Məhkəmə qərarları › İş №2-1(103)-1944/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1944/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1944/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuşdur, həmin ünvanda qeydiyyatdadır, faktiki olaraq ünvan 2 mən. 22 ünvanında yaşayır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı (üçüncü şəxs - 7 nömrəli şəhər poliklinikası) qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 7 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsi müəyyən edilməsindən imtinanın qanunsuz hesab edilməsi və xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla ona ikinci qrup əlillik dərəcəsi müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 ildən artıqdır ki, ağır formalı şəkərli diabet, hipertoniya, ürək-damar, qara-ciyər və sair xəstəliklərdən əziyyət çəksə də, məcburən işləyərək ailəsini, uşaqlarını saxlayırdı. Lakin 2018-ci ilin dekabr ayında infarkt keçirib. Səhhəti kəskin pisləşdiyindən ağır vəziyyətdə xəstəxanaya aparılmış və “Zəfəran” hospitalında onun üzərində açıq ürək əməliyyatı keçirilmişdir. Ürəyini qidalandıran 4 damarda koronar şuntlama əməliyyatı icra olunmuşdur. Həmin vaxtdan mütəmadi olaraq ambulator və stasionar müalicələr alsa da sağlamlığı bərpa olunmur. Əməliyyatdan sonra ağır ürək çatışmazlığı ilə yanaşı, şəkərli diabet xəstəliyi daha da kəskinləşib, yüksək dozalı insulin qəbul edir, eyni zamanda qaraciyər, öd xəstəliklərində də ağırlaşma baş verib. Açıq ürək əməliyyatı olandan 6 ay sonra qeydiyyatda olduğu 7 saylı Bakı şəhər poliklinikasından ona əlillik dərəcəsi təyin olunması üçün sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Ekspertiza Xidmətinə göndərilmişdir. Lakin qeyd olunan xidmət tərəfindən xx xxxxxx 2019-cu il tarixdə əlillik təyin olunmasından imtina olunmuş və səbəb olaraq göstərilmişdir ki, əlavə müalicəyə ehtiyacı var, ixtisaslaşmış müalicəsi davam etsin. Xəstəliyinin kəskinləşməsi səbəbindən bu ilin oktyabr ayında yenidən, artıq 3-cü dəfə Elmi-Tədqiqat kardiologiya institutuna yerləşdirilmiş, müalicə olunmuşdur. Xəstəxanada xəstəliyinin ağır formada inkişafının davam etməsi bir daha təsdiq olunmuşdur. Elmi Tədqiqat kardiologiya institutundan verilmiş Ambulator kitabçadan çıxarışda əsas xəstəlik - ÜİX-infarktdan sonrakı kardioskleroz, Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət; Əsas xəstəliyin ağırlaşması - xroniki ürək çatışmazlığı İİİ (üç) Funksional sinif (FS), tez-tez təkrarlanan kəskin sol mədəcik çatışmazlığı; Yanakı xəstəliklər - Arterial hipertoniya xəstəliyi İİİ (üç), çox yüksək risk qrupu, beyin damarlarının arterosklerozu, şəkərli diabet 2-ci tip, diabetik polineyropatiya diaqnozu qoyulmuşdur. Qeyd olunan Ambulator kitabçadan Çıxarışı və digər Tibbi sənədləri yaşadığı əraziyə xidmət edən 07 saylı şəhər poliklinikasına təqdim etmiş və poliklinika ona əlillik dərəcəsi təyin olunması üçün yenidən Azərbaycan Respublikası ƏƏSMN-nin MEİS-nin Tibbi Sosial Ekspertiza və X8 (TSERAS) göndəriş daxil etmişdir. Lakin cavabdeh növbəti dəfə ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli imtina məktubunda qeyd olunur ki, Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi xəstənin TSEK-ə göndərişində müayinələrin nəticələri diaqnozda öz əksini tapmır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını pozur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona əlillik dərəcəsi müəyyən edilməsindən imtinasının qanunsuz hesab edilməsi və xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla ona ikinci qrup əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsinin 1392 №-li, xx.xx.2020-ci il tarixli məktubu ilə İddiaçı adına tərtib edilmiş T 180/2020 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2020 nömrəli , xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçı xx.xx.1964-cü ildə Füzuli rayonu, Gecəgözlü kəndində doğulmuş İddiaçı xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0170003AADJJ saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0170003AADJJ saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX Qeyri-stabil stenokardiya” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx4 əməliyyatından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ-İİİ dərəcə İV f/s.” xəstəlikləri qeyd edilmişdir. Yanaşı xəstəliklər kimi "[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ çox yüksək risk insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. Hipotireozun digər formaları, Hipotireoz, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Tor qişanın qeyri proliferativ diabetik angiopatiyası, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya, Xroniki beyin qan dövranı pozğunluğu” xəstəlikləri qeyd edilmişdir. Göndəriş səthi yazılıb, əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, köməkçi diaqnostik müayinələrlə obyektiv müayinənin nəticələri bir birini tamamlamır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və ətraflı müayinənin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0170003AADMY saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0170003AADMY saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş xəstəliklər əvvəlki göndərişdə olduğu kimi qeyd edilmişdir. Bu göndərişdə də əvvəlkində olduğu kimi, əsas xəstəliyin ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, köməkçi diaqnostik müayinələrlə obyektiv müayinənin nəticələri bir birini tamamlamır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər iki göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq, o, iddia mümkün sayılmamalı olduğunu, iddiaçıya imtina vermədiklərini, sadəcə prosesin natamam olduğu üçün iddia mümkün sayılmamalı olduğunu, forma 88-də göstərilən məlumatların diaqnozu təsdiq etmədiyini, birinci instansiya məhkəməsi ekspert rəyini aldıqdan sonra təşkilatdan bir ekspert dəvət etməli olduqlarını bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi göndərişin hansı hissədə səhv doldurulması ilə bağlı suala cavab verilməsi üçün növbəti məhkəmə iclasında təmsil etdiyi qurumdan ekspertin iştirak etməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasında nümayəndə qismində iştirak etmək məqsədilə gəlmiş, X1 təsdiq edən etibarnaməsi mövcud olmadığından məhkəmə tərəfindən səlahiyyətsiz hesab edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, qardaşı İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq, o, iddiaçının məhkəmə iclasına gələ bilmədiyini, lakin məhkəmə iclasları barədə məlumatı olduğunu, birinci instansiya məhkəməsinin ekspertiza təyin etdiyini, ekspertizanın qarşısında iki sual qoyulduğunu, iş materiallarında 7 №-li şəhər poliklinikasında Sadıqovun adına əlillik vəziyyətinin təyini üçün TSEK tərəfindən qiymətləndirilməsi üçün doldurulmuş arayışlarda qeyd edilən aparılmış müayinənin əsasında öz təsdiqini tapdığını, qardaşının 4 ədəd damarının dəyişildiyini, bundan da əlavə onun 12-13 ildir ki, şəkərli diabet xəstəsi olduğunu, onun iki uşağı tələbə olduğunu, pensiyaya da çıxa bilmədiyini, yeganə ümidinin məhkəmə olduğunu bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi, 3cü terapiya şöbəsinin müdiri X18 ( Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X17 Bölmələrinin İdarəetmə Birliyi 7 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 825 №-li etibarnaməyə əsasən xx.xx.2020-ci il tarixində çıxış etmək üçün verilmiş etibarnamə) apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq, o, iddiaçının 7-8 damarının tutulduğunu, 4 ədədinin dəyişdirildiyini, şəkərli diabet xəstəsi olduğunu, iddiaçının işləmədiyini, xəstə olduğunu, hər il xəstəxanada yatdığını, X5 diaqnoz qoyulduğunu, ekspertiza təyin olunduğunu və forma 88 düzgün doldurulduğunu qeyd etdi. X6 məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi qismində iştirak etmək məqsədilə gəlsə də, iş materiallarında olan etibarnamə xx.xx.2020-ci il tarixində çıxış etmək üçün verilmişdir. Məhkəmə kollegiyası nümayəndələrin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlarla müəyyən edilir ki, 7 №li şəhər poliklinikası tərəfindən xx xxxx 2019-cu il tarixli 0170003AADJJ saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda göstərilmişdir ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX Qeyri-stabil stenokardiya” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Arterial şunt ilə bağlı mexaniki mənşəli ağırlaşma, AKŞx4 əməliyyatından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ-İİİ dərəcə İV f/s.” xəstəlikləri qeyd edilmişdir.Yanaşı xəstəliklər kimi "[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ çox yüksək risk insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2 insulin tələbli. Hipotireozun digər formaları, Hipotireoz, Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə), Tor qişanın qeyri proliferativ diabetik angiopatiyası, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya, Xroniki beyin qan dövranı pozğunluğu” xəstəlikləri qeyd edilmişdir. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: əlavə ixtisaslaşmış müalicə davam etsin. Diaqnoz: 120.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX qeyri-stabil stenokardiya. 7 №li şəhər poliklinikası tərəfindən xx xxxxxx 2019-cu il tarixli 0170003AADMY saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 180/2020 saylı (canlı şəxsin ekspertizası) (ekspertizanın başlanma tarixi xx xxxx 2020-ci il, başa çatma tarixi xx xxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər (X2 – şöbə rəisi, ali dərəcəli məhkəmə-tibb eksperti, iş təcrübəsi 1981-ci ildən; X7 – ali dərəcəli məhkəmə-tibb eksperti, tibb üzrə fəlsədə doktoru, iş təcrübəsi 1981-ci ildən) belə nəticəyə gəlmişlər ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Elmi- Tədqiqat Kardiologiya institutunda müvafiq müayinələrdən keçdikdən sonra ona “ürəyin işemiya xəstəliyi, gərginlik stenokardiyası (g.s. İİİ), AF 40 %, hipertoniya xəstəliyi İİ tip, yüksək risk, şəkərli diabet İİ dərəcə, (insulin tələb edən); AKŞ x 4, QDÇ İİİ faza” diaqnozu müəyyən edilmişdir. İş materiallarında İddiaçı adına 7 №li şəhər poliklinikası tərəfindən xx.xx.2019-cu il tarixli 0170003AADJJ saylı və xx.xx.2019-cu il tarixli 0170003AADMY saylı göndərişlərdə, №: 88 saylı arayışda qeyd edilən xəstəliklərlə əlaqədar əlillik vəziyyətinin Tibbi Sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilərək dərəcə verilməsi üçün şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, müalicə tədbirləri və onların səmərəliliyi əsaslandırılmış formada göstərilmişdir. İş materiallarında 7 №li şəhər poliklinikasında İddiaçı adına əlillik vəziyyətinin təyini üçün Tibbi sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün doldurulmuş №: 88 saylı arayışlarda qeyd edilən xəstəliklər aparılmış müayinələr əsasında bir daha öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.24-cü bəndinə və digər normativ hüquqi aktlara istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə əsasən şəxslərin TSEKdə əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır (4.1.). TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.16.). Həmin Əsasnaməyə əsasən əlilliyin TSEK tərəfindən qiymətləndirilməsi və qərar qəbul edilməsi üçün cəmi üç iş günü müddət müəyyən edilmişdir. Əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür. Bu səbəbdən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar