Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1952/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəflik ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01.08.2012-ci il tarixdən 31.07.2020-ci ıl tarixədək alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəflik ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatdığına görə 28 aprel 2008-ci il tarixdə pensiya təyin olunmuş və 01.08.2012-ci il tarixinədək ona pensiya ödənilmişdir. O, Bakı şəhərində tək yaşayır, oğlu isə Rusiyanın Moskva şəhərində yaşayır. 2012-ci ildən ağır xəstəliyi ilə əlaqədar oğlunun yanında qalmağa məcbur olmuş və hal-hazırda da dövrü olaraq orada müalicəni davam etdirir. Lakin pensiyası ödənilmədiyindən müalicəsini davam etdirmək üçün faizlə borc götürməyə məcbur olmuşdur. Bir ilə yaxın davam edən müraciətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (“DSMF”) cavab məktubu ilə alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə əsasən son 3 ilinin ödənilməsinə dair inzibati akt qəbul edilmişdir (İPM-in 70-ci madəsinə istinad olunur.) Cavabdeh iddia ərizəsinə etirazında İddiaçı Rusiya Federasiyasının Pensiya Fondu tərəfindən verilmiş 11.12.2019-cu il tarixli arayışa əsasən 07.05.2019-cu il tarixdən 01.10.2019- cu il tarixədək həmin ölkədə pensiya alması faktının öz təsdiqini tapdığını qeyd edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci və 32.1-1-ci maddələrinə pensiya istinadən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28.04.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixindən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv vedilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti MPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh şikayətini onunla əsaslandırılmışdır ki, qərar qanunazidd və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Rusiya Federasiyasının Pensiya Fondu tərəfindən verilmiş 11.12.2019-cu il tarixli arayışa əsasən, İddiaçı 07.05.2019-cu il tarixdən 01.10.2019- cu il tarixədək həmin ölkədə pensiya alması faktı öz təsdiqini tapmışdır. Onun müraciətinə əsasən tərəfindən alınmamış pensiya məbləğinin Qanunun qeyd olunan normalarına müvafiq olaraq son 3(üç) ilinin ödənilməsinə dair inzibati akt qəbul olunmuş və müraciət etdiyi 11.10.2019-cu il tarixindən əvvəlki üç il tarix üçün, yəni 11.10.2016-cı il tarixindən hesablanaraq, 2020-ci ilin may ayından etibarən ödənişə başlanılmışdır. Birinci instansiya məhkəməsi qanunu düzgün tətbiq etməmiş, tətbiq edilməli olan Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsini tətbiq etməmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi G.Cavadova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının vəkili Vəkil apellyasiya şikayəttinə etirazını bildirərək, alınmamış pensiya məbləğinin iddiaçının mülkiyyəti olduunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İşə əlavə olunmuş, iddiaçının pensiya təyin edilməsi barədə 13.08.2007-ci il tarixli ərizəsinə, DSMF-nin Nərimanov rayon şöbəsinin 20.08.2007-ci il tarixli qərarına və pensiya hesablanma vərəqəsinə əsasən müəyyən olunur ki, iddiaçıya 04.08.2007-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. İddiaddia ərizəsində şərh olunan fakiki hallardan göründüyü kimi, iddiaçıya pensiya təyin edildikdən sonra 01.08.2012-ci il tarixinədək ona pensiya ödənilmiş, bundan sonra isə Rusiyaya (oğlunun yanına) Moskva şəhərinə çıxıb getmiş, həmin tarixdən də onun pensiya ödənişi dayandırılmış, Azərbaycan Respublikasına isə yalnız 2019-cu ildə qayıtmışdır. İşə əlavə olunmuş Rusiya Federasiyası Pensya Fondunun Baş İdarəsinin Moskva şəhəri üzrə 7 N-li dövlət müəssisəsinin 11 dekbr 2019-cu il tarixli 207-7/01 N-li məktubundan, habelə, DSMF-nin AR ƏƏSMN tabeliyində DSMF-nin 28.10.2019-cu il tarixli məktublarından görünür ki, iddiaçıya Moskva şəhərində 07.05.2019-cu il tarixindən pensiya da təyin edilərək 01.10.2019-cu il tarixinədək ona ödənilmiş, 02.10.2019-cu il tarixdən isə sorğu əsasında həmin pensiyası bağlanmış və pensiya işi Azərbaycan Respublikası ƏƏSM Nazirliyi DSMF-nin Beynəlxalq əlaqələr və Kommunikasiya şöbəsinə göndərilmişdir. Onun həmin pensiya işi araşıdıralarkən isə onun 15.05.2008-ci ildən Rusiya Federasıiyasının vətəndaşı olması müəyyən olunmuşdur (Eyni zamanda, Azərbaycan Rspublikası Miqrasiya Xidmətinin işə əlavə olunmuş 19.11.2019-cu il tarixli məktubuna əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən olunur) . İddiaçının pensiya işinə dair işə əlavə olunmuş materiallarından (o cümlədən: DSMFnin Nərimanov rayon şöbəsinin 2019-cu ildə açılmış pensiya uçot vərəqəsindən, həmin şöbənin “pensiya miqdarının dəyişdirilməsi haqqında 11.10.20219-cu il tarixli sərəncamından, cavabdehin iddia ərizəsinə etirazından, habelə, DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 28.04.2021-ci il tarixli (iş vərəqi 104) tarixli məktubundan) görünür ki, İddiaçı ölkə ərazisinə qayıtdıqdan sonra 11.10.2019-cu il tarixində alınmamış pensiya məbləğinə görə DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etmiş və ona, Əmək pensiyaları haqqıdan Qanunun 37.7 və 32.1-1-ci maddələrinə müvafiq olaraq, üç il əvvələ görə 11.10.2016-ci il tarixindən pensiya hesablanaraq, 2020-ci il tarixindən ödənişinə başlanılmışdır (İşin bu halı tərəflər arasında mübahisələndirilmir). Məhkəmə kollegiyası cavabdeh pensiya orqanının qeyd olunan hesablamasını qüvvədə olan əmək pensiyları haqqında qanununvericiliyin tələblərinə uyğun sayır. Belə ki, işin faktiki hallarından görünüdüyü kimi, Azərbyacan Respublikasının vətəndaşı kimi 04.08.2007-ci il tarixdən pensiyaçı olan iddiaçı, həm də 15.05.2008-ci il tarixdən Rusiya Federasıiyasının vətəndaşı sayılır, 2012-ci ildən isə o, ümumiyyətlə, ölkə ərazisindən çıxıb Rusiyaya Federasıysına getmişdir. DSMF-nin Nərimanov rayon şöbəsinin yuxarıda qeyd olunan 28.10.2019-cu il tarixli məktubundan cörünür ki, onun plastik kartının müddəti bitmiş, yenisi isə bankdan götürülmədyi səbəbindən 01.01. 2012-ci il tarixindən iddiaçının pensiya ödənişi dayandırılmışdır. Bundan sonra 2019-cu ilin oktyabr ayına kimi, yəni 7 ildən də çox müddət ərzində iddiaçı ölkə ərazisində yaşamamış, onun pensiya ilə bağlı DSMF-yə heç bir müraciəti mövcud olmamış, hətta, 2019-cu ildə X1 Fondu tərəfindən ona əmək pensiyası da təyin edilərək bir müddət ödənilmişdir. Ölkə ərazisinə qaytdıqdan sonra isə onun yeni müraciəti əsassında pensiya işi Rusiya Federasiyasından ölkə ərazisinə kommunikasiya edilmiş və pensiyasının ödənişi son üç üçün hesablanmaqla (2016-2019) ödənilir. Beləliklə də qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırıkı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını “Əmək pensiyaları haqqındaNo” Azərbaycan Respublikası Qanunun 37.7-ci maddəsi təşkil edir. Qanunun qeyd olunan 37.7-ci maddəsi isə nəzərdə tutur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun adıçəkilən 32.1-1-ci maddəsi isə nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanunvericilyin qeyd olunan tələblərini düzgün təfsir etməmiş, həmin normaları tətbiq etməməklə, iddiaçının əmək pensiyasının dayandırıldığı 01.08.2012-ci il tarixindən 11.10.2016-cı il tarixədək olan müddət üçün pensiyanın hesablanaraq ona ödənilməsini cavabdehə həvalə olunması barədə səhv nəticəyə gəlmişdir. İPM-in 34.1-ci maddəsinin mənası ondan ibarətdir ki, inzibati orqanın qanunla üzərinə düşən müvafiq öhdəliyi mövcud olduğu təqdirdə, iddiaçı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini ondan tələb edə bilər. Konkret halda isə cavabdehin qanunla üzərinə keçmiş müddət üçün alınmamış penstiyanın məbləğinin ən çoxu əvvəlki üç il üçün ödəmək öhdəliyi düşür ki, bu öhdəliyini də o iddiaçı qarşısında yerinə yetirmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunazidd, əsassız maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28.04.2021-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1164/2021 saylı, 28.04.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1952/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1952/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver