Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1946/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs X9) qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-368/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9 üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 N-li, 18.10.1991-ci il tarixli qərarından yaranmış hüquqi nəticələr qərar verildiyi andan etibarsız hesab edilməklə ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1948-ci ildən qeydiyyatda olduğu və halhazırda ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı, 8 №-li mənzilin icarədarı mərhum atası- X7 (əsas-04.05.1947-ci il, 11467 №-li və 20.12.1958-ci il tarixli, 02349 №-li Orderlər) olmuş, 10.04.1967-ci ildə vəfat etmiş və həmin dövrdən onun icarədar olaraq əmlak hüquqlarına xitam verilmişdir. Mərhum anası X8 1991-ci ildə mənzilin icarə müqaviləsini dəyişdirmədən, yəni icarədarın vəfatı ilə bağlı özünün icarədar olmasını tələb etmədən və həddi-buluğa çatmış ailə üzvü kimi iddiaçının razılığını almadan, yəni mənzil üzərində olan hüquqlarını pozmaqla mənzil üzərində qanunsuz olaraq mülkiyyət hüququnu öz adına rəsmləşdirilməsinə nail olmuşdur. Belə ki, X8 özünü mənzilin tək istifadəçisi kimi qələmə verərək, eyni zamanda BVM dövründə Azərbaycan Respublikası ərazisində işləməsi əsası ilə yalnız onun tərəfindən tutulan mənzilin əvəzsiz mülkiyyətə verilməsi üçün Nəsimi rayon İK-nə müraciət etmişdir. Nəsimi rayon İK tərəfindən isə heç bir araşdırma aparılmadan, yəni həmin mənzildə yaşayan və həddi buluğa çatmış ailə üzvü kimi onun razılığı alınmadan, ondan gizli və qanunsuz olaraq Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarı ilə qeyd olunan mənzil əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi və onunla bağışlanma müqaviləsinin bağlanması qərara alınmışdır. Sonra isə Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarı əsasında onunla qanunsuz olaraq bağışlanma müqaviləsi bağlanmışdır. Digər tərəfdən, Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsinin İddiaçı ilə bağlanması və həmin mənzilin icarədarı hesab edilməsi qərara alınsa da, mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün bir sıra çətinliklərlə üzləşir. Göstərilən Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarın mövcudluğu digər məhkəmə mübahisəsi zamanı ona məlum olmuş və ona görə də həmin Qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Nəsimi rayon İK-nin 17\7 №-li, 18.10.1991-ci il tarixli qərarından yaranmış hüquqi nəticələr qərar verildiyi andan etibarsız hesab edilməklə ləğv olunmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi rayon İK-nin 17V7№-li, 18.10.1991-ci il tarixli qərarı qüvvədən düşdüyü üçün onun qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 N-li, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-368/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasında verdiyi izahatı qərəzli surətdə təhrif olunmuş və iş materiallarında olan bəzi sübutların nə üçün qəbul edilmədiyi səbəbləri qərarda öz ifadəsini tapmamışdır. Birinci instansiya məhkəməsi onun hüquqlarına qarşı qərəzli və qeyri-obyektiv mövqedə olmuş, 3-cü şəxsin nümayəndəsinin formal mülahizələrinə və fərziyyələrinə əsaslandırılmış dəlillərini isə əsaslı hesab etmiş və nəticə etibarı ilə həqiqətin müəyyən olunmasını təmin etməmişdir. Bundan başqa, tərəflərindən təqdim olunmuş Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamına məhkəmə tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmiş və tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə, 3-cü şəxsin hüquqlarına açıq-aşkar qanunsuz olaraq üstünlük verilmişdir. Cavabdehin iddiaçıya rəsmi qaydada verdiyi cavabı ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7№-li, 18.10.1991-ci il tarixli qərarı artıq qüvvədən düşmüş, mübahisələndirilən mənzil dövlət fonduna qaytarılmış, eləcə də iddiaçının həmin mənzilin icarədarı hesab edilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı verilmişdir. Həmin Sərəncam, yəni Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı məhkəməyə təqdim olunsa da, məhkəmə həmin Sərəncamı ümumiyyətlə dəyərləndirməmişdir. Qərarın 4-cü səhifəsinin 1-ci abzasında göstərilir ki, iş materiallarından görünür ki, «Cavabdeh məhkəməyə ünvanlanan 05.12.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı artıq qüvvədən düşmüş, mübahisələndirilən mənzil dövlət fonduna qaytarılmış, eləcə də iddiaçının həmin mənzilin icarədarı hesab edilməsi barədə sərəncam verilmişdir.» Cavabdehin məhkəməyə ünvanlanan 05.12.2019-cu il tarixli məktubunun axırında isə, iddia tələbi üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxılması açıq-aşkar və səlist azərbaycan dilində göstərilsə də, məhkəmə nədənsə cavabdehin iddia tələbi üzrə qərarın qəbul edilməsi münasibətini inkar etmiş və qərarda göstərməməklə, cavabdehin münasibətini gizlətməyə cəhd etmişdir. Məhkəmə vəzifə səlahiyyətlərindən suiistifadə edərək, cavabdehin nümayəndəsi tərəfindən yazılı və rəsmi surətdə təqdim etdiyi münasibətini təhrif etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinin əsassız olduğu ümumiyyətlə bildirilməmiş və iddianın təmin edilməməsi xahiş edilməmişdir. Göründüyü kimi, hazırkı məhkəmə qüvvədə olan prosessual hüquq normasının tələbinə əməl etməmiş və qanunsuz qərar çıxarmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İK-nin 17\7 N-li, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Nəsimi rayon İKnin 17\7 nömrəli, 18.10.1991-ci il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları İcraiyyə Sovetinin 17/7 saylı 18 oktyabr 1991-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 may 1991-ci il tarixli Fərmanına əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı, dəyəri 30595 rubl olan mənzilin əvəzsiz olaraq X3 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində 29 noyabr 1991-ci il tarixdə, D-14-3956 reyestr nömrəsi ilə təsdiq edilmiş 29 noyabr 1991-ci il tarixli mənzilin əvəzsiz verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı mənzil X4 verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli 17.04.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi, ev 5, mənzil 8 X3 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1740/2016 saylı 31.10.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı və digərlərinin iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 5 saylı evin 8 saylı mənzilinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarış (qeydiyyat və qeydiyyat vəsiqəsi) ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamından görünür kı Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin Sərəncamda göstərilmişdir ki, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarədarı X2muş və 10.04.1967-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Halhazırda həmin mənzildə keçmiş icarədarın oğlu İddiaçı, 5 nəfər ailə tərkibi ilə (özü, h\yoldaşı, oğlu, qızı, nəvəsi) 1948-ci ildən qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Cavabdeh iddiaçının vəkilinə ünvanlanan 20.09.2019-cu il tarixli məktubundan görünür ki, Mərdanov qardaşları küçəsi 5 №-li evin 8 №-li mənzilinə X3 adına verilmiş 17.04.2015-ci il tarixli, RX 06334784 №-li çıxarışın ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı il tarixli, 2-1(81)-1740/2016 №-li qərarı 16.03.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək mənzil dövlət fonduna qaytarıldığından, mənzilin əvəzsiz olaraq X3 mülkiyyətinə verilməsi barədə Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı mənzilin icarədarının dəyişməsi üçün əsas olmadığından və X8 vəfat etdiyi gündən (03.11.2016-cı il tarixdən) onunla olan mənzil münasibətlərinə xitam verildiyindən həmin qərar və qərardan yaranan hüquqi nəticələr artıq qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanlanan 05.12.2019-cu il tarixli məktubundan görünür ki, Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı artıq qüvvədən düşmüş, mübahisələndirilən mənzil dövlət fonduna qaytarılmış, eləcə də iddiaçının həmin mənzilin icarədarı hesab edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.11.2020-ci il tarixli məktubundan görünür ki, X3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1740/2016 nömrəli 31.10.2016-cı il tarixli qərarına və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-610/2018 nömrəli 13.04.2018-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı əsasında, mübahisə predmetinin obyekti olan, Bakı şəhəri Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsi İddiaçı ilə bağlandığından, iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Eləcə də, mübahisələndirilən mənzil dövlət fonduna qaytarıldığı andan Bakı şəhəri Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı artıq qüvvədən düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, artıq qüvvədən düşmüş Bakı şəhəri Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarını iddiaçı yenidən mübahisələndirdiyindən, həmin qərarın qüvvədən düşmüş hesab edilməsi barədə iddia tələbi mümkün hesab edilməməlidir. Eyni zamanda, iddiaçının, Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamından irəli gələn hüquqlarının rəsmləşdirilməsi üçün yarana biləcək maneələrin aradan qaldırılmasına görə, maneə törədən şəxslərə qarşı ayrıca iddia qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmamışdır. Belə ki, Bakı şəhər Cavabdeh Başçısının 247 saylı, 25.09.2017-ci il tarixli Sərəncamı əsasında, mübahisə predmetinin obyekti olan, Bakı şəhəri Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsi İddiaçı ilə bağlandığından, iddiaçı həmin mənzilin icarədarı hesab edilmişdir. Eləcə də, Cavabdeh özünün iddiaçının vəkilinə ünvanlanan 20.09.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, mübahisələndirilən mənzil dövlət fonduna qaytarıldığı andan Bakı şəhəri Nəsimi rayon XDS İK-nin 18.10.1991-ci il tarixli, 17/7 №-li qərarı artıq qüvvədən düşmüşdür. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan iddia tələbini mahiyyəti üzrə araşdırmaqla iddia tələbini təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-368/2021 saylı 01 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1946/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1946/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver