 iyun 2000-ci illərdə neftqaz hasilatı operatoru, 01 iyun 2000 - 03 aprel 2001-ci il tarixində neft-qaz hasilatı ustası, 03 aprel 2001 - 04 noyabr 2004-cü illərdə növbə rəisi, 04 noyabr 2004 - 27 avqust 2007-cı illərdə neft-qaz çıxarma sahəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 27 avqust 2007-ci ildən hal-hazıra qədər həmin idarədə neft-qaz hasilatı ustası vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə qazandığı stajın 01 yanvar 2006-cı ilə qədər olan dövründə 20 ildən çox ümumi, 13 il 3 ay 13 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı, Nəriman Nərimanov adına NQÇİ-də 14 sentyabr 1992 - 03 iyul 1995ci illərdə həmin idarədə neft-qaz hasilatı üzrə operator - 1 Saylı Siyahıda - neft və qaz hasilatı üzrə operatorlar (1 saylı Siyahı üzrə şifrəsi - 1100000a-15824) - 2 il 9 ay 18 gün, 03 iyul 1995 - 11 oktyabr 1995-ci il tarixində neft-qaz hasilatı ustası - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar - (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-23187) - 3 ay 07 gün, 11 oktyabr 1995 - 01 iyun 2000-ci illərdə neft-qaz hasilatı operatoru - neft və qaz hasilatı üzrə operatorlar (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-15824) - 4 il 7 ay 20 gün, 01 iyun 2000 - 03 aprel 2001ci il tarixində neft-qaz hasilatı ustası - neft, qaz və qaz kondensatı hasilatı işlərində (neftqaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-23187) - 10 ay 01 gün, 03 aprel 2001 - 04 noyabr 2004-cü illərdə növbə rəisi neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1 saylı Siyahı üzrə şifrəsi - 1100000b-24125) - 3 il 7 ay, 04 noyabr 2004 - 27 avqust 2007-cı illərdə neft-qaz çıxarma sahəsi rəisinin müavini - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (1 saylı Siyahı üzrə şifrəsi - 1l00000a-24125) - 1 il 1 ay 27 gün, vəzifəsində çalışdığı dövrə təsadüf edir. Üstüstə güzəştli iş stajı 13 il 3 ay 13 gün təşkil edir. Cavabdeh isə onun güzəştli iş stajını mübahisələndirməmiş, onun 1 saylı siyahıya uyğun olmasını qəbul etmişdir, çünki o, 01 yanvar 2006-cı ilə qədər məhz ümumi stajının 20 ildən az olmasını bildirmişdir, halbuki ümumi və güzəştli stajını 2 saylı siyahıya uyğun hesablasaydı, ona ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olmasını əsas gətirməliydi. Bu, belə olmayıb və cavabdehin onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün məhz 20 illik ümumi stajının olmamasını bildirmişdir. Onun güzəştli iş stajı 12 il 7 ay 23 gün təşkil edir. Əlavə olaraq, o, 14 dekabr 1984 - 28 noyabr 1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur ki, bu da 1 il 11 ay 15 gün əmək stajına bərabərdir. Bundan başqa, o, 01 sentyabr 1984-cü il tarixindən hərbi xidmətə getdiyi 14 dekabr 1984-cü il tarixinə qədər əvvəlki M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır ki, bu da 3 ay 13 gün təşkil edir. 28 noyabr 1986-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra dərs ilinin ortası olduğuna görə təhsilini 01 sentyabr 1987-ci il tarixindən davam etdirmişdir və 07 iyun 1992-ci ildə həmin ali məktəbdən məzun olmuşdur. 01 sentyabr 1987 - 07 iyun 1992-ci il tarixləri arasındakı dövr isə 4 il 9 ay 06 gün təşkil edir. Həqiqi hərbi xidmət və ali təhsil aldığım dövrdə topladığı staj ümumilikdə 7 il 03 gün təşkil edir. Həqiqi hərbi xidmət, ali təhsil və güzəştli iş stajı cəm halda 20 il 03 ay 16 gün təşkil edir ki, bu da cavabdehin onun ümumi iş stajının toplanmadığı barədə iddiasını təkzib edir. Cavabdeh hansı səbəblə onun ümumi iş stajının toplanmadığını izah etmədiyi üçün, o, belə hesab edir ki, cavabdeh onun 01 sentyabr 1984 - 07 iyul 1992-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almasını ümumi iş stajına daxil etməyə bilər. Əgər belədirsə, cavabdeh onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün lazım olan üç şərtdən ikisinin - ümumi və güzəştli əmək stajının yaranma əsaslarını, həmin dövrdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun hesablamamışdır, başqa sözlə, təhsil müddətini ümumi əmək stajına daxil etməmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajını hesablayarkən, 01.06.2000- 03.04.2004-cü növbə rəisi vəzifəsində topladığı iş stajını 1 saylı Siyahıda qeyd edilmədiyini göstərmişdir. Görünür ki, birinci instansiya məhkəməsi onun işlədiyi növbə rəisi vəsifəsinin 1 saylı Siyahıda 1100000b-24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri kriteriyasına düz gəlməməsi barədə yanlış qənaətə gəlmişdir. Çünki, 1100000b-24125 şifrəsi ilə necə adlanmasından asılı olmayaraq sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri nəzərdə tutulur. Belə ki, sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri müxtəlif neftçıxarma idarələrində müxtəlif cür adlanır, misal üçün, mərkəzi mühəndis texniki xidməti rəisi, növbə ustası, idarəetmə pultu rəisi, növbə rəisi və s. Bu adlanmalar həmin idarənin istehsal həmclərindən və istehsalat sahəsinin həcmindən, ştatların sayından və s. faktorlardan asılı olur. İddiaçı məhz eyni növ xidmətdə çalışmışdır. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, 1 aylı Siyahının adında (Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə alışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, şlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı) göstərici sözü vardır və sexlərin operativ istehsalat xidmətləri ifadəsi göstəricidir. Göstəricilər isə ümumi anlamda bir qrup işçilərin onların vəzifələrinin adından asılı olmayaraq, güzəştli kateqoriyaya aid edilməsini müəyyən edir. İddiaçının 03.04.2001-03.11.2004-cü il tarixinədək N.Nərimanov adma NQÇİ-də növbə rəisi vəzifəsində işləməsi isə, həmin vəzifə həmin neft mədənində operativ istehsalat xidmətini həyata keçirir, növbə ərzində istehsalat prosesini nizamlayır, qarşıya çıxan problemləri operativ həll edərək, istehsalatı operativ idarə edir. İddiaçı bu vəzifəyə 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsindən keçirilmişdir və bu sadəcə eyni vəzifə öhdəliklərinin növbə rəisi adı altında həyata keçirməsini nəzərdə tutub, bu səbəblə də işəgötürənin 20 may 2020-ci il tarixli güzəştli arayışı həmin dövrü də usta vəzifəsinə uyğun xarakterizə etmişdir. Həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının olmasını sübut edən digər fakt da odur ki, əmək qanunvericiliyinə uyğun olaraq həmin vəzifədə iddiaçı illik əmək məzuniyyətinə əlavə olaraq 6 günlük ödənişli əlavə, əməkhaqqına isə müəyyən faizlərə əlavələr ödənilmişdir. Birinci instansiya məhkəməsi bu məsələləri araşdırmadan 1 l00000b-24125 şifrəsi ilə 1 saylı Siyahıda qeyd edilmiş kateqoriyanı düzgün təhlil edə bilməmiş və iddiaçının hüquqlarını məhdudlaşdıran qərar qəbul etmişdir. Ona görə də iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılması və qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsinin 11.06.2019-cu il tarixli 184 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 14.12.1984-cü il tarixdən 28.11.1986-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 07 iyun 1992-ci il tarixli qərarı ilə ona dağ mədən mühəndisi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20.08.2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az təşkil etdiyi və qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 16.05.2019-cu tarixli güzəştli arayışdan görünür ki, İddiaçı: - 14.09.1992-ci il tarixdən 02.07.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742, 14.09.1992-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 02 il 09 ay 18 gün. - 03.07.1995-ci il tarixdən 10.10.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib (Əmr 312, 03.07.1995-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b23187. Güzəştli staj ixtisasa əsasən 03 ay 07 gün. - 11.10.1995-ci il tarixdən 31.05.2000-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370, 11.10.1995-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. Güzəştli staj ixtisasa əsasən 04 il 07 ay 20 gün. - 01.06.2000-ci il tarixdən 02.04.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində işləyib (Əmr 14/k, 05.06.2000-ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. Güzəştli staj ixtisasa əsasən 10 ay 01 gün. - 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində işləmişdir. - 04.11.2004-cü il tarixdən 01.01.2006-cı il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmişdir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-24125. Güzəştli staj ixtisasa əsasən 01 il 01 ay 27 gün. Arayışa əsasən güzəştli 01.01.2006-cı il tarixinə əmək stajı 09 il 07 ay 23 gün. İş materiallarında olan SOCAR «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 20.05.2020-ci tarixli güzəştli arayışdan görünür ki, İddiaçı: - 14.09.1992 - 03.07.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 742/k, 14.09.1992-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. - 03.07.1995 - 11.10.1995 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 312/k, 03.07.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. - 11.10.1995 - 31.05.2000 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr 370/k, 11.10.1995-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-15824. - 01.06.2000 - 03.04.2004 - 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyib (Əmr 14/k, 05.06.2000-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. - 04.11.2004 - 27.08.2007 - 1 saylı Neft qazçıxarma sahəsində rəis müavini vəzifəsində işləyib (Əmr 266/k, 04.11.2004-cü il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b- 24125. - 27.08.2007 – hal-hazıra kimi 1 saylı Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləyir (Əmr 281/k, 27.08.2007-ci il), bölmə 10 (bənd 2 hasilat), şifr 1100000b-23187. Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı: 12 il 8 ay 15 gün (on iki il səkkiz ay on beş gün). Yuxarıda qeyd olunmuş ixtisas dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.06.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı siyahıya əsasən güzəştli sayılır. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 14.09.1992-ci il tarixdə 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsinə qəbul edilmiş (əmr 742/k), 03.07.1995ci il tarixdə 1 saylı NQÇİ-də 12- ci dərəcəli usta vəzifəsinə keçirilmiş (əmr 312), 11.10.1995-ci il tarixdə 1 saylı NQÇİ-də 4- cü dərəcəli operator vəzifəsinə keçirilmiş (əmr 370), 01.06.2000-ci il tarixdə 1 saylı NQÇİnin 4 saylı briqadasına 12-ci dərəcəli neft qazçıxarma üzrə usta vəzifəsində keçirilmiş (əmr 14/k), 03.04.2001-ci il tarixdə 1 saylı NQÇİ-nə 13-cü dərəcəli növbə rəisi vəzifəsinə keçirilmiş (əmr 27/k), 04.11.2004-cü il tarixdə 1 saylı NQÇİ-nə rəis müavini vəzifəsinə keçirilmiş (266/k), 27.08.2007-ci il tarixində 1 saylı NQÇİ-nə usta vəzifəsinə keçirilmiş (281/k), hal-hazıra kimi orada işləyir və 14.04.2014-cü ildən 1 saylı Neft Qazçıxarma sexi 1 saylı Neft Qazçıxarma sahəsi adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 16.05.2019-cu tarixli güzəştli arayışa və iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 14.09.1992-ci il tarixdən 02.07.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində, 03.07.1995-ci il tarixdən 10.10.1995-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində, 11.10.1995-ci il tarixdən 31.05.2000-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsində, 01.06.2000-ci il tarixdən 02.04.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində, 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində, 04.11.2004-cü il tarixdən 27.08.2007-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində rəis müavini vəzifəsində işləmiş, 27.08.2007-ci il tarixdən hal-hazıra kimi 1 saylı NQÇİ-nə usta vəzifəsində işləyir. İddiaçının güzəştli stajı 01.01.2006-cı il tarixinə 09 il 07 ay 23 gün təşkil edir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının işlədiyi 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi 1 saylı Siyahıda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 20.05.2020-ci tarixli güzəştli arayışda isə iddiaçının güzəştli stajı 01.01.2006-cı il tarixinə 12 il 8 ay 15 gün göstərilmişdir. Həmin arayışda iddiaçının işlədiyi 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsi göstərilməmiş (həmin vəzifə 1 saylı Siyahıda nəzərdə tutulmamışdır), iddiaçının 01.06.2000-ci ildən 03.04.2004-cü ilədək 1 saylı Neft qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində işləməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi onu da qeyd etdi ki, iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 16.05.2019-cu tarixli güzəştli arayışda, eləcə də iddiaçının özü tərəfindən iddia ərizəsində iddiaçının 01.06.2000-ci il tarixdən 02.04.2001-ci il tarixinə qədər N.Nərimanov adına NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində usta vəzifəsində və 03.04.2001-ci il tarixdən 03.11.2004-cü il tarixinə qədər isə N.Nərimanov adına NQÇİnin 1 saylı Neft və qazçıxarma sexində növbə rəisi vəzifəsində işləməsi qeyd olunmuşdur. Belə olan halda iddiaçının güzəştli stajı 01.01.2006-cı il tarixinə 09 il 07 ay 23 gün təşkil edir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə əsasən isə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, malikdirlər. İddiaçı 1 saylı Siyahıda qeyd olunan işlərdə 10 il staja malik deyildir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçının 01.06.2000 - 03.04.2004-cü illərdə işlədiyi N.Nərimanov adına NQÇİ-də növbə rəisi vəzifəsində topladığı iş stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ veribverməməsini aydınlaşdırmaq məqsədilə apelyasiya instansiya məhkəməsi tərəfindən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuda iddiaçının neft mədənində növbə rəisi vəzifəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında 1100000b—23187 şifrəsi və ya 110000b—24125 şifrəsi ilə qeyd edilmiş vəzifələrindən hər hansı birinə uyğun olubolmaması; növbə rəisi vəzifəsi hasilat ustası vəzifəsi ilə eynilik təşkil edib-edilməməsi; növbə rəisi vəzifəsində çalışan işçilər neft hasilatı mədənlərində istehsalat proseslərində yaranmış problemlərin və istehsalat zərurətindən irəli gələn digər işlərlə bağlı olaraq operativ qərarların qəbul edib-etməməsi; həmin dövrdə növbə rəisi vəzifəsində işləyərkən İddiaçı illik ödənişli əmək məzuniyyəti günlərinə ağır iş şəraiti ilə əlaqədar 6 günlük əlavə ödənişli əmək məzuniyyəti günləri (həmin illər üzrə cədvəl şəklində göstərilməklə) təqdim edilib-edilməməsi; həmin dövrdə növbə rəisi vəzifəsində işləyərkən İddiaçı aylıq əmək haqqına ağır iş şəraiti ilə əlaqədar əmsal tətbiq edilməsi və ya əmək haqqının müəyyən faizi qədər əlavə ödəniş (həmin illər üzrə cədvəl şəklində göstərməklə) təqdim edilibedilməməsi kimi suallar qoyulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsi 09.03.2021-ci il tarixli, 10 saylı məktubunda bildirmişdir ki, İddiaçı 01.06.2000-03.04.2004-cü illərdə N.Nərimanov adına NQÇİ-də çalışdığı növbə rəisi vəzifəsi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında ya 1100000b—24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğundur. Həmin növbə rəisi vəzifəsi istehsalatın növbə ərzində operativ idarə edilməsini nəzərdə tutur. Növbə rəisi istehsalat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə növbə ərzində ortaya çıxan problemlərə adekvat həllər tapmaqla müvafiq xidmətləri (sexləri) ortaya çıxmış problemlərin həllinə yönəldir. Digər tərəfdən, gündəlik görülməli olan işlərin həyata keçirilməsini idarə edir. Növbə ərzində çalışan bütün xidmətlərin (sexlərin) işini bir-biri ilə uzlaşdırır. Növbə rəisi öz vəzifə funksiyalarını dəniz şəraitində stasionar dəniz özülləri üzərində qurulmuş neft hasilatı mədənlərində həyata keçirir. Neft mədənində növbə ərzində işləyən müxtəlif sexlərin işçiləri növbə rəisinin istehsalat zərurətindən irəli gələn operativ qərarlarını yerinə yetirməyə borcludurlar. Növbə rəisi vəzifəsinin hasilat ustası vəzifəsilə eynilik təşkil edib-etmədiyi məsələsi idarənin inzibati strukturunda baş verən dəyişikliklərdən və bu səbəblə də, vəzifə öhdəliklərində həyata keçirilən dəyişikliklərdən asılı olaraq fərqli olur. Belə ki, bəzən mədənlərdə hasilat ustaları operativ idarəetmə üzrə növbə rəisi vəzifəsini əvəz edərək, onun finksiyalarını həyata keçirir. Digər hallarda, hasilat ustası və növbə rəisi vəzifəsi ayrıayrı vəzifələr olaraq fəaliyyət göstərirlər. İddiaçı 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsinin xüsusilə ağır oması səbəbilə, illik əmək məzuniyyəti günlərinə 6 günlük əlavə ödənişli məzuniyyət günləri təqdim edilmişdir. Həmin vəzifədə çalışdığı müddət ərzində əməkhaqqına əmək şəraitinin xüsusilə ağır olması səbəbilə, əməkhaqqına 65 faiz əlavə hesablanaraq ödənilmişdir. İddiaçı 01.06.2000-03.04.2004-cü illərdə çalışdığı növbə rəisi vəzifəsi həmin dövrdə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 1100000b- 24125 şifrəsi ilə qeyd edilmiş neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri göstəricisinə tam uyğun olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsəuyğundur. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli Siyahısının 11000000, X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, 11000000 1100000b—24125, qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri; 1100000b—24125, quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Eyni zamanda, kollegiya hesab edir ki, iddiaçının 06.03.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilinin güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, yuxarıda adı çəkilən sənədlərlə iddiaçının 1984-1986-cı illərdə (02 il) hərbi xidmətdə olduğu, 1984-1992-ci illərdə ali təhsil aldığı (08 il, hərbi xidmət illəri çıxdıgda 06 il təşkil edir); 14.09.1992-03.07.1995-ci illərdə (02 il 09 ay 19 gün); 03.07.1995-11.10.1995ci illərdə (03 ay 08 gün); 11.10.1995-01.06.2000-ci illərdə 04 il 07 ay 20 gün); 01.06.2000- 03.04.2004-cü illərdə (03 il 10 ay 02 gün); 04.11.2004-01.01.2006-cı illərdə (01 il 01 27 gün) güzəştli işlərdə işlədiyi, cəmi 20 il 08 ay 16 gün ümumi iş stajı və bu stajın 12 il 08 ay 16 gün güzəştli iş stajı mövcud olduğu müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçının tələbi - onun pensiya hüququn yarandığı 30 noyabr 2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 30.11.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyada olan 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyada olan 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08.10.2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı ona 52 yaşı tamam olduğu tarixdən, yəni 30.11.2018-ci ildən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsini tələb etsə də, o, pensiyanın təyin edilməsi üçün ilk dəfə 05.08.2019-cu il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinin əlavə edilməsi barədə Qanunun qüvvəyə mindiyi 01.01.2017-ci il tarixdən sonra müraciət etdiyindən ona 30.11.2018-ci il tarixdən hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi deyil, müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsi ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçıya ödənilməmiş pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi cavabdehə həvalə edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-809/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı pensiya hüququn yarandığı 30.11.2018-ci il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçıya ödənilməmiş pensiya məbləği müraciət edilən tarixdən yəni – 05.08.2019-cu il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi vəzifəsi cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar