Məhkəmə qərarları › İş №2-1(103)-195/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-195/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-195/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi Ekspertiza Mərkəzi nəzdində yaradılmış əyani həkim komissiyasının onun üçün verilmiş 15.02.21-ci il tarixli göndərişə “əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” qərarının dəyişdirilərək İİ qrup müharibə əlili statusunun bərpa olunması vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, istefada olan polkovnik-leytenantdır, 1979- 2009-cu illərdə Ordu sıralarında 30 (otuz) təqvim ili, onun son 17 (on yeddi) ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İ Qarabağ müharibəsinin veteranıdır, 1992-ci ildə Kəlbəcər rayonunun ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşarkən yaralanmışdır. Təqribən 2004-cü ildən etibarən səhhətindəki narahatlıqlar artdığından hər il, hətta bəzən ildə iki dəfə Mərkəzi Klinik Hərbi Hospitalda stasionar müalicələr almışdır. 2009-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) xəstəliyə görə - hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararsız sayılaraq, müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Sonralar dəfələrlə Ordu sıralarına qayıtmaq istəsə də, Hərbi Həkim Komissiyası bunun mümkünsüz olduğunu bildirmişdir. 2010-ci ilin fevral ayından İİ qrup müharibə əlili kimi Prezident təqaüdü almışdır. 2021-ci ilin fevral ayının 13də əlillik müddətini artırmaq üçün lazım olan sənədlər 20 saylı poliklinikadan elektron qaydada A) Əsas diaqnoz: “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Mikroocaqlı üzvi nişanələr. Ensefalopatiya” B) Ağırlaşma: “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları”. C) Yanaşı gedən xəstəliklər: “Qan dövranı çatışmazlığı İİİ dərəcə. Stenokardiyanın digər formaları. ÜİX. Stabil gərginlik stenokardiyası FS İİ. İnfarktdan sonrakı kardioskleroz. Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış beş ədəd dərmanlı stend implantasiyasından sonrakı vəziyyət” diaqnozları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilmişdir. Həmin vaxtdan, yəni fevral ayının 13-dən bu günə kimi (6 aydır) əlilliyə görə aldığı Prezident təqaüdü və pulsuz dərman təminatı da dayandırılmışdır. 2021-ci ilin iyul ayının 9-da onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə komissiyadan keçməyə dəvət etmişlər. Orada heç bir müayiə aparmamışlar. 2021-ci ilin avqust ayının 3-də TSERAS-dan mobil telefonuna mesaj gəlmişdir ki, İddiaçı üçün verilmiş 15.02.21 tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilik təyinatından imtina edilmişdir. İddiaçı 13 sentyabr 2021-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbinin “komissiya tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş üzrə qəbul edilmiş qərarın ləğv edilərək, 2-ci qrup müharibə əlili statusunun bərpa olunması vəzifəsinin cavabdehə üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabı nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno- nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabi nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2756003AAB3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azerbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin diger pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı İİ tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişi əsasında baxılmış və “X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının,baş beyin silkələnməsinin q\əlamətləri. Postravmatik ensefalopatiya,k\d hipertenziya ilə.Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. Qan dövranı çatmamazlığı İİİ FS.İnfarktdan sonraki kardioskleroz (xx.xx.2019). Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (xx.xx.2019;xx.xx.2019). OU-Presbiopiya eynək. VİSOU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası. OU-hipertonik angiopatiyası. Yayılmış osteoxondroz.ağrı sindromu. ÜlX.Stabil gərğinlikstenokardiyası FS ll.Veqetativ damar distoniyası, tez-tez b\v paroksizmlərlər. Hipertoniya xəstəliyi İİ dər.çox ağır risk.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin ediməli, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)- 2085/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İddiaçı əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabı nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabi nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Astenonevrotik sindrom. Posttravmatik ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 20 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2756003AAB3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azerbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin diger pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı İİ tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişi əsasında baxılmış və “X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin q\əlamətləri. Postravmatik ensefalopatiya,k\d hipertenziya ilə. Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. Qan dövranı çatmamazlığı İİİ FS.İnfarktdan sonraki kardioskleroz (xx.xx.2019). Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (xx.xx.2019;xx.xx.2019). OU-Presbiopiya eynək. VİSOU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası.OU-hipertonik angiopatiyası.Yayılmış osteoxondroz.ağrı sindromu.ÜlX.Stabil gərğinlikstenokardiyası FS ll.Veqetativ damar distoniyası, tez-tez b\v paroksizmlərlər.Hipertoniya xəstəliyi İİ dər.çox ağır risk.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 39/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, başa çatma tarixi 27 yanvar 2022-ci il) rəyində ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişlə göndərilmiş (Forma № 088 saylı) arayışda olan diaqnozlar aparılmış kliniki laborator və funksional diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Şəxsin əyani müayinəsi zamanı həmin xəstəliklər əlillik əlamətləri təyin etmədiyindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cü bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79). Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişində “X1:XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının,baş beyin silkələnməsinin q\əlamətləri. Postravmatik ensefalopatiya,k\d hipertenziya ilə. Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. Qan dövranı çatmamazlığı İİİ FS.İnfarktdan sonraki kardioskleroz (xx.xx.2019). Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (xx.xx.2019;xx.xx.2019). OU-Presbiopiya eynək. VİSOU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası.OU-hipertonik angiopatiyası.Yayılmış osteoxondroz.ağrı sindromu. ÜlX.Stabil gərğinlikstenokardiyası FS ll. Veqetativ damar distoniyası, tez-tez b\v paroksizmlərlər. Hipertoniya xəstəliyi İİ dər. çox ağır risk. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-195/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə və təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 298/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişlə göndərilmiş ( Forma Ne 088 saylı) arayışda olan “XİX sinif-travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri-T90- Т98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri-T90 başın ..., Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının, baş beyin silkələnməsinin qalıq əlamətləri, postravmatik ensefalopatiya, kd hipertenziya ilə, mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom, qan dövranı çatmamazlığı TT FS, infarktdan sonraki kardioskleroz (xx.xx.2019), sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış beş ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (xx.xx.2019, xx.xx.2019), OUpresbiopiya eynək, VİSOU“0.8 (onda səkkiz) 4 2.50D Dpp”62, bel və digər şöbələrin fəqərə-arası disklərinin radikulopatiya ilə, L4-5 fa diskin protruziyası, OUhipertonik angiopatiyası, yayılmış osteoxondroz, ağrı sindromu, ÜTX, stabil gərginlik steno-kardiyası FS Tİ, vegetativ damar distoniyası, tez-tez biv paroksizmlərlə, hipertoniya xəstəliyi İİ dərəcə çox ağır risk” diaqnozlar aparılmış kliniki laborator və funksional diaqnostik müayinələrin müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Müdafiə Nazirliyinin Baş X3 Bölməsində tərtib edilmiş 5986 saylı çıxarış epikrizindən görünür ki, İddiaçı 13-xx.xx.2022-ci il tarixlərdə xəstəxanada stasionar müalicə alıb. Diaqnoz: Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.1992), baş beyin silkələnməsinin mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno nevrotik təzahürlərlə və kəllədaxili hipertenziya sindromu ilə müşayiət olunan posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətlər. Qeyri toksik düyünlü ur. Prostat vəzin xoşxassəli İ mərhələ hipertenziyası. Boynun bir neçə sayda kiçik ölçülü papilloması. Hepatosteatoz funksional dispepsiya. Ürəyin işemik xəstəliyi, Gərginlik stenokardiyası Tİ ikinci funksional sinif, sol mədəciyin yan və aşağı divarlarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış koronar angiografiyar FPTCA-H5 ədəd stent implantasiyası cərrahi əməliyyat (xx.xx.2019). Aorta tac arteriyalarının ateroskleroz infarktdan sonrakı və aterosklerotik kardioskleroz Tİ ikincili funksiorial sinif ürək çatmamazlığı. Hər iki qulağın “şuntlaması” cərrahi əməliyyatından (xx.xx.2014) sonrakı vəziyyət. Konduktiv ağıreşitmə. Pıçıltı nitqinin hər iki qulaqda 5m/5m məsafədən eşitməsi ilə. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2756003AAEK3 göndərişə əsasən o, ixtisaslaşmış müəssisədə qoyulan diaqnoz üzrə əyani müayinə ilə yanaşı, diaqnostik müayinələrdən də keçmiş əsas diaqnoz T90.5-Kəllədaxili travmaların nəticələri Keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin əlamətləri. Postravmatik ensefaloptiya, k/d hipertenziya ilə müəyyən edilmişdir. Beləliklə, tibbi sənədlərə əsasən iddiaçıda əsas diaqnozunun ağırlaşması əlillik təyin edən xəstəliyə (F48.0 – Nevrasteniya Mikroocaqlı üzvi nişanəlr davamlı asteno-nevrotik sindrom) səbəb olmuşdur. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.4-cü bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (F48.0 Nevrasteniya Kəskin astenonevrotik sindrom) göstərilməsinə və həmin xəstəliklərlə bağlı stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq İddiaçı ikinci qrup əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də onunla əsaslandırılır ki, iddiaçı Müdafiə Nazirliyinin Baş X3 Bölməsində stasionar müalicə kursları keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və cavabdehin ikinci qrup təyin edilməsindən imtinası qanunsuz olmuşdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar