Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-195/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X6 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü ildə Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Xüsusi X7rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(82)-1681/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2013-cü il tarixindən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1963-cü ildə anadan olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısı AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. O, BPO “Azərlektrosvet” Naxçıvan ETZ-də xx.xx.1980-ci ildə Selen turşularının və kuproks düzləndiricilərinin istehsalı üzrə zaçistitca” (yapışdırıcı) vəzifəsinə işə qəbul olunmuşdur (mətnə uyğun). xx.xx.1981-ci ildə presləyici vəzifəsinə köçürülmüş, xx.xx.2008-ci ildə 1995-ci il tarixdə verilmiş 26 nömrəli əmrə əlavə edilərək uzun müddət davam edən xəstəliyini nəzərə alaraq, ərizəsinə əsasən işdən azad olunmuşdur. AR Nazirlər Kabinetinin qəbul etdiyi 12 nömrəli qərarı əsasında güzəştli şərtlərlə yaşa görə əmək təqaüdü hüququ verən peşələr üzrə iş stajı 12 il 6 ay kifayət edir. Onun Naxçıvan MR-da “Azərelektroişıq” İstehsalat Birliyində xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək zəhərli maddə olan “selen” turşularının istehsalı üzrə yapışdırıcı və presləyici vəzifəsində 14 il müddətində fasiləsiz işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyasına qadınlar 50 yaşından buraxılır. İddiaçının 50 yaşı xx.xx.2013-cü ildə tamam olub və xx.xx.2013-cü ilədək 28 il iş stajı olub. Qadınlara əmək pensiyasına çıxmaq üçün ümumi 20 il iş stajı lazımdır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 12 il 6 ay əvəzinə iddiaçının 14 il iş stajı var. Qadınlar üçün 15 il lazım olduğu halda onun ümumilikdə 28 il iş stajı var. Dəfələrlə Dövlət X13 Nizami rayon şöbəsindən 50 yaşı tamam olduqdan sonra onu güzəştli şərtlərlə əmək pensiyasına buraxmağı tələb etmişdir. Lakin ona məhkəməyə müraciət edilməsini təklif ediblər və indiyə qədər onu pensiyaya buraxmayıblar. xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Nizami rayon şöbəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh olaraq, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsinin qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü ilə tarixindən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Tarixi X4 işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1681/2019 nömrəli qərarı ilə (hakim R.Daşdəmirov) iddia tələbi təmin edilmiş, xx.xx.1980ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Tarixi X4 işlədiyi illər nəzərə alınmaqla İddiaçı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdehapellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1681/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri sayılan hallarda əmək stajının yerində qarşılıqlı araşdırılması və yoxlanılması həyata keçirilir. İddiaçının sosial sığorta stajının araşdırılması üçün Naxçıvan MR-nın DSMF-na sorğu verilmiş, sorğuya verilən cavab məktubunda Azərbaycan X11si Cəmiyyətinin sənədlərinin arxivə təhvil verilmədiyindən vətəndaşın sosial sığorta stajının araşdırılmasının mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda işin apellyasiya icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbini qəbul etmədiyini və apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsi qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, iddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsinin nümayəndəsi X9 və əvvəlki cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nizami rayon şöbəsinin nümayəndəsiİmanova Sənubər İslam qızı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, o, presləyici vəzifəsində işlədiyini, göy rəngdə tozu presləyiciyə qoyaraq hazır məhsula verdiklərini bildirdi. Həmçinin, 52 yaşdan pensiya istədiyini, 1980-94-cü illərdə zərərli şəraitdə işlədiyini, Naxçıvan MR-da Tarixi X4 işləyərkən səhhəti ilə əlaqədar olaraq, bir neçə il işləyə bilməsə də, adının işdə getdiyini bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. -İТ-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən (əmr № 124k) xx.xx.1981-ci ilədək (əmr № 176k) Azərelektroişıq Naxçıvan ETZ-də birinci dərəcəli təmizləyici, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək (əmr № 70k) birinci dərəcəli presləyici, xx.xx.1994-cü ildən (əmr № 25) xx.xx.1995-ci ilədək Naxçıvan MR X11 cəmiyyətinə inspektor, xx.xx.1995-ci ildən (əmr №216) xx.xx.2008-ci ilədək nəzarətçi vəzifələrində çalışmışdır. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx xxxxxx 2017-ci il tarixli 03/1355 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli 128 nömrəli əmrlə presləyici sexinə 1-ci dərəcəli təmizləyici qəbul edilməsi, xx.xx.1981-ci il tarixli 176 nömrəli əmri ilə presləyici vəzifəsinə keçirilməsi, xx.xx.1994-cü il tarixli 71 nömrəli əmri ilə presləyici vəzifəsindən azad edilməsi əmr kitablarında göstərilmişdir.(direktor Z.İsmayılova) - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 2186/11 nömrəli cavab məktubunda “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında “Tarix və X2 Cəmiyyəti”nin mövcud olmadığı qeyd edilmişdir. - Azərbaycan Tarix və X5 Cəmiyyətinin Naxçıvan MR şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01 №-li arayışa əsasən İddiaçı 1994-cü ildən 2008-ci ilə qədər Cəmiyyətdə işləmişdir. (Cəmiyyətin sabiq sədri Q. Həsənzadə tərəfindən imzalanmışdır) İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, İddiaçı 01.0 8.1997-ci il tarixədək 20 ildən çox ümumi iş stajına malik olmuş və həmin müddətin 10 ildən artıq olan müddətini əmək şəraitinin zərərli və ağır olduğu işlərdə çalışdığından ona 50 yaşı tamam olan zaman, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək şəraitinin zərərli və ağır olan işlərdə çalışma müddəti 10 illik əmək stajından azdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək birinci dərəcəli presləyici peşəsi üzrə işlədiyi müddət qanunvericiliklə pensiya hüququnun yaranması üçün əsas olan 10 illik xüsusi sığorta stajına malik deyildir. Belə ki, iddiaçı məhkəmə iclasında gördüyü iş haqqında verdiyi izahatı ilə onun iddia ərizəsi arasında ziddiyyət mövcuddur və güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Lakin iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını da təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən arayışın təqdim edilməməsi də özü-özlüyündə iddianın əsassızlığına dəlalət edir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulmuş ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Tarixi X4 işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus İТ-İ seriyalı ******* saylı əmək kitabçası ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx xxxxxx 2017ci il tarixli 03/1355 saylı arxiv arayışı arasında uyğunsuzluqlar var. Belə ki, əmək kitabçasında iddiaçının xx.xx.1980-ci il tarixli, №124k əmrlə Azərelektroişıq Naxçıvan ETZ-də birinci dərəcəli təmizləyici vəzifəsinə qəbul edildiyi göstərilsə də, arxiv arayışında əmrin nömrəsi 128k kimi qeyd edilmişdir. Həmçinin, əmək kitabçasına əsasən iddiaçının xx.xx.1994-cü il tarixli, № 70k nömrəli əmrlə birinci dərəcəli presləyici vəzifəsindən azad edildiyi göstərilsə də, arxiv arayışında əmrin nömrəsi 71k qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət X16 sorğu verilərək, xx.xx.1994-xx.xx.2008-ci illərdə Az.Tarix və X1 Naxçıvan MR şöbəsində işləmiş vətəndaş İddiaçı iş stajını yoxlayaraq, yoxlama aktının təqdim edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət X13 Naxçıvan şəhər şöbəsinin 02/1636 nömrəli, 12.2017-ci il tarixli cavab məktubuna əsasən vətəndaş İddiaçı işlədiyi Az.Tarix və X3 Naxçıvan MR şöbəsinin sənədlərinin Naxçıvan MR Dövlət arxivinə təhvil verilmədiyindən iş stajının yoxlanılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, qeyd edir ki, iddiaçının xx.xx.2008-ci il tarixdə xəstəliyi nəzərə alınaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə əmrin nömrəsinin əmək kitabçasında göstərilməməsi, iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatında Naxçıvan MR-da Tarixi X4 işləyərkən səhhəti ilə əlaqədar olaraq, bir neçə il işləyə bilməsə də, adının işdə göstərilməsini qeyd etməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət X13 Naxçıvan şəhər şöbəsinin cavab məktubunda vətəndaş İddiaçı işlədiyi Az.Tarix və X3 Naxçıvan MR şöbəsinin sənədlərinin Naxçıvan MR Dövlət arxivinə təhvil verilmədiyinin göstərilməsi, həmçinin, iddiaçının Naxçıvan MR-da Tarixi X4 işləməsini göstərən arayışın Cəmiyyətin sabiq sədri tərəfindən imzalanması, onun həmin Cəmiyyətdə işləməsini şübhə altına alır. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən iddiaçıya iş materiallarında olan sənədlərdəki ziddiyyətlərə aydınlıq gətirilməsi ilə bağlı hər hansı sənəd-sübutların təqdim edilməsi təklif edilmiş, iddiaçı sənəd təqdim edə bilmədiyini, işə iş materiallarında olan sənədlər əsasında baxılmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1681/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 X12 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1681/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Xüsusi X7rşı «onun xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü ildən xx.xx.2006-cı il tarixədək Azərbaycan Tarixi X4 işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-195/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-195/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver