Məhkəmə qərarları › İş №2-1(103)-1942/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1942/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1942/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019- cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Qeyd edilən silinmələrin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən cavabdehə məktub göndərilmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmiş və cavab alınmışdır. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı tərəfindən şirkətin yarandığı tarixdən bütün dövrdə, o cümlədən 2007-ci ildə bütün məcburi dövlət sosial sığorta haqları vaxtlı-vaxtında ödənilmişdir. Bu günə qədər Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya heç bir maliyyə sanksiyası tətbiq edilməmişdir və heç bir zaman vəsaitlərin silinməsi haqqında sərəncam qoyulmamışdır. Bu da onu göstərir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ilə bağlı heç bir borcu olmamışdır. Bütün məcburi dövlət sosial sığorta ödənişləri iddiaçı tərəfindən bəyan olunduğu kimi vaxtlı-vaxtında ödənilmişdir. Heç vaxt hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borca görə tutulma ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə müraciət olmamışdır. Bu da onu göstərir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri vaxtlı-vaxtında ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2- 1(112)-190/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının cari hesablarından artıq silinmiş cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh və iş üzrə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrindəki icraat Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, iddia məbləğinin 137.119,39 manat olmasına baxmayaraq, məhkəmə yalnız 50660,60 manat və 49919,6 manat olmaqla ümumilikdə 100.580,2 manat məbləğin ödənilməsi halını araşdırmaqla kifayətlənmiş, yerdə qalan 36539,19 manatın borca hesablanmış faiz məbləği olubolmamasına və qeyd olunan məbləğin ümumilikdə haradan yaranması və nə səbəbdən qaytarılmalı olmasına münasibət bildirməmişdir. Məhkəmə mübahisəsi üzrə artıq silindiyi və şəxsi hesab vərəqəsində bərpa edilməsi tələb olunan məbləğlər 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlərdir. Həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) iddiaçının borcunun olduğunu təsdiq etmiş, borcun yaranması, məbləği və tarixi ilə bağlı əlavə sənədlər təqdim etmişdir. Həmçinin, DSMF iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və nümayəndəsinin şifahi çıxışı ilə də borc barədə cavabdeh vergi orqanı tərəfindən istinad edilən halları bir daha təsdiqləmişdir. Lakin, iddia məbləğinin 137.119,39 manat məbləğin şəxsi hesab vərəqəsində bərpa edilməsi tələbini müəyyən etməsinə baxmayaraq, həm qərarda, həm şifahi məhkəmə araşdırmasında yalnız 100.580,2 manat (50660,60 manat +49919,6 manat) hissədə araşdırma aparmış 36539,19 manat hissədə heç bir araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. 36539,19 manat haradan yaranması müəyyən edilməmişdir. Bu hissədə cavabdeh tərəfindən təqdim olunan dəlillərə ümumiyyətlə münasibət bildirilməmişdir. Belə ki, DSMFdən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2019-cu il tarixə faiz borcu müəyyən edilməmişdir. Faiz borcunun müəyyən edilmədiyi halda 36539,19 manat məbləğin faiz borcu adı altında geri qaytarılmasının tələb edilməsi tamamilə qanuna ziddir. Digər tərəfdən, məhkəmə vergi orqanının hərəkətlərində heç bir qanunauyğunsuzluq müəyyən etmədiyi halda işə birtərəfli qiymət verərək ziddiyyətli qərar qəbul etmiş və məsuliyyəti əsassız olaraq vergi orqanının üzərinə qoymuşdur. İş üzrə vəsaitlərin büdcədən yayındırılmasında və məbləğlərin borc olaraq mövcud olmasında vergi orqanının məsuliyyəti müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ödənildiyi iddia edilən məbləğlərin DSMF-nin xəzinə hesab kitablarına işlənilmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halı Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli MİHO1.1.2- 22021-496 nömrəli məktubla təsdiq edilmiş və beləliklə cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab olunmasının heç bir əsası müəyyən edilməmişdir. Göründüyü kimi, pul məbləğlərinin dövlət büdcəsinə daxil olmamasında cavabdeh vergi orqanının heç bir hərəkət və hərəkətsizliyinin olmadığını müəyyən edən məhkəmə ziddiyyətli halda silinmiş məbləğlərin bərpa edilməsi öhdəliyini məhz vergi orqanı üçün öhdəlik müəyyən etmişdir. İş üzrə iddia tələbi və cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, iddia tələbi vergi orqanına qarşı qoyulmaqla vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsindən vəsaitlərin silinməsi mübahisələndirilir. Halbuki, işin mübahisəsiz halıdır ki, iddiaçı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən borc mövcud olmuşdur. İşin mübahisəsiz halıdır ki, vergi orqanı mövcud borc üzrə qanunla müəyyən edilmiş hüquqlarını icra etmişdir. İş üzrə təsdiq olunmuş haldır ki, məbləğlərin şəxsi hesab vərəqəsində borc olaraq əks olunması vergi orqanı ilə əlaqəli olmayan haldır. İş üzrə təsdiq olunmuş haldır ki, vəsaitlərin büdəcəyə daxil olmaması Maliyyə Nazirliyi ilə əlaqəli olmuşdur. İddia tələbi dövlət büdcəsinə daxil olmuş vəsaitləri ilə bağlı vergi orqanının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı deyildir. Ödənilməmiş və dövlət xəzinəsinə daxil olunan ana qədərki mərhələdə mənimsənildiyi iddia olunan məbləğlərin muzdlu işçilərin sosial sığorta haqqı kimi qəbul edilməsi qanunda nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan hallar iddia tələbinin düzgün müəyyən edilmədiyini göstərir. İddiaçı vəsaitlərin dövlət büdcəsinə daxil olmamasında müvafiq şəxslərə qarşı mülki iddiaçı qismində tanınmaqla deyil, vergi orqanını cavabdeh qismində seçməkdə haqlı olmamış, məhkəmə isə düzgün hüquqi tənzimləmə aparmamışdır. Məhkəmə vergi orqanı tərəfindən bank hesabına qoyulmuş sərəncamlar əsasında silinən vəsaitlərin əsassız olmasını və artıq silinməsini təsdiq edən heç bir dəlilə əsaslanmır. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə şəxsi hesab vərəqədə” 603347,73 manat borcu olmuşdur. İddiaçı "xxxx" Şirkətinin Filialı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət etmiş, məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmişdir. Məktubda qeyd olunan qalıq xx.xx.2019-cu il tarixədək olan dövrə aid olduğu üçün, yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il üzrə 100.580,76 manat məbləğin Bakı şəhəri üzrə X1 idarəsinin xəzinə hesabına ödənilməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçıya xx.xx.2008-ci il və xx.xx.2019-cu il tarixli məktublar göndərildiyi bildirilmiş, həmçinin, MDSS üzrə hər bir dövr üzrə hesablamalar və ödəmələri əks etdirən məlumat cədvəli təqdim edilmişdir. Məhkəmə qərarına əsasən iddianın əsaslı hesab edilməsi onunla bağlıdır ki, iddiaçı tərəfindən vəsaitlər ödənilmişdir və vəsaitlərin xəzinə hesabına işlənilməməsi üçün heç bir cavabdehlik daşımır. Göründüyü kimi, məhkəmə işə yalnız birtərəfli yanaşaraq vəsaitlərin büdcəyə daxil olmamasında iddiaçının cavabdehlik daşımamasını müəyyən etməklə yanaşı, məbləğlərin büdcədən yayındırılmasında vergi orqanının hərəkət və hərəkətsizliyinin olmamasını da müəyyən edir. Belə ki, vəsaitlər Maliyyə Nazirliyində yayındırıldığı halda, büdcəyə daxil olmamış vəsaitlərlə bağlı qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edən vergi orqanını cavabdeh kimi müəyyən edir. Həmçinin, borc məbləği 2007-ci ilə aid olmaqla iddiaçı hesablanmış borc məbləğinin ləğv edilməsi məsələsini uzun müddət ərzində qaldırmamış, həmin müddət ərzində rəsmi sənədlərdə borc olaraq qalmış məbləğ barədə inzibati orqan qanunla nəzərdə tutulmuş hüququnu həyata keçirdikdə, borcun ləğv edilməsi deyil, mövcud borc üzrə tutulmuş vəsaitlərin artıq silinmiş vəsait kimi qaytarılması məsələsini qaldırmışdır. Göründüyü kimi, rəsmi sənədlərdə mövcud və mübahisələndirilməmiş borc olaraq qalmış məbləğlər barədə inzibati orqanın qanunla nəzərdə tutulmuş hüququnun icrasının qanunsuz sayılması həm inzibati, həm də vergi qanunvericiliyinin pozulması deməkdir. Cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş hüquqlarının icra edilməməsi üçün heç bir əsas mövcud olmamışdır. Qeyd olunan ziddiyyətli məqamlar iddia predmetinin düzgün müəyyən edilmədiyi, inzibati orqanın hansı hərəkət və hərəkətsizliyinin əsassız olmasının əsaslanıdırıla bilməməsi ilə əlaqədardır. Borc məbləğinin şəxsi hesab vərəqəsində qaldığı və borc məbləğinin silinmədiyi həm dövlət orqanları tərəfindən təqdim olunan sənədlərlə təsdiqlənməklə yanaşı iddiaçının özünün də bildiyi, məlumatlı olduğu və məhkəmə işində bildiyini etiraf etməsi işin faktiki hallarıdır. Silinməyən borc üzrə bank hesablarından tutulmanın həyata keçirilməsi heç bir halda mövcud borc üzrə tutulmuş vəsaitlərin geri qaytarılması tələbinə əsas vermir. Məhkəmə mübahisəsi üzrə artıq silindiyi və geri qaytarılması tələb olunan məbləğ 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə məbləğlərdir. Həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iddiaçının borcunun olduğunu bir daha təsdiq etmiş, borcun yaranması, məbləği və tarixi ilə bağlı əlavə sənədlər təqdim etmişdir. Həmçinin, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və nümayəndəsinin şifahi çıxışı ilə də borc barədə cavabdeh vergi orqanı tərəfindən istinad edilən halları bir daha təsdiqləmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təqdim edilmiş ödəniş tapşırığı üzrə sənədlərin ödənişin aparıldığı bank tərəfindən təsdiqlənməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən 5 ildən artıq müddət keçdiyi üçün sənədlər arxivə təhvil verilərək məhv edildiyindən müvafiq məlumatlar məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məcburi dövlət sosial sığorta ödənişlərinin mahiyyəti həmin vəsaitlərin mütləq şəkildə təyinatı üzrə büdcəyə daxil olmasını tələb edir. Qeyd olunan vəsaitlər işçilərin gələcək sosial təminatı ilə bağlıdır. Dövlət büdcəsinə daxil olmamış həmin vəsaitlər üzrə müvafiq işçilərin gələcək sosial təminatı sual altındadır. Belə ki, dövlət büdcəsinə təyinatı üzrə daxil olmayan, bu sahədə büdcəyə nəzarəti həyata keçirən dövlət orqanı həm DSMF, həm vergi orqanı vəsaitlərin daxil olmadığı barədə şifahi və yazılı əsaslarla sübut etdiyi halda borcun ödənilmiş kimi qəbul edilməsi yolverilməzdir. Bir daha qeyd olunur ki, ayrı-ayrı şəxslər tərəfindən mənimsənildiyi iddia edilən məbləğlər barədə nə cinayət işinin olması, nə də ki, mülki iddiaçı qismində tanınma barədə heç bir dəlil təqdim edilməmişdir. Bütün bunlar 10 ildən çox müddət ərzində borcun 2007-ci ildən bəri mövcud olması barədə tam məlumatlı olmasına baxmayaraq, həmin müddət ərzində borcun səbəblərini araşdırılması ilə bağlı heç bir tədbir görməmiş, mübahisələndirməmiş iddiaçının tam məlumatlı olmasına baxmayaraq, dövlət büdcəsinə daxil olmayan vəsaitlərin araşdırılması ilə bağlı heç bir hüquqi vasitədən istifadə etməmiş və uzun müddət keçdiyindən borcun silinəcəyi barədə səhv qənaətə gəldiyini göstərir. Mənimsənildiyi iddia olunan, cinayət işi aparılmayan vəsaitlərin cavabdeh vergi orqanı tərəfindən ödənilmiş vəsaitlər kimi qəbul edilməsi və işçinin gələlcək sosial təminatına yönəlmiş vəsaitlərin iddiaçı vergi ödəyicisinə geri qaytarılması həm vergi, həm də sosial sığorta haqqında qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərə yol vermiş, gəldiyi nəticə üçün həlledici əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki halları aydınlaşdırmadan qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019- cu il tarixli 1200PX**********#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 1200PX**********#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 1200PX********** - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmişdir. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fodnunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı cavabdehin müxtəlif sərəncamları əsasında silinmiş vəsaitləri qanunsuz hesab edərək cavabdehə müraciət etmişdir. Sonuncu isə bundan sonra “İşəgötürənlər muzdlu işləyənləri əmək müqaviləsi üzrə işəgötürən hüquqi şəxslər” (0111 kodu) üzrə şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixə mövcud olmuş 603.347,73 manat borc məbləğinin yaranma səbəbi, o cümlədən 2007-ci ilin may və iyun aylarında ödənilmiş müvafiq olaraq 50.660,00 və 49.919,60 manat vəsaitlərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində nəzərə alınıb-alınmaması barədə Fonda məktub ünvanlamışdır. Fond tərəfindən təqdim edilmiş cavab məktubunda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixdə 50660,90 manat və 2007-ci ilin 28 avqust tarixdə 49919,86 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmadığı bildirilmişdir. Sözügedən məsələ ilə əlaqədar olaraq 11 yanvar 2008-ci il tarixdə Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsi tərəfindən və 28 may 2019-cu il tarixli Fondun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialına məktublar göndərilmişdir. İddiaçı məhkəməyə bank ödəniş sənədləri təqdim edərək borcun 2007-ci ildə ödənildiyini və bu səbəbdən dövlət büdcəsinə borcunun olmadığını iddia edir. Digər tərəfdən, təqdim edilmiş ödəniş sənədlərinin həmin ödənişi aparan bank tərəfindən təsdiqlənməsi mümkün olmamışdır. Belə ki, iş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda “Hallibörton Yeureyja Limited" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixdə 50.660,90 manat və 2007-ci ilin 28 avqust tarixdə ödənilmiş 49.919,86 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş sənədlərinin üstündən beş ildən artıq müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatı”na müvafiq olaraq arxivə təhvil verilərək məhv edilməsi səbəbindən həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qaydada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” barədə iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının iddia tələbi təmin olunmamalıdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli 2- 1(103)-1740/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi : Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və hazırkı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" Şirkətinin Filialının (VÖEN:**********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixə saldo üzrə şəxsi hesab vərəqəsində 603.347,73 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmuşdur. Həmin borcun ödənişinin təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının bank hesablarına sərəncamlar göndərilmiş və cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləğində vəsaitlər iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək məcburi dövlət sosial sığorta haqqı üzrə heç bir borcun olmamasını və yaranmış borcun araşdırılması barədə məlumat verilməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, 2007-ci ilin may və avqust aylarında ödənilmiş, müvafiq olaraq 50.660,60 manat və 49.919,60 manat məbləğləri DSMF-nin şifahi məlumatlarına görə Nəsimi rayonu Maliyyə İdarəsinin bir qrup əməkdaşları tərəfindən müəyyən yollarla mənimsənmiş, nəticədə vəsaitlər fondun hesabına köçürülməmişdir. Cavabdeh tərəfindən yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və aşağıdakıları qeyd edir. Belə ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 3-cü maddəsinə əsasən sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi sosial sığortanın prinsiplərindən biridir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. xx.xx.2018-ci ildə qəbul edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 manat). İş materiallarında olan xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 49.919,86 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat). İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda qeyd edilir: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixində 50.660,90 manat və 2007-ci ilin 28 avqust tarixində ödənilmiş 49.919,86 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş sənədləri üstündən beş ildən artıq müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatı”na müvafiq olaraq arxivə təhvil verilərək məhv edilməsi səbəbindən həmin sənədləri Məhkəməyə təqdim edə bilmirik. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sorğuya qoşma kimi əlavə edilən 2 ədəd ödəniş tapşırığında ödəyən və alan təşkilatın bankı eyni olduğundan ödənişlər həmin bankın daxili informasiya sistemi ilə həyata keçirilmişdir. Bu səbəbdən bilavasitə Azərbaycan Beynəlxalq Bankına müraciət olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubunuza əlavə edilmiş ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qaydada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı "xxxx" şirkəti tərəfindən 50.660,90 manat (ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-nə ayırmalar ödənilir), xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 49.919,86 manat (ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir) ABB-nin Nəsimi filialına ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X1 İdarəsinin xəzinə hesabına daxil olmadığı qeyd olunsa da, iş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuşdur. Qeyd edilənlərdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 100.580,2 manat ödəniş olunmuşdur. İş materiallarından isə müəyyən edilir ki, cavabdehin sərəncamları ilə 2007-ci ilə aid məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc ilə əlaqədar ümumilikdə 137.119,39 manat məbləğində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Hazırda iddiaçı həmin 137.119,39 manat məbləğin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb edir. İşin obyektiv araşdırılması məqsədi ilə, təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin mütəxəssisi dinlənilmiş və iş materialları bir daha tədqiq edilərək aşağıdakı nəticəyə gəlinmişdir. İlk növbədə Kollegiya qeyd edir ki, iddiaçı 137.119,39 manat məbləğində vəsaitlərin onun şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb etsə də, həmin məbləğin 100.580,2 manatını ödədiyini sübuta yetirə bilmişdir. Qalan 36539,19 manatın isə köhnə borca hesablanmış faiz məbləği olub-olmamasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, iddiaçıdan tutulan 36539,19 penya məbləği köhnə borclara deyil, yeni borclara hesablanmış faiz məbləğidir. Təqdim edilmiş məlumat cədvəlindən görünür ki, iddiaçının 2007 və 2008-ci illərdə 100.580, 2 manat borcu olmuş və həmin iki il ərzində hər hansı maliyyə sansksiyası (o cümlədən penya) müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, əgər hesablanan 36539,19 manat məbləğ həmin 100.580, 2 manat borcun faizi olsa idi, bu halda iddiaçıya iki ərzində, yəni 2007-2008-ci illərdə yüksək məbləğdə penya hesablanardı. Lakin təqdim edilən cədvəldən də görünür ki, hər hansı fazi hesablanmamışdır. Sadəcə olaraq cari hesablanmış, ödənilmiş pullar arasında müəyyən gecikmələr olub, ona da cüzi peniyalar hesablanıb. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətləri 36539,19 manat məbləğ ilə bağlı olan hissədə əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəli ilə iş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş ümumilikdə 100.580,2 manat məbləği həcmində vəsaitlərin iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar