Məhkəmə qərarları › İş №2-1(103)-1951/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1951/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1951/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-2164/2021 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa ediilmiş çoxmənzilli yaşayış binasının 13cü mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 41 saylı mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2018-ci il tarixli 2-1(81)-3760/2018 saylı qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 41 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli 2-1(81)-3760/2018 saylı qərardadı ilə "xxxx" MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3760/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi, vəkil X2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş baxılıb yekün nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva loıçəsi, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 41 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 13cü mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 41 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan üçüncü şəxsin nümayəndəsi şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 2-otaqlı, 41 №-li 90 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncamından, Bakı şəhəri xəritəsinin çıxarışından, ayrılmış torpaq sahəsinin cizgisindən, ayrıc aktından, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazəsindən, 06 dekabr 2019-cu il tarixli rəyindən, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan və s. təqdim olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Hazırki iş üzrə İddiaçı mübahisəli mənzilə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamış və mənzilin dəyərini "xxxx" MMC-ə ödəmişdir. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. İşdə olan "xxxx" MTK-i "xxxx" MMC-i ilə 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsinin 3.1.14-cü bəndində görünür ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. Təqdim etdikləri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli **********141100 №-li məktubda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətidi Cəmiyyəti 24 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə qanuni təmsilçisi X4 olmuş, idarədə reyestr məlumatlarına əsasən Cəmiyyətin qanuni təmsilçisi isə hal-hazırda X5r. İddiaçı "xxxx" MMC-i arasında 27 sentyabr 2013-cü il tarixli mübahisəli mənzilə dair bağladığı müqaviləni "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imzalamış, hansı ki, ümumiyyətlə "xxxx" MMC-ə heç bir aidiyyatı olmamışdır. Bü hal yuxarıda qeyd etdiyim Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 10 mart 2021-ci il tarixli **********141100 №-li məktubu ilə təsdiq olunur. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə mübahisəli mənzilin üzərində həmin iş baxılıb, yekun nəticə qanuni qüvvəsini alana qədər müvəqqəti xarakterli tədbirlər, yəni «həbs» qoyulması tam zəruridir və işin icraatına dönüş verilməlidir. Məhəkəmə iclası zamanı üçüncü şəxsin nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 2-otaqlı, 41 №-li 90 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə mümkün sayılmamalıdır. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, "xxxx" MTK iş üzrə iddiaçı olmadığından, eyni zamanda inzibati akta qarşı iddia qaldırmadığından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə icraatı yekunlaşmadığı və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün icranın nəticələrinin aradan qaldırılmasına dair ərizə də verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiiş şikayət qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-2164/2021 saylı ləğv edilsin. Üçüncü şəxs "xxxx" MTK-nın hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 2-otaqlı, 41 №-li 90 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə ərizəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar