Məhkəmə qərarları › İş №2-1(103)-1948/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1948/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1948/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Sotanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X39 qızının katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: X29, X20, X15, X24, X30, X33, X38, X25, X34) qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3830/2020 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2020-ci il tarixli qərarından üçüncü şəxs M.Useynova, R.Əhmədov və R.Əhmədova tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, Dalan 2, ev 4, 1 saylı mənzildən X16, X7, X6, X17, X21, X26, X9, 29.12.2014-cü il təvəllüdlü X10 və 19.12.2012-ci il təvəllüdlü X22 pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3830/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərarla razılaşmayan üçüncü şəxs X20 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və buna dair Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24.02.1996-cı il tarixli, 155703 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. 27.03.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 3 otaqdan 1 otağı X1. Hazırda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin 2 payı üçüncü şəxsə məxsus olmuş və digər 1 payı isə X11 məxsus olmuşdur. İndiyədək həmin evdə üşüncü şəxs M.Useynova və övladları iş üzrə digər üçüncü şəxslər X30 və X33 yaşayırlar. Həmçinin M.Useynova bildirir ki, o, birinci instansiya tərəfindən keçirilən məhkəmə iclaslarından xəbərsiz olmuş, həmçinin yekun məhkəmə qərarını almamışdır. Yalnız ASAN Xidmətdə şəxsiyyət vəsiqəsini dəyişdirərkən, etibarsız sayılması nəticəsində məhkəmə qərarı əsasında qeydiyyat ünvanından qeydiyyatının çıxarılmış olmasını bilmişdir. Yekun qərar müraciəti əsasında ona 16.06.2021-ci ildə təqdim edilmişdir. Göründüyü kimi, M.Useynova ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2 payı üzrə mülkiyyətçi olduğundan, həmin evdə övladları olan digər 3-cü şəxslər X30 və X33 ilə birlikdə yaşadığından və iddiaçı tərəfindən bütün bu hallar gizlədildiyindən və məhkəmə tərəfindən işin halları tam araşdırılmadığından onun hüquqları pozulmuşdur. Qərardan narazı qalan digər üçüncü şəxslər X25 və X15 apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları ataları X12 adına dövlət qeydiyyatına alınmış və buna dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 06.10.2000-ci il tarixli, 30/20373 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Ataları onları X8, X23, və yetkinlik yaşına çatmamış övladları X19 və X27 qanuni əsaslarla öz mülkiyyətinə qeydiyyata aldırmışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Useynova Mahirə və onun vəkili apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Əhmədov Rəşad birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh orqan məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmişMH seriyalı 185754 №li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Əmək dalan 2 küçəsində yerləşən 4 №li yaşayış evinin 1 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 15.04.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında 2861836nömrəli 28.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 08 avqust 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda iş üzrə üçüncü şəxslər X31, X20, X15, X30, X33, X38, X25, 29.12.2014-cü il təvəllüdlü X24 və 19.12.2012-ci il təvəllüdlü X34 qeydiyyatdadırlar. Bakı şəhəri, Cavabdeh tərəfindən verilmiş 14.09.2020-ci il tarixli 065-25616-1220 saylı məktubunda göstərilmişdir ki, X16, X7, X6, X17, X21, X26, X9, X10 və X22 ünvan 1 ünvanına qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Üçüncü şəxs X7 apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsininin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsi, dalan 2, 4 nömrəli yaşayış evinin 1 nömrəli mənzilinin 2 yaşayış otağı X7 adına, 1 yaşayış otağı isə X13 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə 557 nömrəli reyestr kitabında, 83288 nömrəli vərəqində 24.02.1996-cı il tarixli qeydiyyat aparılmışdır. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın surətindən görünür ki, X7 ünvan 4 ünvanında yerləşən mənzil üzərində mükiyyət hüququ daşımaz əmlakın dövlət reyestrində 557 nömrəli reyestr kitabının 83288 nömrəli vərəqində qeydiyyata alınmışdır. Üçüncü şəxslər X25 və X6 apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsininin surətindən görünür ki, Bakı şəhəri, Əliyev küçəsi, dalan 2, 4 nömrəli yaşayış evinin 53,0 kv.m. yaşayış sahəsindən ibarət 4 otağlı mənzili 12,0 kv.m. payda X12 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə 277 nömrəli reyestr kitabında, 06.10.2000-ci il tarixdə 30/20373 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, X16, X7, X6, X17, X21, X26, X9, 29.12.2014-cü il təvəllüdlü X10 və 19.12.2012-ci il təvəllüdlü X22 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları barədə iddiaçının ərizəsinə Bakı şəhəri, Cavabdeh tərəfindən verilmiş 25.02.2020-ci il tarixli 1056M-3220 saylı cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslar üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh orqana həvalə edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “...X16, X7, X6, X17, X21, X26, X9, 29.12.2014-cü il təvəllüdlü X10 və 19.12.2012-ci il təvəllüdlü X22 həmin ünvana qanuni əsaslarla (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında) qeydiyyata alınmalarına dair nə cavabdeh orqan, nə də ki üçüncü şəxslər tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas (qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə) mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur.” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Həmin qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında çıxarılır. AR Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarında göstərilir ki, “...Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.” İş materiallarında olan, X7 adına 155703 nömrəli və X12 adına 053077 nömrəli müvafiq qeydiyyat vəsiqələrindən görünür ki, “ünvan 5 ünvanına münasibətdə X20 (2 yaşayış otağı) və X28 (12,0 kv.m. payı) müvafiq olaraq xüsusi mükiyyət hüququna malikdirlər və qanuna uyğun qaydada daşınmaz əmlakın dövlət reyestrində bu hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən müəyyən edilir ki, hazırki iş üzrə üçüncü şəxslərdən Əhmədov Rəşad və Əhmədova X2 övladları, Əhmədova X3, X34 isə X6 övladıdır. Digər üçüncü şəxslər X33 və X30 isə X7 övladlarıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə üçüncü şəxslər Əhmədov İsmayıl və Useynova Mahirənin Bakı şəhəri, Əliyev küçəsi, dalan 2, 4 nömrəli ünvanda yerləşən yaşayış sahəsinin öz yaşadıqları hissəsinə münasibətdə xüsusi mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyetsrində qeydə alındığından, digər üçüncü şəxslər isə – Əhmədov Rəşad, Əhmədova Rahibə, Əhmədova Tahirə və Həmidova X4; Useynov Namik və Useynov Bəhram isə X7 ailə üzvləri olduğundan ünvan 6 ünvanda qeydiyyatda olmaq hüquqları vardır. Eyni zamanda, kollegiya qeyd edir ki, X29 və X26 iş materiallarında göstərilən ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, lakin həmin ünvanda yaşamadıqları müəyyən edilmişdir. Beləliklə, X29 və X38 inzibati məhkəmə icraatının heç bir mərhələsində iştirak etməmişlər və məhkəmə baxışında iştirak edən digər tərəflər də onları tanımadıqlarını bildirmişlər. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə mübahisəli ünvanda yerləşən mənzilə dair sənədlərin surəti təqdim edilmiş, lakin həmin sənədlərdə X29 və X32 aid heç bir məlumat əldə edilməmişdir. Beləliklə, iş materialları ilə sözügedən şəxslərin iddiaçı və ya digər üçüncü şəxslərin (sabiq) ailə üzvü olmaları, mübahisəli mənzildə əmlak hüququ, o cümlədən istifadə hüququ əldə etmələri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, üçüncü şəxslərin apelyasiya şikayətləri qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3830/2020 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2020-ci il tarixli qərarı üçüncü şəxslər X25, X15, X24, X34, X20, X33 və X17 Bakı şəhəri, Əliyev küçəsi, dalan 2, 4 nömrəli ünvandan qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hisssədə iddia tələbi rədd edilməlidir. Digər üçüncü şəxslər - X29 və X32 münasibətdə isə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsının İnzibati Prоsеssuаl Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: Üçüncü şəxslər X25, X6 və X7 apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3830/2020 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2020-ci il tarixli qərarı üçüncü şəxslər X25, X15, X24, X34, X20, X33 və X17 Bakı şəhəri, Əliyev küçəsi, dalan 2, 4 nömrəli ünvandan qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar