Məhkəmə qərarları › İş №2-1(103)-1953/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1953/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1953/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin X13 mərkəzi nümayəndəliyinə qarşı “pensiya” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2556/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4rşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun X13 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixə qədər X6 malların qəbulu peşəsində işləmişdir. xx xxxx 1978-ci il tarixdən x xxxxxxxx 1979- cu il tarixə qədər Stepanakerd Elektrik zavodunda mexaniki təchizatda yükləyici işləmişdir. xx xxxxxxx 1979-cu il tarixdən xx xxxxxxx 1980-ci il tarixə qədər Özəl Təhlükəsizlik Xidmətində mühafizədə işləmiş, x xxxxxx 1980-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixə qədər Sovet ordusundaərbi xidmətdə olmuşdur. Bütün bunları iş materiallarına əlavə olunan MT-İ № ******* nömrəli əmək kitabçası sübut edir.İş materiallarına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli Arayışdan da görünür ki, iddiaçı, xx xxxxxx 1983-cü il tarixdə 1 saylı X10ndə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxxxx 1987-ci il tarixdə həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx xxxxxxx 1987-ci il tarixdə KZOT müəssisəsində vəzifədən azad edilmiş, xx xxxxxxx 1987-ci il tarixdə X14 PTR-6 əl ilə 4- cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 1988-ci il tarixdə həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1988-ci il tarixdə başqa işə köçürülməyi ilə əlaqədar olaraq işdən azad edilmişdir.xx xxxxx 1988-ci il tarixdə Bakı şəhəri Boruçəkmə idarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx xxxx 1989-cu il tarixdə həmin idarədə 6-cə dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş və xx xxxxx 1998-ci ildə öz xahişim ilə işdən azad edilmişdir.Əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci.il tarixə qədər 1 saylı Körpütikinti qatarının Yevlax sahəsində qaynaqçı işləmiş, xx xxxxx 2000-ci il tarixdən xx xxxxxx 2002ci il tarixə qədər Fizuli rayon 6 nömrəli Tədarük istehsalat Kontorunda təchizatçı işləmişdir.İş matriallarına əlavə olunan xx xxxxxx 2019-cu il tarixli arayışdan və əmək kitabçasından da göründüyü kimi xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixə qədər "Xəzərdənzineftqaztikinti"trestinin 4 saylı ixtisalaşdırılmış Tikinti Quraşdırma filialında elektrik qaynaqçısı peşəsində işləmişdir."Xəzərdənzineftqaztikinti"tresti SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən "Neftqaztikinti"tresti adlandırılaraq SOCAR-ın xx xxxx 2007-ci il tarixli əmrinə əsasən 4 saylı X10 adlandırılmışdır.Bundan başqa iddiaçı xx xxxxxx 2014cü il tarixdən xx xxxxxx 2015-ci il tarixə qədər 3 saylı TikintiQuraşdırma idarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı işləmişdir (Əmək stajı 9 ay təşkil edir). xx xxxxxx 2015-ci il tarixdə "Neftqaztikinti" trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbuledilmişdir. Əmək stajı 4 il 2 ay 29 gün təşkil etmişdir. Ümumiyyətlə buradan göründüyü kimielə təkcə bu arayışa əsasən elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 17 il 2 ay 16 gün təşkil etmişdir. Qeyd olunmalıdır ki, bu günə qədər də iddiaçı həmin idarədə elektrik qaynaqçısı olaraq işləyir. Bütün bunları qeyd edərək və sənədləri təqdim edərək iddiaçı güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X13 İdarəsi tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə imtina məktubu göndərilərək bildirildi ki, əmək kitabçasında qeyd edilmiş xx xxxxxxx 1976-cı il tarixdən xx xxxxxx 2002-ci il tarixə qədərki dövr arxiv arayışları ilə təsdiq edilmir. Qeyd olunmalıdır ki, xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajımı tamamladığım üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Qanunvericiliyə əsasən də bu iş stajım əmək kitabçam ilə sübuta yetirilir. Bu əsasdan hesab olunur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2556/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2556/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması barədə güzəştli arayışı, həmçinin, xx.xx.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməyib. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Şuşa rayonunda anadan olmuşdur. İddiaçı Şuşa rayonu, Aşağı Quşçular kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Bakı “X1” tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə (əmr No 23 OT xx.xx.1983-cü il) 1 saylı X8 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1987-ci il tarixdə (əmr No 130 OT xx.xx.1987-ci il) həmin müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə verilib. xx.xx.1987-ci il (əmr No 139 OT xx.xx.1987-ci il) KZOT müəssisəsində vəzifəsindən azad edilir. xx.xx.1987-ci il (əmr № 91 OT xx.xx.1987-ci il) X14 PTR-6 əl ilə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1988-ci il (əmr № 9k OT xx.xx.1988-ci il) həmin müəssisədə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib. xx.xx.1988-ci il (əmr №28 OT xx.xx.1988-ci il) başqa işə (5 st 29 k 30 saylı əmr RSFSR) köçürülməsi ilə əlaqədar olaraq işdən azad edilir.xx.xx.1988-ci il (əmr №51 OTxx.xx.1988-ci il) SMY №1 Bakı şəhəri Boruçəkmə İdarəsinə 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib. xx.xx.1989-cu il (əmr № 32 OT xx.xx.1989-cu il) həmin idarədə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilib.xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. - Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın sürətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində (əmr № 81/k, xx.xx.2002-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı X2 filialına elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 667/k, xx.xx.2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 12 il 2 ay 17 gün (on iki il iki ay on yeddi gun) təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. 4 saylı X2 Filialı SOCAR-ın xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən 4 saylı X10 adlandırılmışdır. İddiaçı xx.xx.2014cü il tarixində (əmr № 750/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı X8 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 176-k, xx.xx.2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay (doqquz ay) təşkil edib. İddiaçı xx.xx.2015ci il tarixində (əmr № SOCAR/15- 2500/xx-xx-000253,xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və halhazıradək bu peşədə işləyir. Əmək stajı 4 il 2 ay 29 gün (dörd il iki ay iyirmi doqquz gün). İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 17 il 2 ay 16 gün (on yeddi il iki ay on altı gün) təşkil edir. - Socar “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində fəaliyyət göstərir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suşa rayon Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 291 saylı arayışdan görünür ki, iddiaçı X11 xx.xx.1988-ci il keçmiş Şuşa rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixdə 50(yaş) həddi ilə qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş QS-0177-18 saylı sərtifikatdan görünür ki, həmin sertifikat xx xxxx 2018-ci il tarixdə X7 X19 X3 dair Tövsiyyəsinə uyğun olaraq neftçi vəzifəsində olan İddiaçı verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə İdarəyə təqdim olunan xx xxxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1976-xx.xx.2002-ci il tarixləri arasındaki dövr ərzində ayrı-ayrı müəssisə və təşkilatlarda müxtəlif vəzifələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxılacaqdır. İşdə olan iddiaçının nömrəli İT-İ № nömrəli əmək kitabçasından və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki: -İddiaçı xx.xx.1976-cı ildən Barama dolama avtomatı sexinə barama qaynadan şagirdi qismində işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə barama qaynadan vəzifəsinəkeçirilmiş, xx.xx.1978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1978-ci il tarixdən xx xxxxxxxx 1979-cu il tarixədək Stepanakert elektrik texniki zavodunda maditexniki təminat şöbəsinə yükvuran fəhlə qismində fəaliyyət göstərmiş; xx.xx.1979xx.xx.1980-ci il tarixədək DQMV Dİİ idarədəknəra mühafizə şöbəsinə qarovulçu qismində qəbul edilmiş; xx.xx.1980-xx.xx.1982-ci il tarixədək Sovet ordusunun sıralarında xidmət etmiş, 01.0.1983-cü il tarixdən TQİ “Azərbaycan boru-kəmər tikinti”də 3-cu dərəcəli çilingər qismində işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli izolyasiyaçı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə kurs bitdikdən sonra 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş və xx.xx.1987-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1987-ci il tarixdən İxtisaslaşdırılmış STTİ-6 MİMPS trestində 4-cü dərəcəli əl qaynağı elektrik qaynaqçısı vəzifəsinə köçürülmə ilə qəbul olunmuş, xx.xx.1988-ci il tarixə əl ilə qaynaq elektrik qaynaqçısı 5-ci dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1988-ci il tarixdən TQİ №1 “Azərbaycan boru-kəmər tikinti”də ixtisaslaşdırılmış STTİ-6 MİMPS trestindən köçürülmə ilə 5-ci dərəcəli əl ilə qaynaq elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1989-cu ildə əl ilə qaynaq elektik qaynaqçısı 6-cı dərəcəsi verilmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1998-ci il tarixində 1 saylı KTQ-nin Yevlax sahəsinə qaynaqçı qəbul edilmiş, xx.xx.1998-ci il tarixində 1 saylı KTQ-nin ləşvinə görə 3 saylı X12ynaqçı qəbul edilmiş,xx.xx.2000-ci il tarixində idarənin ləğv edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində Fizuli 6-X16 Kontoruna Təhcizatçı təyin edilmiş, xx.xx.2002-ci il tarixində işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdən “Xəzərdənizneftqaztikinti” tresitinin 4 saylı X2 filialının 1 saylı sahəsinə 5-ci dərəcə ilə əl qaynaqçısı, xx.xx.2002-ci il tarixdən həmin peşə üzrə 3 saylı sahəyə keçirilmiş, xx.xx.2003-cü il tarixdə elektik-qaynaqçı kimi 6-cı dərəcə verilmiş və xx.xx.2014-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdən “Nefqaztikinti “ trestinin 3 saylı X8 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixində işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə SOCAR-ın Neftqaztikinti tresti 3 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, hal-hazıradək həmin peşədə işləyir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya cavab məktubundan görünür ki: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2020-ci il tarixli, 472 saylı məktubuna əsasən, “Azərborukəmərtikinti” İcarə müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 23.2-ci, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndini, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X13 İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Cavabdeh tərəfindən arayışın imza və möhürlə təsdim olunmamasl qeyd olunsa da, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, təqdim olunan arayış zavodun direktoru R.Q.Mikayılov, baş mühasibi E.Ş.Namazov və arxiv müdiri E.H.Həsənova tərəfindən imzalanmış, arayış zavodun möhürü ilə təsdiq olunmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. B Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2556/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar