Məhkəmə qərarları › İş №2-1(103)-1949/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1949/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1949/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3765/2021 saylı 26 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpağa və tikiliyə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən iddiaçı X1 ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-517/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı 26 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən qərar qanuni qüvvəsini aldığından icra olunması üçün cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə “xəbərdarlıq” məktubu göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının nəticə hissəsində Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi qeyd edilsə də, çıxarışda torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyət hüququnun növü olaraq hansı hüququn (mülkiyyət, icarə, istifadə və s.) qeyd olunması göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə qərarının nəticə hissəsində Abşeron rayon XDS İK-nin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi qeyd edilsə də, çıxarışda torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyət hüququnun növü olaraq hansı hüququn (mülkiyyət, icarə, istifadə və s.) qeyd olunması göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbtc edilmədiyindən 26.01,2023-cü il tarixli qərardad ləğv olunmalıdır. Məhkəmə qərarının nəticə hissəsində Abşeron rayon XDS İcra komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi qeyd edilsə də, çıxarışda torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin mülkiyyət hüququnun növü olaraq hansı hüququn (mülkiyyət, icarə, istifadə və s.) qeyd olunması göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim qəbul etdiyi qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Bu qayda məhkəmə qərardadına da şamil olunur. Göründüyü kimi, qanunvericilik zərurət olduqda qətnaməyə, o cümlədən qərardada onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin, qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırki iş üzrə qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının həm əsaslandırıcı, həm də nəticə hissəsində Abşeron rayon XDS İcraiyyə komitəsinin 05 may 1991-ci il tarixli 84 nömrəli qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin iddiaçının adına (yəni mülkiyyət hüququ əsasında) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması açıq-aydın ifadə olunmuşdur. Belə olan halda sözügedən qərar aydın və anlaşılan olduğu üçün məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaratması üçün heç bir əsas mövcud deyil. Odur ki, “izahvermə barədə” ərizə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3765/2021 saylı 26 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar