Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1942/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)- 187/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı 57 yaşdan, yəni 06 sentyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-166/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3154/2020 nömrəli qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 06 sentyabr 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu 06 sentyabr 2016-ci il tarixinə kimi 27 ildən çox ümumi, 25 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 08 yanvar 2020-ci il tarixli **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, əmək kitabçasındakı qeydlərdə göstərilən əmək stajı topladığı müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir və bu səbəblə də ona güzəştli şərtlərlə pensiya təyinatı aparmaq mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxxxxxx 1959-cu ildə Bakı şəhərində doğulmuşdur, hal-hazırda Bakı şəhəri, Şahtaxtinski küçəsi, ev 11-də yaşayır. Orta təhsilini başa vurduqdan sonra 15 noyabr 1977-12 noyabr 1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 fevral 1980-ci ildə 4 nömrəli Bakı Yük Avtobazasında elektrik-qaz qaynaqçısı şagirdi kimi əmək fəaliyyətinə başlamışdır. 09 iyul 1980-ci ildə 1-ci dərəcəli qaz qaynaqçısı, 01 aprel 1981-ci ildə həmin peşədə 2-ci dərəcə verilib. 10 yanvar 1982-ci ildə 4 nömrəli Bakı Yük Avtobazası adı dəyişilərək 8 nömrəli X2 adlandırılmışdır. 01 oktyabr 1987-ci ildə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmişdir. 13 iyun 1997-ci ildə 8 nömrəli X2 Baktrans Səhmdar Cəmiyyətinə çevrilmişdir. 31 mart 1999-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. 01 aprel 1999-cu ildə FİDCO LTD şirkətinə 3-cü dərəcəli qaz qaynaqçısı keçirilmiş və 04 yanvar 2006-cı ildə öz təşəbbüsü ilə işdən azad olunmuşdur. Əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 06 sentyabr 2016-cı il tarixinə qədər 37 ildən çox ümumi, 25 il 5 ay güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan - Siyahı) uyğun olaraq, 09 iyul 1980-31 mart 1999-cu illərdə 4 nömrəli Bakı Yük Avtobazasında (sonradan 8 nömrəli X2 və daha sonra Baktrans Səhmdar Cəmiyyəti adlandırılmışdır) qaz qaynaqçısı (Siyahıda-
35. Ümumi peşələr- qaz qaynaqçıları)- 18 il 08 ay 23 gün, 01 aprel 1999-04 yanvar 2006cı illərdə FİDCO LTD şirkətində qaz qaynaqçısı (Siyahıda-35. Ümumi peşələr- qaz qaynaqçıları) - 06 il 09 ay 03 gün olmaqla yaranmışdır. Ümumilikdə, onun 57 yaşı tamam olduğu 06 sentyabr 2016-cı ilə kimi üst-üstə 25 il 05 ay 26 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı vardır. 1980-2006-cı illər arası dövrdə işlədiyi müəssisələrin arxivlərinin həmin müəssisələrin istər hüquqi varislərinə, istərsə də Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilməməsi onun günahı deyildir. Cavabdeh onun müraciətinə imtina məktubunda onun güzəştli iş stajına irad tutmamışdır. Hesab edir ki, bu hazırki iddia işində mübahisələndirilməyən haldır. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-187/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" X5 xx.xx.1998-ci ildə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçının 1998-ci ilə qədər işləmiş olduğu müəssisələrin fəaliyyəti öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçının iş stajına dair arayış da təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. O, xx.xx.1980xx.xx.1981-ci il tarixədək 4 saylı Bakı X6 qaynaqçı şagirdi, birinci dərəcəli qaz qaynaqçısı, ikinci dərəcəli qaz qaynaqçısı, xx.xx.1982-xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sənayə-Ticarət İTB Yük avtomüəssisəsində (xx.xx.1982-ci ildə 4 saylı Bakı Yük Avtomobil Bazasının adı dəyişdirilib Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sənayə-Ticarət İTB Yük avtomüəssisəsi qoyulmuşdur) 3-cü dərəcəli qaz qaynaqçısı, xx.xx.1997-xx.xx.1999-cu il tarixədək "xxxx" Səhmdar Cəmiyətində (xx.xx.1997-ci ildə 8 saylı YAM adı dəyişdirilib "xxxx" Səhmdar Cəmiyəti qoyulmuş) 3-cü dərəcəli qaz qaynaqçısı, 01. 04.1999-cu ildən xx.xx.2006-cı ilədək "xxxx" Firmasında 3-cü dərəcəli qaz qaynaqçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, MA-63 nömrəli məktubdan görünür ki, Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat” idarəsinin 8 №li X2nin 1980-1982 və 1982-1997-ci illər üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 5/2261 nömrəli məktubdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin, "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Filial tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, idarəyə təqdim etdiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ona dair xx.xx.2019-cu il tarixli, MA-63/19 nömrəli arxiv arayışında Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat” idarəsinin 8 №-li X2nin 1980-1997-ci illər üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa adıçəkilən nazirliyin ona dair xx.xx.2019-cu il tarixli, 5/2261 nömrəli arxiv arayışında "xxxx" Səhmdar Cəmiyyətinin, "xxxx" firmasının sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 aprel 2020-ci il tarixli, **********596400 nömrəli məktubdan görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" X5 xx.xx.1998-ci ildə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 avqust 2021-ci il tarixli, **********40400 nömrəli məktubdan görünür ki, "xxxx" AC xx.xx.1998-ci il tarixdə "xxxx" X11 Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2020-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarı ilə "xxxx" ASC kimi adlandırılmışdır. İdarədə olan reyestr məlumatlarına əsasən bildirilir ki, "xxxx" X5 isə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilir ki, "xxxx" ASC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları onun xx.xx.2011-ci il tarixli müraciətinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılmış, xx.xx.2016-cı il tarixdə yenidən aktivləşmiş, xx.xx.2016-cı il tarixli müraciətinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək dayandırılmış, lakin daha sonra xx.xx.2020-ci il tarixdə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən yenidən aktivləşmişdir. "xxxx" X1 fəaliyyəti və digər vergi tutulan əməliyyatları isə onun xx.xx.2010-cu il tarixli müraciətinə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılmış və xx.xx.2015-ci il tarixdə yenidən aktivləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********011700 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv, "xxxx" ASC-nin (VÖEN **********) isə fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Azərbaycan Avtomobil Nəqliyyatı və X7 Həmkarlar İttifaqı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 95/08 nömrəli məktubdan görünür ki, onun güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə əlaqədar AHİK-ə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinə Avtonəqliyyat və X7 Həmkarlar İttifaqının mütəxəssisləri tərəfindən araşdırılmışdır. Nəzərinə çatdırılır ki, ərizəsində qeyd etdiyi sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 35-ci il bölməsində Ümumi peşələr sırasında uyğunluğu öz əksini tapmışdır. Yəni həmin bölmədə onun çalışdığı peşəyə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olmuş müraciətinə baxılmışdır. Müraciətinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci (ümumi peşələr) bölməsində “qaz qaynaqçıları və kəsməkdə və əli ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” peşələri əmək şəraiti xüsusilə zərərli və ağır olan iş kimi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ona dair xx.xx.2019-cu il tarixli, MA-63/19 nömrəli məktubunda Bakı 4 №-li Yük Avtobazasının və “Bakısənayeticarətnəqliyyat” idarəsinin 8 №-li X2nin 1980-1997-ci illər üzrə sənədləri Nazirliyin Mərkəzi Arxivinə təhvil verilmədiyini bildirmişdir. Bundan başqa Milli Arxiv İdarəsinin ona dair xx.xx.2019-cu il tarixli, 5/2261 nömrəli məktubunda "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" firmasının sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmadığından onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələblərinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olubolmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və “g” bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan müddətin arxiv sənədlərinin olmaması səbəbindən iş stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Məhkəmə İşəgötürənlər tərəfindən müvafiq sənədlərin saxlanılması üçün arxivə verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. İş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı iddiaçının güzəştli iş stajına dair arayışın əldə edilməsi üçün tərəfindən iddiaçının işləmiş olduğu "xxxx" ASCyə və "xxxx" MMC-yə məhkəməyə məlum olan ünvanları üzrə müvafiq sorğular göndərilsə də həmin sorğulara cavab alınması mümkün olmamışdır. Həmin müəssisələrin vergi orqanlarına məlum olan ünvanlarda fəaliyyət göstərmədiyi, həmçinin "xxxx" ASC-nin fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahının XXXİİİ Bölməsinin 2320000-11620 şifrində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci Bölməsində “qaz qaynaqçısı” peşəsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. İddiaçı da tələbində ona təyin ediləcək pensiyanın müraciət etdiyi xx.xx.2019-cu il vaxtdan əvvəlki 3 il nəzərə alınmaqla, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-187/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Azər Hüseynov