Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-195/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mənzil verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 345/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-345/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona mənzil verilməsində köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4277/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadına əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmış, buna baxmayaraq mənzillə təmin olunmamışdır. Lakin cavabdeh ona mənzil verilməsindən imtina edir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, çıxışında bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, 26.01. 1998-ci iltarixli sərəncamından görünür ki, iddiaçı mənzil növbəsində götürülməsi və yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və yaşayış yeri üzrə mənzil növbəsində duranların güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. 22 il ərzində iddiaçı mənzil növbəsində duranların siyahısında ön sıralarda olsa belə, ondan neçə illər sonra mənzil növbəsində duran şəxslər naməlum yollarla mənzillərə sahib olmuşlar. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamından görünür ki, İddiaçı mənzil növbəsinə götürülməsi və yaşayış yeri üzrə mənzil növbəsində duranların güzəştli siyahısına daxil edilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 6-M-H6 saylı, xx xxxxxxx 2011-ci il tarixli məktubda bildirilmişdir ki, o, İ qrup əlil kimi xx.xx.1998-ci ildən 3 nəfər ailə tərkibində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətin nəzdindəki ümumi mənzil növbəsi siyahısında 903-cü, güzəştlidə 378-ci və Qarabağ müharibəsi əlillərinin siyahısında isə 4-cü sıradadır. Mənzil növbəsinə götürülmüş Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin verilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyində, sözügedənlərin adlı siyahısı (o cümlədən onun) hazırlnıb məktubla aidiyyəti üzrə həmin nazirliyə göndərilmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 6-M-172/2 saylı, xx xxxxxxxx 2014-cü il tarixli məktubda bildirilmişdir ki, imtiyazlı ailələri, o cümlədən də Səbail rayonu üzrə mənzil növbəsində duran Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsi növbəlilik prinsipi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin sifarişi ilə inşa olunan mənzillərin verilməsi zamanı nəzərə alınması məqsədilə yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin mənzil növbəliliyi üzrə adlı siyahısı, o cümlədən də onun adı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamı əsasında yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşıdırılmasına ehtiyacı olan vətəndaşların Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edildiyini bildirməklə, ailə təkibi və kənar şəxsin qulluğuna ehtiyacı olan İ dərəcəli gözdən əlil olması ilə əlaqadər sərəncamda müvafiq dəyişikliyin olunmasını xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamında qismən dəyişiklik edilməsi, İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində (özü, oğlu və qızı) Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında hesab edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən sərəncamla əhatə olunmayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir. Birinci instansiya məhkəməsi araşdırlması zamanı İddiaçı müharibə əlil kimi mənzil növbəliliyini müəyyən edən sənədin (siyahı) təsdiq edilmiş surəti, həmçinin iddiaçıdan əvvəl və sonra növbəyə alınan şəxslərin siyahısının (növbəlilik üzrə) təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq 6-1335 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla tələb olunan sənədlərin surəti məhkəməyə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti nəzdində yaşayış yeri üzrə mənzil növbəsində duran Qarabağ müharibəsi əlillərinin siyahısından görünür ki, həmin siyahının 2-ci sırasında 3 nəfər ailə tərkibi ilə İddiaçı adı qeyd olunmuşdur. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamına əsasən İ dərəcəli Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüş və yaşayış yeri üzrə mənzil növbəsində duranların güzəştli siyahısına daxil edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamına əsasən xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamına qismən dəyişiklik edilərək, İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında hesab edilmişdir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 4.0. və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunmayan şəxslərin siyahısında olmadığı və sərəncamla əhatə olunmayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının Nazirliyin səlahiyyəti xaricində olması əsası ilə imtina etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli, 569 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi qərara alınmışdır. Göründüyü kimi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamına əsasən İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində (özü, oğlu və qızı) Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında qeydiyyata alındığından, İ dərəcəli əlil şəxslər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunan şəxslərin siyahısına aid edilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, işdə olan Bakı şəhəri Səbail rayon həkim əmək ekspert komissiyası tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, VTE-9 seriyalı 001503 nömrəli arayışın surətindən görünür ki, İddiaçı təkrar şəhadətləndirilmiş və ona müddətsiz 1 qrup əlillik müəyyən edilmişdir və əlilliyin səbəbi kimi milli münaqişə zəminində yaralanması göstərilmişdir. Göründüyü kimi İddiaçı əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilsədə, onun əlilliyi olan şəxs kimi hesab edilməsi barədə müvafiq icra hakimiyyəti orqanın müvafiq qərarı mövcud deyil. İşdə olan digər sənədlərdən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə 06546 nömrəli üzvlük vəsiqəsi verilmişdir. İddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 135 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamına əsasən İ dərəcəli Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə götürülsə də, sonradan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 03 saylı, xx xxxxxx 2018-ci il tarixli sərəncamına əsasən xx xxxxxx 1998-ci il tarixli, 135 saylı sərəncamına qismən dəyişiklik edilərək, İ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı İ dərəcəli gözdən əlil kimi 3 nəfər ailə tərkibində Rayon İcra Hakimiyyəti nəzdindəki gözdən əlillərin mənzil növbəsi siyahısında hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati orqan iddiaçını gözdən əlil kimi 3 nəfər ailə tərkibində gözdən əlillərin mənzil növbəsi siyahısında qeydiyyata alındığından, İ dərəcəli əlil şəxslər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2014-cü il tarixli 569 nömrəli sərəncamı ilə əhatə olunan şəxslərin siyahısına aid edilmədiyini qeyd edərək haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-345/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-195/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-195/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver