Məhkəmə qərarları › İş №2-1(103)-1947/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1947/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1947/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12956/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********186238 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu ildə dövlət qeydiyyatına alınmış və əsas fəaliyyət növü təmir-tikinti işlərinin görülməsindən ibarət olmuşdur. Cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179766 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə VM-in 38.3.5-ci maddəsinə əsasən MMC-də dekabr 2020-noyabr 2023-cü illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli **********179912 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt əsasında MMCyə xx.xx.2024-cü il tarixli **********186238 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 1.002.012,7 manat vergilərin azaldılması, 5.964,13 manat artıq hesablanması və 507.245,68 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. İddiaçı qeyd etmişdir ki, səyyar vergi yoxlamasının təyin olunmasına əsas kimi 2020-ci il üzrə xərclər çıxılmaqla əldə edilmiş 1813,23 manat mənfəət və bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli, eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən az olması səbəb kimi göstərilmişdir. Bununla bağlı olaraq bildirilmişdir ki, 2020-ci il koronavirus pandemiyasının davam etdiyi il olmuş, müəssisə tərəfindən işçilərin ancaq əmək haqları və cari xərclər ödənilmişdir. Həmçinin, "xxxx" MMC ilə xx.xx.2019-cu ildə Bakı şəhərində yenidənqurma, bərpa və abadlıq işlərinin görülməsinə dair 4.593.865,28 manat dəyərində uzunmuddətli müqavilə bağlanılmış və müqavilə üzrə işlər xx.xx.2023-cü ildə başa çatmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Təmir Tikinti İdarəsi" ilə xx.xx.2020-ci il tarixdə iş və xidmətlərin göstərilməsinə dair 1.049.278,3 manat dəyərində müqavilə bağlanılmış və müqavilə üzrə işlər xx.xx.2021-ci il tarixdə başa çatmışdır. VM-nin 138.1-ci maddəsinə əsasən «Uzunmüddətli müqavilə» - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir. Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır. Qeyd olunan layihələr 2019-2020-ci illərdə başlanıldığından, 2021-2023-cü illərdə başa çatdırıldığından və daxil olan vəsaitin layihənin vaxtında icrasına sərf edildiyindən il ərzində real mənfəətə çıxılması mümkün olmamışdır. 2021 və 2022-ci illərin mənfəət vergisi bəyannamələrindən göründüyü kimi növbəti illərdə müəssisə tərəfindən ümumilikdə 694.259,07 manat mənfəət bəyan edilərək dövlət büdcəsinə müvafiq hesablamalar aparılmışdır. SVY aktının özündə də qeyd edildiyi kimi, müvafiq dövrdə müəssisə tərəfindən “ixtisaslaşdırılmamış tikinti işləri” görülmüş, lakin səyyar vergi yoxlaması təyin olunma ilə bağlı qərarın əsaslandırılması kimi, müəssisənin analoji mallar təqdim edən digər vergi ödəyicilərindən daha az vergi bəyan etməsi əsas kimi götürülmüşdür. Göründüyü kimi, əsaslandırma və analoji vergi ödəyicisi seçimi düzgün aparılmamışdır. Ticarət və tikinti işləri tamam ayrı sahələrdir və malların təqdim edilməsi və işlərin görülüməsinə görə əldə edilən mənfəət eyni deyildir. SVY aktının 11-ci səhifəsində qeyd edilmişdir ki, "xxxx" MMCnin fəaliyyəti üzrə gəlir və xərclərin əlaqəli məlumat əsasında müəyyənləşdirilməsi üçün VM-nin 67.2-ci maddəsinə əsasən araşdırma aparılmış, lakin analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi aşkar edilməmişdir, buna əsasən də Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilmişdir. Halbuki, 4-cü səhifədə müəssisənin mənfəət göstəricilərinin analoji müəssisələrin mənfəət göstəricilərindən az olması iddia olunmuşdur. Göründüyü kimi, yoxlayıcı orqan tərəfindən özü-özünü təkzib etmişdir. Bütün hallarda irəli sürülmüş iki əsaslandırmadan biri səhvdir. Həmçinin qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Göründüyü kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi VM-nin tələblərinə uyğun olaraq düzgün formada və qanuni əsaslandırılmamışdır. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023, 2-1(102)-2258/2023 saylı qərar (vahid məhkəmə təcrübəsi formalaşdıran ***), xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1632/2023 saylı, xx.xx.2022-cü il tarixli, 2-1(102)-669/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2- 1(102)-610/2023 saylı, xx.xx.2022-cü il tarixli, 2-1(102)-1356/2022 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-392/2024 saylı, xx.xx.2022-cü il tarixli, 2-1(102)-2486/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-610/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı saylı qərarları ilə təsbit edilmişdir. Mənfəət vergisinin hesablanması ilə bağlı bildirilmişdir ki, SVY aktına əsasən Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2020-ci il üzrə 92373,83 manat, 2021-ci il üzrə 134161,96 manat, 2022-ci il üzrə isə 138467,96 manat olmaqla cəmi, 365003,75 manat mənfəət vergisi hesablanılmış və həmin məbləğə münasibətdə 182501,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, malların, iş və xidmətlərin əldə edilməsinə dair elektron qaimə-fakturaları cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda tərəfləridən təkrarən yoxlamaya təqdim edilmişdir. 2020-ci il üzrə müəssisə tərəfindən elektron qaimə-fakturalar əsasında 3.034.271,28 manat dəyərində mal, iş və xidmətlər təqdim edilmiş, 10.000 manat dəyərində gəlirdən ümumi çıxılmaları olmuşdur. SVY aktına əsasən dövr üzrə gəlir məbləği 262.631,24 manat azaldılaraq 2.782.094,26 manat müəyyən edilmiş və buna münasibətdə Nazirlər Kabinetinin 55 saylı Qərarı tətbiq edilməklə əlavə olaraq 92.373,83 manat manat mənfəət vergisi hesablanılmışdır. Halbuki, il ərzində müəssisə tərəfindən elektron qaimə-fakturalar əsasında 2.869.532,28 manat dəyərində mal, iş və xidmətlər əldə olunmuş, əməkhaqqı, MDSS, bank xərcləri, amortizasiya ayırmaları və s. xərclər ilə birlikdə cəmi xərc məbləği 3.032.912,27 manat təşkil etmişdir. Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinə əsasən ilin sonuna mal qalığı qalmamışdır. 2021-ci il üzrə müəssisə tərəfindən elektron qaimə-fakturalar əsasında 6.242.247,13 manat dəyərində mal, iş və xidmətlər təqdim edilmişdir. SVY aktına əsasən dövr üzrə gəlir məbləği 145.673,47 manat azaldılaraq 6.096.573,66 manat müəyyən edilmiş və buna münasibətdə NK 55 tətbiq edilməklə əlavə olaraq 134.161,96 manat mənfəət vergisi hesablanılmışdır. Halbuki, il ərzində müəssisə tərəfindən elektron qaiməfakturalar əsasında 5.744.510,84 manat dəyərində mal, iş və xidmətlər əldə olunmuş, əmək haqqı, MDSS, bank xərcləri, amortizasiya ayırmaları və s. xərclər ilə birlikdə cəmi xərc məbləği 5.896.961,31 manat təşkil etməklə, dövlət büdcəsinə 69.057,16 manat mənfəət vergisi bəyan edilərək ödənilmişdir. Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinə əsasən ilin sonuna 4.951,28 manat mal qalığı qalmamışdır. 2022-ci il üzrə müəssisə tərəfindən elektron qaimə-fakturalar əsasında 5.881.611,6 manat dəyərində mal, iş və xidmətlər təqdim edilmişdir. SVY aktına əsasən dövr üzrə gəlir məbləği 366.266,61 manat artırılaraq 6.247.878,21 manat müəyyən edilmiş və buna münasibətdə NK 55 tətbiq edilməklə əlavə olaraq 138.467,96 manat mənfəət vergisi hesablanılmışdır. Halbuki, il ərzində müəssisə tərəfindən elektron qaimə-fakturalar əsasında 6.313.024,1 manat dəyərində mal, iş və xidmətlər əldə olunmuş, əmək haqqı, MDSS, bank xərcləri, amortizasiya ayırmaları və s. xərclər ilə birlikdə cəmi xərc məbləği 5.532.638,35 manat təşkil etməklə, dövlət büdcəsinə 69.794,65 manat mənfəət vergisi bəyan edilərək ödənilmişdir. Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinə əsasən ilin sonuna 1.055.830,13 manat mal qalığı qalmışdır. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, sənədlər yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin gəlir və xərclərini müəyyən etmək mümkün olmamış və Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik prinsipi əsasında vergilər hesablanılmışdır. Bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli sənədlərin qismən təqdim edilməsi barədə akta əsasən müəssisə tərəfindən müqavilələr (qiymətlərin razılaşdırma protokolu, subpodrat müqavilələri və s.)- 145 səhifə (elektron faylda), F2 və F3-lər (təhvil təslim aktları, aktlar və e-qaimə fakturalar)- 1381 səhifə (elektron faylda), bank hesablarından çıxarışlar- 3 ədəd (elektron faylda), lisenziya və əlavəsi-2 səhifə (elektron faylda), əsas vəsaitlər cədvəli-elektron faylda, əmək haqqı cədvəlləri-elektron faylda, borc müqavilələri 48 səhifə (elektron faylda), icarə müqavilələri – 8 səhifə (elektron faylda), subpodrat müqaviləsi və F2-lər- 3 səhifə (elektron faylda) yoxlamaya təqdim edilmişdir. Əlbəəl təqdim edilmiş sənədlərdən əlavə olaraq online kargüzarlıq sistemi vasitəsi 47 adda müxtəlif sənədlər yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəssisənin 2020 və 2021-ci illər üzrə gəlir məbləği azaldılmış və əsassız olaraq azaldılmış məbləğə əsasən 2022-ci il üzrə gəlir məbləği artırılmışdır. Lakin səyyar vergi yoxlaması aktında qeyd olunan azaldılma və artırılma barədə heç bir əsaslandırma mövcud deyildir. Göründüyü kimi, müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən gəliri müəyyən edilmiş, lakin xərclərə münasibətdə ikili yanaşma nümayiş etdirilərək xərc sənədləri nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Əgər təqdim edilmiş sənədlər gəlirin əldə olunması ilə bağlı olaraq qəbul edilirsə, xərclərə münasibətdə də eynilə qəbul edilməlidir. Lakin yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bildirilmişdir ki, inzibatı orqan tərəfindən şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Ali Məhkəmənin 2-1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “38. Eyni zamanda və bu xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. 39. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Ali Məhkəmənin analoji VM-nin 83.9-cu və Nazırlər Kabinetinin 55 saylı Qərarının tətbiqi ilə bağlı çoxlu sayda analoji qərarları mövcuddur: xx.xx.2023, 2-1(102)-2258/2023 saylı qərar- vahid məhkəmə təcrübəsi formalaşdıran ***, xx.xx.2022, 2-1(102)-2486/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)-532/2022 saylı, xx.xx.2022, 2-1(102)-1239/2022 saylı, xx.xx.2022, 2-1(102)- 22/2022 saylı, xx.xx.2022, 2-1(102)-1525/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 155/2023 saylı, xx.xx.2023, 2-1(102)-826/2023 saylı qərar və s. Digər tərəfdən, svy aktının 4-cü səhifəsində qeyd edilmişdir ki, analoji vergi ödəyiciləri ilə müqayisədə mənfəət göstəriciləri az bəyan olunmuşdur. Bu o deməkdir ki, cavabdeh tərəfindən yoxlama təyin olunması üçün analoji vergi ödəyicisi müəyyən olunmuş və onun göstəricilərinə əsasən svy təyin edilmişdir. Lakin svy aktının 11-ci səhifəsində analoji vergi ödəyicisinin olmaması səbəbindən əlaqəli məlumat əsasında VMnin 67.2-ci maddəsinə əsasən vergilərin hesablanılmasından imtina olunmuşdur. Bu o deməkdir ki, yoxlayıcı orqan tərəfindən sahibkarlıq subyektinə münasibətdə səmimi davranılmamış, ikili mövqe nümayiş etdirilmişdir. SVY aktında qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən hesablama metodundan istifadə olunmuşdur. Lakin svy aktının 12-ci səhifəsində qeyd edilir ki, 2021-ci il üzrə gəlir məbləği bank hesabına daxil olan vəsaitə əsasən hesablanılmışdır. Bu isə VM-nin 130- 136-cı maddələrinin tələblərinə ziddir. ƏDV-nin hesablanılmasına münasibətdə bildirilmişdir ki, SVY aktında qeyd edilir ki, 7 vergi ödəyicisi ilə aparılan qarşılıqlı əməliyyatlar nəticəsində 590.299,48 manat məbləğində ƏDV əvəzləşmələri çıxarılmışdır. İddiaçı MMC-nin 7 vergi ödəyicisi ilə apardığı qarşılıqlı əməliyyatlar nəticəsində 590,299.48 manat məbləğində ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Belə ki, həmin vergi ödəyicilərindən 6-sı, yəni "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022ci il tarixdə, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, "X12" MMC xx.xx.2023-cü il tarixli qərarlara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, ərizəçi İddiaçı MMC-nin həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatları əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab etmişdir. Lakin, qeyd olunan vergi ödəyiciləri ilə maliyyə əməliyyatları riskli vergi ödəyiciləri siyahisına daxil edilməmişdən əvvəl aparılmışdır. SVY aktında qeyd edilmişdir ki, həmin müəssisələrin mal alışında alkoqollu içkilər və s. alışı olmuşdur. İddiaçı qeyd etmişdir ki, MMC tərəfindən həmin müəssisələrdən hər hansı mal alışı həyata keçirilməmişdir. Qeyd olunan 7 müəssisə ilə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanılmış və işlər görülmüşdür. Həmin müəssisələrin nizamnamələrinə əsasən onların qanunvericiliklə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq səlahiyyəti olmuşdur. Vergi Məcəlləsi və Mülki Məcəllənin heç bir maddəsində elə bir qadağa yoxdur ki, mal satışı ilə məşğul olan müəssisələr, xidmət fəaliyyəti ilə məşğul ola bilməzlər. Həmin müəssisələr tərəfindən aktda qeyd edilmiş malların 3-cü şəxslərə satılmasının, onlarla əmtəəsiz əməliyyatlar aparılmasının "xxxx" MMC-nə heç bir aidiyyatı yoxdur. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında NK-nin 28 iyul 2020-ci il tarixli 265 saylı qərarının 3.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Eyni zamanda həmin qərarın 2-ci bəndində xidmətlərin göstərilməsi ilə bağlı hansı əməliyyatların riskli hesab edilməsi ilə bağlı heç bir meyar müəyyən edilməmişdir. VM-in 175.11-ci maddəsinə əsasən “Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir”. Mövcud halda müəssisələr arasında əmtəə (alqı-satqı və s.) predmeti olan heç bir əməliyyat aparılmamış, yalnız tikinti-quraşdırma xidmətləri göstərilmişdir. Göründüyü kimi, qeyd olunan müəssisələr ilə aparılan əməliyyatların riskli hesab edilməsi və VM-in 13.2.82-ci və 175.11-ci maddələrinə əsasən ƏDV əvəzləşdirmələrinin ləğv edilməsi qeyd olunan qanunların və NK-nin müvafiq qərarının tələbinə zidd olmuşdur. Həmçinin bildirilmişdir ki, Dövlət Vergi Xidmətinə məxsus olan internet resursunda “Riskli vergi ödəyiciləri barədə məlumat verilməsi” pəncərəsində "xxxx" MMC-nin (VÖEN **********) riskli vergi ödəyiciləri siyahısında olmaması barədə xəbərdarlıq çıxır. Halbuki, cavabdeh tərəfindən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında olmamasına baxmayaraq, onunla aparılmış 873.748,45 manat qarşılıqlı əməliyyata münasibət 157.274,73 manat ƏDV əvəzləşməsini ləğv edilmişdir. Eyni zamanda, "xxxx" MMC (VÖEN **********) ilə müəssisə arasında xx.xx.2021-ci il tarixində 3 eqf əsasında (EBBO 000470, EBBO 000275, EBBO 012065) cəmi 290.160,09 manat, ƏDV məbləği 52.228,82 manat olan əməliyyat aparılsa da, SVY aktında səhvən "xxxx" MMC ilə olan EBCL 921127 və EBCL 955027 saylı eqf-lər əsasında 515.859,25 manat məbləğə münasibətdə 92.854,67 manat ƏDV əvəzləşməsinin ləğv edilməsi bildirilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi müəssisəyə təmir-tikinti xidmətləri göstərmiş sonradan riskli hesab edilmiş müəssisələr maliyyə əməliyyatları aparılarkən riskli vergi ödəyiciləri siyahısında olmamışdırlar. "xxxx" MMC tərəfindən həmin müəssisələrə elektron qaimə-fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Eyni zamanda, sonradan da heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni AR Ali Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(102)-2233/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2208/2023*** saylı, və s. qərarlarında əks etdirilən mövqeyə görə: “Alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının alqı-satqı əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur”. Oxşar işlər ilə bağlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2208/2023 nömrəli, 2-1(102)-2233/2023 nömrəli, 2-1(102)- 480/2024 nömrəli, 2-1(102)-64/2024 nömrəli, 2-1(102)-305/2024 nömrəli qərarları mövcuddur. Vergi orqanı tərəfindən qeyd edilmişdir ki, səyyar vergi yoxlaması prosesində “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 153.832,57 manat dəyərində taxta materialının görülmüş işlərdə istifadə edilmədiyi bildirilmiş və buna uyğun olaraq da, tərəfinizdən VM-in 159.1 və 67.15-ci maddələrinə əsasən 27.689,86 manat ƏDV məbləği hesablanmışdır. Bildirilmişdir ki, VM-nin 67.15-ci maddəsinə “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.” Bildiririk ki, tərəfinizdən 153.832,57 manat dəyərində taxta materialının anbar və ya tikinti sahəsində olub-olmamasının müəyyən olunması üçün vergi nəzarəti tədbiri keçirilməmiş, inşaat sahəsinə yerində baxış keçirilmədən, mal qalığının yerində olmaması qənaətinə gəlinmişdir. Hesab edirik ki, tərəfinizdən VM-nin 67.15-ci maddəsinin tələbi pozulmaqla, əsassız vergi məbləği hesablanmışdır. Bildirilmişdir ki, müəssisə tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinə əsasən ilin sonuna 1.055.830,13 manat mal qalığı (1.3.4. sair ehtiyatlar sətri) qalmışdır. SVY aktında (səh.16) qeyd edilir ki, yoxlama dövrünün sonuna (xx.xx.2023-cü il tarixinə) mal qalığı olmamışdır. Lakin mal qalığının olmamasını təsdiq edən hər hansı sənəd (izahat, yerində baxış, inventarizasiya, mal qalığı üzrə vergi nəzarət tədbirini təsdiq edən hər hansı digər sənəd) barədə aktda heç bir qeyd edilməmişdir. Qeyd olunan mal qalığının olması SVY ilə xx.xx.2024-cü il tarixində təsdiq edilmiş mənfəət vergisi bəyananməsi ilə də təsdiq edilmişdir. Eyni zamanda, 2023-cü il üzrə də təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin əvvəlinə 1.055.830,13 manat məbləğində mal qalığının (1.3.4. sair ehtiyatlar sətri) olması, ilin sonuna isə 421.776,36 manat mal qalığının olması bəyan olunaraq, cavabdehin özü tərəfindən kameral vergi yoxlaması təsdiq edilmişdir. Göründüyü kimi bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlaması aktının 1.9.2-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. xx.xx.2024-cü il tarixli baxış protokoluna əsasən isə yalnız müəssisənin ünvan 1 keçirilməsi müəyyən olunmuş, müəssisənin rəhbəri tərəfindən digər materialların tikinti sahəsində olması bildirilsə də, tikinti sahəsinə baxış keçirilməmişdir. Əmlakın inventarizasiyası və tikinti sahəsinə baxış keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması tamamilə qanunsuzdur. Qeyd edilən hal üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli (2- 1(102)-273/2023 nömrəli iş üzrə) və xx.xx.2023-cü il tarixli (2- 1(102)-1174/2023 nömrəli iş üzrə) qərarları mövcuddur. xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “...iş materiallarına əsasən ƏDV məbləği Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edilməklə hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi (səhifə 6) yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir”. Eyni zamanda, iş materiallarında qeyd olunan malmaterialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut mövcud deyildir. xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmiş, vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməmiş, ekspertiza aparılmamış və mütəxəssis dəvət edilməmişdir (səyyar vergi yoxlaması aktının 1.9.2-1.9.5-ci bəndləri). Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inventarizasiyanın səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparıldığı qeyd edilsə də, hazırkı iş üzrə inventarizasiyanın aparılması ilə bağlı qərarın qəbul edildiyi müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı mal qalığının müəyyən edilməsi məqsədilə inventarizasiya aparmadan iddiaçının faktiki fəaliyyət göstərmədiyi və mal qalığı qalmadığı 2020-ci il üzrə əlavə vergi hesablaması aparmaqla reallıqla uzlaşmayan nəticəyə gəlmişdir”. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra Baş İdarə) xx.xx.2023-cü il tarixli **********199000 nömrəli xidməti məlumatı əsasında Baş idarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179766 nömrəli Qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanlarında olan mövcud uçotbaza məlumatlarına əsasən 2020-ci ildə xərclər çıxılmaqla əldə edilmiş 1813,23 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edildiyindən vergilər və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və keçirilən yoxlama zamanı 2020-2022-ci illər üzrə mənfəət vergisi bəyannamələrində öz təsdiqini tapmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: (Dekabr 2020-Noyabr 2023) Səyyar vergi yoxlaması vergi orqanında olan baza məlumatları, vergi ödəyicisi tərəfindən qismən təqdim olunmuş ilkin mühasibat uçotu sənədləri, vergi-hesab fakturalar kanarlaşmaların olduğu, e-qaimə fakturalar, F2 və F3-İər, lisenziya, müqavilələr, icarə müqavilələri, arayışlar, elektron daşıyıcılar, kassa və bank əməliyyatlarına dair çıxarışlar, təsisçi borc müqavilələri, ödəniş tapşırıqları, əmək haqqı cədvəlləri, vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Mənfəət vergisi üzrə: Müəssisədə 2020-ci və 2022-ci illərin yekunları üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılmış və müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən sənədlər (o cümlədən layihələr üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı və digər sənədlər) tam təqdim edilmədiyi üçün, həmçinin vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı üçün 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifada edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli mallann təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Qeyd edilənlərə əsasən, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən araşdırma aparıldı, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi aşkar edilmədi. Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr ərzində cəmiyyətin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən malların təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq F2-İər, bank hesabı məlumatlar (F2-lər, VHFlar, E-Qaimə fakturalar və s) əsas götürülməklə müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 3.034.725,50 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ümumi gəlirdən çıxılan xərclər 3.032.912,27 manat (o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 104.580,0 manat, sosial sığorta haqları 21.690,93 manat, xammal və materiallar 2.821.423,31 manat, yanacaq xərclari 16.110,63 manat, rabitə xərci 54,72 manat, bank xidməti üzrə xərclər 11.146,69 manat, amortizasiya ayırmaları, asas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 56.961,0 manat, sığorta ilə bağlı xərclər 442,0 manat, gəlirdən çıxılan vergilər 502,99 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 1 813,23 manat göstərilmiş və 362,65 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal-material hesabatı və alınmış xidmətlərin hansı layihədə istifadə edilməsi baradə məlumatlar yoxlamaya təqdim olunmamışdır. Bundan başqa, mütəxəssis tərəfindən təqdim edilən rəydə bütün mallara münasibət bildirilərək miqdar müəyyən edilmədiyindən illər üzrə xərclərin müəyyənləşdirilməsi mümkün olmamış və bununla da mənfəət vergisi gəlirlərə görə şərti rentabellik norması tətbiq edilməklə NK-nın 55 saylı Qərarı üzrə hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, MMC-nin 2020-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdaki kimi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə cəmiyyətin əldə etdiyi 2.782.094,26 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə əsasən) gəliri əsasında mənfəəti aşağıdaki kimi hesablanmışdır. Ml: 2.782.094,26 / (100+20) x 20.463.682,38 manat 2020-ci il üzrə hesablanmış 463.682,38 manat mənfəətdən 20% dərəcə ilə 92.736,48 manat mənfəət vergisi hesablanmışdlr. Müəssisə tarəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 362,65 manat vergi mabləği nəzərə alınmaqla 92.373,83 manat (92.736,48 - 362,55) azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 6.242.247,13 manat; ümumi gəlirdən çıxılan xərclər 5.896.961,31 manat (o cümlədən: əmək haqqı və ona barabər ödəmələr 125.607,0 manat, sosial sığorta haqları 25.617,92 manat, xammal və materiallar 5.689.572,21 manat, icarə xərci 8.400,0 manat, yanacaq xərci 26.541,32 manat, bank xidməti üzrə xərclər 13.773,42 manat, amortizasiya ayırmaları, asas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 6.388,43 manat, sığorta ilə bağlı xərclər 85,50 manat, gəlirdən çıxılan vergilər 975,51 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 345.285,82 manat göstərilmiş və 69.057,16 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2021-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına asasən şərti rentabellik saviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə cəmiyyətin əldə etdiyi 6.096.573,66 manat (bank hesablarına daxil olan gəlirə əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Ml= 6.096.573,66/ (100+20) x 20 = 1.016.095,61 manat 2021-ci il üzrə hesablanmış 1.016.095,61 manat mənfəətdən 203.219,12 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 69.057,16 manat vergi məbləği nəzərə alinmaqla 134.161,96 manat (203.219,12 – 69.057,16) azadılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bayannaməsində çıxılmalardan sonra ümumi gəlir 5.881.611,60 manat; ümumi gəlirdən çıxılan xərclər 5.532.638,35 manat (o cümlədən: əmək haqqı və ona barabər tutulan ödəmələr 192.250,0 manat, sosial sığorta haqqı 37.140,09 manat, xammal və materiallar 4.240.874,86 manat, icarə xərci 8400,0 manat, yanacaq xərci 54.816,41 manat, rabitə xərci 774,0 manat, bank xidməti üzrə xərclər 41.686,69 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı və sair xərclər) 627.612,84 manat, amortizasiya ayırmaları, asas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 36.108,31 manat, nəqliyyat xərcləri 129.200,0 manat, digər xərclər 162.238,46 manat, gəlirdən vergilər 1536,69 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 348.973,25 manat göstərilmiş və 69.794,65 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2022-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2022-ci il üzrə cəmiyyətin əldə etdiyi 6.247.878,21 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Ml=6.247.878,21/ (100+20) x 20 = 1.041.313,03 manat 2022-ci il üzrə hesablanmış 1.041.313,03 manat mənfəətdən 208.262,61 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 69.794,65 manat vergi məbləği nəzərə alınmaqla 138.467,96 manat (208.262,61 – 69.794,65) azadılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2020-ci, 2021-ci və 2022-ci illər üzrə ümumilikdə 365.003,75 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 365.003,75 manat vergi məbləğinin 50% miqdarında, yəni 182.501,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı yoxlama ilə əhatə olunan dövr üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aylar üzrə əvəzlənmələrin düzgün qeyd edilməməsi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2020-ci il tarixli EBAT seriali 811758 nömrəli, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDT seriyali 558996 nömrəli, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli ƏBDT seriyalı 803409 nömrəli E-qaimə fakturalar üzrə ƏDV depozit məbləğləri ödənilmədiyi üçün əvəzləşmələrdən çıxarılmışdır. "X9" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDS seriyalı 737475 nömrəli E-qaimə faktura üzrə ümumi məbləğ 15.578,10 manat, ƏDV məbləği 2804,05 manat olduğu halda cəmiyyət tərəfindən ƏDV depozit hesabına 1904,05 manat (900,0 manat az ödəniş edildiyi üçün) ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdlr. Bundan əlavə, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDO seriyalı 283322 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 007826 nömrəli, xx.xx.2023cü il tarixli EBDO seriyalı 697986 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 497366 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 101068 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 491372 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 550386 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 007505 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 995785 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 493934 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 387071 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı EBDP nömrəli, "Konstromat” ASC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDE seriyalı 257310 nömrəli, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 920984 nömrəli (may 2023-cü ildə əvəzləşmə qəbul edilib) və "Alldoors” MMC (VÖEN. **********) ilə xx.xx.2023-cü il tarixli EBDO seriyalı 983698 nömrəli E-qaimə fakturalar üzrə əvəzləşmələr təkrar verildiyi (oktyabr 2021- cü ildə əvəzləşmə qəbul edilib) üçün 2023-cü il üzrə noyabr ayı ƏDV bəyannaməsindən çıxarılmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin hesabat dövrü ərzində həyata keçirilmiş mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə-alınmış elektron qaima-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyicisi əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan aşağıda qeyd edilən ödəyicilərdən iş və xidmətlər almışdır. "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyindən qeyd olunan ödəyicilərin Vergi Məcəlləsinin 13.2.82-ci və 175.11-ci maddələrinə əsasən aşağıda qeyd edilən ödəyicilərdən iş və xidmətlər üzrə əvəzləşdirilmələr ləğv edilmişdir. Aşağıda qeyd olunan 7 (yeddi) vergi ödəyicisi ilə aparılan qarşılıqlı əməliyyatlar nəticəsində ƏDV əvəzləşdirmələri çıxarılmışdır. Belə ki, həmin vergi ödəyicilərinin alışında tikinti fəaliyyətinə uyğun olmayan (əsasən alkoqollu içkilər və sair) mallar üzrə alış əməliyyatları olmuş və həmin şəxslər tərəfindən "Az-Caspian Construction” MMC-dən (VÖEN: **********) başqa heç bir hüquqi və fiziki şəxslərə iş və xidmətlər göstərilməmişdir. Müəssisə ilə "Afram- Səl” MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 427.420,66 manat (ƏDV məbləği 76.935,72 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 417969 nömrəli, EBBM seriyalı 417415 nömrəli, EBBM səriyalı 417057 nömrəli, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 404074 nömrəli, EBBN seriyalı 399206 nömrəli) E-qaimə fakturalar "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 873.748,45 manat (ƏDV məbləği 15.274,73 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2023-cü il tarixli, EBDN serialı 098006 nömrəli və xx.xx.2023-cü il tarixli EBDN serialı 645334 nömrəli E-qaimə-fakturalar, "Descent Project” MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 411.772,99 manat (EDV məbləği 74 119,15 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2021-ci il tarixli, EBBO seriyalı 491404 nömrəli, 491308 nömrəli E-qaimə fakturalar, "Komp- 2022” MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 515.859,25 manat (ƏDV məbləği 92.854,67 manat) qarşıııqıı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 921127 nömrali, ƏBCL səriyalı 955027 nömrəli E-qaimə fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 501.519,11 manat (ƏDV məbləği 90.273,44 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBBX səriyalı 001071 nömrəli, 000518 nömrəli, 002048 nömrəli, 001719 nömrəli və xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 909937 nömrəli, EBBX seriyalı 908915 nömrəli e-qaimə-fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 515.859,25 manat (ƏDV məbləği 92.854,67 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 921127 nömrəli, EBCL seriyalı 955027 nömrəli E-qaimə-fakturalar, “X12” MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 258.960,81 manat (ƏDV məbləği 46.612,95 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCK seriyalı 441111 nömrəli e-qaimə fakturalar əvəzləşmələrdən çıxarılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən sənədlər (o cümlədən, lahiyə üzrə mal-material silgisi və digər sənədlər tam təqdim edilmədiyi üçün xx.xx.2020-ci il tarixdən (ƏDV dövrü üzrə xx.xx.2020-ci il tarixdən) xx.xx.2023-cü il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində tikinti materialları (taxta, armatur, mərmər, dam örtüyü və beton) sərfiyyatının həcmini və əmək haqqı xərclərini müəyyənləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixli **********182632 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza” Birliyinin mütəxəssisi X4 dəvət edilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli rəy təqdim edilmişdir. Yoxlama zamanı e-qaimə-fakturalar üzrə alınmış mal-materiallar (taxta materialı), mütəxəssis rəyi əsasında görülmüş işlərə dair F2-lər üzrə silinmiş malmateriallar (taxta materialı) və vergi ödəyicisinin yoxlanılan dövrün əvvəlinə (xx.xx.2020-ci il tarixinə 5 kub metr taxta olmuşdur) və sonuna (xx.xx.2023-cü il tarixə mal-materiallar olmamışdır) təqdim edilmiş mal qalığı məlumatları nəzərə alınmaqla, ümumi olaraq 153.832,57 manat (ƏDV-siz) dəyərində mal-materiallar (taxta materialı) görülmüş işlərdə istifadə olunmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin məbləğə 27.689,86 manat ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2023-cü ilin noyabr ayına aid edilmişdir. Bundan əlavə, mütəxəsis tərəfindən təqdim edilmiş rəydə yoxlanılan vergi dövrü üzrə (xx.xx.2020-xx.xx.2023) görülmüş işlərdə sərf ədilən əmək haqqı həcmi (əmək tutumu) ümumilikdə 3.849.750,0 manat təşkil etmişdir. Lakin vergi ödəyicisinin yoxlanılan vergi dövrü üzrə (xx.xx.2020xx.xx.2023) göstərdiyi əmək haqqı məbləğləri və vergi ödəyicisinin e-qaimə-fakturalar üzrə alışında iş və xidmətlər olduğundan əmək tutumu üzrə kənarlaşma aşkar edilməmişdir. Beləliklə, müəsissə tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan vergi dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinə (175.1-ci, 175.1.1-ci, 175.11-ci maddələri) uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi və Vergi Məcəlləsinin 159.1-ci və 67.15-ci maddələrin tələbləri nəzərə alinmaqla ƏDV-nin 648.227,59 manat azaldılması, 17.182,77 manat artiq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 631.044,82 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 648.227,59 manat azaldılmağına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 324.113,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci ildə 1260,0 manat ƏDV məbləğində malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, yəni 1260,0 manat ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 630,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12956/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********186238 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12956/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********199000 nömrəli xidməti məlumatı əsasında Baş İdarənin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********179766 nömrəli Qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanlarında olan mövcud uçotbaza məlumatlarına əsasən 2020-ci ildə xərclər çıxılmaqla əldə edilmiş 1813,23 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edildiyindən vergilər və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və keçirilən yoxlama zamanı 2020-2022-ci illər üzrə mənfəət vergisi bəyannamələrində öz təsdiqini tapmışdır. Yoxlama ilə əhatə olunan vergi dövrü: (Dekabr 2020-Noyabr 2023) Səyyar vergi yoxlaması vergi orqanında olan baza məlumatları, vergi ödəyicisi tərəfindən qismən təqdim olunmuş ilkin mühasibat uçotu sənədləri, vergi-hesab fakturalar kənarlaşmaların olduğu, e-qaimə fakturalar, F2 və F3-lər, lisenziya, müqavilələr, icarə müqavilələri, arayışlar, elektron daşıyıcılar, kassa və bank əməliyyatlarına dair çıxarışlar, təsisçi borc müqavilələri, ödəniş tapşırıqları, əmək haqqı cədvəlləri, vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Mənfəət vergisi üzrə: Müəssisədə 2020-ci və 2022-ci illərin yekunları üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldı. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən sənədlər (o cümlədən, lahiyələr üzrə görülmüş işlərdə sərf olunmuş mal-material hesabatı və digər sənədlər) tam təqdim edilmədiyi üçün, həmçinin vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı üçün 2020, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli mallann təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Qeyd edilənlərə əsasən, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən araşdırma aparıldı, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi aşkar edilmədi. Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr ərzində cəmiyyətin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən malların təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq F2-lər, bank hesabı məlumatları (F2-lər, VHFlar, e-qaimə fakturalar və s.) əsas götürülməklə müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə gəlir və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 3.034.725,50 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ümumi gəlirdən çıxılan xərclər 3.032.912,27 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 104.580,0 manat, sosial sığorta haqları 21.690,93 manat, xammal və materiallar 2.821.423,31 manat, yanacaq xərcləri 16.110,63 manat, rabitə xərci 54,72 manat, bank xidməti üzrə xərclər 11.146,69 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 56.961,0 manat, sığorta ilə bağlı xərclər 442,0 manat, gəlirdən çıxılan vergilər 502,99 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 1813,23 manat göstərilmiş və 362,65 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş malmaterial hesabatı və alınmış xidmətlərin hansı layihədə istifadə edilməsi barədə məlumatlar yoxlamaya təqdim olunmamışdır. Bundan başqa, mütəxəssis tərəfindən təqdim edilən rəydə bütün mallara münasibət bildirilərək miqdar müəyyən edilmədiyindən illər üzrə xərclərin müəyyənləşdirilməsi mümkün olmamış və bununla da mənfəət vergisi gəlirlərə görə şərti rentabellik norması tətbiq edilməklə NK-nın 55 saylı Qərarı üzrə hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, cəmiyyətin 2020-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə cəmiyyətin əldə etdiyi 2.782.094,26 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Ml= 2 782 094,26 / (100+20) x 20 = 463.682,38 manat 2020-ci il üzrə hesablanmış 463.682,38 manat mənfəətdən 20% dərəcə ilə 92.736,48 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 362,65 manat vergi məbləği nəzərə alınmaqla 92.373,83 manat (92 736,48 - 362,55) azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 6.242.247,13 manat; ümumi gəlirdən çıxılan xərclər 5.896.961,31 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 125.607,0 manat, sosial sığorta haqları 25.617,92 manat, xammal və materiallar 5.689.572,21 manat, icarə xərci 8400,0 manat, yanacaq xərci 26.541,32 manat, bank xidməti üzrə xərclər 13.773,42 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 6388,43 manat, sığorta ilə bağlı xərclər 85,50 manat, gəlirdən çıxılan vergilər 975,51 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 345.285,82 manat göstərilmiş və 69.057,16 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2021-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2021-ci il üzrə cəmiyyətin əldə etdiyi 6.096.573,66 manat (bank hesablarına daxil olan gəlirə əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Ml= 6.096.573,66/ (100+20) x 20 = 1.016.095,61 manat 2021-ci il üzrə hesablanmış 1.016.095,61 manat manat mənfəətdən 203.219,12 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 69.057,16 manat vergi məbləği nəzərə alınmaqla 134.161,96 manat (203.219,12 – 69.057,16) azadılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 5.881.611,60 manat; ümumi gəlirdən çıxılan xərclər 5.532.638,35 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 192.250,0 manat, sosial sığorta haqları 37.140,09 manat, xammal və materiallar 4.240.874,86 manat, icarə xərci 8400,0 manat, yanacaq xərci 54.816,41 manat, rabitə xərci 774,0 manat, bank xidməti üzrə xərclər 41.686,69 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər) 627.612,84 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 36.108,31 manat, nəqliyyat xərcləri 129.200,0 manat, digər xərclər 162.238,46 manat, gəlirdən çıxılan vergilər 1536,69 manat) nəticədə vergiyə cəlb olunan mənfəət 348.973,25 manat göstərilmiş və 69.794,65 manat mənfəət vergisi hesablanmışdır. Cəmiyyətin 2022-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2022-ci il üzrə cəmiyyətin əldə etdiyi 6.247.878,21 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Ml=6.247.878,21/ (100+20) x 20 = 1.041.313,03 manat 2022-ci il üzrə hesablanmış 1.041.313,03 manat mənfəətdən 208.262,61 manat mənfəət vergisi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 69.794,65 manat vergi məbləği nəzərə alınmaqla 138.467,96 manat (208.262,61 – 69.794,65) azadılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən vergi ödəyicisi tərəfindən 2020-ci, 2021 -ci və 2022-ci illər üzrə ümumilikdə 365.003,75 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış 365.003,75 manat vergi məbləğinin 50% miqdarında, yəni 182.501,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı yoxlama ilə əhatə olunan dövr üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2020-ci il tarixli EBAT seriyalı 811758 nömrəli, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDT serialı 558996 nömrəli, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli EBDT seriyalı 803409 nömrəli e-qaimə fakturalar üzrə ƏDV depozit məbləğləri ödənilmədiyi üçün əvəzləşmələrdən çıxarılmışdır. "X10" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDS serialı 737475 nömrəli e-qaimə faktura üzrə ümumi məbləğ 15.578,10 manat, ƏDV məbləği 2804,05 manat olduğu halda cəmiyyət tərəfindən ƏDV depozit hesabına 1904,05 manat (900,0 manat az ödəniş edildiyi üçün) ödəniş edildiyi üçün ƏDV məbləği əvəzləşmədə nəzərə alınmışdır. Bundan əlavə, "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDO seriyalı 283322 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 007826 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 697986 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 497366 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 101068 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 491372 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 550386 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 007505 nömrəli,, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 995785 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 493934 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 387071 nömrəli, xx.xx.2023-cü il tarixli EBDP seriyalı EBDP nömrəli, "xxxx" ÖSC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDE seriyalı 257310 nömrəli, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 920984 nömrəli (may 2023-cü ildə əvəzləşmə qəbul edilib) və "xxxx" MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli EBDÖ serialı 983698 nömrəli e-qaimə fakturalar üzrə əvəzləşmələr təkrar verildiyi (oktyabr 2021-cü ildə əvəzləşmə qəbul edilib) üçün 2023-cü il üzrə noyabr ayı ƏDV bəyannaməsindən çıxarılmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin hesabat dövrü ərzində həyata keçirilmiş mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyicisi əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan aşağıda qeyd edilən ödəyicilərdən iş və xidmətlər almışdır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyindən qeyd olunan ödəyicilərin Vergi Məcəlləsinin 13.2.82-ci və 175.11-ci maddələrinə əsasən aşağıda qeyd edilən ödəyicilərdən iş və xidmətlər üzrə əvəzləşdirilmələr ləğv edilmişdir. Aşağıda qeyd olunan 7 (yeddi) vergi ödəyicisi ilə apanlan qarşılıqlı əməliyyatlar nəticəsində ƏDV əvəzləşdirmələri çıxarılmışdır. Belə ki, həmin vergi ödəyicilərinin alışında tikinti fəaliyyətinə uyğun olmayan (əsasən alkoqollu içkilər və sair) mallar üzrə alış əməliyyatları olmuş və həmin şəxslər tərəfindən İddiaçı MMC-dən (VÖEN: **********) başqa heç bir hüquqi və fiziki şəxslərə iş və xidmətlər göstərilməmişdir. Müəssissə ilə "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 427.420,66 manat (ƏDV məbləği 76.935,72 manat) qarşılıqlı əlaqələr dair (xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 417969 nömrəli, EBBM seriyalı 417415 nömrəli, EBBM serialı 417057 nömrəli, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 404074 nömrəli, EBBN seriyalı 399206 nömrəli) e-qaimə fakturalar "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 873.748,45 manat (ƏDV məbləği 157.274,73 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2023-cü il tarixli, EBDN seriyalı 098006 nömrəli və xx.xx.2023-cü il tarixli EBDN seriyalı 645334 nömrəli e-qaimə fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 411.772,99 manat (ƏDV məbləği 74.119,15 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2021-ci il tarixli, EBBO seriyalı 491404 nömrəli, 491308 nömrəli, 491279 nömrəli, 491550 nömrəli, 491206 nömrəli e-qaimə fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 515.859,25 manat (ƏDV məbləği 92.854,67 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 921127 nömrəli, EBCL seriyalı 955027 nömrəli e-qaimə fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 501.519,11 manat (ƏDV məbləği 90.273,44 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 001071 nömrəli, 000518 nömrəli, 002048 nömrəli, 001719 nömrəli və xx.xx.2022-ci il tarixli, EBBX seriyalı 909937 nömrəli, EBBX serialı 908915 nömrəli e-qaimə fakturalar, "xxxx" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 515.859,25 manat (ƏDV məbləği 92.854,67 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 921127 nömrəli, EBCL seriyalı 955027 nömrəli e-qaimə fakturalar, "X13" MMC (VÖEN: **********) arasında olan ümumi məbləği 258.960,81 manat (ƏDV məbləği 46.612,95 manat) qarşılıqlı əlaqələrə dair (xx.xx.2022-ci il tarixli, EBCK seriyalı 441111 nömrəli e-qaimə fakturalar əvəzləşmələrdən çıxarılmışdır. Aparılan səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən sənədlər (o cümlədən, lahiyə üzrə mal-material silgisi və digər sənədlər tam təqdim edilmədiyi üçün xx.xx.2020-ci il tarixdən (ƏDV dövrü üzrə xx.xx.2020-ci il tarixdən) xx.xx.2023-cü il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində tikinti materialları (taxta, armatur, mərmər, dam örtüyü və beton) sərfiyyatının həcmini və əmək haqqı xərclərini müəyyənləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixli **********182632 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılmış və qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 dəvət edilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli rəy təqdim edilmişdir. Yoxlama zamanı e-qaimə fakturalar üzrə alınmış mal-materiallar (taxta materialı), mütəxəssis rəyi əsasında görülmüş işlərə dair F2-lər üzrə silinmiş malmateriallar (taxta materialı) və vergi ödəyicisinin yoxlanılan dövrün əvvəlinə (xx.xx.2020-ci il tarixə 5 kub metr taxta olmuşdur) və sonuna (xx.xx.2023-cü il tarixə mal-materiallan olmamışdır) təqdim edilmiş mal qalığı məlumatları nəzərə alınmaqla, ümumi olaraq 153.832,57 manat (ƏDV-siz) dəyərində mal-materiallar (taxta materialı) görülmüş işlərdə istifadə olunmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin məbləğə 27.689,86 manat ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2023-cü ilin noyabr ayına aid edilmişdir. Bundan əlavə mütəxəsis tərəfindən təqdim edilmiş rəydə yoxlanılan vergi dövrü üzrə (xx.xx.2020-xx.xx.2023) görülmüş işlərdə sərf edilən əmək haqqı həcmi (əmək tutumu) ümumilikdə 3.849.750,0 manat təşkil etmişdir. Lakin vergi ödəyicisinin yoxlanılan vergi dövrü üzrə (xx.xx.2020-xx.xx.2023) göstərdiyi əmək haqqı məbləğləri və vergi ödəyicisinin e-qaimə fakturalar üzrə alışında iş və xidmətlər olduğundan əmək tutumu üzrə kənarlaşma aşkar edilməmişidir. Beləliklə, müəssisə tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan vergi dövrü üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən aylar üzrə dövriyyələrin düzgün göstərilməməsi, Vergi Məcəlləsinin 175-ci maddələrinə (175.1ci, 175.1.1-ci, 175.11-ci maddələri) uyğun olaraq aylar üzrə əvəzləşmələrin düzgün qeyd edilməməsi və Vergi Məcəlləsinin 159.1-ci və 67.15-ci maddələrin tələbləri nəzərə alınmaqla ƏDV-nin 648.227,59 manat azaldıldığı, 17.182,77 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 631.044,82 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr uzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 648.227,59 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 324.113,8 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci ildə 1260,0 manat ƏDV məbləğlərini malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec, yəni 1260,0 manat ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 630,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İlk növbədə, cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə” **********928800 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində bir sıra vergi ödəyicisində vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Həmçinin, səyyar vergi yoxlamasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli **********179766 saylı qərarda vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu qeyd edilmişdir. Belə ki, vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2020-ci ildə xərclər çıxılmaqla əldə edilmiş 1813,23 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edilmişdir. Göründüyü kimi risklərin təsviri hissəsində 2020-ci il üzrə xərclər çıxılmaqla əldə edilmiş 1813,23 manat mənfəət və bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli, eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən az olması qeyd edilmişdir. Məhkəmənin yalnız risklərin təsviri hissəsində qeyd edilən dəlilə istinad etməsi əsaslı sayıla bilməz. Səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarda qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilməsi hüququ əksini tapmışdır. Lakin vergi ödəyicisi tərəfindən müvafiq qərar mübahisələndirilməmişdir. Yoxlayıcı orqan tərəfindən özü-özünü səyyar vergi yoxlaması təyin edilmə barədə qərarın əsasını təkzib etmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. **********179912 saylı səyyar vergi yoxlaması aktı xx.xx.2024-cü il tarixlidir, göründüyü kimi cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə” qərarı qəbul edildikdən müəyyən müddət sonra səyyar vergi yoxlaması aktı tərtib edilmişdir, ötən müddət ərzində də analoji fəaliyyət ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların fərqli olması gözləniləndir. Səyyar vergi yoxlamasının keçirilməsi əsasları və vergilərin hesablanması əsasları, ümumilikdə, fərqli anlayışlardır. İddiaçıda 2020-ci və 2022-ci illərin yekunları üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanılmış və müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən sənədlər (o cümlədən, lahiyələr üzrə görülmüş işlərdə sərf olunmuş mal-material hesabatı və digər sənədlər) tam təqdim edilmədiyi üçün, həmçinin vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı üçün 2020, 2021 və 2022-ci illər üzrə məfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli mallann təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Qeyd edilənlərə əsasən, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən araşdırma aparıldı, lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi aşkar edilmədi. Səyyar vergi yoxlaması zamanı yoxlanılan dövr ərzində cəmiyyətin gəlirləri Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən malların təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq F2-lər, bank hesabı məlumatlar (F2-lər, VHFlar, e-qaimə fakturalar və s) əsas götürülməklə müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal-material hesabatı və alınmış xidmətlərin hansı layihədə istifadə edilməsi barədə məlumatlar yoxlamaya təqdim olunmamışdır. Bundan başqa, mütəxəssis tərəfindən təqdim edilən rəydə bütün mallara münasibət bildirilərək miqdar müəyyən edilmədiyindən illər üzrə xərclərin müəyyənləşdirilməsi mümkün olmamış və bununla da mənfəət vergisi gəlirlərə görə şərti rentabellik norması tətbiq edilməklə NK-nın 55 saylı qərarı üzrə hesablanmışdır. ƏDV ilə bağlı hesablamalara gəlincə qeyd olunur ki, iş materiallarına əlavə edilən “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, mütəxəssis tərəfindən 153.832.57 manat dəyərində taxta materialının görülmüş işlərdə istifadə edilmədiyi bildirilmiş və buna uyğun olaraq da, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 27.689,86 manat ƏDV məbləği hesablanılmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə “Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.” Maddənin tələbindən göründüyü kimi maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlaması aktından görünür ki (1.9.2), vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. xx.xx.2024-cü il tarixli baxış protokoluna əsasən isə yalnız müəssisənin ünvan 1 keçirilməsi müəyyən olunmuş, layihələrin icra olunduğu tikinti sahələrinə isə baxış və inventarizasiya keçirilməmişdir. Əmlakın inventarizasiyası və tikinti sahəsinə baxış keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması qeyd olunan maddənin tələbinə ziddir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC tərəfindən sənədlər (o cümlədən, lahiyə üzrə mal-material silgisi və digər sənədlər tam təqdim edilmədiyi üçün xx.xx.2020-ci il tarixdən (ƏDV dövrü üzrə xx.xx.2020-ci il tarixdən) xx.xx.2023-cü il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində tikinti materialları (taxta, armatur, mərmər, dam örtüyü və beton) sərfiyyatının həcmini və əmək haqqı xərclərini müəyyənləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixli **********182632 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X4 dəvət edilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli rəy təqdim edilmişdir. Yoxlama zamanı e-qaimə fakturalar üzrə alınmış mal-materiallar (taxta materialı), mütəxəssis rəyi əsasında görülmüş işlərə dair F2-lər üzrə silinmiş mal-materiallar (taxta materialı) və vergi ödəyicisinin yoxlanılan dövrün əvvəlinə (xx.xx.2020-ci il tarixə 5 kub metr taxta olmuşdur) və sonuna (xx.xx.2023-cü il tarixə mal-materiallan olmamışdır) təqdim edilmiş mal qalığı məlumatları nəzərə alınmaqla, ümumi olaraq 153.832,57 manat (ƏDV-siz) dəyərində malmateriallar (taxta materialı) görülmüş işlərdə istifadə olunmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən həmin məbləğə 27.689,86 manat ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2023-cü ilin noyabr ayına aid edilmişdir. Yəni, məhkəmə qərarında da qeyd edildiyi kimi iş materiallarına əlavə edilən “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, mütəxəssis tərəfindən 153.832.57 manat dəyərində taxta materialının görülmüş işlərdə istifadə edilmədiyi bildirilmiş və buna uyğun olaraq da, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 27.689,86 manat ƏDV məbləği hesablanılmışdır. Yəni, cavabdehə təqdim edilmiş mütəxəssis rəyində 153.832.57 manat dəyərində taxta materialının görülmüş işlərdə istifadə edilmədiyi bildirilmiş, müvafiq rəydən hesablama aparılması zamanı istifadə edilmiş, inventarizasiya keçirilməsinə zərurət olmamışdır. Vergi orqanının yoxlama apardığı müəssisənin rəsmi qeydiyyatda olmayan, uçot-baza məlumatlarında əksini tapmayan ünvanına baxış keçirmək hüququ yoxdur. Həmçinin, xx.xx.2024-cü il tarixli baxış protokoluna əsasən vergi ödəyicisinin uçot-baza məlumatlarında qeydiyyatda olan ünvanına - ünvan 1 keçirilmişdir. Yoxlama zamanı iddiaçı müəssisənin özü tərəfindən mal qalığı cədvəli təqdim edilmiş, yoxlama zamanı müvafiq məlumatlardan istifadə edilmişdir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə **********308000 saylı qərara əsasən "16.11.21-ci il tarixdə "xxxx" MMC-nin e-qaimə üzrə 242,6 min manat (ƏDV-si 43,7 min) dəyərində "Su axıdıcı borunun quraşdırılması, şüşə paketin quraşdırılması, polad şvellerin quraşdırılması, metal karkasın qurulması və s." kimi xidmətlər təqdim etdiyi, həmçinin 16-xx.xx.2021-ci il tarixdə e-qaimə ilə 3810,5 m2 "Kafel-metlax" və 84339 ədəd "vodkanaş Traditsii, Vodkanovaya Axsu, X11" almasına baxmayaraq, vergi ödəyicisinin obyektinin olmadığı müəyyən edilmişdir. Obyektin olmadığını nəzərə alaraq, əldə olunmuş malların alışı riskli hesab edilir. "xxxx" MMC "xxxx" MMC ilə xx.xx.2021- xx.xx.2021-ci il tarixlərində qarşılıqlı əməliyyat aparmışdır. Göründüyü kimi "xxxx"MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarda aparılmış inzibati araşdırmanın tarixi həmin ödəyicinin iddiaçı “AZ-CASPİAN CONSTRUCTİON" MMC ilə aparmış olduğu əməliyyatlarla eyni tarixlərdədir. Bu dəlil isə aparılmış əməliyyatların əmtəəsiz olduğunu bir daha təsdiq edir. Həmçinin, iddiaçının adı qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarların mövcud olmamasına münasibətdə bildirirlər ki, hər bir inzibati akt araşdırma aparılıb təhlil edildikdən sonra müvafiq halların nəticəsinin təsdiqi olaraq qəbul edilir. Yəni, riskli hesab edilmə barədə inzibati qərarların tarixi müvafiq əmtəəsiz əməliyyatlardan sonrakı tarixlərdə olmalıdır. Riskli hesab edilmə barədə qərarlara nəzər saldıqda özündən əvvəlki tarix aralıqlarında baş vermiş faktların təhlil edildiyi müəyyən edilir. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Məhkəmə tərəfindən işin hallarının araşdırılması zamanı ƏDV-nin hesablanması əsasları tam araşdırılmamış, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166 və 175-ci maddələrinin pozulması hallarına, ümumiyyətlə, münasibət bildirilməmişdir. Belə ki, məhkəmə qərarının bir dəlili də bundan ibarətdir ki, mübahisələndirilən qərarda cavabdeh vergi orqanı tərəfindən iddiaçıya VM-in 58.6-cı maddəsi ilə 630 manat maliyyə sanksiyası tətbiq edilsə də, istər səyyar vergi yoxlaması aktında, istərsə də vergi məsuliyyətinə cəlb edilmə barədə qərarda, o cümlədən məhkəməyə təqdim edilmiş etirazda malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməməsi konkret hallarla əsaslandırılmamışdır. Yuxarıda qeyd edilən hallar səyyar vergi yoxlaması aktında da, cavabdeh tərəfindən təqdim edilmiş etirazda da əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********179766 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən dekabr 2020-noyabr 2023-cü illər əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli **********179912 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. -Səyyar vergi yoxlaması aktı əsasında xx.xx.2024-cü il tarixli **********186238 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və İddiaçı MMC-yə 1.002.012,7 manat əlavə vergilər hesablanılmış və 507.245,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********186238 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar mübahisələndirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı iddiaçının 2020-2022-ci illər üzrə təqdim edilmiş sənədlərə əsasən əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin həmin dövrə münasibətdə qüvvədə olan 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlər gəlirin əldə olunmasına və ƏDV-nin hesablanılmasına münasibətdə nəzərə alınmış, xərclərin müəyyən olunmasına münasibətdə isə nəzərə alınmayaraq “İnzibati icraat haqqında” Qanunun 12.4-cü maddəsinə uyğun davranış sərgiləməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -19.4-cü maddəsinə əsasən bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir. - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -36.1-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2-cı maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması vergi orqanı tərəfindən keçirilə bilər. -39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. -39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. -39.3-cü maddəsinə əsasən vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. -45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. -45.4-cü maddəsinə əsasən bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. -45.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. -49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanmışdır. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Həmçinin, səyyar vergi yoxlamasının aktında cavabdeh tərəfindən İddiaçı MMC-nin fəaliyyəti üzrə gəlir və xərclərin əlaqəli məlumat əsasında müəyyənləşdirilməsi üçün VMnin 67.2-ci maddəsinə əsasən araşdırma aparılması, lakin analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin aşkar edilməməsi və buna əsasən də mənfəət vergisinin Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik tətbiq edilməklə hesablanılması müəyyən edilir. Halbuki, səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarda və səyyar vergi yoxlaması aktında müəssisənin mənfəət göstəricilərinin analoji müəssisələrin mənfəət göstəricilərindən az olması iddia olunmuşdur. Göründüyü kimi, yoxlayıcı orqan özü tərəfindən səyyar vergi yoxlaması təyin edilmə barədə qərarın əsasını təkzib etmişdir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə yoxlama, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlansa da, yoxlamanın təyin edilməsi barədə qərarda vergi orqanının digər dövrlər və tədiyyələr üzrə əldə etdiyi mənbəyi bəlli məlumatın nədən ibarət olması göstərilməmişdir. 03 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə 67.17-ci maddə əlavə edilənədək qəbul edilmiş inzibati aktlarla mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, amma bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Məhkəmə kollegiyası hesab edir ki, növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir. Vergi Məcəlləsinin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki, növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Yəni əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər. Beləliklə, əgər həmin il üzrə növbəti səyyar vergi yoxlaması keçirilməmişdirsə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin növbəti səyyar vergi yoxlaması hesab edilməsi düzgün deyil. Çünki növbəti SVY ilə növbədənkənar SVY arasında prosessual fərqlər mövcud olduğundan bu hal vergi ödəyicilərinə münasibətdə qanundankənar prosessual davranışın həyata keçirilməsinə səbəb olur. Səyyar vergi yoxlamasının nəticələrindən müəyyən edilir ki, yoxlama nəticəsində Vergi Məcəlləsinin (həmin dövrdə qüvvədə olan) 67.14, 83.9-cü maddələri və AR Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2020-ci il üzrə 92.373,83 manat, 2021-ci il üzrə 134.161,96 manat, 2022-ci il üzrə isə 138.467,96 manat olmaqla cəmi, 365.003,75 manat mənfəət vergisi hesablanılmış və həmin məbləğə münasibətdə 182.501,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına və səyyar vergi yoxlaması aktına əsasən sənədlərin yoxlamaya qismən təqdim edilməsi, müəssisəyə məxsus sənədlərin təsdiq edilmiş surətlərinin götürülməsi, həmçinin elektron kargüzarlıq sistemi vasitəsi ilə digər sənədlərin yoxlamaya təqdim edilməsi müəyyən edilmişdir. Eyni zamanda, elektron qaimə-fakturalar, ƏDV depozit hesabından çıxarış, mənfəət vergisi bəyannamələri və digər sənədlər məhkəmə araşdırmasına təqdim edilmişdir. Lakin cavabdeh vergi orqanı qeyd olunan sənədlərin mövcud olmasına və yoxlamaya təqdim edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə eləcə də, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq etməklə vergiyə cəlb edilən mənfəəti müəyyən etmiş və iddiaçıya əlavə mənfəət vergisi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Yoxlayıcı orqan tərəfindən VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Başqa sözlə, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz”. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, mütəxəssis tərəfindən 153.832,57 manat dəyərində taxta materialının görülmüş işlərdə istifadə edilmədiyi bildirilmiş və buna uyğun olaraq da, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 159.1 və 67.15-ci maddələrinə əsasən 27.689,86 manat ƏDV məbləği hesablanılmışdır. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Maddənin tələbindən göründüyü kimi maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlaması aktından görünür ki, (1.9.2) vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. xx.xx.2024-cü il tarixli baxış protokoluna əsasən isə yalnız müəssisənin ünvan 1 keçirilməsi müəyyən olunmuş, layihələrin icra olunduğu tikinti sahələrinə isə baxış və inventarizasiya keçirilməmişdir. Əmlakın inventarizasiyası və tikinti sahəsinə baxış keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması qeyd olunan maddənin tələbinə ziddir. Səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi yoxlama zamanı inventarizasiyanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda, uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması şəklində qiymətləndirməklə cavabdeh vergi orqanı tərəfindən əsassız nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, uçot məlumatlarında mövcud olan, lakin vergi ödəyicisinin faktiki sahibliyində olmayan malların müəyyən edilməsi üçün vergi nəzarətinin həyata keçirilməsi şərtdir. Eyni zamanda, iş materiallarında qeyd olunan mal-materialın iddiaçının uçot sənədlərində əks olunduğu barədə hər hansı sübut təqdim edilməmişdir. Müəssisə tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinə əsasən ilin sonuna 1.055.830,13 manat mal qalığı (1.3.4. sair ehtiyatlar sətri) qalmışdır. SVY aktında qeyd edilir ki, yoxlama dövrünün sonuna (xx.xx.2023-cü il tarixinə) mal qalığı olmamışdır. Lakin mal qalığının olmamasını təsdiq edən hər hansı sənəd (izahat, yerində baxış, inventarizasiya, mal qalığı üzrə vergi nəzarət tədbirini təsdiq edən hər hansı digər sənəd) barədə aktda heç bir qeyd edilməmişdir. Qeyd olunan mal qalığının olması SVY ilə xx.xx.2024-cü il tarixində təsdiq edilmiş mənfəət vergisi bəyananməsi (iş materiallarına əlavə olunmuşdur) ilə də təsdiq edilmişdir. Eyni zamanda, 2023-cü il üzrə də təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin əvvəlinə 1.055.830,13 manat məbləğində mal qalığının (1.3.4. sair ehtiyatlar sətri) olması, ilin sonuna isə 421.776,36 manat mal qalığının olması bəyan olunaraq, cavabdehin özü tərəfindən kameral vergi yoxlaması təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi İddiaçı MMC-nin 7 vergi ödəyicisi ilə apardığı qarşılıqlı əməliyyatlar nəticəsində 590.299,48 manat məbləğində ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Belə ki, həmin vergi ödəyicilərindən 6-sı, yəni "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, "xxxx" MMC xx.xx.2022ci il tarixdə, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə, "X12" MMC xx.xx.2023-cü il tarixli qərarlara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, ərizəçi İddiaçı MMC-nin həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatları əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab etmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi İddiaçı MMC ilə yuxarıda adları qeyd edilən MMC-lər arasındakı əməliyyatlar sonuncuların riskli vergi ödəyicisi hesab olunduğu tarixlərdən əvvəlki dövrlərdə aparılmışdır. "xxxx" MMC-nin isə əməliyyatlar aparılan dövrdə, yaxud sonradan riskli vergi ödəyicisi hesab edilməsi barədə hər hansı məlumat təqdim olunmamışdır. Belə olan halda cavabdeh tərəfindən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında olmamasına baxmayaraq, onunla aparılmış 873.748,45 manat qarşılıqlı əməliyyata münasibətdə 157.274,73 manat ƏDV əvəzləşməsinin ləğv edilməsi sual doğurur. Qeyd olunan 7 müəssisə ilə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanılmasına və işlərin görülməsi barədə e-qaimələr və təhvil-təslim aktları mövcuddur. Hazırkı işdə iddiaçı tərəfindən əldə edilmiş və ya göndərilmiş elektron qaimə-fakturaların əmtəəsiz olması, yəni həmin qaimələrdə öz əksini tapmış əməliyyatların predmeti olan malların (işlərin, xidmətlərin) faktiki olaraq alınmaması və ya təqdim edilməməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. İddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82- ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “etaxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin həmin vaxt riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı qeyd olunan vergi ödəyiciləri ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsir dairəsinə düşən heç bir mal-material alqı-satqısı həyata keçirməmişdir. Aparılan əməliyyatlar iş və xidmətlərin göstərilməsindən ibarət olmuşdur ki, qeyd olunan meyarlarda da, iş və xidmətlərə görə riskli vergi ödəyicisi hesab edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, mübahisələndirilən qərarda cavabdeh vergi orqanı tərəfindən iddiaçıya VM-in 58.6-cı maddəsi ilə 630 manat maliyyə sanksiyası tətbiq edilsə də, istər səyyar vergi yoxlaması aktında, istərsə də vergi məsuliyyətinə cəlb edilmə barədə qərarda, o cümlədən məhkəməyə təqdim edilmiş etirazda malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməməsi konkret hallarla əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12956/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar