Məhkəmə qərarları › İş №2-1(103)-1947/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1947/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1947/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-4300/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-4300/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-4300/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin 29.06.2017-ci il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin 03.09.N2-ci il tarixədək və N nömrəli hərbi hissə komandirinin N2-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində pr-k İddiaçı sonrakı xidməti barədə məlumatın aşkar olunmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2- 1(112)-4300/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2- 1(112)-4300/2021 saylı qərarı ləğv olunmalı, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən verilən 29.06.2017ci il tarixli arxiv arayışına əsasən, praporşik İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 01 nömrəli əmrilə (əsas: pr-1, səh-1, sıra-6) şəxsi heyət sırasına, bütün növ təminatlara salınmaqla, tibb xidməti rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixədək və N nömrəli hərbi hissə komandirinin N2-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində pr-k Ə.M.Məmmədovun sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi biletinin tərcümə edilərək notariat qaydasında təsdiq edilmiş surətinə əsasən (17-ci bənd-hərbi dövrdə xidmət), O, sıravi olaraq 11.06.N2-ci il tarixdə hərbi hissəyə qəbul edilib, 05.09.N2-ci il tarixdə hərbi hissədən xaric edilmişdir. Həmin qeyd N nömrəli hərbi hissə komandiri p-k Rzayev imzası ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilən 01.04.2021-ci il tarixli cavab məktubuna əsasən, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı may 1974-cü ildən iyun 1976-cı il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. 01.06.N2-ci il tarixdən 05.09.N2-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Laçın və Ağdərə rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən məhkəməyə göndərilən məlumata əsasən, 713 (N nömrəli hərbi hissənin tərkibində) 19.11.N1-12.05.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: 29.08.N7-ci il tarixdə Silahlı Qvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilən tələbnaməyə əsasən şəxsin məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı N2-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Laçın və Ağdərə istiqamətində) döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində (bax 14-cü bənd) döyüş əməliyyatlarında iştirak etmiş (bax 1113-cü, 16-18-ci bəndlər), iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş (bax 12 və 13-cü bəndlər), həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi iddiaçı tərəfindən müharibə veteranı adının verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər məhkəməyə təqdim olunmamışdır. Müdafiə Nazirliyinin 29.06.2017-ci il tarixli arxiv arayışında isə N nömrəli hərbi hissə komandirinin 03.09.N2-ci il tarixədək və N nömrəli hərbi hissə komandirinin N2-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində pr-k İddiaçı sonrakı xidməti barədə məlumatın aşkar olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-4300/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(112)-4300/2021 saylıqərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar