Məhkəmə qərarları › İş №2-1(103)-1945/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1945/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1945/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Asif qızı (sədrlik edən), X12 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X15 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı X7 xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər iclasa gəlməmişlər.Kollegiya İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin mümkünlüyünün həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti X14 tərəfindən imzalandığından apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İş materiallarından görünür ki, X7 tərəfindən verilmiş apellyasiya şikayəti nümayəndə X14 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında X3 olması müəyyən edilmir. Belə olan halda şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Məhkəmə Kollegiyası 06 aprel 2023-cü il tarixli məktub-bildiriş göndərməklə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, apellyasiya şikayətini imzalayan X1 təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini iddiaçıya təklif etmişdir. X8 tərəfindən məhkəmə iclasının təxirə salınması barədə teleqram daxil olmuşdur.Bununla bağlı isə qeyd edilməlidir ki, həmin teleqram da səlahiyyəti olmayan şəxs tərəfindən göndərilmişdir.Belə ki, iş materiallarından (i\v-65 səhifə) görünür ki, “Nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən X15 ilə X7 arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Beləliklə də, iddiaçı X5 əvəzində apellyasiya şikayəti buna səlahiyyəti olmayan X14 tərəfindən imzalandığından və məhkəmənin təklifinə baxmayaraq X2 təsdiq edən sənədlər təqdim olunmadığından apellyasiya şikayətinin mükünlüyü də istisna olunur. İPM-in 87.2.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İPM 87.3.-ci maddəsinə əsasən Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İPM 87.4.-cü maddəsinə əsasən Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İPM-in 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbuletməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar