Məhkəmə qərarları › İş №2-1(103)-1941/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1941/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1941/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxslər X4 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxslər: X4 və X5) “çıxarışın və müqavilənin ləğv edilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 989/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və RX seriyalı 64853 saylı çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 13 ünvanında 0,3823 ha torpaq sahəsində yerləşən 13 nömrəli 1 mərtəbəli binada yerləşən 59,0 kv metr ümumi, 40,5 kv metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı adına 1 otaq y/s – 10.0 kv metr, X2 adına 2 otaq y/s – 30,5 kv metr daşınmaz əmlakın dövlət reyestrində 710 nömrəli reyestr kitabının 66629 nömrəli vərəqində qeydiyyata alınmışdır. X4 və oğlu X5 arasında Bakı şəhəri 13 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən iddiaçının razılığı olmadan birinci payını ikinciyə bağışlamışdır. Habelə iddiaçının razılığı olmadan ümumi istifadədə olan yardımçı sahə də onun oğluna keçmişdir. Bununla bağlı RX seriyalı, 64853 nömrəli yeni çıxarış verilmişdir. Sonradan həmin müqavilə, müqavilə tərəflərinin bağladıqları saziş əsasında ləğv edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddiası mümün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaə ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə baxışı zamanı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Suriddin Rəhimov iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Alim Rəhimov iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisi məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan digər cavabdehin və iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəmə qeyd etmişdir ki, Məhkəmə inzibati məhkəmə icraatının gedişatı zamanı iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif etsə də iddiaçının iddia tələbinə dəyişiklik etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı Notariat ofisinin məhkəmənin sorğusuna verdiyi cavaba və “xx.xx.2019-cu il tarixli “Müqavilənin ləğvi barədə saziş”ə əsasən X4 və X5 arasında Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən xx.xx.2017-ci ildə 4-Ə-14 reyestr nömrəsi ilə təsdiq edilmiş mənzili bağışlama müqaviləsi üzrə vəzifə və öhdəliklərə xitam verilmişdir, bağışlama müqaviləsi ləğv edilmişdir. Belə olan halda hazırda iddiaçı ilə cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisi arasında xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin ləğvi ilə bağlı mübahisə qalmamışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il taruxli, 4 №li qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-989/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar