Məhkəmə qərarları › İş №2-1(103)-1943/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1943/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1943/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə. İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(112)-8104/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərar həm apellyasiya, həm də kassasiya qaydasında cavabdeh tərəfindən mübahisələndirilmiş, məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hazırda mübahisə qərarın icrası ilə bağlı yaranmışdır. Belə ki, cavabdeh bildirir ki, həmin qərar xx.xx.2022-ci ildə icra edilmişdir, lakin yanlış icra edilmiş, daha sonra həmin akt xx.xx.2022-ci ildə lazımi qaydada icra edilərək diaqnoz və əmək zəmanəti qrafalarında müvafiq düzəlişlər edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8104/2021 nömrəli qərarı icra edlərək ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəii Qərarı iiə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.3-cü yarımbəndinə (şizofreniya, paranoid psixotik hal (remissiya baş verməyən hal)) müvafiq olaraq xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-sosial ekspert komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilir. Əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərinə (ağırlaşmalara) görə iddiaçı əmək zəmanətsiz hesab edilmiş və belə olan halda heç bir əmək fəaliyyəti ilə məşğul olmağı məqsədəuyğun deyildir. İddiaçı bildirir ki, məhkəmə qərarı tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndərişinə əsasən icra olunmalı və onun barəsində qüvvədə olan əlillik zəmanəti “yüngül işlərdə işləyə bilər” kimi saxlanmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəmənin 2-1(112)- 8104/2021 nömrəli qərarına və tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən cavabdehin tərtib edəcək inzibati aktın hər bir bəndinə ayrı-ayrılıqda izah verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Həmin ərizə məhkəmə tərəfindən təmin edilməmişdir. Daha sonra iddiaçı əmək zəmanəti qrafasındakı müvafiq qeydlərlə bağlı ayrıca iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, iş üzrə qüvvəyə minmiş yekun məhkəmə aktı ilə (iş iddiaçı tərəfindən kassasiya instansiyası məhkəməsinə qədər mübahisələndirilmiş, məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanmışdır) iddia mümkün sayılmamış və məhkəmə müəyyən etmişdir ki, həmin tələb ayrıca iddia icraatı qaydasında deyil, məhkəmə qərarının icrası qaydasında araşdırılmalıdır. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəlki iddianı qaldırarkən arzuladığı yeni inzibati akt onun 2-ci dərəcə əlilliyinin müddətinin dəyişdirilərək müddətsiz müəyyən edilməsini əks etdirməli olsa da, onun təmin olunmuş iddiası üzrə məhkəmə qərarının icrasında bu aktda əlilliklə əlaqədar digər göstəricilər, o cümlədən “əmək zəmanəti” qrafası dəyişməz qalmalı idi. Müvafiq məhkəmə qərarı ilə iddianın təmin olunmasına baxmayraq, qanuni qüvvəyə mindikdən sonra həmin qərarın icrası iddiaçının məqsədi baxımından tam təmin edilməmiş, yəni əlillik müddətsiz təyin edilmiş, lakin əmək zəmanəti qrafası dəyişdirilmişdir ki, bu da iddiaçı üçün iddia qaldırılarkən arzuladığı əlverişli inzibati aklt sayıla bilməz. İddiaçının birinci iddia üzrə arzuladığı inzibati akt (əmək fəaliyyəti qismən məhdudlaşdırılmaqla) qəbul olunduqdan sonra, müvafiq qrafada “əmək qabiliyyətsiz” göstərilməklə yeni inzibati akt qəbul olunduğu halda, bu hərəkətlər yenidən iddia qaldırılmaqla mübahisələndirə bilər. Sonda belə nəticə yaranır ki, cavabdehin bütün hərəkətləri əsaslı olub-olmamasından aslı olmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırda qaldırılan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası üzrə arzulanan inzibati aktın qəbulu ilə əlaqədar olduğundan, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkün sayılmamalıdır. Cavabdeh bildirir ki, əlillik altsistemində iddiaçı barəsində diaqnoz qrafasındakı – “2.4.3. şizofreniya, paranoid psixotik hal (remissiya baş verməyən hal)” – Postkontuzion sindrom, baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” əmək zəmanəti qrafasındakı “əmək qabiliyyətsizdir” qeydləri qeyd edilən məhkəmə qərarının icrası ilə əlaqədar daxil edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi (Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarındakı mövqeyinə uyğun olaraq) hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarın icrasının onun məzmununa uyğun, lazımi qaydada icra edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(112)-8104/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası zamanı İddiaçı barəsində əlillik altsistemindəki qeydlərin yalnız Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müddətsiz olaraq təyin edilməsi ilə bağlı olduğu nəzərə alınması, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası ilə əlaqədar əlillik altsistemində İddiaçı barəsində əvvəlki diaqnoz - “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi saxlanması qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2-1(112)-8104/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qərardadının mətnində buraxılmış yanlışlıq düzəldilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qərardadının mətnində qeyd olunmuş “xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndəriş” ifadəsindən “xx.xx.2022-ci il tarixli” ifadəsi çıxarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(112)-8104/2021 saylı qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti cavabdehin yuxarıda qeyd edilən mövqeyi ilə oxşar əsaslandırılmışdır. Apellyasiya şikayətinə ərizə ilə oxşar məzmunda etiraz daxil olmuşdur. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının beşinci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı Mülki Prosessual Məcəllənin və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur. İddiaçının əmək zəmanəti məhkəmə araşdırmasının predmeti olmamış, cavabdeh bildirir ki, iddiaçının diaqnozu və əmək zəmanətinə dair qeydlər məhz məhkəmə qərarının icrasının nəticəsində əlillik altsisteminə daxil edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl qüvvədə olan əlilliyi olmuş, belə ki, iddiaçı məhkəməyə müraciət edərən ona tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndərişinə əsasən diaqnozu - Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” verilməklə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş əlilliyi mövcud olmuş (xx.xx.2026-cı il tarixədək), məhkəmə araşdırmasının predmeti həmin göndərişə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi olmuş və iddia təmin edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası iddiaçının iddia qaldırmazdan əvvəlki vəziyyətini ona münasibətdə əlverişsiz şəkildə dəyişdirə bilməz. Hazırda məhkəmə qərarının icrası zamanı məhz qeyd edilən hal baş vermişdir. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Belə ki, Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndərişə əsasən iddiaçıya qoyulmuş diaqnoz “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” olmaqla nə qeyd edilən göndərişdə, nə də məhkəmə qərarında iddiaçının (qərarın icrası nəticəsində diaqnoz qrafasında qeyd edilən) “şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal)” xəstəliyindən əziyyət çəkməsinə dair hər hansı qeyd yoxdur (bax Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının 15-ci, 19-cu və 20-ci bəndləri). Məhkəmə araşdırmasının predmeti məhz qeyd edilən göndərişə əsasən göstərilən xəstəliklərin (qərarda göndərişdəki xəstəliklər qeyd edilir və həmin “şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal)” diaqnozu göndərişdə nəzərdə tutulmamışdır) əlilliyin beş il müddətinə deyil, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi məsələsi olmuşdur. X8 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X8 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020ci il tarixli qərar § 36-37). Odur ki, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən məhkəmə qərarının icrası nəticəsində diaqnoz və əmək zəmanəti qrafalarındakı qeydlər məhkəmə qərarının icrası ilə əhatə olunmur və Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarının icrası İddiaçı barəsində əlillik altsistemində diaqnoz və əmək zəmanəti qrafalarındakı qeydlərin dəyişdirilməsi üçün əsas hesab olunmur. Bu səbəbdən əvvəlki vəziyyətdə diaqnoz – “Dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)”, əmək zəmanəti – “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi saxlanmalıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, qeyd edilən qərar cavabdeh tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixdə məhz qeyd edilən qaydada düzgün icra edilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə fərqli qaydada iddiaçını əlverişsiz vəziyyətə salan şəkildə “təkrar icra” edilmişdir. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərin yekunu kimi apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq diqqətə çəkir ki, məhkəmənin hazırkı mübahisələndirilən qərardad üzrə qənaəti ona əsaslanmışdır ki, cavabdeh əlillik altsistemində “təkrar icra” ilə bağlı müvafiq qeydlərin məhz məhkəmə qərarının icrası ilə bağlı olduğunu bildirir. Odur ki, məhkəmə Kollegiyası qeyd edir ki, inzibati orqan əlilliklə bağlı qeyd edilən məlumatlarda hər hansı dəyişiklik aparmağı zəruri hesab edirsə, bunu məhkəmə qərarının icrası qaydasında deyil, inzibati icraat qaydasında aparmalı, bu zaman iddiaçının inzibati icraat zamanı iştirakı və dinlənilməsi hüququnu təmin etməlidir Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(81)-8104/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar