Məhkəmə qərarları › İş №2-1(103)-194/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-194/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-194/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “sərəncamın və tikintiyə icazənin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “sərəncamın və tikintiyə icazə sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarından 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 240 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə satılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 13384 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən 1458 kv.m. torpaq sahəsi 49 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinin kadastr göstəriciləri və planı qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinə X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 908 nömrəli reyestr kitabının 86632 nömrəli vərəqində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmiş 19/64 saylı xx.xx.2019-cu il tarixli cizgidə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X15 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha və yaşayış binasının tikintisinə icazə verilmiş 0,1458 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklərə əsasən 1458 kv.m.-in 2462 kv.m. kimi oxunması qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 18/49 saylı “xx.xx.2018-ci il tarixli aktına əlavə edilmiş cizgi”də "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X15 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə tikinti işlərinin aparılması üçün ayrılan 0.1567 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən ümumilikdə 0,2462 ha torpaq sahəsində "xxxx" MMC-yə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli 0402-1138 nömrəli məktubla bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 nömrəli və xx.xx.2019-cu il tarixli 358 nömrəli sərəncamları ilə "xxxx" MMC-yə Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1567 hektar torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və həmin əraziyə bitişik 0,0895 hektar torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin MMC tərəfindən müvafiq sənədlərin tamlığı təmin edildikdən sonra aidiyyəti qurumların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixli 38 nömrəli icazə verilmişdir. "xxxx" MMC-nin 01 iyun 2020-ci il tarixli 032/2020 saylı mütəxəssis rəyinə əsasən torpaq sahəsinin koordinatları GPS vasitəsilə ölçü işləri aparılaraq dəqiqləşdirilmiş, sahənin naturada mövcud olan hüdudları müəyyən edilmiş, müqayisəli sxem tərtib edilmişdir. Şərq tərəfdən olan sərhəd boyu aparılan tikinti işləri nəticəsində mülkiyyətçiyə məxsus sahənin təxminən 75 kv.m. hissəsi qazılmış, əraziyə müdaxilə olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə tikinti quraşdırma işləri Binəqədi Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 2(001)3222/2020 saylı qərardadı əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən dayandırılıb və hal-hazırda tikinti-quraşdırma işləri aparılmır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********09 saylı məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsinə dair müraciət əsasında torpaq sahəsinin döngə nöqtələrinin naturada koordinatları təyin edilmiş, torpaq sahəsinin 105,0 kv.m. hissəsi qonşu tərəfindən zəbt olunaraq taxta lövhələrlə hasarlanmışdır. Bundan sonra iddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 01 nömrəli sərəncamının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” ona məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olan hissədə qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Sonradan məhkəmənin qərardadı ilə X4 öldüyü üçün iddiaçı onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Daha sonra isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı onun hüquqi varisi İddiaçı adına ********** saylı xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi üçün İddiaçı əsl iddiaçı qismində tanınmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində torpaq sahəsi iddiaçıya satılmışdır. 1988-ci ildən faktiki, 2003-cü il tarixdən isə rəsmi olaraq torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyində olmuşdur. Daha sonra 25 oktyabr 2019-cu il tarixdə iddiaçının torpağa dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2018-ci ilin mart ayında "xxxx" MMC tikinti şirkətinin nümayəndələri həmin yeri "abadlıq" adı ilə söküb dağıdaraq zəbt etməyə cəhd etmiş, buna qismən nail olmuşlar. Onların hərəkətlərində ciddi qanun pozuntularının (talama və işçilərin bağdakı əşyaların oğurlanması) əlamətləri olduğundan müraciətinə əsasən polisdə araşdırma başlanmış, "xxxx" MMC-nin nümayəndəsi İlkin Şükürov tikinti-layihə sənədlərini təqdim edərək orada iddiaçının sahəsinin onun layihəsi ilə əhatə olunduğunu göstərmişdir. Lakin təqdim etdikləri sərəncamdan məlum olmuşdur ki, onlara torpaqayırma sənədi deyil, yalnız layihələndirmə işinə icazə verilmiş və Bakı şəhəri İH nəzdindəki "İnterservis" qurumu ilə torpaq sahəsinin icarə müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Buna baxmayaraq 2018-ci ildə "xxxx" MMC tikinti şirkəti iddiaçıya məxsus yerlə yanaşı olan bütün ərazini hasara alaraq içindəki ağacları kökündən çıxarmış, yaşıllığı şumlamış, iddiaçının yerinin hasarını dağıtmış, darvazanı, bağın içindəki dəmir şkafda olan əşyaları, yerdə toplanmış dəmir boruları və bağ alətlərini talamışlar. Polisdə araşdırma aparılan dövrdə onlar vurduqları ziyanı aradan qaldıracaqlarına və sahəyə toxunmayacaqlarına zəmanət versələr də, buna əməl etməmişlər. 2020-ci ilin may ayının əvvəlində həmin şəxslər bir daha əraziyə gələrək ağır texnika ilə işlərə başlamışlar. Bu şəxslərin hərəkətləri özbaşınalıq və talan, özgə əmlakı məhv etmə olmaqla iddiaçının və yaxınlarının səhhətinə sarsıdıcı zərbə olmuşdur. Hesab edir ki, şirkətə tikinti üçün şəhərsalma qaydalarına görə yerində müayinə və baxış olmadan, yerquruluşu, o cümlədən torpağın başqa hüquqlardan sərbəst olması məsələsi dəqiq öyrənilmədən nə ayrıc aktı və ya başqa sənəd verilə bilməzdi. Məlumdur ki, ayrıc aktı yer naturada təhvil verilməklə imzalanır. Heç bir halda xüsusi mülkiyyətdə olan torpaq sahəsinə icazə verilə bilməzdi. Heç bir sənəd, o cümlədən yanlış tərtib olunmuş sənəd özgənin xüsusi mülkiyyətinə zorakılıqla daxil olmağa, dağıtmağa əsas vermir. Beləliklə, cavabdehlərin vermiş olduğu icazə sənədlərinə əsaslanaraq "xxxx" MMC açıq şəkildə, bilərəkdən iddiaçının xüsusi mülkiyyətində olan əmlakını məhv etmişdir. Hesab edir ki, verilmiş icazələr qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 38 nömrəli “Obyektin tikintisinə icazə” sənədini təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilənin və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№ 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2824/2023 saylı 10 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qəbul etdiyi 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərardan narazı qalan 3-cü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işin varlığından məlumatları olmamışdır. Belə ki, məhkəmə tərəfindən onlara nə poçt vasitəsi ilə, nə də ki, sms vasitəsi ilə məlumat verilməmiş, eyni zamanda iş haqqında məlumatlar nə MMC-nin elektron kabinetinə, nə də ki, nümayəndənin elektron kabinetinə əlavə edilməmişdir. İnzibati məhkəmənin icraatında paralel olaraq MAP MMC-nin hazırki iddiaçının qeyd edilən torpaq sahəsinin Bələdiyyə sənədi mübahisələndirilməsinə dair, eyni zamanda ayrı iddia ilə iddiaçının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı və digər hakimlərin icraatında daha 3 işin olmasına, hakimə həmin işlər üzrə bəzi sənədlərin surətlərinin verilməsinə, hakimin onlara istinad etməsinə, həmin işlərdə ünvan, nömrə və digər məlumatların olmasına baxmayarq məhkəmə onlara məlumat verməyə cəhd belə etməmişdir. Məhkəmə qətnaməni qəbul edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən torpaq sahəsi üçüncü şəxsə istifadəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt iddiaçının mülkiyyətində olmuş ərazidən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini icarəyə verə bilərdi. Dövlət mülkiyyətində olan torpaqların idarə olunmasında dövlətin maraqlarını təmsil edən cavabdehlər üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyi daşıyırdılar (Mülki Məcəllənin 572.1-ci maddəsi). İddiaçının istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair mübahisələndirilən sənədlər iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan ona aid hissədə qanunsuz olmuşdur. İddiaçı Binəqədi Rayon məhkəməsinə müraciət edərək (hakim Nigar Nəbizdaə, 2(001)-25/2023) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” müəyyən edilmiş hüdudlarında cavabdeh "xxxx" MMC tərəfindən aparılmış tikintinin onun hesabına sökülməsi, torpaq qatının tam bərpası, möhkəmləndirmə işinin görülməsi, sahənin hasarının və darvazasının cavabdeh "xxxx" MMC tərəfindən yenidən qurulması, qanunsuz layihə təsdiqi ilə 2018-ci ilin mart ayından bugünədək hasar və darvazanın sökülməsi nəticəsində baxımsız qalaraq yararsız hala gəlmiş bağın (torpaq sahəsinin) məhv olmuş bitkilərinin yenidən salınması, bağdan aparılmış 2.500 manat dəyərində əşyaların (dəmir şkaf, bağ alətləri, borular və sair) dəyərinin iddiaçıya ödənilməsi vəzifə və öhdəliklərinin "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması, mülkiyyətdən istifadədən məhrum etdikləri üçün 2.000.000 manat təzminatın iddiaçıya ödənilməsi vəzifə və öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, qanunsuz hərəkətlər nəticəsində dəymiş 200.000 manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi vəzifə və öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, kompensasiya tələb olunduğundan hazırki iş üzrə icraat dayandırılmalı idi və ya iddia rədd edilməli idi. Onlar tərəfindən bina tam olaraq inşa edilmiş, inşası bitmiş, mənzillər müxtəlif vətəndaşlara tam olaraq satılmış, 15-ə yaxın mənzil şəhid ailələri, müharibə əlilləri, dövlət fondlarına verilmişdir. İddiaçı tərəfindən Reyestr xidmətindən torpaq sahəsinin plan ölçüsü alınarkən Bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin plan ölçüsündən fərqli yerdən plan ölçü alınmış, torpaq sahəsi sürüşdürülmüşdür. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, baxılan işdə cavabdehlərin qəbul etdikləri istisnasız olaraq bütün inzibati aktları və inzibati orqanların hərəkətləri əvvəldən qanunsuzdur. Cavabdehlər İcra Hakimiyyətinə tamamilə aidiyyəti olmayan torpaq sahəsi üzrə aktlar qəbul etmiş, qanunsuz söküntü-tikinti işlərinə bir növ əsas yaratmaqla, rəvac verməklə qanunsuz hərəkətlər etmiş, vaxtında iddiaçı tərəfindən məlumatlandırılmalarına, eləcə də hələ 2020ci ildə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə baxmayaraq hərəkətlərini dayandırmamış, inzibati aktı geri çağırmamış (İPM 64.2 mad.), apellyasiya şikayəti vermiş MMC-nin başqa şəxsin Konstitusiya ilə qorunan mülkiyyətinə qəsd etməyə zəmin yaratmış, öz hərəkətləri ilə bunda həmiştirakçı olmuşlar. İş materiallarından göründüyü kimi, ərazi Bələdiyyənin mülkiyyəti olmuş, vaxtilə qanunvericiliyin tələblərinə uyğun müəyyən hissəsi (0,240 ha) vətəndaş C.Ə.Azadəliyevə satılmış və sonuncunun hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh isə torpağa dair heç bir hüquqi səlahiyyətə malik olmayıb və onun "xxxx" MMC-yə dair verdiyi sənədlər də əhəmiyyətsizdir, puçdur. Bundan başqa, AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə (25-27-ci, 30-cu maddələr) bu işlər aşkar aparılmalıydı, ictimaiyyət məlumatlandırılmalıydı. Nəinki, bu edilməyib, hələ 2017-ci ildən məlumatlı olan (baxın iş materiallarına) İcra Hakimiyyəti mülkiyyətdə olan torpaqla bağlı mülkiyyətçi tərəfindən xəbərdar edilməsinə baxmayaraq, qurum gizlin iş görməklə bu faktın üstündən keçərək hərəkətlərini edibdir (sərəncam verib, qanunsuz icarə müqaviıləsi bağlayıb, Ayrıc aktı imzalayıb), digər cavabdeh isə Tikintiyə icazə imzalayıb. Bunlar hamısı korrupsiyanın təzahüridir. Bundan başqa, Abadlaşdırma və layihələndirmə adı ilə verilən sərəncamlar özü-özlüyündə qanunun aşmağın bir nümunəsidir və qanunsuz torpaqayırma və tikinti icazəsinə zəmin yaradan bir addım olmuşdur. Belə ki, AR Şəhərsalma Məcəlləsinin 42-43cü maddələrindən görünür ki, qanunverici bu işin görülməsini torpağın mənsubiyyətindən asılı olaraq və müvafiq olaraq yerli icra hakimiyyəti orqanına (və ya onun müəyyən etdiyi quruma) və bələdiyyələrə aid etmişdir. Başqa cür ola da bilməz. O da nəzərə alınmalıdır ki, MAP MMC heç bir abadlıq işi görməyib və görməyəcəydi də. O, yalnız öz qanunsuz tikintisini aparmaq üçün başqasının mülkiyyətinə qəsd edib və bu abadlıq adı ilə verilmiş sərəncam qanunsuzluğu pərdələmək və zəmin yaratmaq məqsədi güdüb. Tikintiyə torpaqayırma işində nə Torpaq Məcəlləsi, nə də ki, Şəhərsalma Məcəlləsi bu cür “qabaqlayıcı” sərəncamın verilməsini nəzərdə tutmur. Abadlıq – abadlıqdır, abad edilən ərazidə tikinti icazəsi verilirsə - bu iftira və saxtakarlıqdır. Xüsusən də nəzərə alınsa ki, Şəhərsalma Məcəlləsinin 75-ci maddəsi və Torpaq Məcəlləsinin 43-cü və 65-ci maddələrinin tələblərinə cavabdehlər tərəfindən bilərəkdən əməl edilməmişdir. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək və iddia tələbinin dəlillərinə uyğun izahat verərək, MAP MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamının, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair verilmiş ərizə icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs "xxxx" MMC və digər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs "xxxx" MMC-nin və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Cəbrayıl Azadəliyev mübahisələndirilən xx.xx.2019-cu il tarixli 358 saylı sərəncam və 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi barədə məlumatı olan kimi xx.xx.2020-ci il tarixdə inzibati məhkəmə icraatı qaydasında hazırki iddianı qaldırmışdır. Sonradan iddiaçı əsl iddiaçı olan oğlu İddiaçı ilə əvəz olunmuş və sonuncu tərəfindən iddia tələbi dəqiqləşdirilərək, xx.xx.2019-cu il tarixli 358 saylı sərəncam və 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin qismən etibarsızlığı tələb olunmuşdur. Məhkəmə kollegiyası hazırki iddia tələbi üzrə iddiaçının hüquqi marağının mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı ilkin iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləgv edilməsi” barədə olmuş və həmin iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının etdiyi hüquqi yardıma əsasən iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, MAP MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamının, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildikdən sonra işin baxışının başqa vaxta keçirilməsinə lüzum görməmiş, belə ki, bu zaman Kollegiya ona əsaslanmışdır ki, əvvəlki iddia tələbinin predmeti ilə sonuncu iddia tələbinin predmeti eynilik təşkil edir, yəni hər iki tələbdə iddiaçı nəticə etibarilə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamını və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədini mübahisələndirir, hətta sonuncu dəfə təqdim olunan dəqiqləşmə ərizəsində iddiaçının nümayəndəsi iddia tələblərini azaldaraq, əvvəlki tələbində qoyduğu- Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamını, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqaviləni mübahisələndirməmişdir. Beləliklə, əvvəlki iddia tələbi ilə sonuncu “iddianın dəqiqləşdirilməsi” barədə verilmiş ərizə arasındakı fərq yalnız iddia tələbinin hüquqi əsaslandırması (əvvəlki tələb “mübahisələndirmə haqqında iddia” növünə aid olduğu halda, sonuncu tələb “müəyyən etmə və tanınma haqqında iddia” növünə aid olmuşdur) ilə bağlı olmuşdur. Bu səbəbdən Kollegiya iddia tələbinin hüquqi əsaslandırmasına görə dəqiqləşdirilməsi (həmçinin tələblərin azaldılması) ilə bağlı verilmiş ərizəyə görə məhkəmə iclasının yenidən başqa vaxta keçirilməsini zəruri hesab etməmişdir. Kollegiya bu zaman həm də hazırki inzibati işin məhkəmə icraatında uzun zaman davam etməsini və nəhayət bütün zəruri araşdırmalar aparıldığından, bu araşdırmaların da məhkəmə tədqiqatının tamamlanması üçün yetərli olduğunu da nəzərə almışdır. Məhkəmə kollegiyası iddiaçının sonuncu dəfə verdiyi iddia tələbinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmiş 19/64 saylı xx.xx.2019-cu il tarixli cizgidən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X15 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha və yaşayış binasının tikintisinə icazə verilmiş 0,1458 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə "xxxx" MMC-yə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli 0402-1138 nömrəli məktubla bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 nömrəli və xx.xx.2019-cu il tarixli 358 nömrəli sərəncamları ilə "xxxx" MMC-yə Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1567 hektar torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və həmin əraziyə bitişik 0,0895 hektar torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin MMC tərəfindən müvafiq sənədlərin tamlığı təmin edildikdən sonra aidiyyəti qurunların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixli 38 nömrəli icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********09 saylı məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsinə dair müraciət əsasında torpaq sahəsinin döngə nöqtələrinin naturada koordinatları təyin edilmiş, torpaq sahəsinin 105,0 kv.m. hissəsi qonşu tərəfindən zəbt olunaraq taxta lövhələrlə hasarlanmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********59 saylı məktubunda bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı idarənin mütəxəssisi qeyd olunan ünvanında olmuş və göstərilən torpaq sahəsinin koordinatları müəyyənləşdirilərək göstərilmişdir (sənəd üzrə 240.0 kv.m-faktiki 135.0 kv.m). Bundan başqa X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 240.0 kv.m torpaq sahəsi tamamilə “Map MMC-nin icarəsinə verilmiş 0.1567 ha torpaq sahəsinin ayrıc aktının daxilində yerləşir. Həmçinin "xxxx" MMC tərəfindən inşa edilmiş tikililərin bir hissəsi mülkiyyətdə olan torpaq sahəsinin mübahisəli 135.0 kv.m hissəsində yerləşir. “MAP MMCnin icarəsinə ayrılmış torpaq sahəsi və tikililər barədə elektron kadastr baza və qeydiyyat kitabında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********55 saylı mütəxəssis rəyindən görünür ki, göstərilən sahə faktiki olaraq 235,0 kv.m təşkil etməklə sərhədləri iki tərəfdən mişar daş hasarla, bir tərəfdən mişar daş hasar və üzərindəki tikilinin çöl divarı ilə, bir tərəfdən isə üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının çöl divarı ilə sərhədlənib (sahənin üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsinin müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem (koordinatlar göstərilməklə) əlavə olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Hazırki iş üzrə sözügedən halların ətraflı araşdırılması məqsədilə birinci instansiyası məhkəməsi tərəfindən yerli baxış keçirilib mütəxəssis rəyi alınaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7138 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının göstərdiyi sahə faktiki olaraq 235,0 kv.m təşkil etməklə sərhədləri iki tərəfdən mişar daş hasarla bir tərəfdən mişar daş hasar və üzərindəki tikilinin çöl divarı ilə, bir tərəfdən isə üzərindəki mövcud olan çoxmərtəbəli yaşayış binasının çöl divarı ilə sərhədlənib (sahənin üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan 114,0 kv.m sahə bir tərəfdən üzərindəki çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, üç tərəfdən isə şərtidir. Sənəd üzrə sahədən kənarda qalan 10,0 kv.m torpaq sahəsi iki tərəfdən üzərində mövcud olan çoxmərtəbəli yaşayış binasının bir hissəsinin çöl divarı ilə, iki tərəfdən şərtidir. Sahələrin üst-üstə düşməsinin müəyyən edilməsi barədə faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem (koordinatlar göstərilməklə) mütəxəssis rəyinə əlavə edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən mühəndis-texniki ekspertizasının keçirilməsi ilə bağlı verilmiş rəydə mübahisəli hallara tam aydınlıq gətirilmədiyinə görə işin apellyasiya baxışı zamanı 2-1(103)-2824/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərardadla iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertə X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,024 ha torpaq sahəsinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən "xxxx" MMC-nin istifadəsinə ayrılmış yaşayış binasının tikintisi üçün 0,1567 ha və abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün 0,0895 ha torpaq sahələrinin daxilində yerləşib-yerləşməməsi, tam və ya qismən üst-üstə düşdüyü halda, məhz hansı hissədə (hər tərəfdən neçə kv.m. hissədə dəqiq göstərilməklə) üst-üstə düşməsinin müəyyən edilməsi tapşırılmaqla ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin rəyi məhkəməyə daxil olmuş və rəydə bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.0240 ha olsa da, faktiki olaraq hasarlanmış sahə 0.0235 ha təşkil edir. Bundan əlavə ərazidə mübahisəli sahə mövcuddur (0.0124 ha). Faktiki mişar daş hasarla hasarlanmış 0.0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur (sahə üzərində yaşıl ağaclar mövcuddur). Mübahisəli olan sənəd üzrə sahənin 0.0114 ha və sənəd üzrə sahədən kənarda qalan 0.001 ha torpaq sahəsi üzərində (digər şəxslərə məxsus sahə üzərində mövcud olan) çoxmərtəbəli yaşayış binasının (11 mərtəbəli) bir hissəsi yerləşir. Həmçinin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin rəyi məhkəməyə daxil olmuş və rəydə bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.0240 ha olsa da, faktiki olaraq hasarlanmış sahə 0.0235 ha təşkil edir. Bundan əlavə ərazidə mübahisəli sahə mövcuddur (0.0124 ha). Sualda qeyd olunan digər məsələ ilə bağlı aidiyyəti üzrə dövlət qurumuna müraciət edilməsi məqsədəuyğundur. Faktiki mişar daş hasarla hasarlanmış 0.0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli olan sənəd üzrə sahənin 0.0114 ha və sənəd üzrə sahədən kənarda qalan 0.001 ha torpaq sahəsi üzərində (digər şəxslərə məxsus sahə üzərində mövcud olan) çoxmərtəbəli yaşayış binasının (11 mərtəbəli) bir hissəsi yerləşir. Yuxarıda qeyd olunduğu kimi, faktiki mişar daş hasarla hasarlanmış 0.0235 ha torpaq sahəsinin üzərində tikili yoxdur. Mübahisəli olan sənəd üzrə sahənin 0.0114 ha və sənəd üzrə sahədən kənarda qalan 0.001 ha torpaq sahəsi üzərində (digər şəxslərə məxsus sahə üzərində mövcud olan) çoxmərtəbəli yaşayış binasının (11 mərtəbəli) bir hissəsi yerləşir. Bundan sonra xx.xx.2024-cü il tarixdə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizasının aparılması üçün iş materialları təkrarən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/3362 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəydə qeyd olunur ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,024 ha torpaq sahəsinin (241.6 m2) 230,67 kv.m hissəsi Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən "MAP” MMC-nin istifadəsinə ayrılmış yaşayış binasının tikintisi üçün 0,1567 ha torpaq sahəsinin daxilində, 10,93 kv.m hissəsi isə yaşıllaşdırma işlərinin aparılması üçün "MAP” MMC-nin istifadəsinə ayrılmış 0,0895 ha torpaq sahəsinin (sahəsi 100 kv.m hissənin) daxilində yerləşir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat aşkar olmalıdır. 25.2-ci maddəsinə əsasən sifarişçi ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin etməyə borcludur. 25.3-cü maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraat zamanı fiziki və ya hüquqi şəxslərə, müvafiq dövlət orqanlarına və digər aidiyyəti qurumlara öz mövqelərini ifadə etmək, etiraz və təkliflərini bildirmək üçün imkan yaradılmalıdır. 26-cı maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması üzrə icraatın aşkarlığını təmin edən prosedurlar aşağıdakılardır: 26.0.1. ərazi planlaşdırılması barədə məlumat verilməsi; 26.0.2. ictimaiyyətin ərazi planlaşdırılması sənədlərinin layihələri ilə tanış olmaq imkanının yaradılması; 26.0.3. ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılması; 26.0.4. ictimai müzakirələrin keçirilməsi. 27.1-ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən mümkün qədər əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir. 30.1- ci maddəsinə əsasən ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur. 30.2- ci maddəsinə əsasən Sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilmiş dəyişiklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirənin iştirakçılarına məlumat verir. 40-cı maddəsinə əsasən abadlaşdırma tədbirləri əvvəlcədən mülkiyyətçilər və digər maraqlı şəxslərlə müzakirə edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyələr abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxslərə lazımi məsləhətlər verir. Dövlət və ya bələdiyyə abadlaşdırmada könüllü olaraq iştirak edən maraqlı şəxsləri həvəsləndirə bilər. 42.1-ci maddəsinə əsasən abadlaşdırma üçün hazırlıq işləri müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən görülür. Hazırlıq işlərinə aşağıdakılar daxildir: 42.1.1. hazırlıq xarakterli tədqiqatların aparılması; 42.1.2. abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi; 42.1.3. abadlaşdırma tədbirlərinin müəyyənləşdirilməsi; 42.1.4. abadlaşdırma tədbirlərinin həcmi və müddətinin müəyyən edilməsi; 42.1.5. nəzərdə tutulan abadlaşdırmanın müzakirəsi; 42.1.6. abadlaşdırma planı. 42.2-ci maddəsinə əsasən abadlaşdırılmalı ərazi müəyyənləşdirilməzdən əvvəl hazırlıq işləri qismində nizamasalma və tikinti ilə bağlı ayrı-ayrı tədbirlər həyata keçirilir. 43.1-ci maddəsinə əsasən abadlaşdırma tədbirlərinin həyata keçirilməli olduğu hər hansı ərazi müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazi qismində müəyyənləşdirilir. Abadlaşdırılmalı ərazi bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan abadlaşdırma tədbirlərinin mümkün qədər daha səmərəli yerinə yetirilməsi baxımından müəyyən edilməlidir. Abadlaşdırılmalı ərazi hüdudlarında abadlaşdırma tədbirlərinin toxunmadığı ayrı-ayrı torpaq sahələri müəyyən edilir. 43.2-ci maddəsinə əsasən abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırma barədə qərar qəbul edilir. Qərarda həmçinin abadlaşdırılmalı ərazinin hüdudları, yerinə yetirilməsi nəzərdə tutulmuş abadlaşdırma tədbirləri, onların həcmi və yerinə yetirilməsi müddəti göstərilməlidir. 43.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya müvafiq bələdiyyə tərəfindən abadlaşdırılmalı ərazinin müəyyənləşdirilməsini əsaslandıran hesabat hazırlanmalıdır. 44.1-ci maddəsinə əsasən abadlaşdırma barədə qərar müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən təsdiq edilməlidir. 44.3-cü maddəsinə Abadlaşdırma barədə qərar təsdiq edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə tərəfindən elan olunmalıdır. 69.7 -ci maddəsinə Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2-ci maddəsinə əsasən Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı,ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.5-ci maddəsinə əsasən Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6-cı maddəsinə əsasən Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.9-cu maddəsinə əsasən Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11-ci maddəsinə əsasən Tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.15-ci maddəsinə əsasən Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 76.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2-ci maddəsinə əsasən Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3-cü maddəsinə əsasən Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.1-ci maddəsinə əsasən Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə;... 92.6-cı maddəsinə əsasən Tikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 97.1-ci maddəsinə əsasən Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. 43.1-ci maddəsinə əsasən yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 43.3-cü maddəsinə əsasən yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 43.4-cü maddəsinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 51.6-cı maddəsinə əsasən Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65.3-cü maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65.6-cu maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65.7-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65.8-ci maddəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırki işdə aparılan araşdırmalar və keçirilmiş ekspertizalar nəticəsində müəyyən olunur ki, X1 (hazırda iddiaçının) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,024 ha torpaq sahəsinin 10,93 kv.m. hissəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamı ilə yaşıllaşdırma işlərinin aparılması üçün "MAP” MMC-nin istifadəsinə ayrılmış 0,0895 ha torpaq sahəsinin daxilində, eləcə də X1 (hazırda iddiaçının) mülkiyyətində olan 0,024 ha torpaq sahəsi bütövlükdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi əsasında "MAP” MMC-yə bina tikintisi üçün ayrılmış 0,2462 ha torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək və digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspertlər düzgün nəticəyə gəlmişlər və onların verdikləri rəyləri mötəbər sübut kimi qəbul etmək olar. Beləliklə, mübahisələndirilən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamı (10,93 kv.m hissədə), eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”nin (0,024 ha hissədə) iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh Bakı şəhər İH yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına, digər cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi isə yalnız öz səlahiyyətləri çərçivəsində başqalarının hüquqlarından azad olan sahədə tikintiyə icazə sənədi vermək hüququna malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinə (0,024 ha) münasibətdə sərəncam, o cümlədən tikintiyə icazə vermək səlahiyyətinə malik olmadıqları nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxsə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. Digər cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi isə öz səlahiyyətlərindən kənara çıxmaqla, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində iddiaçının (sərəncam verildiyi vaxt isə mərhum atasının) sərəncamvermə hüququnun olduğunu nəzərə almadan özü, qanunsuz və əsassız olaraq üçüncü şəxs tərəfindən tikinti aparılmasına icazə vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdehlər tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında yuxarıda göstərilən qaydada sərgilənmişdir (2-1(102)- 1414/2023 saylı xx.xx.2023-cü il tarixli və 2-1(102)-1261/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar) “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Hazırki işdə inzibati orqanlar tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam və tikintiyə icazə sənədi qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam və tikintiyə icazə sənədi birbaşa iddiaçının atasının (hazırki halda isə iddiaçının) mülkiyyət hüququna toxunur, iddiaçının atası Cəbrayıl Azadəliyev həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqanlar tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqanlar təqdim edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri o cümlədən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin prizması baxımından yoxlamadan, iddiaçıya hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməyi təklif etməmiş, iddiaya “mübahisələndirmə haqqında” iddia kimi baxaraq, hətta mülki əqd hesab olunan müqavilələrə inzibati məhkəmə icraatında qiymət verərək mahiyyəti üzrə qərar qəbul etməklə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya onu da qeyd edir ki, işdə verilmiş ekspert rəylərində mübahisələndirilən inzibati aktların iddiaçının atası Cəbrayıl Azadəliyevin adına verilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə müəyyən hissələrdə üst-üstə düşməsinin göstərilməsi hazırki iddiaçıya, yəni X5 Azadəliyevə münasibətdə də keçərlidir. Belə ki, əvvəlki iddiaçı Cəbrayıl Azadəliyevin adına xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş 0,024 ha torpaq sahəsi onun vəfatından sonra hüquqi varisi İddiaçı adına keçmişdir ki, bu zaman da yuxarıda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları üzərindəki hüquqlar eyni qaydada hazırki iddiaçı olan İddiaçı ötürülmüşdür. Bu baxımdan İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia işin apellyasiya baxışı zamanı verilmiş dəqiqləşdirmə ərizəsinə uyğun şəkildə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilən "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli 358 saylı sərəncamı 10,93 kv.m. hissədə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi 0,024 ha hissədə etibarsız hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia işin apellyasiya baxışı zamanı verilmiş “iddianın dəqiqləşdirilməsi” barədə ərizəyə uyğun şəkildə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilən "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamı 10,93 kv.m. hissədə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi 0,024 ha hissədə etibarsız hesab edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar