Məhkəmə qərarları › İş №2-1(103)-1945/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1945/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1945/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci iltarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin cavabdeh olaraq işə daxil edilməsini, cavabdehlər Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı güzəştli şərtlər ilə pensiya təyin edilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlər ilə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlər ilə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır . Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər (2 il 2 ay 5 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, NT-ǀ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər “Samur” Trestində fəhlə (07 ay 10 gün), xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər K.Marks adına kolxozda fəhlə (05 ay 21 gün), xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər sovet ordu sıralarında xidmət etmişdir (02 il 01 ay 01 gün), xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilə qədər "xxxx" Kombinatında 2-ci, 3-cü dərəcəli operator və 2-ci, 3-cü, 4-cü, 5-ci dərəcəli qaynaqçı (11 il 06 ay 17 gün), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə qədər “Nuriya” Kiçik Birliyində motor ustası (07 ay 15 gün), xx.xx.1994-cü ildən hal-hazıradək SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsində 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusu üzrə operator, təmirçi çilingər, maşinist və oprator vəzifələrində işləyir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 712 №-li arxiv arayışın surətindən görünür ki, İddiaçı 1979-1980-cı illərdə Nəriman kəndi “K.Marks adına” kolxozda işləmiş, 1979-cu ilin mart ayından 1980-cı ilin may ayına kimi əmək haqqı almışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 195 №-li əmrə əsasən xx.xx.1982-ci ildən xx.xx.1994-cü il tarixli 40 № li əmrə əsasən xx.xx.1994-cü ilə qədər Ələt ağac emalı kombinatında işləmişdir. - Socar tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 03/55 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.2000-ci ilə qədər – Elektrik stansiyaları sexində 4-cü dərəcəli təmirçi çilingər 05 il 06 ay 27 gün; xx.xx.2001xx.xx.2009-ci ilə qədər texnoloji nasosların maşinisti 07 il 10 ay 30 gün; xx.xx.2009 – Hal hazıradək-susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru 09 il 8 ay 20 gün; Cəmi: 23 il 03 ay 17 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən “28 may” NQÇİ-nin təmirçi çilingər, texnoloji nasosların maşinisti və susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru peşələrində iş stajı 23 il 03 ay 17 gün təşkil edir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 712 №-li arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 1976-1977-ci illərdə Şamaxı rayon Nərimankənd kənd K.Marks adına kolxozda işləmiş və onun əmək günü (əmək haqqı) 1976-cı ildə A/g 267, Pul 42-00; 1977-ci ildə A/g 47; Pul 286-00 aldığı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 may Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 05 №-li peşə uyğunluğu haqqında mütəxəssis rəyindən görünür ki, “28 May “ NQÇİ-nin NİH və NS-nin Çilov xidmət sahəsinin 4-cü dərəcəli SDQ operatoru İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə kimi Elektrik Stansiyaları sexində Daxili yanma mühərriki üzrə 4-cü dərəcə təmirçi çilingər işləmişdir. Muradov X3 Stansiyaları sexində işlədiyi Daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsi üzrə Günəşli yatağının Dərin Dəniz özüllərində istismarda olan Daxili yanma mühərriklərinin təmiri, quraşdırılması, sökülməsi, sazlanması işlərini yerinə yetirməklə onlara texniki qulluq və xidmət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-na əsasən "neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan Daxili yanma mühərriki üzrə təmirçi çilingər” peşəsinə uyğundur. - “SOCAR” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 03/55 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.2000-ci ilə qədər – Elektrik stansiyaları sexində 4-cü dərəcəli təmirçi çilingər 05 il 06 ay 27 gün; xx.xx.2001- xx.xx.2009-ci ilə qədər texnoloji nasosların maşinisti 07 il 10 ay 30 gün; xx.xx.2009 – Hal hazıradək-susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru 09 il 8 ay 20 gün; Cəmi: 23 il 03 ay 17 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən “28 may” NQÇİ-nin təmirçi çilingər, texnoloji nasosların maşinisti və susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru peşələrində iş stajı 23 il 03 ay 17 gün təşkil edir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 712 №-li arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 1976-1977-ci illərdə Şamaxı rayon Nərimankənd kənd K.Marks adına kolxozda işləmiş və onun əmək günü (əmək haqqı) 1976-cı ildə A/g 267, Pul 42-00; 1977-ci ildə A/g 47; Pul 286-00 aldığı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 may Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 05 №-li peşə uyğunluğu haqqında mütəxəssis rəyindən görünür ki, “28 May “ NQÇİ-nin NİH və NS-nin Çilov xidmət sahəsinin 4-cü dərəcəli SDQ operatoru İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə kimi Elektrik Stansiyaları sexində Daxili yanma mühərriki üzrə 4-cü dərəcə təmirçi çilingər işləmişdir. Muradov X3 Stansiyaları sexində işlədiyi Daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsi üzrə Günəşli yatağının Dərin Dəniz özüllərində istismarda olan Daxili yanma mühərriklərinin təmiri, quraşdırılması, sökülməsi, sazlanması işlərini yerinə yetirməklə onlara texniki qulluq və xidmət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-na əsasən "neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan Daxili yanma mühərriki üzrə təmirçi çilingər” peşəsinə uyğundur. - “SOCAR“ tərəfindən məhkəməyə ünvanlanmış 01-03/07 №-li, xx.xx.2021-ci il tarixli və 01-03/327 №-li, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsinin Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsində 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusu üzrə operator peşəsində işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" əsasən xx.xx.1994- xx.xx.2000-il (05 il 06 ay 27 gün əmək stajı)-tarixlər aras ı- Elektrik stansiyaları sexində-4- cü dərəcəli təmirçi çilingər peşəsi üzrə kod: 2130200a- 18559, xx.xx.2001-xx.xx.2009-cu üzrə (07 il 11 ay əmək stajı) illər arası Neftin ilkin hazırlanması və nəqli sahəsində texnoloji nasosların maşinisti peşəsi - kod: 2130200a- 14259, xx.xx.2009-cu (əmək stajı 11 il 07 ay) ildən hal-hazıra kimi isə Neftin ilkin hazırlanması və nəqli sahəsində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun opratoru peşəsi üzrə 2130200a-15764 kodlara əsasən güzəştli arayış verilmişdir. xx.xx.2006-cı il tarixədək İddiaçı 320 saylı qərara əsasən güzəştli əmək stajı 10 il 27 gün təşkil edir. İddiaçı xx.xx.1994-cü ildən halhazıradək ümumi güzəştli əmək stajı 25 il təşkil edir Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 №-li əlavə və 2 №-li əlavə təsdiq edilmişdir. 1 №-li əlavə ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı, 2 №-li əlavə ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi 1 №-li siyahı ilə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri, 2 №-li siyahı ilə isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri müəyyən edilmiş və həmin peşələrdə çalışmış şəxslərin pensiya yaşları müxtəlif, yəni müvafiq olaraq 52 yaş və 57 yaş təsbit edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki iş üzrə iddiaçının işlədiyi yer tərəfindən təqdim edilmiş arayışda iddiaçının işlədiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş peşələrə, yəni xx.xx.1994xx.xx.2000-ci il tarixlərdə işlədiyi elektrik stansiyaları sexində - 4-cü dərəcəli təmirçi çilingər peşəsinin 2130200a-18559 koduna, xx.xx.2001-xx.xx.2009-cu tarixlərdə Neftin ilkin hazırlanması və nəqli sahəsində texnoloji nasosların maşinisti peşəsinin 2130200a14259 koduna uyğun olması və xx.xx.2006-cı il tarixədək İddiaçı güzəştli əmək stajının 10 il 27 gün təşkil etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının X-ci bölməsində “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” üzrə peşələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİ bölməsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” üzrə peşələri müəyyən etmiş və 2130200a-18559 kodu altında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər”, 2130200a-14259 kodu altında “texnoloji nasosların maşinistləri” qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır, mülahizə xarakteri daşıyır. Göründüyü kimi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısına deyil, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına uyğundur və bu işəgötürən tərəfindən də müəyyən edilmişdir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında müəyyən edilmiş işdə işləmədiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar