Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-195/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu public hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətindən görünür ki, o hazırki iddia tələbi ilə cavabdehə müaciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. GJE seriyalı 105658 saylı poçt qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müaciəti xx.xx.2021-ci il tarixdə cavabdeh orqana daxil olmuşdur.
3. İddiaçıya məxsus 320 saylı 7 iyun 1982-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1980- 1982-ci illərdə Azərbaycan KPMK-nin Marksizm-Leninizm Universitetinin Sumqayıt Filialında təhsil almışdır.
4. İddiaçıya məxsus 769350 saylı xx.xx.1978-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1973-1978-ci illərdə M.Əzizbəyov adına X5 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır.
5. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən Neftximavtmak ETLİ-də 6-5 laboratoriyasında mühəndis (əmr №47-k, xx.xx.1978), xx.xx.1980-ci il tarixdən 10-1 laboratoriyasında mühəndis (əmr №1-1, 2.01.1980), xx.xx.1982-ci il tarixdən kiçik elmi işçi (əmr № 60/k, xx.xx.1982), xx.xx.1985-ci il tarixdən ETO-13-də eyni vəzifədə (əmr №43-k, xx.xx.1985-ci il), xx.xx.1986-cı il tarixdən elmi əməkdaş (əmr №91k, xx.xx.1986), xx.xx.1990-cı il tarixdən 10-3 ETQ-də müdir (əmr №165-k, xx.xx.1990), xx.xx.1993-cü il tarixdən ixtisaslaşdırılmış inklinometrik və ultrsəs çevirici və kontinental şelf obyektləri üçün sistemlər laboratoriyasında müdir (əmr №55k, xx.xx.1993), xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı elmi tədqiqat bölməsində müdir (əmr №38, xx.xx.1998), xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə X1 İdarəsinin rəisi (əmr №006, xx.xx.2002), xx.xx.2003-cü il tarixdən metrologiya şöbəsinin rəisi (əmr № 229k,xx.xx.2003), xx.xx.2006-ci il tarixdən Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri vəzifəsində işləmiş (əmr №022, xx.xx.2006), xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmış, xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri (əmr № 117k,01.09.09), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi (əmr №003-k,xx.xx.2010), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Sınaq Sertifikatlaşdırma İdarəsinin rəisi (əmr № 012-k, xx.xx.2010), xx.xx.2010-cu il tarixdən X4 İdarəsinin rəisi (əmr № 101, xx.xx.2010), xx.xx.2012-ci il tarixdən Şəki İdarəsinin rəisi (əmr №079, xx.xx.2012), xx.xx.2013-cü il tarixdən Komitənin Aparatının metrologiya şöbəsində müdir (əmr №067, xx.xx.2013), xx.xx.2017 ci il tarixdən (əmr №036-k, xx.xx.2017) xx.xx.2017-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri, həmin tarixdə vəzifəsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilmiş (əmr №082-k, xx.xx.2017), xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək direktor vəzifəsinin icraçısı (əmr №126-k,xx.xx.2017), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri (əmr № 012-k,xx.xx.2012), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi şəxsin Rəhbərlikdə baş direktorun müşaviri (əmr №097, xx.xx.2018), xx.xx.2020-ci il tarixdən Azərbaycan Metrologiya İnsititutu Publik Hüquqi şəxsin Biznesin İnkişafı Departamentinin Direktoru (əmr №033, xx.xx.2020), xx.xx.2020-ci il tarixdən X3 Departamentinin direktorunun müşaviri (əmr № 046-k, xx.xx.2020) vəzifələrində işləmişdir.
6. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin məhkəmə Kollegiyasının 2023-cü il 10 oktyabr tarixli, 2-1(103)-2828/2023 saylı sorğusuna Ağentliyin 2021-ci il 21 noyabr tarixli cavabında bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilmişdir. Ləğv edilmiş Komitənin arxiv sənədləri, o cümlədən Texnoloji proseslərin metroloji təminatı sektorunun müdiri vəzifəsində işləmiş İddiaçı aid sorğu edilən sənədlər Əqli Mülkiyyət Agentliyinə təhvil verilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qulluq stajına görə əmək pensiyasına əlavələr də nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmışdır. 1978-ci ildən başlayaraq 2021-ci ilədək müxtəlif dövlət orqanları və publik hüquqi şəxslərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə 43 ilə yaxın sığorta stajı mövcuddur. Qeyd etdiyi əmək fəaliyyəti dövrünün xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək olan hissəsini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (daha sonra isə onun əsasında yaradılmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində) dövlət qulluqçusu statusu ilə müxtəlif dövlət qulluğu vəzifələrində çalışmışdır. Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması həvalə edilmiş, həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin, Dövlət Metrologiya Xidmətinin və Dövlət Akkreditasiya Xidmətinin ləğv edildiyi müəyyən olunmuşdur. Məhz “Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinin yaradılması və müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbilə xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilərək Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsinə baş direktor müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğu vəzifəsinə xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçı artıq 14 ildən artıq müddətdir ki, (xx.xx.2002-ci ildən başlayaraq) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsində qulluq stajına malik idi. Qanunun 4-cü maddəsindən göründüyü kimi dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçının 61 yaşı olmuş və həmin tarixdə əmək pensiyası yaşı kişilər üçün 63 yaş olaraq müəyyən edilmişdir. Beləliklə, həmin tarixdə əmək pensiyası yaşına çatmağına 2 ildən daha az müddət qaldıgından bu vəziyyətdə 20.11-1-ci maddənin bütün tələbləri ödənilir. Digər tərəfdən iddiaçı 1980-1982ci illərdə Marksizm-Leninizm Universitetində təhsil almışdır. Həmin Universitetdə təhsil aldığı dövr də siyasi partiyada fəaliyyətə bərabər tutulurdu. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «M» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Təhsil aldığı Universitetdəki dövrün siyasi partiyada fəaliyyətə bərabər tutulduğunu nəzərə alaraq həmin dövrün də dövlət qulluğu vəzifəsində qulluq stajı olaraq nəzərə alınmalı olduğunu hesab edir. O cümlədən, hərbi biletindən də göründüyü kimi 1977-ci ildə hərbi xidmətdə olmuşdur. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Yuxarıda qeyd olunan hallar Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq iddiaçıya dövlət qulluğu vəzifəsində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ verir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı 15 noyabr 2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşa ünvanlanmış 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq vətəndaşın publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsini təsdiq edən sənədin təqdim edilməsi əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd edir ki, iddiaçı 22 iyun 2017-ci il tarixdə yeni publik hüquqi şəxsin yaradılması səbəbi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyini və həmin vaxt 14 ildən artıq dövlət qulluqçusu kimi stajı olması səbəbindən sözügedən Qanunun 20.11-1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququnun mövcud olduğunu iddia edir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017) qanunda qeyd edilən yaş həddinə çatması hazırki məhkəmə mübahisəsinin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinin əsası olaraq həmin Qanunun 33.1.1-ci maddəsinə istinad edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar iddiaçının dövlət qulluquna xitam verilməsinə dair müvafiq arayışı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı tələb olunan müvafiq arayışı Mərkəzi Filiala təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin dəlillərinə görə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsini təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.Halbuki iddiaçının əmək kitabşasından göründüyü kimi o, xx.xx.2017-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri vəzifələrində işləyərək ümumilikdə 14 il 7 ay 21 gün dövlət qulluğunda xidmət etmişdir.
12. İkinci senzlə baglı isə qeyd edilməlidir ki, Qanunda göstərilmiş “publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə” cümləsinin isə cavabdehin dəlillərinə görə məhz “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanının ləğv edildiyi şərti ilə deyil, həm də 33.1.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi şərti ilə də baş verə biləcəyini, yəni qanunverici burda əsas şərtindövlət qulluğundan azad edilmənin baş verməsini və bu şərtlərdən ən azı birinin mövcud olduqda tətbiq oluna biləcəyi nəzərdə tutur. Odur ki, məhkəmənin mövqeyinə görə iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə onun dövlət qulluğuna xitam verilməsinin əsası olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad edildiyinə görə 14 il 7 ay 21 gün dövlət qulluğunda xidmət etmiş şəxsə münasibətdə ona dövlət qulluqçusu kimi pensiya təyinatından inzibati orqanın imtina etməsi formal yanaşma kimi qiymətləndirilməlidir.
13. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1.-ci maddəsinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-1.-ci maddəsində istinad etmişdir.
14. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı ((iddiaçının vəkili) nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iiddianın rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.
26. Belə ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2-1(112) 721/2023 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
27. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və dövlət qulluğu ilə bağlı qanunvericilik normalarına əsaslanaraq iddiaçının dövlət qulluğu stajına əlavələr nəzərə alınmaqla İddiaçı iddia tələbini təmin etmişdir.Belə ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına əsasən birinci instansiya məhkəməsi İddiaçı xx.xx.2002xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır) müxtəlif vəzifələrdə işləməklə ümumilikdə 14 il 07 ay 21 gün dövlət qulluğunda xidmət etdiyini qeyd etmişdir.Həmçinin məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsini və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, həmin maddələrin iddiaçıya münasibətdə şamil edilməsi üçün əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalması və dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajının olması tələbi ödənilməlidir.
28. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Dövlət qulluqçularının pensiya təminatı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
29. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin məzmunundan görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Sözügedən normanın məzmunu “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsində bir daha öz təsdiqini tapır.
30. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.
31. “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddədə dövlət qulluğuna xitam edilməsinin əsasları siyahısına a) dövlət qulluqçusunun öz xahişi (33.1.1), b) dövlət orqanının ləğv edilməsi (33.1.2) də daxil edilmişdir. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasında xx.xx.2017- ci il tarixdə dövlət qulluğuna xitam verilməsinin əsası olaraq həmin Qanunun 33.1.1- ci maddəsinə, yəni iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilməsinə istinad edilmişdir.
32. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017-ci il) sözügedən normada qeyd edilən yaş həddinə çatması (61 yaş) hazırkı işin mübahisələndirilməyən halıdır.
33. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinin və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsini işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş, qanunvericiliyin tələblərini birbaşa pozmuşdur. Qeyd edilənlərdən aydın olduğu kimi iddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017-ci il) dövlət qulluğuna xitam verilməsinin əsasını öz xahişi təşkil etdiyindən onun iddiasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi üzrə tələbi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
34. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsinə əsasən iddiaçının hazırkı iddiası o zaman təmin oluna bilərdi ki, xx.xx.2017-ci il tarixdə iddiaçının dövlət qulluğuna publik hüquqi şəxsin yaradılması ilə əlaqədar xitam verildiyi müəyyən olunsun.Lakin məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin təqdim edilmiş xx.xx.2023-cü il tarixli cavabından və ona qoşma sənədlərdən (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmrindən) görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir.Əmrin verilməsinə İddiaçı ərizəsi əsas olmuşdur.
35. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsi həmçinin iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan onu da nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması və həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbilə iddiaçının da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyi 22 iyun 2017-ci il tarixə onun 14 ildən artıq dövlət qulluqçusu kimi stajının topladıgına baxmayaraq “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2.-ci maddəsi əvəzinə, həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsinin rəsmiləşdirilməsi, daha sonra isə helə həmin tarixdə onun Azərbaycan Metrologiya İnstitutu X6 baş direktor müavini vəzifəsinə təyin edilməsi məhz inzibati orqanın iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmamasına dəlalət edir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
36. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin yuxarıdakı mövqeyi ilə razılaşmaq üçün əsaslar görmür.
37. Belə ki, iddiaçının əmək kitabçasından, eləcə də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu İddiaçı öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir.Əmrin verilməsinə İddiaçı ərizəsi əsas olmuşdur.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, nə qədər ki, İddiaçı öz ərizəsi əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 081-K saylı Əmri qüvvədədir (İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və iddiaçı tərəfindən mübahisələndirilməyib, ləğv edilməyib, qüvvədən düşməyib və.sair) birinci instansiya məhkəməsinin həmin əmrin məzmununu, yəni dövlət qulluğuna xitam vermə səbəbini müvafiq dövlət qurumunun ləğv edilməsi səbəbi kimi qəbul edərək mövqeyini inzibati orqanın iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmaması kimi əsaslandırması həm dövlət qulluğu, həm pensiya təminatı ilə bağlı münasibətləri tənzimləyən qanunvericiliyin, həm də İİQ-nun 64-cü, İPM-in 68.2-ci maddəsinin tələblərinə ziddir. 39.Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
40. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyası onu da diqqətə çəkir ki, İddiaçı öz ərizəsi əsasında “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1.-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri xx.xx.2017-ci il tarixlidir.Lakin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş (Sərəncamın 3-cü bəndi) və Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilmişdir. (Sərəncamın 4-cü bəndi)
41. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2-1(112)-721/2023 saylı qərarı qanuni və əsaslı deyildir, odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-721/2023 saylı, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.